Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə13/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   9   10   11   12   13   14   15   16   ...   138

                                                     

 

  



                                                                            

                                                    

49 

ekspedisiyanın  gəlişi  ilə  onların  ağır,  əzablı  və  iztirablı 



günləri arxada qalırdı. 

Günortaya  az  qalmış  kapitan  Xuanın  sağ  qalmış  dəstəsi 

vadinin düz ortasında ekspedisiyanın əsas heyəti ilə sevinc 

sədaları  altında  görüşdü.  Həmin  qüvvə  ekspedisiyanın  bir 

hissəsi  idi.  Həmin  dəstəyə  kapitan  Karl  Kesada  başçılıq 

edirdi.  Xoşbəxtlikdən  Migelin  atası  kapitan  Leon  da 

başçılıq etdiyi dəstə ilə bu qüvvənin tərkibində idi. Ata ilə 

oğul  sevinc  hissilə  hamının  gözü  qarşısında  bir-birilərilə 

qucaqlaşdılar.  Kapitan  Leon  çox  yaxşı  başa  düşürdü  ki, 

əgər  sağ  qalan  konkistadorlar  belə  bir  kökdədirlərsə  və 

dəstənin  yarısı  həlak  olubsa,  deməli  onlar  bu  neçə  həftəni 

Araukaniyada yalnız ölüm ilə üzləşiblər.  

Onlar  öz  yoldaşlarını  əsirlikdən  azad  etməklə  böyük 

qəhrəmanlıq  göstərmişdilər.  Bu  əməliyyat,  ağır  döyüşlərdə 

sınanmış  bir  çox  döyüşçülərin  həyatlarına  son  qoymuşdu. 

Lakin  sağ  qalanlar  ekspedisiya  iştirakçıları  tərəfindən 

qəhrəman  kimi  qarşılandılar.  Dərhal  əldən  düşmüş  konkis-

tadorlar yeməklə təmin olundular. 

Kapitan  Karl  ekspedisiya  rəisindən  aldığı  tapşırığa  əsa-

sən, vaxt itirmədən, mümkün qədər qısa müddətə öz dəstə-

sini  And  dağlarına  çatdırmalıydı.  Lakin  o,  burada  nə 

kapitan  Xuanı  sorğu-suala  tuta  bilir,  nə  də  ki,  yaralıların 

müayinəsi  ilə  məşğul  ola  bilmədi.  Bundan  əlavə  kapitan 



                                                     

 

  



                                                                            

                                                    

50 

Karl  əldən  düşmüş  kəşfiyyatçı  dəstəni  özü  ilə  bu  ağır 



yürüşə  götürə  bilməzdi.  Çünki  bütün  qoşun  ləng  hərəkət 

edəcək.  

On  beş  dəqiqəlik  istirahətdən  sonra  kapitan  Karl  onlara 

izah  etdi  ki,  bir-iki  saatdan  sonra  polkovnik  Alonso  əsas 

qüvvə  ilə  vadinin  cənubunda  yerləşən  meşənin  girəcəyinə 

gələcək.  Onlar  ora  getsələr  daha  yaxşı  olar.  Əlbəttə,  onu 

başa  duşmək  olardı.  Odur  ki,  kapitan  Xuan  onların  hamı-

sına  yaxşı  yol  arzulayaraq,  vadinin  cənubuna  getməyi 

qərara  aldı.  Migel  bir  an  çıxılmaz  vəziyyətdə  qaldı.  O, 

bilmirdi nə etsin, atası ilə döyüşə yollanmaq üçün öz dəstə-

sindən ayrılsın, yoxsa kapitan Xuan ilə axıra kimi bir yerdə 

olsun?  Əlbəttə  o,  başladığı  işi  başa  çatdırmalı  idi,  bundan 

əlavə  uşaqlıq  dostu  Osvaldonu  belə  bir  vəziyyətdə  qoyub 

heç yana gedə bilməzdi.  

Qısaca istirahətdən sonra kapitan Karl öz dəstəsi ilə yola 

düzəldi.  Kapitan  Xuan  isə  vaxt  itirmədən  vadinin  cənu-

bunda  yerləşən kəndə  yollandı. Həmin kənd  meşədən  300-

400 metr aralı yerləşirdi. Polkovnik Alonso əsas qüvvə ilə 

meşənin  ağzında  görünən  kimi  Xuangil  onların  yanına 

gedəcək. 

Kəşfiyyatçılar  həmin  kəndə  çatan  kimi  üç  evdə  mövqe 

tutub istirahət etməyə başladılar. Cəmi bir keşikçi qoyuldu. 

İndi onlar özlərini vadidə çox sərbəst hiss edirdi. Artıq tam 



                                                     

 

  



                                                                            

                                                    

51 

arxayınlıqla  demək  olar  ki,  bu  ərazidə  üstünlük  konkis-



tadorların əlinə keçmiş və onlar bütün ətrafı nəzarət altında 

saxlayırdılar.  Maraqlısı  odur  ki,  vadinin  şərq  hissəsindən 

keçən  çayın  o  biri  sahilindən  araukanların  səsi  gəlirdi. 

Konkistadorlar sahili keçən kimi çox güman ki, düşmən ilə 

silahlı  toqquşma  baş  verəcək.  Düzdür,  Migel  bu  haqda  öz 

atasına  xəbər  verir  və  çayı  keçən  zaman  ehtiyatlı  olmasını 

xüsusilə tapşırdı. 

Söz  yox  ki,  araukanlar  əvvəlki  döyüş  taktikalarını 

dəyişəcəklər.  Ümumiyyətlə,  açıq  döyüşdən  boyun  qaçıra-

caqlar.  Hazırda  onlar  qalın  meşələrdə,  dağ  keçidlərində, 

sıldırım  qayaların  üstündə  və  başqa  qeyri-adi  yerlərdə 

mövqe  tutmalıydılar.  Ançaq  indi  maraqlıdır,  araukanlar 

mülki  əhalini  özlərilə  sürükləyəcəklər,  ya  yox?  Özləri  ilə 

aparsalar,  onda  onların  geri  çəkilməkləri  ləng  baş  verəcək. 

Belə  olan  halda  onlar,  hətta  sürətli  manevrdən  də  məhrum 

olacaqlar.  Konkistadorlar  bu  fursətdən  səmərəli  istifadə 

etməlidir.  Ekspedisiyanın  özəyini  təşkil  edən  süvarilər  hər 

yerdə düşməni qabaqlayaraq ona  sarsıdıcı zərbə endirməli-

dirlər.  

Azdan-çoxdan kapitan Karl, Anqud körfəzinin sahilində 

gedən  müzakirə  zamanı  çıxarılan  qərarı  kapitan  Xuana 

çatdırmışdı.  Artıq  kəşfiyyatçılar  ekspedisiyanın  üç  istiqa-

mətdə  Araukaniyaya  hücum  etməsindən  agah  idilər.  İndi 



                                                     

 

  



                                                                            

                                                    

52 

başa düşmək olar ki, araukanlar nəyə görə belə tezliklə bu 



vadini tərk etmişdilər. Onlar ispanların yaxınlaşdığını görən 

kimi burdan uzaqlaşmağı məsləhət bilmişdilər.  

İş  orasındadır  ki,  dünən  səhər  tezdən  Anqud  körfəzinin 

şimal  sahilini  tərk  edən  konkistadorlar  artıq  vadiyə  kimi 

gəlmişdilər. Onda belə çıxır ki, hindular ispanların irəliləyi-

şinə  maneəçilik  törətməyiblər,  onlar  da  fürsətdən  istifadə 

edib Araukaniyanın içərilərinə sürətlə irəliləmişdilər.  

Kəşfiyyatçıların  xilasına  yollanan  süvari  dəstəsi  onları 

istehkam  olan  kənddə  müəyyən  etməsələr,  axtarışı  hansı 

istiqamətdə aparaçaqları bəlli deyildi.  

Migelgil təxminən bir saat istirahət etmişdilər ki, birdən 

kapitan  Karlın  başçılıq  etdiyi  dəstə  çayı  keçdikləri  yerdə 

araukanların qurduqları pusquya düşdü. Çıxılmaz vəziyyət-

də  qalan  konkistadorlar  odlu  silahlardan  istifadə  etmək 

məcburiyyətində  qaldılar.  Kəşfiyyatçılar  kəndin  yüksək 

nöqtəsinə  toplaşaraq  oradan  səs  gələn  tərəfə  nəzərlərini 

yönəltmişdilər. Məsafə uzun olduğundan və doyüş çayın  o 

tayındakı  yüksəkliyin  arxasında  getdiyindən  savaş  yerinə 

gözucu  da  olsun,  baxmaq  mümkün  deyildi.  Döyüş  elə 

gözlənilməz  halda  başlamışdı  ki,  hətta  konkistadorların  on 

nəfərə yaxın əsgəri çayı keçib qurtarmamışdı. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə