751
Sözardı
əvəzi
mək üçün göstərilən ilk cəhd deyildir. İslamın və başqa
dinlərin tarixində buna oxşar misallar az deyil, lakin onlar
heç vaxt həqiqətən humanist prinsiplərin bəyan edilməsinə
gətirib çıxarmamışdır. Amma əvəzində, ictimaiyyət dini-si-
yasi təqiblərin, söz azadlığının və fərqli düşünməyin bo-
ğulmasının, keçmiş həmfikirlər və dindaşlar arasında daxili
çəkişmələrin şahidi olmuşdur.
Son onilliklərdə ictimai həyatın plüralizmi və davranış tərz-
lərinin müxtəlifliyi ənənəvi inteqrasiya metodlarının imkanları
hüdudundan kənara çıxmışdır. Hazırda dini tarixdən, mədəniy-
yətdən, sosiologiyadan təcrid edilmiş şəkildə nəzərdən keçir-
mək, demək olar ki, mümkün deyildir. Dini mühafizəkarlıq dini
təfəkkürü oyadan və zamanın qarşıya qoyduğu suallara cavab
verən yenilikçi və islahatçı ideyalarla rəqabət apara bilmir.
Din sahəsinin bəşəriyyətin inkişafının ilkin şərti və ya re-
sursu kimi dəyişməz qalmasını etiraf etməklə yanaşı, biz
başa düşməliyik ki, müasir Azərbaycanın da aid olduğu
qeyri-ənənəvi, transformasiya cəmiyyətlərində dindarlıq ona
könüllü surətdə maraq göstərənlərin daxili fəallığı vasitəsilə
sərbəst şəkildə və məcburiyyətsiz inkişaf edir. Müasir real-
lıqlar sürətlə dəyişərək, sosium qarşısında yeni vəzifələr qo-
yur, buna görə də iqtisadiyyatda, siyasətdə və ictimai müna-
sibətlərdə irəliləyişə nail olmaq üçün transformasiya proses-
lərinin lazımi axınını yalnız yeni ideyalar üçün açıq olan
cəmiyyətlər tuta biləcəkdir.
Dövlət və cəmiyyətin həyatında baş verən demokratik
dəyişikliklər dini həyatın da demokratikləşməsinə stimul
yaratmalıdır. İnsan hüquqları ideyasının müxtəlif konfessiya-
ların təbliğ etdiyi dini doktrinalarla eyniləşdirilməsi müəyyən
dərəcədə bununla bağlıdır. Din vətəndaş azadlıqlarının mə-
nəvi qoruyucusuna və ictimai-siyasi dəyişikliklərin təkcə dini
752
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
deyil, həm də demokratiya kontekstində başa düşülən əxlaqa
və ədalətə uyğunluğu baxımından onların qərərsiz tənqid-
çisinə çevrilmək imkanına malikdir.
Demokratikləşmə prosesləri təkcə bu və ya digər ölkələri
deyil, həm də onların arasındakı münasibətləri əhatə edir.
Nəticədə təkbaşına liderlik keçmişdə qalır. Dəyişikliklər döv-
rünün tələblərinə iri ittifaqlar deyil, müvəqqəti məqsədli
münasibətlər və ya alyanslar uyğun gəlir. İkitərəfli münasi-
bətlərin strukturunu yaratmağa və müxtəlif çoxtərəfli format-
larda iştirak etməyə imkan verən siyasət aktuallaşır ki, bu da
müstəqilliyin qorunub saxlanmasına təminat verir.
Hazırda dünya daha həssas olmuşdur. Bunun əsas səbəbi
qloballaşmanın mürəkkəblikləridir: inkişafın qeyri-bərabərli-
yinin güclənməsi sosial-iqtisadi, millətlərarası və dini zəmin-
də münaqişələrə səbəb olur; onların bir qismi terrorizm, mü-
təşəkkil cinayətkarlıq və narkotik maddələr alveri mənbələ-
rinə çevrilir. Dövlətlər üçün təhlükəsizliyin olmaması birtə-
rəfli güc tətbiq edilməsi, ərazi bütövlüyünün pozulması kimi
fəsadlar yaradır.
2007-ci il fevralın 10-da Münxendə dünyanın 40-dan çox
ölkəsini təmsil edən yüksək vəzifəli şəxslərin iştirakı ilə
təhlükəsizlik məsələrinə dair konfransda Rusiya prezidenti
V.Putin öz çıxışında müasir beynəlxalq münasibətlərin və
proseslərin bir sıra problemlərinə toxunmuşdur.
Məsələn, o demişdir ki, cəmi iyirmi il bundan əvvəl dünya
ideoloji və iqtisadi baxımdan parçalanmışdı, onun təhlükəsiz-
liyi isə iki fövqəldövlətin çox böyük strateji potensialı hesa-
bına təmin edilirdi.
“Qlobal qarşıdurmalar ən kəskin iqtisadi və sosial məsə-
lələri də beynəlxalq münasibətlərin gündəliyində sonuncu
753
Sözardı
əvəzi
yerlərə keçirmişdir. Hər bir başqa müharibə kimi, “soyuq
müharibə” də bizə “partlamamış mərmilər” miras qoymuş-
dur... Mən ideoloji stereotipləri, ikili standartları, blok tə-
fəkkürünə xas olan başqa şablonları nəzərdə tuturam.
“Soyuq müharibə”dən sonra təklif edilən birqütblü dünya
da baş tutmadı...
Lakin birqütblü dünya nə deməkdir? Bu terminə nə qədər
bəzək-düzək versələr də, nəticə etibarilə praktikada onun
yalnız bir mənası var: bir hakimiyyət mərkəzi, bir güc mər-
kəzi, qərarların qəbul edildiyi bir mərkəz.
Bu, bir ağanın dünyası, bir suverenin dünyasıdır...
Əlbəttə, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur.
Çünki məlum olduğu kimi, demokratiya azlığın maraqları və
fikirləri nəzərə alınmaqla, çoxluğun hakimiyyəti deməkdir.
Yeri gəlmişkən, Rusiyaya, bizə daim demokratiya dərsi
keçirlər. Lakin bizi öyrədənlər özləri, nədənsə, o qədər də
öyrənmək istəmirlər.
Beynəlxalq hüququn əsas prinsiplərinə etinasızlığın get-
gedə artmasının şahidi oluruq. Üstəlik, ayrı-ayrı normalar və
mahiyyət etibarilə, bir dövlətin, ilk növbədə, əlbəttə, Birləş-
miş Ştatların az qala bütün hüquq sistemi hər sahədə – həm
iqtisadiyyatda, həm siyasətdə, həm də humanitar sahədə öz
milli sərhədlərindən kənara çıxmışdır və başqa dövlətlərə
zorla qəbul etdirilir. Amma bu kimin xoşuna gələ bilər…
Əminəm, biz elə bir həddə yaxınlaşmışıq ki, qlobal təhlü-
kəzisliyin bütün arxitekturası barədə ciddi şəkildə fikirləş-
məliyik...
ATƏT-i başqa ölkələrə münasibətdə bir ölkənin və ya
ölkələr qrupunun daxili siyasi maraqlarının təmin edilməsi
Dostları ilə paylaş: |