Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə12/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   8   9   10   11   12   13   14   15   ...   138

                                                     

 

  



                                                                            

                                                    

45 

yerlərdən araukanların danışıq səsləri eşidilirdi. Məhz buna 



görə  də  qaranlıq  havada,  göz-gözü  görməyən  bir  münitdə 

hərəkət  etmək,  həddindən  artıq  çətinlik  törədirdi.  Beləcə 

onlar  xeyli  gedərək  meşənin  ortasına  çatdılar.  Söz  yox  ki, 

ispan  ekspedisiyanın  iqatirakçılarına  qarşı  pusqu  quran 

araukanlar  meşənin  bu  hissəsində  mövqe  tuta  bilməzdilər. 

İspanlar  böyük  olmasa  da,  tonqal  qalaya  bilərlər.  Ətrafda 

olan hindular onların qaladığı tonqalı görə bilməzdi. 

 

 



 

 

 



       

III fəsil. Konkistadorların sürətli hücumu 

 

Bu  gecəni  kəşfiyyatçıların  heç  birisi  soyuqdan  şikayət-



lənə  bilməzdi.  Çünki  qaladıqları  tonqal  onları  istədikləri 

kimi  qızdırmışdı.  Təhlükəsizliklərinə  isə  söz  ola  bilməzdi. 

Gecəni növbə ilə olsa da, hamı rahatca istirahət etdi. 

Ertəsi günü hava işıqlaşan kimi tonqal söndürüldü. Necə 

olsa da, işıqlı havada araukanlar dislokasiya yerlərini dəyi-

şərkən uzaqdan, yanan tonqalın tüstüsünü görə bilərdilər. 

Artıq  vaxt  itirilməsin  deyə,  kapitan  Xuan  konkistador-

lardan  Migel  ilə  Diası  ət  gətirmək  üçün  ova  göndərdi. 




                                                     

 

  



                                                                            

                                                    

46 

Lakin  leytenant  Andre  də  onlara  qoşuldu.  O  birilərinə  nis-



bətən Andre tapança ilə silahlanmışdı. Vaxtı ilə Kataloniya 

hersoqunun  favoriti  olmuş  fransız  zabiti,  əsas  silahı  olan 

qılınçdan  məharətlə  istifadə  edirdi.  Lakin  Araukaniyada  o, 

bu məharətindən lazımi  səviyyədə istifadə edə  bilməmişdi. 

Düzdür,  son  bir  neçə  gündə  araukanlarla  toqquşma  baş 

verməmişdi.  Hələlik  ispanlar  hindularla  toqquşmadan 

boyun  qaçırırdı.  Düşmənin  gözündən  yayınmış  leytenant 

Andreni tamamilə bezikdirmişdi. 

Nəhayət onlar hava işıqlaşan kimi yerli hindular tərəfin-

dən  açılmış  cığırlarla  şimala  tərəf  yollandılar.  Qarşıdakı 

hündür  olmayan  dağları  aşsalar,  onlar  qabaqda  aydınca 

istehkam qurulan hindu kəndini görəcəklər. Çox güman ki, 

araukanlar  həmin  kənddə  olacaqlar.  Ova  çıxanlar  öz 

yoldaşlarından  çox  aralana  bilməzdilər,  ona  görə  ki,  onlar 

gəldikləri  yeri  itirə  bilərdi.  Konkistadorların  gəzdiyi  meşə 

seyrək  olsa  da,  burda  heyvanat  aləmindən  heç  bir  əsər-

əlamət  yox  idi.  Quşların  səsi  eşidilsə  də,  hələlik  onları 

görüb aşkar etmək mümkün deyildi. Belə olan halda Migel 

təklif  etdi  ki,  dünənləri  balıq  tutduqları  çaya  yollansınlar. 

Ova çıxmaqdansa, balıq tutmaq sərfəli idi. 

Onlar  silahdaşlarının  yanına  qayıtmaqla  vəziyyəti  kapi-

tana  izah  etdilər.  Kapitan  da  oz  növbəsində  bildirdi  ki, 

burdan  birbaşa  hamı  cənub-şərq  istiqamətində  hərəkət 



                                                     

 

  



                                                                            

                                                    

47 

etməklə,  çayın  sahilinə  çıxsınlar.  Həmin  qərardan  sonra 



bütün dəstə, bu istiqamətdə, qaldıqları  yeri tərk etdi. Çaya 

təxminən  500-600  metr  qalmış  dəstə  meşənin  cənub 

sərhəddinə çatdı. Ehtiyatı əldən verməmək üçün ilk növbə-

də çayın kənarına bir neçə adam göndərilməliydi ki, həmin 

yeri yoxlasınlar. 

Lakin  bütün  vadidə  ölü  sükut  hökm  sürürdü.  Buna 

baxmayaraq  çayın  kənarı  yoxlanılmalı  idi.  Migel,  Dias  və 

leytenant Andre həmin tapşırığı yerinə yetirmək üçün çaya 

tərəf  yollandılar.  Onlar  çətinlik  çəkmədən  nəzərdə  tutulan 

yerə  gəldilər.  Lakin  əvvəlki  kimi  çayın  o  tərəfindən  ağır 

olsa da, adam səslərini eşitmək olurdu. Məhz buna görə də 

Migelgil  dəstənin  başqa  üzvlərini  bura  çağırmağa  tələsmə-

dilər.  Vaxtı  itirmək  istəməyən  Dias  dərhal,  balıq  vurmaq 

üçün arbalyotunu hazır vəziyyətə gətirdi. 

Migel  ilə  Andre  cökə  ağacının  arxasında  (onların  üzü 

vadinin  qərb  hissəsində  yerləşən  dağlara  tərəf  idi)  əyləşib 

vadini  nəzərdən  keçirməyə  başladılar.  Burada  danışmaq 

olmazdı. Onların  səsini yaxınlıqda olan hər bir adam təsa-

düf  nəticəsində  eşidə  bilərdi.  Onlar  öz  ehtiyatlarını  möh-

kəm tutmağa çalışırdılar. 

Dias  birinci  balığı  vurmuşdu  ki,  birdən  Andre  qarşıdakı 

dağları göstərərək təşvişlə dedi: 




                                                     

 

  



                                                                            

                                                    

48 

-  Dağların  aşağı  hissəsini  görürsünüz?  Orada  canlanma 



hiss olunur. 

Söhbət adamlardan gedirsə, onları aydın görmək heç də 

çətin  deyildi.  Dağların  bəzi  yerləri  açıqlıq  idi,  əksəriyyət 

yerlər isə ağaclarla örtülmüşdü. Migel diqqətlə baxıb gördü 

ki,  vadinin  düz  ortasındakı  iki  böyük  dağın  arasından  sayı 

yüzə  yaxın  olan  adam  üzüaşağı  vadiyə  tərəf  enir.  Həmin 

yerdən  adamların  arasındakı  günəşin  şüalarına  əks  olaraq 

parıltılar görsənirdi. Bu həm  soyuq silahlar, həm də dəmir 

geyimlərin  parıltısı  nəticəsində  baş  verə  bilərdi.  Belə 

əlamətlər  isə  araukanlarda  yox  idi.  Bu  yalnız  ispan 

əsgərlərinin  kirasıları  ola  bilərdi.  Migel  dərindən  köksünü 

ötürərək  ayağa  qalxdı.  Necə  Migel,  eləcə  də  Andre  həmin 

adamların  ispan  əsgərləri  olduğunu  başa  düşərək,  sevinc 

hissi ilə ayağa qalxaraq həmin tərzdə dedi: 

-  Bu  ki,  polkovnik  Alonsonun  başçılıq  etdiyi  ekspedi-

siyadır. Onlar vadiyə tərəf gəlirlər. 

-  Bizim  silahdaşlarımız  vaxtında  özlərini  Araukaniyaya 

yetiriblər. - deyə Migel hərarətlə dilləndi. 

Onların  bu  sözlərini  eşidən  Dias  öz  işini  yarımçıq 

qoyaraq yoldaşlarına yaxınlaşdı. İndi balıq tutmağın heç bir 

əhəmiyyəti  yox  idi.  Yenicə  ayaq  basan  ekspedisiya 

iştirakçılarında  hər  bir  şeyin  olması  labüd  idi.  Sevincdən 

konkistadorlar bir-birlərinin əllərini sıxdılar. Demək olar ki, 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə