Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə43/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   39   40   41   42   43   44   45   46   ...   253

 

 

137



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Birləşmiş  Ştatlar nəinki dünya nizamı strukturunda hakim 



mövqe tutmağa, hətta onun meyillərini  müəyyənləşdirməyə

habelə ayrı-ayrı dövlətlərin davranış strategiyasını qurmağa 

qadirdir. Bu, ABŞ-ın  üzərinə xarici siyasət məsələlərinə ikili 

yanaşmaya səbəb olan xüsusi missiya qoydu. Birinci missiya 

ondan ibarətdir ki, “Amerika öz evində demokratiyanı 

təkmilləşdirərək, özünə xas dəyərləri  ən yaxşı  şəkildə  təsbit 

edir və bu səbəbdən də  bəşəriyyətin  qalan hissəsi üçün  yol 

göstərən mayak rolunu oynayır;  ikinci missiyanın  mahiyyəti 

isə ondan ibarətdir ki, bu dəyərlərin özü  Amerikanın üzərinə 

onların dünya miqyasında bərqərar olması üçün mübarizə 

aparmaq vəzifəsi qoyur”

1



ABŞ-ın demokratik təsirinin coğrafiyası yeni regionları 

əhatə etməyə başladı. Corc Kennanın dünyanın üç regionu-

nun: Birləşmiş Krallığın, Reyn vadisinin və Yaponiya ada-

larının rusların  əlinə keçməsinin yolverilməzliyi haqqında 

düşüncələri

2

 onilliklər keçəndən sonra tutarsız görünür, çünki 



“Qədim Roma dövründən bəri ayrıca götürülmüş bir ölkə heç 

vaxt beynəlxalq nizam üzərində bu qədər həlledici üstünlük 

əldə edə bilməmişdi”

3

. “Xeyirxah hegemonluğu” genişləndi-



rərkən ABŞ yeni ideologiyanı “yeni demokratiya” forması ilə 

pərdələnən və siyasi, iqtisadi sosiomədəni məkana müda-

xiləni reallaşdıran demokratiya geosiyasəti vasitəsilə  bərqə-

rar etməyə çalışırdı. İsrail və Yaxın Şərqin Tədqiqi   İnstitu-

tunun baş eksperti Andrey Fedorçenkonun yazdığı kimi, 

“ABŞ-ın həm hərbi qüvvə, həm də sülh yolu ilə Yaxın Şərqi 

“demokratikləşdirmək” cəhdləri son nəticədə dünyanın bu 

                                                 

1

 

Г.Киссинджер. Дипломатия, стр. 10. 



2

 

W.Odom. Russia’s several seats at the table // International Affairs, 



1998, №  4, p. 809-810.

 

3



 

Ch.W.Maynes. Principled Hegemony // World Policy Journal, 1998, 

p.31. 



 

 

138 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

hissəsində Amerika şirkətləri üçün investisiya və xarici tica-



rət mühitinin yaxşılaşdırılması məqsədi daşıyır”

1



Fransanın xarici işlər naziri Yuber Vedrin 1999-cu il  no-

yabrın 3-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitu-

tunda (IFRI) konfransın açılışında söylədiyi nitqdə müasir 

dünyada ABŞ-ın rolunu belə  səciyyələndirmişdi: “Hazırda 

Amerikanın üstünlüyü iqtisadiyyatda, maliyyə sahəsində, 

texnoloji və hərbi sahədə, eynilə həyat tərzində, dildə və küt-

ləvi mədəniyyətdə, düşüncə  tərzinin formalaşmasında və 

hətta Birləşmiş  Ştatların düşmənləri üçün də  cəlbedici olan 

obrazın yaradılmasında hiss olunur… 

Amerika liderləri və mütəfəkkirlərinin çoxu son iki yüz il 

ərzində öz baxışlarını özlərinə  və bütün dünyaya sübut 

edərək, Amerika Birləşmiş Ştatlarının İlahi qüvvə tərəfindən 

“əvəzolunmaz” millət kimi seçilməsinə və bəşəriyyətin rifahı 

naminə bu cür də qalmalı olduğuna bir an belə  şübhə 

etməmişlər… Amerikalılar şübhə etmirlər və daha açıq danı-

şaraq bizə xatırlatmağa çalışırlar ki, müasir dünya XX əsrin 

birinci yarısında Avropanın özünün və dünyanın problem-

lərinin həlli yolunda düçar olduğu tam məğlubiyyətin birbaşa 

nəticəsidir”

2



Digər ölkələrdə insan hüquq və azadlıqlarının, demokra-

tiyanın müdafiəsi sahəsində Amerikanın siyasəti ötən  əsrin 

70-ci illərinin ortasından, 1975-ci ildə Helsinki aktının qəbul 

olunmasından və ATƏM-in yaranmasından sonra dəyişməyə 

başladı. Ötən əsrin 60-cı illərinin sonunda baş vermiş qalma-

qaldan sonra aydın olanda ki, Mərkəzi Kəşfiyyat  İdarəsi 

                                                 

1

 



http://base.ijc.ru/basesite.aspx?SECTIONID=104063&IID=104069 

2

 



Г.Киссинджер.  Нужна  ли  Америке  внешняя  политика.  М., 2002, 

стр. 37. 




 

 

139



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Qanunvericilik şəxsiyyət azadlığını 

elə

 

bir hüduda salmağa çalışır ki,

 

bu hüdudda

 

o, ümumi qanunlara tabe 

olaraq, hər bir

 

başqa

 

şəxsiyyətin azadlığı ilə

 

bir araya sığır. 

 

İmmanuil Kant 

Avropa KİV-lərində və siyasi partiyalarında olan öz adamları 

vasitəsilə fəal surətdə “ideya döyüşləri” aparır, Lindon Con-

son hökuməti “casus” demokratiyası əvəzinə, onun tamamilə 

leqal “açıq qeyri-rəsmi mexanizmini” yaratmaq qərarına 

gəldi. Bu istiqamətdə Cimmi Karter hökumətinin, habelə bir 

sıra konqresmenlərin (Dante Farsel və Donald Frezer və b.) 

ciddi fəallığına baxmayaraq, insan hüquqları  və azadlıqları-

nın qlobal müdafiəsi sahəsində ilk addımlar atıldı. 

1974-cü ilin əvvəlində 

Minnesota  ştatından olan 

demokrat konqresmen, 

“Demokratik konfrans”ın 

və “Amerikalılar demokra-

tik fəaliyyət uğrunda” cə-

miyyətinin sədri, “Üçtərəfli 

komissiyanın” üzvü  Donald M.Frezerin başçılıq etdiyi alt 

komissiyanın məruzəsi hazırlandı. Məruzəçi ABŞ-ın  “insan 

hüquqlarının müdafiəsini öz xarici siyasətinin  əsas vəzifəsi 

saymasında təkid edir” və “bu vəzifənin yerinə yetirilməsi 

üçün müxtəlif tədbirlərin görülməsini tövsiyə edirdi”

1



Cimmi Karterin prezidentliyi dövründə Amerika hökumə-

tinin insan hüquqlarına və demokratiyaya, – o cümlədən də 

SSRİ-də, – münasibəti əhəmiyyətli dərəcədə fəallaşdı. Onun 

hökuməti  sovet məkanında insan hüquqları probleminə xü-

susi səylə yanaşırdı  və  məhz 1974-cü ildə ABŞ Konqresi 

tərəfindən SSRİ-yə qarşı  məşhur Cekson-Venik düzəlişi 

tətbiq olundu. Qeyd edək ki, bu düzəliş ABŞ-ın ticarət haq-

qında qanununa yəhudilərlə bağlı sovet mühacirət siyasətinə 

qarşı etiraz edən yəhudi icmalarının təşəbbüsü ilə əlavə edil-

                                                 

1

 

С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М., 



2003, стр. 104. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə