Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə6/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   2   3   4   5   6   7   8   9   ...   138

                                                     

 

  



                                                                            

                                                    

21 

sözləri  xüsusilə  vurğuladı.  -  Kral  müharibədə  fərqlənən 



döyüşçülərə  İspaniyada  torpaq  sahəsi  ayırıb.  Hər  biriniz 

komandan vəzifəsinə qədər ucala bilərsiniz. 

-  Əgər,  qüdrətli  kralımız  əlahəzrət  II  Filipp  bizə  ümid 

bəsləyirsə,  onda  biz  hökmən  İspaniyaya  qələbə  ilə 

qayıtmalıyıq.  -  kapitan  qraf  Ferdinand  Morelos  iradə  ilə 

dilləndi.  -  Bizi  hələ  İspaniyada  çoxlu  işlər  vacib  gözləyir. 

İlk  növbədə  biz  silahdaşlarımızı  araukanların  əhatəsindən 

xilas etməliyik. 

Bu  sözlərlə  yaşlı  qraf  müzakirə  iştirakçılarını  əsas 

mətləbə qayıtmağa vadar etdi. Yoxsa, onlar əsas mahiyyət-

dən yavaş-yavaş uzaqlaşırdılar. Söz yox ki, belə olan halda 

söz yenə də polkovnik Alonsoya verilməli idi. O, dedi: 

- Məndə olan məlumata görə bizim silahdaşların mövqe 

tutduqları  hindu  kəndi  buradan  xeyli  uzaqda  yerləşir.  Biz 

dayanmadan  hərəkət  etsək,  bir  gün  ərzində  həmin  kəndə 

gedib  çıxa  bilərik.  Əvvəlcə  danışıldığı  kimi  biz  istehkam 

yerləşən kəndə iki istiqamətdə gedəcəyik; süvari və piyada 

dəstəsilə. Süvari dəstəsi açıq yol ilə Lyankiue gölünün şərq 

sahili  boyunca  şimal  istiqamətində,  piyada  dəstə  isə  şərqə 

doğru hərəkət edərək, qarşıdakı dağları aşıb vadi ilə həmin 

kəndə  yollanaçaq.  Ertəsi  gün  biz  silahdaşlarımızın  imda-

dına  yetişməliyik.  İndi  isə  mən  bu  haqda  Xuan  Floresin 

fikrini öyrənmək istəyirəm. 



                                                     

 

  



                                                                            

                                                    

22 

Xuan Flores hər an bu haqda izahat verməyə hazır idi. O, 



polkovnikin təklifini eşidən kimi aludəliklə dedi:  

-  İstehkam  yerləşən  kəndə  getmək  üçün  paralel  olaraq 

bir  neçə  yoldan  istifadə  etmək  lazımdır.  Süvari  dəstəsi 

təpələrin  arası  ilə  keçərək,  Lyankiue  gölünün  şərq  sahilinə 

çıxmalıdır. Ondan sonra yenə də açıq yoldan istifadə etmək 

lazımdır. Şəxsən mən özüm piyada dəstəsini dağların arası 

ilə keçirdərək, onları həmin kəndə aparacam.  

Paralel olaraq Araukaniyada döyüş əməliyyatları başlan-

malıdır.  Bizim  başımız  silahdaşlarımızın  azad  olunması 

üçün  qarışsa,  araukanlar  asudə  vaxtdan  istifadə  edərək, 

özlərinin  dislokasiya  yerlərini  dəyişəcəklər.  Araukaniyaya 

yürüşə  başlamaqla,  biz  hinduları  dağlara  çəkilməyə  imkan 

verməməliyik.  Əgər,  araukanlara  dağlara  çəkilmək  nəsib 

olsa, onda onların müqavimət müddəti xeyli uzanacaq. Mən 

onları  çox  yaxşı  tanıyıram,  dağlarda  və  meşələrdə  mövqe 

tutandan  sonra  araukanlar  partizan  hərəkatına  başlayacaq-

lar. 

Əlbəttə,  bu  məsələdə  qoca  səyyahın  fikrini  bilmək  çox 



vacib idi. O, necə desə, bu ekspedisiyanın iştirakçıları eləcə 

də  döyüş  əməliyyatlarına  başlayacaqlar.  Bu  əməliyyatın 

uğurlu  keçməsinə  dair  Rodriges  Kartahena  bir  başa 

məsuliyyət  daşıyırdı.  Qoca  səyyah  da  bunu  çox  yaxşı 

bilirdi.  Həm  polkovnik  Alonso,  həm  də  ekspedisiyanın  bir 



                                                     

 

  



                                                                            

                                                    

23 

çox  üzvləri  ona  böyük  ümid  bəsləyirdilər.  Qoca  səyyah 



ayağa qalxaraq üzünü polkovnikə tutdu: 

-  Çox  güman  ki,  araukanlar  bizim  gəlişimizdən  halidir. 

Biz  paralel  olaraq  həm  silahdaşlarımızı  ağır  vəziyyətdən 

qurtarmalı,  həm  də  döyüş  əməliyyatlarına  başlamalıyıq. 

Bizim qələbəmizin açarı da məhz bundadır. Bu dəfə döyüş 

əməliyyatlarına ciddi yanaşmaq lazımdır. Silahdaşlarımızın 

köməyinə  yalnız  əlli  nəfərdən  ibarət  olan  süvari  dəstəsi 

getməlidir.  Piyada  dəstəsinin  həmin  kəndə  yollanmasına 

heç bir ehtiyac yoxdur. Müharibəni tez başa çatdırmaq üçün 

biz  ilk  növbədə  cənuba  və  And  dağlarına  gedən  yolları 

kəsməli  və  araukanların  hərbi  düşərgələrinə  gözlənilməz 

zərbələr  endirməliyik.  Biz  onları  təchizat  bazalarından 

məhrum  etməli  və  yerli  əhali  ilə  olan  əlaqələrini  kəsmə-

liyik.  Döyüşən  hinduların  yerli  əhali  ilə  əlaqəsi  olmasa, 

onda  tezliklə  İspaniyanın  zəfər  bayrağını  Araukaniyanın 

bağrına sancacağıq.  

Biz elə etməliyik ki, yerli əhali arasında etibar və etimad 

qazanaq.  Əvvəlki  ekspedisiyalar  zamanı  konkistadorlar 

həmişə  mülki  adamlara  divan  tutmuşdu.  Mülki  adamların 

etimadını qazanmaq üçün biz onlara qarşı zorakılıq əməlləri 

tətbiq etməməli, əksinə onlara hər vəchlə yardım etməliyik. 

Xəstə  olanlara  dərman  verməli  və  əhali  ilə  xoş  ünsiyyət 

yaradılmalıdır.  Hamı  bilməlidir  ki,  biz  silahlı  adamlara 



                                                     

 

  



                                                                            

                                                    

24 

qarşı zor tətbiq edirik. Əhaliyə izah edilməlidir ki, mühari-



bə başa çatandan sonra heç kimin torpağı əlindən alınmaya-

caq və hamı sərbəst halda öz evlərində yaşayacaq. 

-  Onda  belə  çıxır  ki,  müharibə  başa  çatandan  sonra 

araukanların  əksəriyyəti  İspaniya  krallığı  qarşısında  törət-

dikləri  cinayətə  görə  məsuliyyətdən  kənar  qalacaq?  -  deyə 

qraf  Filipp  qətiyyən  qoca  səyyah  ilə  razılaşmadı.  -  Bu  ki, 

absurddur. Yüzlərlə həmvətənlərimiz burada öldürüldükdən 

sonra  vəhşi  araukanlara  sərbəst  yaşamaq  hüququ  verilir? 

Araukanların hamısı təhlükəli bir cinayətkar kimi qılıncdan 

keçirilərək  məhv  edilməlidir!  Biz  əsirlikdə  olanda,  onlar 

bizim başımıza olmazın işgəncələr açdılar. 

- Don Filipp, Araukaniyada bizə qələbə lazımdır. - deyə 

qoca  səyyah  qrafı  sakitləşdirmək  üçün  sağ  əlini  qaldırdı.  - 

Qələbə əldə etmək üçün biz müvəqqəti olsa da, araukanlara 

öz səxavətimizi göstərməliyik! Sizi əmin edirəm ki, cinayət 

törədən  hər  bir  araukan  kimliyindən  asılı  olmayaraq,  sərt 

üsullarla  cəzalandırılacaq.  İndi  isə  hər  bir  konkistador 

qeyd-şərtsiz  mənim təklifimi qəbul etməlidir. Əks təqdirdə 

biz  uzun  müddət  düşmən  üzərində  müvəffəqiyyət  qazana 

bilməyəcəyik. 

Qraf  ilə  qoca  səyyah  arasında  gedən  mübahisə  qızışma-

sın  deyə,  Alonso  bir  komandan  kimi  onların  söhbətinə 

müdaxilə etməli oldu. O, üzünü qrafa tutub iradə ilə dedi: 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə