Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   2   3   4   5   6   7   8   9   ...   53

 
13 
qoydu.  Xırda-xırda  sıxmağa  başladı.  Arvad 
dinmədi, 
danışmadı, heç tərpənmədi də. Bir az belə gözləyib asta və quru 
səslə: 
- Hə, nə olsun, xoşuna gəldim? – dedi. 
- Çox qəşəngsən. Döşlərin… 
- Məndə heç nə  yoxdu, qurumuş odun kimiyəm… Çön o 
tərəfə, yat! 
Ziyad  elə  bil  bir  anda  sərxoşluqdan  ayıldı.  Əmrə  tabe 
olmuş əsgər kimi əlini arvadın döşünün üstündən götürdü. Yan 
böyrü üstə çevrilib adyalı başına çəkdi. Çox gec yuxuya getdi. 
Arada,  hətta,  durub  elə  gecənin  bu  vədəsi  evdən  uzaqlaşmaq, 
bir daha geriyə, arvadın yanına qayıtmamaq istədi… 
Səhər  yuxudan  ayılanda  arvadın  üzünə  baxa  bilmirdi. 
Arvad  elə  bil,  axşam  olanları  tamam  unutmuşdu.  Yenə  süfrə 
açıb  Ziyadı  yeməyə  çağırdı.  Ziyad  bir  istədi  üzrxahlıq  eləsin, 
qarşısında  diz  çöküb  onu  bağışlamasını  istəsin,  amma  arvad 
hərəkətləri ilə buna imkan yaratmadı. 
Və Ziyad yeməyini yeyib, arvadın üzünə baxmadan çıxıb 
getdi. 
 
 
*** 
 
Falçı  qadın  elə  əsəbiləşmişdi  ki,  əlləri  əsirdi,  gözlərində 
ildırım çaxırdı. 
-  Rədd  eləyin  bunu!  Əgər  mən  deyənə  şəkk 
gətirəcəksənsə, burada nə qələt eləyirsən?! Sən qancığa dedim 
ki, səndən əməlli müğənni çıxmayacaq. 
- Təhqir etməyin… 
-  Yaxşı  eləyirəm!  Ağzımda  deyirəm,  düşdüyün  yol  səni 
qaranlığa  aparır,  mənim  üçün  moizə  oxuyursan.  Dur,  rədd  ol 
gözümdən! 


 
14 
Ortayaşlı,  yaraşıqlı,  bər-bəzəkli  xanım  əlini  sinəsinə 
apardı, oradan bir xeyli pul çıxarıb ovcunda tutdu və gözlərini 
döyə-döyə falçı qadına baxdı. 
-  Yox,  yox,  pul  hər  şeyi  həll  eləmir.  Mən  işimi  bilən 
adamam.  Durum  sənin  pullarına  aldanım,  gözlərim  qamaşsın, 
yalandan deyim, səndən adam olacaq? Yox, yox, dedim, dur itil 
gözümdən! 
Falçı  qadın  elə  qışqırdı  ki,  xanım  pulları  döşlərinin 
arasına basıb bayıra çıxdı. 
-  Ay  qız,  bir  kofe  gətir,  ürəyim,  ciyərim  yandı… 
Qəhbənin  sözünə  bax,  deyir,  bir  dua  yaz  o  biri  oxuyan 
qadınların  səsi  batsın.  Buna  mənim  gücüm  çatar?  Nə  var,  nə 
var bunun  adını it dəftərinə  yazmırlar... Orda kim var, buraxın 
gəlsin. 
Falçı  qadın  üz-gözünü  düzəldib,  sınıq  güzgüdə  sifətinə 
baxdı.  
Müştəri gəlib oturmuşdu. Sakit-sakit falçıya baxır, ona nə 
deyəcəyini beynində götür-qoy eləyirdi. 
Bir xeyli beləcə güzgüyə baxandan sonra güzgünü yanına 
qoydu. Elə bil indi müştərinin dayanıb ona baxdığını hiss elədi. 
Kofeni birnəfəsə başına çəkib, yenə müştərini süzdü. 
- Kimsən? 
- Başa düşmədim. 
-  Urusca  danışmıram  ki?!  Sənə  müsəlman  dilində 
deyirəm, yəni ismin nədir? 
- Yəni adım? 
- Bəli, adın. 
- Adım Nazənindir. 
- Ananın adı? 
- Məhluqə. 
- Məhluqənin anasının adı? 
- Sona. 
- Sonanın anasının adı? 


 
15 
 Nazənin fikrə getdi. 
- Bilmirsən? 
- Yox, onu bilmirəm. 
- Fikirləş. 
- Necə? 
- Deyirəm, fikirləş. Sonanın anasının adını tapmağa çalış, 
məni əsəbiləşdirmə, onsuz da cinlər təpəmdə nağara çalır. 
- Hə, yadıma düşdü. Nazənin. Onun adını mənə qoyublar. 
Falçı qadın yan otağa baxıb çay sifariş elədi. Gözlədi, çay 
gəlib  qarşısına  qoyulandan  sonra  özünü  ələ  almağa  çalışıb, 
Nazəninin düz gözlərinə baxdı. 
- Şikayətin nədəndir? Sən də oxumaq istəyirsən? 
- Yox, əstağfürullah, gəldim taleyimə baxasan. 
- Lap yaxşı. Onda de görüm, taleyində nə olub, nə olacaq, 
hamısını deyim? 
Nazənin gözlərini süzdürüb, tavana zillədi. 
- Hə… Əlbəttə... Əgər bir qaranlıq yoxsa… 
- Bu işin bilirsən xərci çoxdu? 
- Yəni, nə qədər? 
- Azı min manat. 
- Min manat? Çox deyil? 
-  Yox,  yox,  yox,  azdır  ki,  çox  deyil.  Bil  ki,  min  manata 
sənin  həyatında  olan  qaranlıqları  da  qovacağam.  Sənin  işin 
çətin olar yoxsa. 
Nazənin tərəddüd içində bir falçıya, bir sınıq güzgüyə, bir 
də bəzəkli cama tökülmüş qara kofeyə baxdı. 
-  Mən  Allah  adamıyam.  İnsafı-mürvəti  əldən  vermərəm. 
Görürəm,  müsbət  auralı  xanımsan.  Mələklər  də  yan-yörəndə 
dolanır. Ona görə səndən səkkiz  yüz manat alacağam.  Özü də 
xırda-xırda. Müasir dillə desək, yəni, kreditlə. 
Nazənin astadan «eybi yox» pıçıldayıb, yerini rahatladı. 


 
16 
Falçı  qadın  camı  qabağına  çəkdi.  Xırda  daşları  kofenin 
içinə atdı. Balaca taxta qaşıqla qarışdırıb gözlərini yumdu. Bir 
müddət beləcə dayandı. Gözünü açmadan: 
- O qara çərçivə nədir?- dedi. 
Nazənin çiyinlərini çəkdi. 
- Qarın-qarsağını bir adama göstərmisən? 
- Kimə? 
- Həkimə. 
- Yox. 
- Yaxşı eləmisən. Həkimdənsə molla yaxşıdır. 
Nazənin nigaran-nigaran gözləri örtülü falçıya baxdı. 
- Deyirsən, yəni bir xəstəliyim var? 
-  Bəli,  xəstəliyin  var.  Özü  də  bir  yox,  bir  neçə…  Ancaq 
mənə sual vermə. Fikrimi dağıdırsan. 
Yenə  camı  qarışdırıb  dodaqlarının  ucunda  anlaşılmayan 
sözlər pıçıldadı. 
- Gecələr yaxşı yata bilirsən? 
- Yox. 
- Niyə?.. Ərin ölüb? 
- Yox. 
- Bəs niyə gözümə kəfən görünür? 
Nazənin yenə çiyinlərini çəkdi. 
Falçı qadın gözlərini açıb, diqqətlə Nazənini süzdü. 
- Həyatında başqası var? 
Nazənin  özünü  itirib,  gözlərini  falçının  gözlərindən 
yayındırmağa çalışdı. 
- Hə, aydındır… Uşağınız niyə olmur? 
-  Uşağımız  var…  Düzdü,  birinci  ilə  ikincinin  arasında 
xeyli fasilə oldu, amma… 
- Elə bilirsən, hər olan uşaq sənindir? Uşaq o zaman sənin 
olur  ki,  onun  bəhrəsini  dadırsan.  Belə  getsə…  Yaxşı  rəngin 
ağarmasın. Hər işin çarəsi var. O uşaqları səndən uzaqlaşdıran 
yolları  sənin  getdiyin  cığırlara  salarıq.  O  zaman  onlar  səndən 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə