Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə18/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

                                                     

 

  



                                                                            

                                                    

69 

araukan  döyüşçülərindən  iyirmisini  qılıncdan  kecirir. 



Bundan  əlavə  ildırım  sürətilə  hərəkət  edən  süvari  dəstəsi 

yolda bir neçə iri dəstəli mülki  əhaliyə çatır və onlara izah 

edilir  ki,  hamı  bir  nəfərə  kimi  evinə  qayıtsın.  Mülki  əhali 

konkistadorlar  tərəfindən  təzyiqə  məruz  qalmayacaq, 

əksinə  bir  çox  sosial  məsələlərdə  onlara  kömək  ediləcək. 

Ondan  sonra  isə  süvari  dəstəsi  vadiyə  daxil  olaraq,  bura 

gəlmişdi. 

Kapitan  Karlın  başçılıq  etdiyi  hücumçu  piyada  dəstəsi 

vadini  ayıran  dağları  aşaraq  maneəsiz  halda  vadiyə  daxil 

olmuşdu. Maraqlı da olsa, yolda onların qarşısına bir nəfər 

də  olsun,  hindu  çıxmamışdı.  Vadini  tərk  edən  zaman  çayı 

keçərkən  onlar  araukanların  qurduqları  pusquya  düşüblər. 

Konkistadorlar odlu silahların köməyi ilə pusquda dayanan-

ları  öz  mövqelərindən  vurub  çıxarda  bilirlər,  lakin  çox 

keçmədən  onlar  ikinci  xəttdə  düşmənin  müqavimətilə 

rastlaşırlar. Süvari dəstəsi uzaqda görünməsəydi, kim bilir, 

həmin  döyüş  nə  qədər  davam  edəcəkdi?  Süvari  dəstəsi 

görünən  kimi  araukanlar  vaxt  itirmədən  geri  çəkilməyə 

başlayıblar. Həmin döyüşdə düşmənin 400 nəfərlik qüvvəsi 

iştirak  etmişdi  və  onlar  6  nəfər  konkistadoru  öldürmüş,  7-

sini  yaralamışdılar.  Lakin  araukanların  itkisi  daha  böyük 

idi;  onlardan  26-sı  öldürülmüş,  35-i  yaralanmışdı.  Abori-




                                                     

 

  



                                                                            

                                                    

70 

genlər  geri  çəkilən  zaman  yaralıların  yarısından  çoxunu 



döyüş meydanından götürə bilməmişdilər. 

Polkovnik  Alonsonun  başçılıq  etdiyi  dəstə  isə  ağır 

yollarla vadinin cənub sərhədinə çıxmaq istəmişdi. Axırıncı 

aşırımı  aşmaq  istəyəndə  ispanlar  hinduların  qurduqları 

pusquya  düşmüş  və  dağ  şəraitində  qeyri-bərabər  şəkildə 

döyüşə  başlamışdı.  Araukanların  üç  yüz  nəfərlik  qüvvəsi 

aşırımdakı  əlverişli  mövqeləri  öz  əllərində  saxlayaraq, 

konkistadorların hucumlarını çox asanlıqla dəf etmişlər.  

Kapitan  Xuangil  meşənin  sərhədinə  yaxınlaşaraq,  düş-

mənin müəyyən bir hissəsini özlərinə çəlb etmişdir. Aşırım-

da cüzi qüvvə itirən düşməndən, yəni, meşənin ağzında 15 

dəqiqə  ərzində  gedən  döyüşdə  11  araukan  öldürülmüş,  9-u 

isə  yaralanmışdır.  Kapitan  Alonso  süvari  dəstəsilə  vadidə 

görünən kimi hindular geri çəkilməyə başlamışdı. Aşırımda 

gedən  döyüş  ərəfəsində  araukanların  6-sı  öldürülmüş,  8-i 

isə  yaralanmışdı.  Həmin  döyüşdə  konkistadorlar  9  meyid 

və 11 yaralı vermişdilər. Qəribəsi o idi ki, ispanların hamısı 

ox ilə öldürülmüşdü. 

Lakin buna baxmayaraq,  konkistadorlar  bütün döyüşlər-

dən  qalib  kimi  çıxaraq,  düşməni  döyüş  meydanından  qaç-

mağa  məcbur  etmişdilər.  Məlum  olur  ki,  hər  bir  döyüşdə 

həlledici rolu ispanların süvari dəstəsi oynamışdır. Halbuki 

atlılar  araukanlara  qarşı  heç  bir  döyüşdə  silah  tətbiq  edə 



                                                     

 

  



                                                                            

                                                    

71 

bilməmişdi.  Ancaq  sübut  olundu  ki,  araukanlar  ispanların 



süvari dəstəsilə üz-üzə gəlməkdən çəkinmiş və bu konkista-

dorlar üçün yaxşı amil olmuşdu.  

Araukanlar  ümumiyyətlə,  konkistadorlar  ilə  açıq  mey-

danda  döyüşməkdən  boyun  qaçırırlar.  Onlar  meşə,  dağ  və 

çay keçidlərində döyüşlərə böyük üstünlük verirdilər. 

 

 



 

 

 



     V fəsil. Süvari dəstəsi bu müharibədə  

            həlledici rol oynaya bilər 

 

Anqud  körfəzi  ilə  vadinin  arasında  yerləşən  dağları 



keçən  zaman  ispanlar  çoxlu  fiziki  güc  sərf  etmişdilər. 

Hamının üzündə yalnız yorğunluq və iztirab cizgiləri ifadə 

olunurdu. Polkovnik Alonso əldən düşən qüvvə ilə meşənin 

içərilərinə  çəkilən  düşmənin  qüvvəsini  təqib  edə  bilməzdi. 

Döyüş baş versə, bu ispanların məğlubiyyəti ilə nəticələnə 

bilərdi.  Onsuz  da  bu  asan  olmayan  ağır  döyüşdə  onun 

dəstəsindən  9  nəfər  öldürülmüşdü.  Hökmən  bütün  dəstəyə 

iki-üç  saatlıq  istirahət  verilməli  idi.  Polkovnikin  əmri  ilə 

meşənin girəcəyində açıq düşərgə quruldu. Yaralılara ilkin 



                                                     

 

  



                                                                            

                                                    

72 

tibbi  yardım  göstərilməli  idi.  Onlardan  3-ü  ağır  yaralan-



mışdı.  Ümumiyyətlə,  bu  günki  döyüş  ərzində  araukanların 

43-ü  öldürülmüş,  52-si  yaralanmışdı,  ispanlardan  isə  15-i 

öldürülmüş,  21-i  isə  yaralanmışdı.  Əlbəttə,  bu  konkista-

dorlar  üçün  arzuedilməz  bir  nəticə  sayılırdı.  Polkovnik 

Alonso  ekspedisiyaya  elə  adamlar  cəlb  etmişdi  ki,  hər 

döyüşçü  düşmənin  on  döyüşçüsünü  məhv  etməli  idi.  Bir 

gün  ərzində  gedən  döyüşdə  onların  itkisi  həddindən  artıq 

çox  idi.  İndi  elə  əməliyyatlara  əl  atılmalı  idi  ki,  arau-

kanların  itkisi  həddindən  artıq  çox  olmalı,  ispanların  isə 

itkisi minimuma endirilməliydi. Həm də elə etmək lazım idi 

ki,  araukanların  əsas  qüvvəsini  aşkarlayıb  onları  həlledici 

döyüşdə məhv etsinlər.  

Bu  müharibədə  əsas  rolu  oynayacaq  süvari  dəstəsi  artıq 

polkovnikin  ixtiyarında  idi.  Çünki  ekspedisiya  iştirakçı-

larını  maraqlandıran  ən  aktual  məsələ  həll  olunmuşdu. 

Kapitan Xuan Odovaldonun başçılıq etdiyi kəşfiyyat dəstə-

si  Araukaniyada  müəyyən  edilib  ölüm  kabusundan  xilas 

olunmuşdu. Polkovnik həmin dəstənin sağ qalmış üzvlərinə 

bildirdi  ki,  onların  bu  ölkədə  göstərdikləri  qəhrəmanlıqlar 

barəsində, İspaniya kralına şəxsən özü məlumat verəcək. 

Artıq  ekspedisiyanın  Araukaniyada  sonrakı  fəaliyyəti 

barəsində  düşünmək  lazım  idi.  Polkovnik  məsləhətləşmək 

üçün dəstənin bütün zabitlərini öz yanına çağırıb dedi: 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə