Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 
142 
musiqinin  səslənməsi  Duruqanın  xoş  olan  əhvalını  korlaya 
bilmədi. 
Bayırda  atasının  onu  qucaqlaması,  təbrik  etməsi  və  çox 
nadir  hallarda  təsadüf  olunan  göz  yaşını  axıtması  anında  isə 
Duruqanın qəlbindən məlum olmayan bir gizilti keçdi. Sanki bu 
gecə  Duruqanın  xeyir  gecəsi,  şənlik  çağı  deyildi.  Elə  bil  ata 
oğlu  ilə  gəlinini  sehrli  gərdək  otağına  göndərmirdi,  son 
mənzilə, məzarın içinə yola salırdı. 
Bu  haldan  bir  az  duyğulansa  da,  Duruqan  tez  özünü  ələ 
aldı  və  maşına  oturub  Afinanın  vüsalına  qovuşmaq  arzusu  ilə 
qaranlığa doğru getdi… 
Çox  az  müddətdən  sonra  Afina  Duruqan  üçün  adiləşdi. 
Əvvəllər o, başqa cür düşünürdü. Elə bilirdi ki, həftələr, aylar, 
illər  ötəcək,  o,  Afinanın  sehirli  haləsindən  çıxa  bilməyəcək. 
Uzun  illər  ondan  doymayacaq,  onun  vüsalından  usanmayacaq. 
Düşünürdü  ki,  bir  gün  ondan  aralı  qalsa,  həsrət  alovu  qəlbini 
yandıracaq.  Bu  ayrılıq  bir  şahmara  dönüb  onun  könlündən 
vuracaq. Onsuz qalmağın xəyalına belə dalanda qəlbi üşüyəcək 
və... 
Və qısa zaman kəsiyində nələrin baş verdiyini heç özü də 
bilmədi. Bir onu bildi ki, artıq Afinanı qabaqlarda olduğu kimi 
sevə bilmir. Bildi ki, Afinadan doyub və Afina onun üçün adi, 
çox adi qadınlardan birinə çevrilib. 
Bunu  Afinadan  gizlətməyə  çalışsa  da,  qadın  fəhmi 
qarşısında  bunun  çətin  olduğunu  anladı.  Və  günlərin  birində 
qadını  onun  sinəsinə  çöküb,  olanların  səbəbini  ondan  xəbər 
aldı. 
- Məni niyə əvvəlki qədər sevmirsən? 
- Sevirəm. 
-  Karinanın  canına  and  iç  ki,  məni  əvvəllər  olduğu  kimi 
sevirsən. 
- Elə danışma. Bilirsən ki, mən and içməyi sevmirəm. 


 
143 
- Ancaq mən sizin evinizə yeni gələn vaxtlarda sən bütün 
dünyanı mənə qurban eləməyə hazır idin. 
Afina  bunları  yalan  demirdi.  Yeni  evləndikləri  vaxtlarda 
Afinanın  gözlərində  olan  gur  işıqda  yuyunmaqdan  doymurdu 
Duruqan.  Onu  gecələr,  hətta  imkan  düşəndə  gündüzlər  də 
oxşayıb,  əzizləməkdən  yorulmurdu.  Kitablardan  oxuyub 
yadında  saxladığı,  bəzən  özünün  quraşdırdığı  qadın  gözəlliyi 
haqqında  xoş  sözləri  ilə  geninə-boluna  onun  başına  yağdırırdı 
ki, gəlin xumarlanıb, onun boynuna sarılmaqdan özünü saxlaya 
bilmirdi. 
Afinanın gözlərinə çox baxırdı. Təkcə ona görə yox ki, o 
gözlərdə xüsusi bir gözəllik vardı, bir də ona görə baxırdı ki... 
Uşaqlıqdan gözlərin sehri haqqında Duruqanda bir başqa 
münasibət  yaranmışdı.  Ona  elə  gəlirdi  ki,  ürəkdəki  düşüncəni 
gizlədib,  başqa  şəkildə  ifadə  etmək  olardı.  Bir  cür  düşünüb, 
başqa cür danışmaq mümkün idi və elə insanların çoxu da belə 
edirdi.  Bəlkə  bu  da  dünyanın  yazılmamış  qanunlarından  biri 
idi.  Bu  yazılmamış  qanunu  pozanda,  başqa  yazılan  müşküllər 
ortaya çıxardı və adamı adam kimi yaşamağa qoymazdı. 
Elə onda da, nişanlı olduqları çağlarda da onun gözlərinə 
baxmaq istəmişdi. Qız təkidlə gözlərini gizlətmiş, Duruqanın o 
gözlərin  dərinliyinə  varmasına  imkan  verməmişdi.  Evinə 
gətirəndən bir müddət sonra o tilsimi sındırmış, istədiyi qədər o 
gözlərin  gizlinlərini  öyrənə  bilmişdi.  Onu  da  öyrənə  bilmişdi 
ki,  çox  sevdiyi  Afinanın  gözlərində  səmimiyyətin  çırağı 
yanmır.  Ona  ən  dəhşətli  gələn  isə  o  idi  ki,  öz  xanımının 
gözlərindəki  çətin  görüləsi  dərinlikdə  məkr  deyilən  qorxulu 
nəsnənin  işartıları  vardı.  Və  bir  az  da  bir  yerdə  yaşayandan 
sonra  onu  da  çözüb,  daxili  aləmində  tam  qətiləşdirdi  ki,  bu 
məkrin  işartısı  günü-gündən  böyüyür,  alovlanır,  atəşə  dönərək 
çoxlarını, ən çox da Duruqanın özünü yandırır. 


 
144 
- Atam da sənin mənə olan soyuqluğunu hiss edib. Deyir, 
yaşaya  bilmirsinizsə,  mən  səndən  bezməmişəm,  aparıb  öz 
yanımda saxlaya bilərəm. 
-  Bir  azdan  ikinci  övladımız  dünyaya  gələcək.  Deyirsən, 
onları  fidan  yaşlarında  həyatın  frtınaları  qoynuna  ataq, 
boynubükük böyüdək? 
Afina cavab verməyib, ağlamsınmışdı. 
Bu  aralarda  işdə  Duruqanın  atasına  qarşı  təzyiqlər  də 
çoxalmışdı.  Hətta,  öz  katibəsinin  əli  ilə  ona  şər  və  böhtan 
ataraq  iş  uçotuna  yazılmaqla  töhmət  də  verdirmişdilər.  Anası 
isə  artıq  üç  aya  yaxın  idi  ki,  məktəb  direktoru  işləmirdi. 
Samballı  bir  komissiya  düzəldib,  Şəfəqnurun  işlədiyi  məktəbə 
göndərmişdilər.  Ki,  direktorun,  eləcə  də  bütün  məktəbin  işə 
davamiyyətini,  məktəbin  ümumi  vəziyyətini  öyrənsinlər. 
Öyrənmişdilər  də.  Yekun  izahatında  qeyd  olunurdu  ki, 
məktəbdə  vəziyyət  heç  də  ürəkaçan  deyil.  Məktəbin  daxili 
qanunlarında  boşluqlar  var.  Müəllimlər  arasında  qruplaşmalar 
yaranıb.  Başqa  millətlərdən  olan  şagirdlərə  ögey  münasibət 
göstərilir  və  daha  nələr,  nələr…  Şəfəqnur  çox  çalışıb  şər 
qüvələrə  qarşı  mübarizə  aparsa  da,  sonda  gücü  tükənmiş, 
məğlub olaraq, direktor  kürsüsündən  geri çəkilmişdi.  Ona çox 
aşağı  dərs  saatı  ilə  həmin  məktəbdə  müəllim  işləməyə  icazə 
vermişdilər.  Şəfəqnur  çox  düşünüb,  bu  işin  arxasınca 
getməmək  qərarına  gəlmişdi.  Axı  neçə  illərin  direktoru  necə 
gəlib başçılıq elədiyi müəllimlərin yanında pedaqoji fəaliyyətlə 
məşğul ola bilərdi? Buna onun hövsələsi çatardımı, əsəbləri tab 
gətirərdimi?  Bu  müəllimlərdən  beşi  onu  sevirdisə,  bir-ikisi  də 
sevmirdi.  Onu  sevməyən  müəllimlər  sabiq  direktorun  onların 
yanında işləməsinə necə baxardılar? Onu lağa qoyub, istehzalı 
və tikanlı sözlər ataraq, gününü göy əskiyə bükməzdilərmi? 
Ancaq  Məmmədbəylə  məsləhət-məşvərət  edəndən  sonra 
məktəbdə  işləmək  qərarına  gəlmişdi.  Məmmədbəy  ömür-gün 
yoldaşına  təskinlik  verərək  onu  sakitləşdirməyə  çalışmışdı, 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə