Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə20/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

                                                     

 

  



                                                                            

                                                    

77 

bir  işgəncə  tətbiq  edilməməlidir.  Onlarla  yumşaq  rəftar 



edilməlidir. 

-  Don  Alonso,  bildiyiniz  kimi,  bizə  əsir  düşən  araukan-

ların hamısı yaralıdır. - deyə leytenant Ernando üzrxahlıqla 

bu faktı ekspedisiya rəisinin yadına saldı. - Özü də onların 

ikisinin  vəziyyəti  daha  ağırdır.  Belə  olan  halda  nə  etməli-

yik? 


-  Bizim  yaralı  döyüşçülərimiz  ilə  yanaşı  düşmən  yaralı-

ları  da  müalicə  olunmalıdırlar.  -  deyə  polkovnik  tərəddüd 

etmədən dilləndi. - Biz öz xeyirxahlığımızı düşmənə nüma-

yiş etdirməliyik. Bəlkə, bundan sonra onlar bizim  kimliyi-

mizi yaxşı tanıyacaqlar. Mən çox yaxşı bilirəm ki, əvvəlki 

ekspedisiyalardan  sonra  araukanlar  bizim  əsgərləri  rəzil  və 

amansız  kimi  tanıyırlar.  İndi  bunun  əksi  baş  verməlidir. 

Bizim  kimliyimiz  hamıya  bəlli  olmalıdır.  Bütün  yaralılara 

ilkin tibbi-yardım edilməlidir. 

-  Don  Alonso,  mən  bu  məsələyə  dair  bəzi  aydınlıq 

gətirmək  istəyirəm.  -  deyə  qraf  Xuan  oz  fikrini  bildirmək 

üçün  söz  aldı.  -  Bildiyiniz  kimi  bu  günki  döyüş  zamanı 

bizim ekspedisiyamızdan həlak olanlar var. Həlak olanların 

yaxın  dostları  və  qohumları  bir  ağızdan  söz  veriblər  ki, 

onların qanını yerdə qoymayacaqlar. Onlar bilsələr ki, əsir 

alınan  hindular  nəinki  edam  ediləcək,  hətta  bizim  təbiblər 




                                                     

 

  



                                                                            

                                                    

78 

tərəfindən  müalicə  olunacaqlar,  dəstədə  hansı  qalmaqalın 



başlayacağını təsəvvür etmək çətin deyil. 

-  Heç  kimin  ixtiyarı  yoxdur  ki,  mənim  icazəm  olmadan 

əsirlərə  toxunsun.  -  deyə  polkovnik  sifətini  turşudaraq 

qətiyyətlə dilləndi. - Əgər, onların başından bircə tük əskik 

olsa, onda mən ciddi tədbirlərə əl atmalı olacağam. Mənim 

göstərişimi bütün ekspedisiya iştirakçılarına çatdırın: yaralı 

araukanlar  bizim  soydaşlarımızla  paralel  olaraq  müalicə 

olunacaqlar.  Xüsusən  də  ağır  yaralılara  möhkəm  qayğı 

göstərilməlidir. Bir daha bu məsələyə qayıtmayaq. 

Əlbəttə,  heç  kim  cəsarət  etməzdi  ki,  polkovnikin  bir 

sözünü iki eləsin. Həm kapitan qraf Xuan, həm də Kamaço 

ilə  Karlos  öz  daxillərində  hirslərini  boğmağa  başladılar. 

Polkovnikin  ciddi  xəbərdarlığından  sonra  onlar  əlacsız 

qalaraq  bir-birilərinə  hiddət  dolu  nəzərlər  yetirirdilər. 

Polkovnikin  yaralı  araukanları  müdafiə  etməsi  nəinki 

onları, hətta başqa zabitləri də vəcdə gətirmişdi. Lakin heç 

kim öz etirazını bildirmirdi. Polkovnikin sözündən çıxmaq 

isə qətiyyən olmazdı. Bunun axırı çox pis olardı. 

- Don Alonso, vadidəki kəndlər boş-boşuna qalıb. - deyə 

kapitan  Alonso  mövzunu  dəyişməli  oldu.  -  Deyirəm,  arau-

kanlar həmin kəndlərdən səmərəli istifadə edərlər. Kəndlərə 

dair nəsə, tədbir görmək lazımdır? 




                                                     

 

  



                                                                            

                                                    

79 

-  Vadi  bütünlüklə  bizim  ixtiyarımızdadır.  -  deyə  pol-



kovnik  bir  az  tərəddüd  edəndən  sonra  ehtirasla  dilləndi.  - 

Burda  yerləşən  kəndlərdən  də  səmərəli  istifadə  etmək  la-

zımdır.  İlk  növbədə  bütün  yaralılar  bizə  yaxın  kənddə 

yerləşdirilməlidirlər.  Kəndin  aşağı  hissəsində  qəbristanlıq 

təşkil  edilməli  və  həlak  olan  silahdaşlarımız  həmin  qəbris-

tanlıqda  dəfn  edilməlidir.  Yaralılarımız  çox  olduğundan 

kəndə  beş  nəfərdən  ibarət  mühafizəçi  dəstəsi  qoymaq 

lazımdır.  Həmin  beş  nəfər  düşmənin  bütün  gözlənilməz 

hücumlarına  hazır  olmalıdır.  Bütün  vadinin  təhlükəsizliyi 

məhz onlara tapşırılmalıdır. 

Bu irilikdə vadidə beş nəfərdən ibarət mühafizəçi dəstəsi 

saxlamaq  həddindən  artıq  böyük  risk  tələb  edirdi.  Bütün 

vadi  və  kənddə  müalicə  olunacaq  adamların  təhlukəsizliyi 

onların  öhdəsinə  düşürdü.  Polkovnik  çox  yaxşı  bilirdi  ki, 

vadinin  şimal  sərhədlərindən  bir  qədər  aralı  hindu  kəndi 

yerləşir  və  orada  araukanların  xeyli  qüvvəsi  cəmləşib. 

Onlar hər an həmin kəndi tərk edib vadiyə daxil ola bilərlər. 

Həmin  kənddəki  aborigenləri  nəzarət  altında  saxlamaq 

hələlik  mümkün  deyildi.  Onları  nəzarət  altında  saxlamaq 

üçün  polkovnik  Alonso  tabeliyində  olan  əsgərlərin 

müəyyən bir hissəsini ayırmalı idi. O, isə ildırım sürəti ilə, 

başladığı hücumu davam etdirmək fikrində idi. 




                                                     

 

  



                                                                            

                                                    

80 

Vaxtı  ilə  bu  torpaqda  yerli  əhaliyə  qarşı  döyüşmüş 



konkistadorlar  izah  edirlər  ki,  bu  meşəni  keçəndən  sonra, 

ensiz  hündür  olmayan  dağlar  yerləşir,  həmin  dağları  keç-

mək üçün bir çox keçidlərdən istifadə etmək lazım gələcək. 

Araukanlar  həmin  keçidləri  cidd-cəhdlə  müdafiə  edirdilər. 

İş  ondadır  ki,  həmin  dağların  yamaclarında  bir  neçə  dənə 

hindu  kəndləri  yerləşir.  Moluy  qəbiləsinin  əsas  əhalisi 

həmin  kəndlərdə  yaşayır.  Ən  maraqlısı  odur  ki,  həmin 

dağlardan o tərəfdə münbit torpaqlarla əhatə olunmuş geniş 

bir vadi yerləşir. Vadi demək olar ki, dörd tərəfdən dağlarla 

əhatə olunubdur.  

Dağların 75 faizi sıx meşələrlə örtülmüşdü. Yalnız cənub 

istiqamətindəki dağlar (Anqud körfəzinə yaxın yerlər) meşə 

örtüyündən  məhrum  idi.  Konkistadorların  dediyinə  görə 

təkcə həmin vadidə araukanların 6 kəndi yerləşir. Amma o 

da, mə`lum idi ki, vadinin bütün ətrafı kiçik dağlarla, kiçik 

dağlardan sonra hündür dağlarla əhatə olunmuşdu. Söz yox 

ki,  vadini  tərk  edəcək  araukanlar  dağlara  tərəf  çəkilməyə 

çalışacaqlar. Qarşıda yay fəsli gəldiyi üçün onlar isti günlə-

rini  dağlarda  keçirməyə  üstünlük  verəcəklər.  Qış  fəslində 

isə  onlar  istər-istəməz,  məcburiyyət  qarşısında  qalaraq 

aşağı enəcəklər. 

Lakin  polkovnik  Alonso  yay  fəslinin  elə  birinci  ayında 

inadkarlıq göstərən düşməni darmadağın etmək istəyirdi. O, 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə