Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə25/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

                                                     

 

  



                                                                            

                                                    

97 

Filipp  isə  üç  atıcı  ilə  araukanları  təpəyə  tərəf  sıxışdırırdı. 



Təpəyə  çatmağa  demək  olar  ki,  heç  nə  qalmamışdı. 

Hindular, hətta, yavaş-yavaş təpəyə də qalxmışdılar. 

Migeli  yamacın  divarına  sıxışdıran  aborigenlər  də  öz 

silahdaşlarına  qoşularaq  yavaş-yavaş  geri  çəkilməyə 

başladılar.  Lakin  bir  az  keçəndən  sonra  onlar  yamacın  ar-

xasına  gedən  yolun  üstündə  dayanaraq  kəskin  müqaviməq 

göstərməyə başladılar. Anlamaq çətin deyildi ki, araukanlar 

hansısa  bir  hiyləgərliyə  əl  atmaq  istəyirlər.  At  belindən 

düşmüş kapitan Xuanın başı döyüşə elə qarışmışdı ki, o, bir 

anlığa  bütün  ehtiyatını  əldən  vermişdi.  Hindular  təklikdə 

olan süvarini çətinlik çəkmədən məhv edə bilərdilər.  

Kapitan  Xuanın  yaxınlığında  döyüşən  Migel  gördü  ki, 

bəzi  konkistadorlar  yavaş-yavaş  atılan  oxdan  zərərsizləş-

dirilir. Hətta eləsi vardı ki, ona iki ox dəymişdi. İş ondadır 

ki, döyüşən araukanların arasında kaman ilə silahlanan yox 

idi.  Deməli,  oxlar  yamacın  arxasındakı  hündür  kolluqların 

arxasından atılırdı. Üçüncü konkistador ox ilə öldürüləndən 

sonra  Migel  kapitana  dedi  ki,  araukanlar  qurduqları 

pusqudan konkistadorları ox ilə vururlar və məsləhət gördü 

ki, vaxt itirmədən hamı sahilin kənarına çəkilsin. 

Artıq  kapitan  da  gördü  ki,  onun  döyüşçülərinin  sırası 

seyrəlir. Belə olan halda o, - “Hamı sahilin kənarına çəkil-

sin. - qışqıraraq geri çəkilməyə başladı. 



                                                     

 

  



                                                                            

                                                    

98 

Elə  bu  an  qraf  Filipp  döyüşən  istiqamətdə  aborigenlər 



qışqırıq sədaları altında hücuma keçdilər. Araukanlar orada 

da  hiyləgar  fəndə  al  atmışdılar.  Qarşıdakı  hindular  onlara 

qarşı döyüşən konkistadorları tələyə salmaqdan ötrü, sağda 

yerləşən  təpəyə  tərəf  çəkilmişdilər.  Təpənin  arxasında 

gizlənən  oxatanlar  onları  ox  yaylımına  tutaraq  iti  sürətlə 

əks-hücuma  keçmişdilər.  Nəticədə  iki  nəfər  öldürülmüş, 

qraf  Filipp  ilə  atıcının  biri  yaralanmışdı.  Qraf  Filipp  sol 

ombasından  yaralanaraq cəld döyüş  meydanından uzaqlaş-

mağa başladı. Atıcı əsgər kirasada olduğundan hindular onu 

ayaqlarından  vurmuşdular.  Sürətlə  qaçmağa  imkanı 

olmayan əsgəri demək olar ki, həmin an yolda haqladılar və 

balta  ilə  yaralının  başına  və  kürəyinə  dalbadal  zərbələr 

endirməyə  başladılar.  Bu  dəhşətli  səhnəni  sezmək  heç  də 

asan deyildi. Hiddətini gizlədə bilməyən kapitan Xuan atına 

minib,  nərə  çəkərək  təkbaşına  həmin  istiqamətdə  hücuma 

keçdi.  Orada  hinduların  sayı  təxminən  iyirmi  nəfər  olardı 

və kapitan Xuan çox keçmədən düşmən tərəfindən öldürülə 

bilərdi. Düşmən demək olar ki, hərtərəfli hücuma keçmişdi 

və konkistadorları geri çəkilməyə məcbur edirdi. 

Komandirini darda qoymaq istəməyən Migel dərhal təpə 

istiqamətində hücuma keçdi. Kürəyindən yaralanan Luis də 

hücum etmək istədi, lakin mubarizəni davam etdirmək üçün 

onda taqət qalmamışdı. 



                                                     

 

  



                                                                            

                                                    

99 

Sanki  sahilin  kənarı  qan  çanaqını  xatırladırdı.  Oradakı 



döyüş meydanı get-gedə böyüməyə başlayırdı. Döyüşə cəlb 

olunanların sayı yavaş-yavaş artırdı. Araukanlar döyüşə elə 

can atırdılar ki, sanki bu onların azadlıq uqrunda apardıqları 

sonuncu döyüşüdür. Arbalyotlardan, arkebuzlardan və muş-

ketlərdən  açılan  atəşlərə  baxmayaraq  onlar  konkistadorları 

hərtərəfli  çaya  sıxışdırırdılar.  Sahilə  çıxan  hər  bir  ispan 

dərhal  döyüşə  can  atırdı.  Halbuki  bütün  üstünlüklər 

araukanların  tərəfində  idi.  Onlar  bu  üstünlüyü  qoruyub 

saxlamaqdan  ötrü,  hətta  ağaca  bağlanan  kəndiri  də  kəsib 

atdılar.  Bu  o  demək  idi  ki,  konkistadorların  bu  biri  sahilə 

olan  axını  dayandırılmışdı.  Ancaq  buna  baxmayaraq,  bu 

zaman  on  iki  nəfər  ispan  araukanlara  qarşı  amansız 

döyüşdə muqavimət göstərirdi. 

Kapitan  Xuan  duşmənin  əhatəsində  olmasına  baxma-

yaraq  ülgüc  kimi  iti  olan  qılıncı  ilə  onlara  sarsıdıcı  zərbə 

endirirdi.  Bir-iki  dəqiqənin  içində  iki  düşmən  öldürülmüş, 

birisi isə sol çiynindən yaralanmışdı. Artıq Migel də döyüşə 

başlamış və bir anın içərisində düşmənin əhatəsinə düşdu. 

Böyük  enerjiyə  malik  olan  cavan  zadəgan  komandirinə 

yaxınlaşmaq üçün bütün gücünü və bacarığını işə salmışdı. 

Hərçənd ki, bu iş həddindən artıq əzab-əziyyətli idi. Çayın 

o  biri  sahilindəki  atıcılar  olmasaydı,  araukanlar  onların 




                                                     

 

  



                                                                            

                                                    

100 

birləşməsinə  imkan  verməzdilər.  Kapitana  çatana  qədər, 



Migel döyüşə-döyüşə iki düşməni zərərsizləşdirə bilmişdi. 

Sahildə  gedən  döyüş  yarım  saatdan  çox  idi  ki,  davam 

edirdi.  Həm  bu  tərəf,  həm  də  o  tərəf  bərk  yorulmuşdu. 

Hamıdan  çox  güc  tətbiq  edən  Xuan  ilə  Migel  yavaş-yavaş 

zəifləyirdilər.  Bir  neçə  rəqibə  qarşı  eyni  zamanda 

döyüşmək  heç  də  asan  deyildi.  Belə  bir  məqamda  geri 

çəkilmək  məqsədəuyğun  sayılırdı.  Bu  işdə  onlara  atıcılar 

böyük  yardımçı  rolunu  oynayırdı.  Lakin  iş  elə  gətirdi  ki, 

təpənin  üstündən  atılan  ox  Xuanın  sağ  döşünün  üstünə 

batdı və dəstənin komandiri arxası üstə düz çayın kənarına 

yıxıldı.  Onu  tamamilə  məhvdən  qurtarmağa  çalışan  Migel 

qeyri-insani  halda  qışqıraraq  əks-hücuma  keçməyə  cəhd 

etdi.  Lakin  araukanlar  onun  qarşısında  dəmir  sipər  kimi 

dayanmışdılar.  Buna  baxmayaraq,  Migel  onlardan  birini 

qılıncdan  keçirməyə  müvəffəq  oldu.  Elə  bu  vaxt  gözlənil-

məz bir hadisə baş verdi. Kapitan Xuan özünə güc verərək 

yaralı  halda  düşmənə  qarşı  döyüşməyə  başladı.  Onun  bu 

hərəkəti döyüşdə bir balaca dönüş yaratdı. Onsuz da yaralı 

halda  o,  düşmənə  qarşı  çox  müqavimət  göstərə  bilməzdi. 

Bunu  çox  yaxşı  dərk  edən  Migel  ona  xəbər  elədi  ki, 

bacardığı qədər buradan uzaqlaşsın. Lakin hiddət və qəzəb 

içində  olan  Xuan,  addım  belə,  geri  çəkilmək  fikrində 

deyildi.  Sözsüz  ki,  o,  bu  hərəkətlə  həm  özünü,  həm  də 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə