Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə19/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

                                                     

 

  



                                                                            

                                                    

73 

- Bugünkü döyüşlərin nəticəsi hamınıza bəllidir. Şəxsən 



həmin  nəticə  məni  qane  etmir.  Biz  böyük  itkilərə  məruz 

qalmışıq.  Hələ  də  bir  çoxları  araukanları  ciddi  rəqib  kimi 

qəbul etmək istəmir. Bir çox döyüşçülər əsl taktiki  döyüşü 

kəşfiyyata  yollanmış  döyüşçülərdən  öyrənməlidir.  Axırıncı 

döyüş  zamanı  onlar  5  nəfərlik  qüvvə  ilə  düşmənin  20 

nəfərlik  qüvvəsini  sıradan  çıxartmışdılar.  Biz  isə  bu  qədər 

qüvvə ilə cəmi on dörd nəfərlik qüvvəni məhv edə bilmişik. 

Bu  ki,  biabırçılıqdır.  Belə  getsə,  biz  qələbənin  üzünü  görə 

bilməyəcəyik.  Mənim  əsas  iradım  leytenant  Kamaçoyadır. 

Onun  əsgərləri  dəstənin  kəşfiyyatçı  funksiyasını  yerinə 

yetirirdi.  Onların  səhlənkarlığı  ucbatından  biz  hinduların 

qurduqları  pusquya  düşdük.  Hələ  bu  azmış  kimi  onun 

əsgərləri hücuma keçdilər. 

-  Həmin  döyüşdə  mənim  heç  bir  təqsirim  olmayıb.  - 

deyə Kamaço atasının üzünə baxmadan sıxıla-sıxıla dillən-

di. -  Əsgərlərim öz funksiyalarını yerinə yetirirdilər. Hamı 

çox  yaxşı  bilir  ki,  keçid  çox  dar  idi  və  hər  tərəf  sıx 

kolluqlarla örtülmüşdü.  Araukanların orada pusqu  qurması 

heç  kimin  ağlına  belə  gəlməzdi.  Döyüş  ani  surətdə  baş 

verdi.  Sanki  araukanlar  yerin  altından  çıxdılar.  Oxlar  hər 

tərəfdən yığdırılırdı. İlkin saniyələrdə bizdən altı nəfər oxla 

vuruldu.  Məhz  ondan  sonra  qəzəb  içində  olan  əsgərlər 

hücuma  keçdilər.  Heç  təsəvvürümə  gətirməzdim  ki,  arau-



                                                     

 

  



                                                                            

                                                    

74 

kanlar belə cidd-cəhdlə müqavimət göstərəcəklər. Mənə elə 



gəlir, həmin döyüşdə mən heç bir səhvə yol verməmişəm. 

-  Həmin  döyüşdə  kəşfiyyatçıların  pusquya  düşməsi 

labüd  idi.  -  deyə  kapitan  Filipp  Odovaldo  ciddi  halda 

dilləndi.  -  Çünki  biz  bir  cərgə  ilə  hərəkət  edirdik.  Sərbəst 

fəaliyyət  göstərməyə  heç  bir  imkan  yox  idi.  Təbii  şərait 

buna  imkan  vermirdi.  Araukanların  gizləndiyi  yer  bizim 

üçün  əlçatmaz  sayılırdı.  Mənə  elə  gəlir,  bu  işdə  leytenant 

Kamaçonu  günahkar  saymaq  olmaz.  Araukanlar  həmin 

yerdə  pusqu  qurmaqları  ilə  nə  etdiklərini  çox  yaxşı 

bilirdilər. 

Kapitan  Filipp  bir  əmi  kimi  öz  qardaşı  oğlunu  müdafiə 

etmək  fikrində  deyildi.  O,  bir  zabit  kimi  mövcud  reallığı 

izah edirdi. Əsl həqiqət də elə onun dediyi kimi idi. İndi isə 

bundan  sonra  nə  etmək  lazım  gəldiyini  müzakirə  etmək 

gərəkdir.  Bütün  nöqsanları  aradan  qaldırılmaqla  əsas 

tədbirə  əl  atmaq  lazımdır  idi.  Bundan  əlavə  döyüş  vaxtı 

ispanların əlinə altı yaralı hindu əsir düşmüşdü. Bu məsələ 

ilə bağlı Karlos söz aldı: 

-  Möhtərəm  sinyorlar,  bizim  əlimizə  altı  nəfər  yaralı 

hindu  əsir  düşüb.  Daha  doğrusu,  silahdaşları  onları  döyüş 

meydanında atıb qaçıblar. Onların aqibəti neçə olaçaq? 



                                                     

 

  



                                                                            

                                                    

75 

-  Bir  cani  kimi  onların  hamısı  edam  edilməlidir!  -  deyə 



kapitan  qraf  Xuan  tərəddüd  etmədən  dilləndi.  -  Onların 

hamısının əli ispan əsgərinin qanına bulaşıb. 

-  Onların  hamısını  pusqu  qurduqları  yerdə  ağaçlardan 

asmaq lazımdır. - deyə Kamaço hiddətlə dilləndi. - Qoy on-

dan sonra araukanlar bilsinlər ki, kimə qarşı pusqu qururlar. 

- Buna dair başqa təklif yoxdur? - deyə polkovnik başını 

təəssüflə yellədərək, müəmmalı tərzdə dilləndi. 

Bu  o  demək  idi  ki,  polkovnik  Alonso  bu  məsələyə  dair 

zabitlərdən başqa təklif gözləyir. Yəni, hələlik edamdan söz 

gedə  bilməz.  Onun  fikrini  dərhal  oxuyan  kapitan  Filipp 

üzünü qardaşına tərəf (Alonsoya) tutub ehtiramla dedi: 

-  Mənə  elə  gəlir,  əsirləri  tələm-tələsik  edam  etmək  hələ 

tezdir.  Biz  əsirləri  özümüzdə  girov  kimi  saxlamalıyıq.  Biz 

azğın düşmənlə müharibəyə başlamışıq. Həmin əsirlər bizə, 

döyüş əməliyyatları başa çatana qədər gərəkli olacaqlar. 

-  Sinyor  Filipp,  bizim  əlimizdə  olan  əsirlər  İspaniya 

krallığının  qatı  cinayətkarlarıdırlar.  -  deyə  qraf  Xuan  qəti 

olaraq  bu  fikrə  dair  öz  etirazını  bildirdi.  -  Onların  hamısı 

məhkəməsiz edam edilməlidirlər. 

-  Mən  isə  Filipplə  tamamilə  razıyam.  -  deyə  polkovnik 

başını dik tutaraq qrafa nəzər salmadan iradə ilə dilləndi. - 

Mən məgər dedim ki, əsirlər məhv edilsin? Əlinə silah alan 

araukanların hamısı, bizim krallığın və əzəmətli kralımız II 



                                                     

 

  



                                                                            

                                                    

76 

Filippin  qatı  cinayətkarları  sayılırlar.  Söz  verirəm  ki, 



onların  hamısı  sərt  üsullarla  cəzalandırılacaqlar.  Heç  kimə 

aman verilməyəcək. 

- Mülki əhaliyə də? - deyə qraf Xuan maraqlandı. 

-  Don  Xuan,  Araukaniyaya  ayaq  basan  ispan  əsgəri 

yalnız  qayda-qanun  yaratmaq  üçün  bura  gəlibdir.  -  deyə 

polkovnik hökmlə dilləndi. - Biz bura ona görə gəlməmişik 

ki,  Araukaniyada  cəllad  funksiyasını  yerinə  yetirək.  Mülki 

əhali döyüş əməliyyatlarında iştirak etmirsə, onların hamısı 

tətbiq  olunacaq  cəza  tədbirlərindən  azad  ediləcəklər.  Həm 

də mən heç kimə ixtiyar vermərəm ki, əyninə ispan əsgəri-

nin  libasını  geymiş  adam  burada  mülki  əhalinin  qanını 

axıtsın.  Cəllad  və  ya  qatil  üsullar  bizim  ekspedisiyadan 

uzaq  olmalıdır.  Biz  bura  yalnız  və  yalnız  araukan 

döyüşçülərinə  qarşı  döyüşməyə  gəlmişik.  Zəfər  bayrağını 

Araukaniyanın  mərkəzinə  sancandan  sonra,  İspaniyanın 

qoyduğu  qayda-  qanunlarını  bu  ölkədə  bərpa  edilərkən, 

kimin  haqlı,  kimin  haqsız,  kimin  cinayətkar,  kimin  təmiz 

olduğunu qoy inzibati orqanlar araşdırıb müəyyən etsinlər. 

Nə  qədər  ki,  Araukaniyada  muharibə  gedir,  biz  özümüzün 

əsgəri borcumuzu şərəflə yerinə yetirməliyik. Artıq düşmə-

nin məğlubiyyəti göz qabağındadır. Biz ispan imperiyasının 

ayrılmaz hissəsi sayılan Araukaniyanın cinayətkar ünsürlər-

dən  təmizləməliyik.  Lakin  əlimizə  keçən  əsirlərə  qarşı  heç 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə