748
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Transformasiya cəmiyyətlərinə xas olan “böyümə xəstə-
liyi” hökumət səviyyəsində konkret münasibətlərlə yumşal-
dılmalı, amortizasiya edilməlidir. Ciddi və genişmiqyaslı iş
üçün zəmin yaradıldığı bir şəraitdə dövlət sadə qərarlar qəbul
etməyə şirniklənməməlidir. Belə olarsa, bürokratik yanaşma
üstün gələcəkdir. Bu halda inkişaf əvəzinə, durğunluq yarana
bilər, vətəndaş cəmiyyətinin potensialına tələbat olmaz, kor-
rupsiya, məsuliyyətsizlik və qeyri-peşəkarlıq sürətlə artaraq,
bizi millətin iqtisadi və intellektual potensialının tənəzzülü
yoluna, hakimiyyətin cəmiyyətin maraqlarından getdikcə da-
ha çox uzaqlaşması, dövlət aparatının insanların tələbatını
nəzərə almaq istəməməsi yoluna qaytarar.
Nəzərə almaq lazımdır ki, ölkədə inkişaf etmiş demokratk
prosedurların olması sadəcə zəruri deyil, həm də iqtisadi cə-
hətdən sərfəlidir, cəmiyyətlə məsul dialoqda olmaq isə siyasi
baxımdan məqsədəuyğundur. Buna görə də müasir məmur
cəmiyyət ilə komanda jarqonunda deyil, müasir əməkdaşlıq
dilində, ictimai maraq, dialoq və real demokratiya dilində da-
nışmağı öyrənməyə borcludur. Bu, iqtidarın əsas mövqeyidir.
Ona ciddi riayət edilməsi birinci dərəcəli vəzifədir.
Azərbaycan cəmiyyətinin mərhələli demokratikləşməsi
baxımından bu kitabda insan hüquqları və azadlıqları prob-
lemlərinə xeyli yer ayrılmışdır. Bu sahə yetkin vətəndaş cə-
miyyəti və demokratik dövlət yaratmaq səyləri praktik təcəs-
sümü kimi nəzərdən keçirilir. Siyasi baxımdan fərqli düşün-
cənin, xüsusi mülkiyyət hüququnun yanaşı mövcud olduğu,
vətəndaşın şəxsi həyatının toxunulmazlığına təminat verildiyi
sivilizasiyalı və plüralist məkanın əsasını məhz fərdin hüquq
və azadlıqlarının səmərəli şəkildə təmin olunması təşkil edir.
Bu baxımdan Prezidentin “Azərbaycan Respublikasında in-
san hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təs-
749
Sözardı
əvəzi
diq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərənca-
mına xüsusi diqqət yetirilməlidir. Sərəncamda deyilir: “Ha-
zırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hü-
quqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların
davam etdirilməsini şərtləndirir. Qarşıdakı gələn illər üçün
Azərbaycan Respublikasının normativ hüquqi aktlarının in-
san hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlu-
ğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaş-
lıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxı-
mından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdı-
rılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, döv-
lətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf
etdirilməsi kimi vəzifələr müəyyən edilir”.
Demokratik cəmiyyətin inkişafı labüd olaraq vicdan və
dini etiqad azadlığının təmin edilməsini şərtləndirir. Lakin
bir sıra postsovet dövlətlərinin nümunəsində görürük ki, mə-
dəni münasibətlərin texnoloji münasibətlərlə əvəz edilməsi,
insan fəaliyyətinin dini və əxlaqi tənzimləyicilərinin boğul-
ması, əyləncə sənayesi məhsullarının nəzarətsiz yayılması lo-
kal reaksiyalara səbəb olmuş, cəmiyyəti mədəni inkişafın
alternativ modellərinin tərəfdarlarına və milli özünəməxsus-
luğun müdafiəçilərinə bölmüşdür. Qərbə xas olan liberal də-
yərlər arealının genişlənməsi yaradıcılıq münaqişəsinə, ob-
razların və dünya baxışlarının münaqişəsinə gətirib çıxarır,
məişət səviyyəsində isə çox vaxt eyni bir cəmiyyətin üzvləri
arasında keçilməz uçurum yaranması ilə müşayiət olunur. Bu
şəraitdə dinin rolu heç də birmənalı deyildi. Bir tərəfdən,
ənənəvi etiqadlar milli mədəniyyətin sərt qalasına çevrilmiş,
bu isə xalqın kütləvi şəkildə “Allaha üz tutmasını” şərtlən-
dirmişdir. Digər tərəfdən, qeyri-ənənəvi dini cərəyanlardan
750
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
və təriqətlərdən cəmiyyətlərin mədəni birliyini əridən və qlo-
bal kosmopolitizmin geniş yayılmasına kömək edən bir va-
sitə kimi istifadə olunur.
Bu baxımdan, Azərbaycan da istisna olmamışdır. Ölkəmiz
müstəqillik əldə etdiyi vaxtdan bəri Azərbaycan cəmiyyətin-
də baş verən sosiomədəni, siyasi və iqtisadi dəyişikliklər so-
sial həyatın müxtəlif sahələrinə təsir etmişdir. Vətəndaşların
dindarlığı da transformasiyaya məruz qalmış və bu prosesdə
həm daxili, həm də xarici amillər rol oynamışdır.
Lakin deməliyik ki, dünya məkanında müxtəlif dini kon-
fessiyaların nümayəndələrinə münasibətdə tolerantlığın döv-
lət siyasəti olduğu ölkələrin sayı çox deyildir. Azərbaycan
elə nadir məkanlardan biridir ki, burada islam, iudaizm və
xristianlıq yanaşı mövcuddur, krişnaitlər, bəhailər və mu-
nistlər fəaliyyət göstərirlər. Lakin məsələnin bu şəkildə qo-
yuluşu əsla elə bir illüziya yaratmamalıdır ki, guya müxtəlif
qruplar özlərinin qərəzli məqsədlərinə nail olmaq üçün din-
dən asanlıqla istifadə edə bilərlər.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət
olan dövlətdir, buna görə də onun müxtəlif dini qrupların
mənafeləri arasında tarazlıq yaratmağı bacarması çox vacib-
dir. Dini dirçəlişin indiki mərhələsinə xas olan problemlər-
dən biri ayrı-ayrı dini liderlərin xüsusən seçkiqabağı dövrdə
islamdan siyasi məqsədlər üçün istifadə etməyə fəal cəhd
göstərməsidir. Məscid minbərlərindən və kilsə kafedraların-
dan siyasi təşviqat üçün istifadə edilməməlidir. Lakin təəssüf
ki, bəzi din xadimləri özlərinin adi iddialarını gerçəkləşdir-
mək xatirinə dinin saflığından və onun məqsədlərinin ülvili-
yindən əl çəkməyə hazırdırlar. Onların moizələri bəzən din-
dar ictimaiyyətlə iqtidarı bir-birinə qarşı qoymaq üzərində
qurulur. Heç şübhəsiz, bu, dindən siyasi alət kimi istifadə et-
Dostları ilə paylaş: |