Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə5/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   2   3   4   5   6   7   8   9   ...   138

                                                     

 

  



                                                                            

                                                    

17 

na  başçılıq  edən  zabitlər  olub.  56  nəfər  konkistadorun 



birdən-birə aborigenlərə təslim olması bizim hamımız üçün 

biabırçılıq  sayılır.  Mən  istərdim  ki,  birinci  ekspedisiyanın 

məğlubiyyətə  uğramasında  əli  olan  adamların  heç  birisi, 

bugünkü müşavirədə öz fikrini söyləməsin.  

-  Axı,  nəyə  görə?  -  deyə  Kamaço  dərhal  öz  etirazını 

bildirdi.  -  Biz  xırda  bir  dəstə  ilə  araukanlara  layiqincə 

müqavimət  göstərmişik.  Bir  neçə  adamın  ucbatından  nəyə 

görə biz cavabdehlik daşımalıyıq? Bəzi adamlar olmasaydı, 

biz düşmənə sarsıdıcı zərbələr endirə bilərdik. 

-  Kamaço,  sən  zabitsən  və  həmin  adamların  adını  açıq-

aydın deməlisən. - deyə polkovnik oğluna qarşı üz bozartdı. 

- Gunahı olan adamların hamısı cəzalandırılmalıdır. 

Bundan  sonra  Kamaço  qoca  səyyaha  tərs  nəzər  saldı  və 

üzünü atasına tutaraq ikrah hissi ilə dedi: 

- Bu ekspedisiyanın müşaviri  Rodriges Kartahena, onun 

nəvəsi  Migel,  cəngavərlərdən  Sebastyan  və  Osvaldo. 

Birinci  ekspedisiyanın  məğlubiyyətə  yuvarlanmasının  əsl 

səbəbkarı  onlardır.  Düşmən  üzərinə  hücum  etməkdə  onlar 

bizə  böyük  maneçiliklər  törədirdilər.  Araukanlar  da  bu 

fürsətdən çox səmərəli istifadə etdilər. 

- Migelin inadkarlığından bəzi adamlar döyüşdən boyun 

qaçırtdı. - deyə Karlos hüznlə dilləndi. - Bəzi məqamlarda 

Migel qorxaqlıq göstərərək döyüş meydanını tərk edirdi. 



                                                     

 

  



                                                                            

                                                    

18 

Hər  iki  qardaş  Migelə  qarşı  elə  böhtanlar  yağdırırdı  ki, 



sanki  qorxmaz  konkistadorun  tərəfdarları  və  şəxsən  həmin 

müharibədə  onunla  iştirak  edən  adamlar  yox  idi.  Lakin 

Migel  ilə  yanaşı  onun  babasının  da  adını  çəkdilər.  Bu 

məsələyə  dair  bir  çox  adamlar  təkzib  verə  bilərdi.  Ançaq 

nizam-intizamın  pozulmasını  istəməyən  polkovnik  özü 

ayağa qalxaraq hiddətlə dedi: 

-  Adı  çəkilən  adamların  kimliyi  və  döyüşdə  necə  fəda-

karlıq  göstərdikləri  mənə  bəllidir.  Onlar  olmasaydı,  “Des-

tino”nun  bütün  heyəti  məğlubiyyətə  düçar  olardı.  Bu 

həqiqəti  heç  kim  dana  bilməz.  Onlar  on  nəfərlik  bir  qüvvə 

ilə,  düşmənin  iyirmi-otuz  dəfə  çox  olan  qüvvəsinə  qarşı 

çıxıb,  xüsusi  igidlik  göstərmiş  və  gəmini  əldə  saxlaya 

bilmişdilər.  

Qardaşım  kapitan  Xuan  Anqud  körfəzinə  daxil  olanda 

körfəzdə və “Destino”nun göyərtəsində yüzlərlə araukanlı-

nın  meyidi  vardı.  Köməyə  çatan  konkistadorlar  and  içirlər 

ki,  həmin  vaxt  körfəzin  suyunun  rəngi  qırmızıya  çalırdı. 

Məndə  olan  məlumata  görə  heç  kim  müharibənin  birinçi 

mərhələsində  Migel  qədər  düşmən  məhv  edə  bilməyib. 

Sizin  hər  biriniz  əsirlikdə  olanda,  Migel  və  adları  çəkilən 

cəngavərlər  Araukaniyaya  yollanan  kəşfiyyat  dəstəsinə 

könüllu yazıldılar. Qorxaq və xəyanətkar adamlar heç vaxt 

həmin  dəstənin  üzvü  ola  bilməzdi.  İndi  həmin  dəstənin 



                                                     

 

  



                                                                            

                                                    

19 

hesabına  siz  azad  olmusunuz,  onlar  isə  düşmənin  əhatə-



sində qalaraq araukanlara qarşı qeyri-bərabər döyuş aparır-

lar.  Hələ  dəqiq  bilinmir  onlar  sağdır,  yoxsa  öldürülüblər? 

Mən heç kimə imkan və ixtiyar vermərəm ki, elə bir cəsur, 

mərd  və  qorxmaz  döyüşçülərə  qarşı  ittiham  sürsün.  O  ki, 

qaldı  Rodriges  Kartahenanı  bu  işdə  günahkar  saymaq,  bu 

böhtandan başqa bir şey deyil.  

Ekspedisiyada  özbaşınalıq  hökm  sürməsəydi,  konkista-

dorların  müəyyən  bir  hissəsi  faciə  ilə  üzləşməzdi.  Sinyor 

Rodrigesi  ona  görə  ekspedisiyanın  müşaviri  təyin  etdik  ki, 

hər  bir  məsələdə  onun  məsləhətlərinə  qulaq  asasınız.  O, 

Araykaniyada olmasaydı, elə qardaşımın da dəstəsi faciə ilə 

üzləşəcəkdi.  Məhz  sinyor  Rodriges  onları  qüvvə  toplamaq 

üçün  yolun  yarısından  qaytarmış  və  Peruya  göndərmişdi. 

Adları  çəkilən  adamlar  ekspedisiyanı  tam  məhv  olmaqdan 

xilas etmişdi. Onların adı şərəflə çəkilməlidir.  

Fürsətdən  istifadə  edən  bələdçi-konkistador  öz  fikrini 

söyləməyə imkan tapdı. O, iftixarla dedi: 

-  Mən  Araukaniyada  aborigenlərə  qarşı  bir  çox 

konkistadorlarla  çiyin-çiyinə  döyüşmüşəm.  Lakin  Migel 

kimi  bir  döyüşçü  ilə  heç  vaxt  rastlaşmamışam.  Onun  çox 

qəribə  xasiyyəti  var.  Döyüş  başlayanda  fərqinə  baxmaz 

qarşısında nə qədər adam var - beş, on və ya on beş. Döyü-

şə elə can atır ki, sanki qarşısında bir düşmən var. Oxdan və 



                                                     

 

  



                                                                            

                                                    

20 

qılıncdan  elə  məharətlə  istifadə  edir  ki,  hər  bir  döyüşçü 



onun  bacarığına  həsəd  apara  bilər.  Açığı  desəm  kapitan 

Xuan  əməliyyat  zamanı  onun  bacarığına  böyük  ümid 

bəsləyir.  Ən  ağır  vəziyyətdən  o,  çox  asanlıqla  çıxmağı 

bacarır.  Belə  döyüşçülərimiz  nə  qədər  çox  olsa,  onda 

araukanlar üzərində qələbə çalmaq çətin olmayacaq. 

-  Elə  biz  bura,  yalnız  düşmən  üzərində  qələbə  çalmağa 

gəlmişik. - deyə polkovnik qürurla dilləndi. - Sağlıq olsun, 

Allahın  köməyi  ilə  biz  İspaniyanın  zəfər  bayrağını 

Araukaniyanın  ürəyinə  sancaraq,  Pireney  yarımadasına 

qalib  kimi  qayıdacayıq!  Mən,  II  Filippə  söz  vermişəm  ki, 

bu  ekspedisiya  araukanların  Mərkəzi  Çili  sahillərindəki 

sərbəst  fəaliyyətlərinə  birdəfəlik  son  qoyacaq.  Qələbə  əldə 

edilməyincə,  mən  İspaniyaya  qayıtmayacam.  Onu  da  qeyd 

etməliyəm  ki,  döyüşlərdə  xüsusilə  fərqlənən  döyüşçü 

yüksək pul mükafatı ilə təltif ediləcək. 

-  Pul  mükafatı  olmadan  hər  bir  döyüşçü  fədakarcasına 

döyüşməlidir.  -  deyə  kapitan  Filipp  Odovaldo  pafosla 

dilləndi.  -  Biz  düşməni  məhv  etməklə,  sübut  etməliyik  ki, 

hamımız İspaniyanın şanlı övladlarıyıq. 

-  Hələ  bu  harasıdır,  müharibədə  fərqlənən  hər  bir 

döyüşçü  Madriddə  Eskorial  sarayında  qüdrətli  kralımız 

əlahəzrət  II  Filippin  xüsusi  qəbulunda  olacaq  və  ayrılmış 

torpaq mülkünün  sahibinə çevriləcək. - deyə polkovnik bu 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə