757
Sözardı
əvəzi
Azərbaycanda yeni bir paradiqma formalaşır – cəmiyyət daha
açıq, fərdin imkanları isə daha geniş olur.
Azərbaycan cəmiyyətinin mərhələli demokratikləşməsin-
də kütləvi informasiya vasitələri mühüm yer tutur. Hazırda
Azərbaycanda həm iqtidarın və müxalifətin mövqelərini,
həm də bu və ya digər sosial qrupların müstəqil mövqelərini
əks etdirən 2600-dək informasiya orqanı vardır. Təbii ki,
azad kütləvi informasiya vasitələri demokratik inkişafın
prioritet amilidir, müstəqil “dördüncü hakimiyyət” isə ictimai
tərəqqinin güzgüsü rolunda çıxış edir. Buna görə də
Azərbaycanda onların maneəsiz fəaliyyəti üçün əlverişli
şərait yaradılmışdır: Prezident Heydər Əliyevin, daha sonra
Prezident İlham Əliyevin müvafiq qərarları ilə qəzetlər
dəfələrlə dövlət borclarından azad edilmiş; vergilərin ödənil-
məsindən tamamilə azad olunmuş; KİV-lərin yaradılmasına
və sərbəst fəaliyyətinə mane olan hər cür bürokratik əngəllər
ləğv edilmişdir. Azərbaycanda qəzet təsis etmək üçün yalnız
onun fəaliyyətə başlamasının bəyan olunması lazımdır, bu da
inkişaf etmiş demokratiyalarda qəbul olunmuş standartlara
uyğundur. Prezident İlham Əliyev demişdir: “Söz azadlığı-
nın, mətbuat azadlığının təmin olunması bizim prioritet
məsələmizdir. Azərbaycan bu sahədə böyük uğurlara nail
olmuşdur... Biz Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə
qoşulduq. Fəaliyyət proqramında siyasi islahatların davam
etdirilməsi də öz əksini tapmışdır, yəni bu, bizim seçi-
mimizdir. Əgər biz bu fikirdə olmasaydıq, heç kim bizi
məcbur edə bilməzdi ki, bu razılaşmalara gedək. Bu, bizim
seçimimiz, bizim istəyimizdir, bizim iradəmizdir”
1
.
Lakin transformasiya mərhələsi müstəqil mətbuatın və
müxalifət mətbuatının təşəkkülü və fəaliyyəti məsələsinə öz
1
Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən, 28 noyabr 2006-cı il.
758
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
düzəlişlərini edir. Qəzet və jurnalların əksəriyyətində peşə-
karlıq problemi hələ də aktual olaraq qalır. Müxalifət KİV-
lərində dərc edilən materiallar heç bir informasiya yükü daşı-
mır, amma əvəzində, bulvar məqalələri gen-bol çap olunur.
Müvafiq partiyaların mətbu orqanları olan bu qəzetlər həmin
partiyaların ruporudur və yalan, çirkin şayiələr yaymaq,
siyasi əleyhdarlardan, bir sıra hallarda isə siyasət məkanında
özlərinin keçmiş müttəfiqlərindən heyfini çıxmaq funksiya-
sını yerinə yetirir. Müxalifətçi KİV səhifələrində cəmiyyətin
həyatı ilə bağlı aktual siyasi problemlərə və ya mənəviyyat
problemlərinə dair yüksək peşəkar səviyyədə hazırlanmış heç
bir analitik məqaləyə rast gələ bilməzsiniz.
Təbii ki, keçid dövrünün çətinlikləri sosial gerçəkliyin ba-
şa düşülməsi ilə əlaqədar müəyyən problemlər yaradır, lakin
vaxt daim irəli gedir. Buna görə də demokratik təsisatlar in-
kişaf etdikcə, cəmiyyət aparıcı siyasi təşkilatların informasi-
ya orqanları roluna iddia edən “bulvar mətbuatı”na münasi-
bətdə barışmaz və tənqidi mövqe tutmalıdır. Cəmiyyət onun
maraqları ilə oynamağa, yalançı manipulyasiyalara, özlərinin
cılız məqsədlərinə çatmaq naminə kliyentalist qruplarından
istifadə etmək cəhdlərinə dözmür. Cəmiyyət düzgün və
etibarlı informasiya əvəzinə, oxucuya bu nəşrin tirajını hər
vəchlə artırmaq məqsədi ilə yazılmış materiallar “sırıyan”
mətbu orqanlara etimadın dərəcəsini qiymətləndirməlidir.
Mass-media aləmində “bulvar mətbuatı”nın tirajı, həqi-
qətən daha böyük olur və çox vaxt elmi strukturların mətbu
orqanları və ya dövlət orqanları tərəfindən dəstəklənən küt-
ləvi informasiya vasitələri ilə müqayisədə öz xərcini daha
çox çıxara bilir. Bu cür nəşrlərə maraq fərdlərə ta qədimdən
xas olan “çörək və tamaşa” əldə etmək istəyindən irəli gəlir.
Bu, tamamilə anlaşılandır. Lakin partiyalara məxsus olan və
yaxud “müstəqil” mətbuat və şəbəkə resursları bulvar mət-
759
Sözardı
əvəzi
buatının analoquna çevriləndə, bu qəzetlərin məxsus olduğu
siyasi liderlərin səmimiliyinə və onların siyasi fəaliyyət
qabiliyyətinə ciddi şübhə yaranır. Bəzi radikallar müxalifətin
durğunluq dövründə olduğunu başa düşərək yalan, saxta-
karlıq, diffamasiya və dezinformasiya vasitəsilə öz nəşrlərinə
və partiyalarına marağı artırmağa çalışırlar.
Son on ildən artıq dövrdə milli müxalifət, xüsusən onun ra-
dikal qanadı ictimaiyyəti hər vasitə ilə inandırmağa çalışır ki,
Azərbaycan demokratikləşmə yolu ilə irəliləmir, əksinə, ölkə-
də avtoritarizmin bərqərar olması prosesi gedir. Heç şübhəsiz
ki, bu cür bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur.
Həqiqət başqa müstəvidədir və müxalifət bunu ya şüurlu su-
rətdə qəbul etmək istəmir, yaxud da özü “yeniyetmə” vəziyyə-
tində olduğuna görə onu dərk etməyə qadir deyildir. Ümumiy-
yətlə, müasir Azərbaycan cəmiyyəti, onun barışmaz müxalifət
hissəsi istisna olmaqla, demokratik dəyərlərə kifayət qədər uğurla
yiyələnir. Deməli, əgər ölkənin demokratikləşməsi prosesində
müəyyən çatışmazlıqlar varsa, müxalifət bunun səbəbini ilk
növbədə özündə axtarmalıdır, çünki siyasi məkanda münaqişənin
mənbələri iqtidarda deyil, müxalifətin öz daxilindədir.
Ölkənin demokratikləşdirilməsi təkcə iqtidarın deyil, bü-
tün cəmiyyətin vəzifəsidir. Deməli, bu problemin həllində
müxalifətin də çiyninə müəyyən yük düşür. Lakin məsələnin
mahiyyəti ondan ibarətdir ki, milli müxalifətin əl-qolu daxili
avtoritarizmlə bağlanmışdır. Müxalifət bu sosial “azardan”
yaxa qurtarmayınca demokratik prosesdə özünün iştirakının
rolunu, yerini və əhəmiyyətini müəyyən edə bilməyəcəkdir.
Təsisçiləri indiki iqtidarı o qədər də sevməyən “Novoye
vremya” qəzeti (Azərbaycan) 2006-cı il dekabrın 20-də ABŞ
dövlət katibinin köməkçisi Barri Lovenkronun Azərbaycana sə-
fərinə geniş bir məqalə həsr etmişdi. Vaşinqtondan gəlmiş yük-
Dostları ilə paylaş: |