143
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Union Institute (FTUI), – özünəməxsus pul şəklində geniş
qeyri-hökumət təşkilatları şəbəkəsinin yaranmasına gətirib
çıxardı. Yeni “silah” 15 il bundan qabaq Mərkəzi Avropa
meydanlarında “məxməri” inqilablar zamanı uğurla sınaqdan
keçdikdən sonra, onun artıq postsovet məkanında ideoloji
mübarizədə tətbiq edilməsi mümkün oldu və bu da uğurla
baş tutdu.
İnsan hüquqlarının qlobal şəkildə müdafiəsi işinə böyük
həcmdə maliyyə vəsaiti, kütləvi informasiya vasitələri, ABŞ-
ın digər ölkələrdəki səfirləri, iqtisadi təzyiq və sanksiyalar,
müxalifətçi demokratik qüvvələrin həvəsləndirilməsi və
dəstəklənməsi, çoxtərəfli diplomatiya və hərbi aksiyalar cəlb
olunmuşdu. Ötən əsrin ikinci yarısında ABŞ-ın beynəlxalq
aləmdəki təsiri və gücü insan hüquqları anlayışının və de-
mokratik proseslərin sənədləşdirilmiş kağızlardan real siyasət
alətinə transformasiyasını və neoliberal modelin bütün
dünyada zəfər çalması naminə mübarizə meydanına yönəl-
dilməsini təmin etdi.
1983-cü ilin əvvəlində ABŞ Prezidenti preambulasında
Birləşmiş Ştatlar “ideallar və mənəvi dəyərlər sahəsində So-
vet İttifaqı ilə daha fəal yarışmalıdır” fikri bəyan edilən
“Demokratiya” layihəsini qəbul etdi. Bu layihə “bütün dünya
ölkələrində demokratiyanın dəstəklənməsinə” yönəlmiş təd-
birlər kompleksini inkişaf etdirir və tamamlayırdı.
“Demokratiya” layihəsi demokratiya dəyərlərinin və
sosial quruluşun müvafiq modellərinin bərqərar olmasının
fəal hücum məqsədlərinin qlobal miqyasda reallaşmasını
nəzərdə tuturdu. Həmin dəyərlərin bərqərar olması üçün
mümkün qədər geniş vasitələrdən istifadə edilməsi təklif
olunurdu. Bu layihənin həyata keçirilməsi çərçivəsində ABŞ
144
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
dövlət katibi C.Şults xarici siyasət təbliğatı və təşviqatını
fəallaşdırmağa, “siyasi, iqtisadi və sosial konsepsiya və
hadisələrin obyektiv işıqlandırılmasını Sovet İttifaqı və Şərqi
Avropa xalqları üçün əlçatan etməyə” çağırdı. Beləliklə,
“Demokratiya” layihəsi həyata keçirilərkən qarşıya qoyulan
məqsədlərə çatmaq üçün, adətən, böhran vəziyyətlərində
tətbiq edilən hərbi-siyasi vasitələrə deyil, əsasən, siyasi-
diplomatik, iqtisadi, humanitar və mədəni-ideoloji vasitələrə
arxalanmaq nəzərdə tutulurdu.
Lakin hadisələri qabaqlamaq istəməsək də, hər halda,
özgə mədəniyyətlə qarşılaşarkən Qərbin çox vaxt iki cür
hərəkət etdiyini düşünən bəzi sosioloqların mülahizələrini
xatırladaq. Məhz bu yol monosentrik dünya nizamının
yaranmasına və hegemon dəyərlər sistemini rəsmiləşdirmək
səylərinə gətirib çıxardı. Bir tərəfdən, keçmiş sosial qaydanın
yerli liderləri, xalqın mənəvi dəyərlər sistemi, təhlükəsizlik
strukturu gözdən salınır. Digər tərəfdən isə, qərbləşmə mis-
sionerlərin, sərmayəçilərin, ticarətçilərin, alimlərin fəaliyyəti
vasitəsilə həyata keçirilir. Nə qədər təəccüblü olsa da, Qərb
mədəniyyəti, onun humanitar aspektləri bu metodları o dərə-
cədə reallaşdırır ki, əhalinin savadlı təbəqəsi öz intellektual
və mənəvi müstəqilliyini itirir. Dünyaya açılmış yerli
iqtisadiyyat dərhal Qərb sənayesi, mədəniyyəti və elmindən
asılı vəziyyətə düşür. Belə ucdantutma hücum qeyri-qərb
mədəniyyətlərinin sanki geri çəkilməsinə, marginallaşmasına
səbəb olur.
1990-cı illərin əvvəllərində beynəlxalq münasibətlərin
əsas seqmentlərinin dəyişməsi, habelə ABŞ-ın gündəlik mə-
sələlərini öz istəyinə uyğun müəyyənləşdirmək imkanı bey-
nəlxalq səhnədə “proqramlaşdırıcı liderlik” adı almış yeni
postbipolyar davranış formasına gətirib çıxardı.
145
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
“Proqramlaşdırıcı liderlik” strategiyasını həyata keçirmək
üçün ABŞ-ın xarici siyasət məqsədlərinin müttəfiqlərin niy-
yətlərindən üstün olması, ideal vəziyyətdə isə eyni olması
vacibdir. Məqsədlərin belə konvergensiyası postbipolyar
dövrdə bəzi sahələrdə ABŞ-ın və Qərbi Avropanın maraq-
larının üst-üstə düşməsinin davam etməsi sayəsində müm-
kündür. Buna aşağıdakı vasitələrlə nail olunur:
ABŞ-ın qabaqlayıcı xarici siyasət planlaşdırması və
həyata keçməsi Birləşmiş Ştatların məqsədlərinə cavab
verən ideya və konsepsiyaların siyasi diskursa çıxa-
rılması;
Amerika diplomatiyasının müttəfiqlərə ənənəvi təsir
metodları;
Realpolitik ruhda olsa belə, birgə fəaliyyətin dürüst
ifadə olunmasında, müttəfiqlərlə ümumi dəyərlərə (de-
mokratiya, siyasi plüralizm, bazar iqtisadiyyatı, insan
hüquqları və s.) arxalanmaq;
müttəfiqlərə maddi resurs (silah, hərbi infrastruktur,
yüksək texnologiyalar), habelə informasiya təqdim
edilməsi.
Bill Klintonun prezidentliyinin birinci müddətində hazır-
lanmış və ikinci müddətində həyata keçirilmiş “proqram-
laşdırıcı liderlik” strategiyası amerikalılara aşağıdakı imkan-
ları verir: 1) öz xarici və daxili siyasət məqsədlərinə çatmaq
üçün maddi resursları artırmağa; 2) müttəfiqlərin sərbəst-
ləşən enerjisini beynəlxalq münasibətlərin digər subyektləri-
nin arzuolunmaz davranış ssenarisinə yol verməyərək özü
üçün əlverişli olan istiqamətə yönəltməyə; 3) müttəfiq
ölkələrin xarici, hərbi və iqtisadi siyasətlərinin formalaşması-
na nəzarət etmək və ya güclü təsir göstərməyə.
Dostları ilə paylaş: |