Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə8/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

                                                     

 

  



                                                                            

                                                    

29 

-  Onda  hamınız  mənə  diqqətlə  qulaq  asın.  Kapitan 



Manuel  Markos  qeyri-hərbi  gəminin  komandanı  olduğu 

üçün  körfəzdə  lövbər  salmış  gəmilərin  təhlükəsizliyinə 

cavab verəcək. Onun ixtiyarına 21 nəfər matros verilir. Hər 

gəmini  7  matros  cidd-cəhdlə  mühafizə  etməlidir.  Bundan 

əlavə  hər  gün  fortun  tikintisi  ilə  məşğul  olan  dənizçilər 

gəmiləri  mühafizə  edən  dənizçilərlə  əvəz  edilməlidir. 

Sahilə 6 dənə mortir topu çıxarılmalı və həmin toplar fortun 

divarlarında yerləşdirilməlidir.  

Kapitan  Marsel  Düran  20  nəfərdən  ibarət  olan  kanonir 

dəstəsinin komandiri kimi sahildə qalacaq. Kanonirlər eyni 

zamanda  fortun  tikintisi  ilə  məşğul  olacaqlar.  Yerdə  aparı-

lan bütün işlərə kapitan qraf Ferdinand Morelos cavabdeh-

lik  daşıyır.  Çünki  o,  yeni  tikilən  fortun  komendantı  təyin 

edilir  və  onun  tabeliyində  53  nəfər  kanonir  və  dənizçi 

olacaq.  Həm  kapitan  Marsel,  həm  də  kapitan  Manuel 

komendantın müavinləri təyin edilirlər. 

Kapitan  Filipp  Odovaldo  muşket  və  arkebuzla  silahlan-

mış  80  nəfərlik  atıcılar  dəstəsinin  komandiri  təyin  edilir. 

Onun  müavinləri  sayılan  kapitan  qraf  Xuan  Morelos  və 

leytenant  Ernando  Ramires  hərəsi  40  nəfərlik  atıcılara 

başçılıq edəcəklər. 

Kapitan Leon Kartahena bir çox ekspedisiyalarda iştirak 

edərək  böyük  təcrübə  toplayıb  və  onun  öhdəsinə  30  nəfər, 



                                                     

 

  



                                                                            

                                                    

30 

leytenant  Kamaçonun  öhdəsinə  15  nəfər  və  leytenant  Kar-



losun da öhdəsinə 15 nəfərdən ibarət olan arbalyotçular və 

ox atanlar dəstəsi verilir və həmin zabitlər hərbi əməliyyat 

zamanı birbaşa mənim tabeliyimdə olacaqlar. 

Kapitan  Karl  Kesada  isə  74  nəfərlik  hücumçu  piyada 

dəstəsinə  başçılıq  edəcək.  Körfəzin  sahilindəki  18  nəfərlik 

ehtiyat  dəstəsi  leytenant  Mişel  Düranın  öhdəsinə  verilir.  O 

da  birbaşa  qraf  Ferdinandın  tabeliyinə  keçir.  Yerdə  qalır 

kapitan  qraf  Filipp  Morelos,  o  da  ki,  kapitan  Alonsonun 

müavini təyin edilir.  

Ekspedisiyanın  süvari  dəstəsi  böyük  ərazilərdə  döyüş 

əməliyyatları  aparacaq.  Biz  həmin  dəstəyə  böyük  ümid 

bəsləyirik. Yenə də deyirəm, bütün dəstələrdə hamı nizam-

intizama riayət etməlidir. Heç kim verilən əmrlərdən narazı 

qalmamalıdır. 

Polkovnik çox yaxşı bilirdi ki, onun oğlanları və More-

los qardaşları bir yerdə olanda həmişə qalmaqal yaradırlar. 

Günahları  olanda  belə,  həmişə  biri-birilərinin  tərəfini 

saxlamaqla,  həmin  üsul  ilə  öz  eyiblərini  örtürdülər.  Məhz 

buna  görə  də  polkovnik  onları  biri-birilərindən  ayırmağı 

qərara  almışdı.  Oğlanlarının  özbaşınalığına  birdəfəlik  son 

qoymaq  üçün  polkovnik  onları  birbaşa  öz  tabeliyi  altına 

götürmüşdü.  Morelos  qardaşlarını  isə  nəinki  biri-birilərin-

dən  ayırmışdı,  hətta  atalarından  da  uzaqlaşdırmışdı.  Onlar 



                                                     

 

  



                                                                            

                                                    

31 

biri-birilərindən  uzaq  olmaqla,  dəstədəki  konkistadorlar 



arasında aktiv fəaliyyət göstərə bilməyəcəklər.  

Kim  də  başa  düşməsə,  qoca  səyyah  o  dəqaqə  anladı  ki, 

polkovnik  nə  etmək  istəyir.  Morelos  qardaşlarından  çox, 

onun övladları özbaşına hərəkətlərə əl atırdılar. Lakin onlar 

atalarının  verdiyi  sərəncamdan  kənara  çıxa  bilməzdilər.  İş 

ondadır  ki,  onlar  atalarının  sərt  göstərişlərinə  çox  yaxşı 

bələd  olduğundan,  heç  vaxt  onun  bir  sözünü  iki  etməyə 

cürət etmirdilər.  

Artıq qoca səyyah rahatlıqla nəfəs almağa başladı, çünki 

o, budəfəki missiyanın uğurlu başa çatmasına tam əmin idi. 

Araukanların yarım əsrə yaxın davam edən dəmir müqavi-

məti bu  dəfə sındırılmalıydı. İspanların  əsarəti  altında olan 

axırıncı  hindu  tayfasının  mübarizəsi  bu  müharibədə 

məğlubiyyətə  uğramaq  üzrə  idi.  Çünki  ispanlar  bu  kompa-

niyaya  çox  ciddi  hazırlaşmış  və  Pireney  yarımadasına  şad 

xəbər  çatdırmaq  əzmindəydilər.  Hərbi  əməliyyata  hazırlıq 

yüksək  səviyyədə  gedirdi.  Hər  bir  variant  xırda  detallara 

kimi hazırlanıb başa çatmalı idi. 

Qoca  səyyahın  başında  yaxşı  fikir  yarandığına  görə  o, 

komandanın müşaviri kimi söz alaraq aludəliklə dedi: 

-  Möhtərəm  sinyorlar,  hücum  əməliyyatına  dair,  mənim 

yaxşı təklifim var. Kapitan Alonsonun başçılıq etdiyi süvari 

dəstəsi  istehkam  olan  kəndə  yollanan  kimi  ekspedisiyanın 



                                                     

 

  



                                                                            

                                                    

32 

piyada  dəstəsi  Araukaniyanın  içərilərinə  iki  istiqamətdə 



daxil olsun. - Qoca səyyah şərq tərəfdə yerləşən ön sıradakı 

dağları əli ilə göstərərək sözünə əlavə etdi. - Bu dağların o 

tayında  şimaldan-cənuba  doğru  uzanan  geniş  bir  vadi 

yerləşir.  Vadinin  cənub  hissəsi  sıx  meşənin  başlanğıcında 

qurtarır. Şimalda yaşayan döyüşən araukanlar Araukaniya-

nın  cənub  hissəsinə  məhz  həmin  meşə  ilə  gedəcəklər.  Biz 

onların  qarşısını  kəsmək  üçün  meşənin  girəcəyinə  sürətli 

yürüş  təşkil  etməliyik.  Ondan  sonra  araukanlar  öz  ölkə-

lərində  pərən-pərən  düşəcəklər.  Belə  olan  halda  düşməni 

məğlubiyyətə uğratmaq bizim üçün xeyli asan olacaq. 

Beləliklə,  1-ci  dəstə  vadinin  mərkəzinə  daxil  olaraq 

dayanmadan And dağlarına üz tutmalı və dağlara çəkilməyə 

cəhd  göstərən  araukanların  qarşısını  kəsməlidir.  2-ci  dəstə 

isə  meşənin  girəcəyində  mövqe  tutmalıdır.  İstehkamı 

mühasirəyə alan araukanlar süvari dəstəsinin yaxınlaşdığını 

görən  kimi,  məhz  həmin  istiqamətlərdə  geri  çəkilməyə 

başlayacaqlar.  Hinduların  əsas  hissəsini  elə  Araukaniyanın 

mərkəzində  darmadağın  etməyə  səy  göstərməliyik.  Biz  bu 

fürsəti əldən verməməliyik. Xuan Flores Araukaniyanı yax-

şı tanıdığı üçün 1-ci dəstəyə bələdçilik etməlidir. 2-ci dəstə-

ni mən özüm meşənin girəcəyinə aparmağa hazıram. Ancaq 

mən  həddindən  artıq  qoca  olduğum  üçün  bu  missiyanın 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə