754
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
üçün vulqar alətə çevirməyə çalışırlar. ATƏT-in təsisçi döv-
lətlərlə heç bir əlaqəsi olmayan bürokratik aparatını da bu
vəzifəyə uyğun hazırlamışlar. Qərarların qəbul edilməsi və
“qeyri-hökumət təşkilatları”ndan istifadə qaydaları da bu
vəzifəyə uyğun hazırlanmışdır. Bu təşkilatlar formal baxım-
dan müstəqil olsalar da, məqsədyönlü şəkildə maliyyələşdiri-
lir və deməli, onların fəaliyyətinə nəzarət edilir”
1
.
Putinin ABŞ-ı sürətlə silahlanmanı şiddətləndirməkdə,
BMT-nin nüfuzuna xələl gətirməkdə, birtərəfli hərəkətlərdə
və demokratiyanı “ixrac etməkdə” günahlandırdığı, NATO-
nun Şərqə doğru genişlənməsini kəskin tənqid etdiyi çıxışı
Qərbdə “təəccüb və məyusluqla” qarşılanmışdı. Qərb özünün
məşhur siyasətçilərinin dili ilə Putinin sözlərini kəskin
şəkildə təkzib etmiş və bəyan etmişdi ki, “o, ifrata varır”,
“onun ittihamları düzgün deyildir", ABŞ senatoru Cosef
Liberman isə Putinin çıxışını “təhrikçi çıxış” adlandırmışdı.
Mən isə cənab Putinin çıxışına başqa rakursdan yanaş-
mağı özümə rəva biləcəyəm. O, nədənsə unudur ki, Rusiya
özü Birləşmiş Ştatlara və beynəlxalq təşkilatlara irad tutduğu
məsələlərə əsla riayət etmir. Tarixdən məlumdur ki, yer
üzündə bipolyar və ya polisentrik dünya nizamı yaradıl-
masının zəruriliyi mövqeyindən çıxış edənlər çox vaxt nüfuz
dairələrinin bölgüsündə pay əldə etmək iddiasına düşür.
U.Çörçill özünün məşhur Fulton nitqində məhz bu məqsədi
güdürdü, N.Xruşşov BMT-nin Baş Məclisində çıxış edərkən
ayaqqabısını çıxarıb tribunaya döyəcləyəndə məsələyə məhz
bu mövqedən yanaşırdı. Tamamilə aydındır ki, müasir
Rusiya dünyamızı daha təhlükəsiz və daha sabit edə bilərdi.
Lakin bunu nə ilə izah edək ki, Ermənistana bir milyard
dollar dəyərində silahları təmənnasız vermiş Rusiya rəh-
1
“Rossiyskaya qazeta”, 12 fevral 2007-ci il.
755
Sözardı
əvəzi
bərliyi münaqişə iştirakçılarından birinin (Ermənistanın)
ərazisində öz hərbi bazasını saxlamaqda davam edir. Buna
görə də Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti
barədə düşünəndə, istər-istəməz hiss edirsən ki, Vladimir
Putinin Münxen konfransındakı sözlərinin səmimiyyətinə
inanmırsan.
Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir,
əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı dövlət kimi inkişaf
etmişdir. Qafqazda sivilizasiyalararası həmrəyliyin saxlan-
masında onun nadir rolu da buradan irəli gəlir. Bu həmrəylik
təkcə Ermənistandakı müəyyən təcavüzkar dairələrin deyil,
həm də onun bu cəhdlərini dəstəkləyən qüvvələrin, yaxud da
1918-1921-ci illərdə olduğu kimi, yenə də Azərbaycan əra-
zisi hesabına ikinci erməni dövlətinin yaradılması ilə barış-
mağa çağıranların təzyiqinə məruz qalır.
Azərbaycan sivilizasiyalar arasında körpüdür və o, təkcə
dinlərin və mədəniyyətlərin dialoqu məkanı kimi deyil, həm
də Şərq ilə Qərb arasında mühüm nəqliyyat arteriyası kimi
çıxış edə bilər. Buna görə də təbiidir ki, dünyanın fəal
şəkildə yenidən qurulması fonunda ölkəmizin real surətdə
üzləşdiyi çoxsaylı yeni problemlər yaranmışdır.
Bu təhlükələr əvvəlkilərdən daha az proqnozlaşdırılandır
və onların nə dərəcədə qorxulu olması tam şəkildə axıradək
dərk edilməmişdir. Bütövlükdə, dünyada münaqişələr məka-
nının genişlənməsi meyli aşkar görünür. Dünyada maraqların
toqquşması ehtimalının olması baxımından unutmamalıyıq
ki, Azərbaycan bir sıra dövlətlərin maraqlarının kəsişdiyi
mühüm məkandır. Bu şəraitdə yolu azmamaq, regionda
sabitliyin pozulmasına doğru aparan planlardan və hərə-
kətlərdən mümkün qədər uzaq olmaq çox vacibdir. XXI əsrin
ən təhlükəli təhdidlərinə – beynəlxalq terrorizmə, kütləvi qır-
756
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
ğın sılahlarının yayılmasına, regional münaqişələrə və digər
təcavüzkar hərəkətlərə yalnız dünya birliyinin birgə səyləri
ilə, BMT-nin vasitələrinə və beynəlxalq hüquqa istinadla
müvafiq cavab vermək olar.
Azərbaycanın xarici siyasəti beynəlxalq münasibətlərin
subyektləri ilə çoxşaxəli əlaqələr sistemi olub tarazlıq, çox-
vektorluq və komplimentarlıq prinsiplərinə əsaslanır. Eyni
zamanda, müstəqil xarici siyasətin əsas istiqaməti milli
ləyaqət hissinə və milli maraqların başa düşülməsinə əsas-
lanmaqla, dünya birliyinin bütün üzvləri ilə möhkəm və bəra-
bərhüquqlu münasibətlər yaradılmasına yönəlmişdir.
1988-ci ildə süni şəkildə törədilmiş Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlü-
yünə qəsd oldu. Bu münaqişə açıq hərbi təcavüzə və azər-
baycanlılara qarşı etnik təmizləmə siyasətinə çevrildi. Bir
milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə
düşdü. Bütün bu illərdə Azərbaycanın mövqeyi dəyişməz
qalır: ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normaları
çərçivəsində bərpa edilməli, torpaqlarımız işğalçı qüvvələr-
dən azad olunmalı, qaçqınlar və məcburi köçkünlər doğma
yurdlarına qayıtmalıdırlar.
Son illərdə Azərbaycan cəmiyyətinin sosiomədəni siması
dəyişmiş, yeni davranış normaları və stereotipləri formalaşmağa
başlamışdır. Yeni yaranmaqda olan vətəndaş cəmiyyətinin rü-
şeymləri fikir və söz azadlığı meydanını genişləndirmişdir. Fər-
din yeni siması ölkənin sərbəst demokratik inkişafı ilə eyniləş-
dirilməyə başlanmışdır. Ümumi demokratikləşməyə doğru qlo-
bal dönüş şəraitində ictimai şüur milli identikləşmənin yeni for-
malarını kəsb etməyə başlamışdır ki, bunlar da qərbləşmə layi-
həsinin təsiri ilə bəzən milli şəraitdə birdən-birə dəyişir. Lakin
demokratik transformasiyanın mürəkkəbliklərinə baxmayaraq,
Dostları ilə paylaş: |