Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
170 
Hər halda,  Şəfəqnura belə gəlirdi. Və ona belə gəldiyinə 
görə  özlərini  qınayır,  necə  böyük  səhvlər  etdiklərinin  əzabını 
yaşayır,  yenidən  dünyaya  gəlməyin,  tamam  başqa  cür 
yaşamağın arzusunu çəkirdi. 
Oğlugildə  qaldığı  qırx  gün  ərzində  onu  təkcə  oğlunun 
bivecliyi,  nəvələrinin  etinasızlığı  sıxmamışdı.  Gəlininin  ədalı 
rəfiqələrinin  ədabaz  hərəkətləri  də  onu  o  qədər  incitməmişdi. 
Onu  sıxan  və  incidən  başqa  şeylər  idi.  Afinanın  evdə  oğrular 
kimi  hərəkət  etməsi,  mebellərin  siyirmələrini  ehtiyatla  açıb 
hansısa kağızları götürərək harasa aparması, anlaşılmaz telefon 
zəngləri  Şəfəqnuru  bərk  narahat  eləmişdi  və  Səbrigülün  o 
vaxtlar dediyi sözlər yadına düşmüşdü. Qayınananı qorxudan o  
idi ki, Afina gizli təşkilatlarla əlbir olub, pis işlərlə məşğul olar. 
Bununla özü bir yana, Duruqanın da başına oyun açar. Əslində 
düşündüyünün  həqiqət  olduğuna  o  qədər  də  şübhəsi 
qalmamışdı. Ancaq son ümid kimi özü-özünü aldatmağa çalışır, 
bundan  da  iş  aşmayanda  göz  yaşlarına  güc  verirdi.  İndi  onun 
zərrəcə şübhəsi yox idi ki, Afinanın yiyələnib satdığı evlərinin 
pulunu da hansısa gizli təşkilatların fonduna köçürmüşdü. 
 
 
           
*** 
 
Ziyad  Şəfəqnurun  qəmli  həyat  hekayətini  dinləyəndən 
sonra  bir  müddət  danışa  bilmədi.  Uzun  və  cansıxıcı  sükutdan 
sonra  o,  udqunub  boğazına  yığılmış  qəhəri  nəfəs  yolundan  bir 
az araladı və arvadın kədərli gözlərinə baxdı. 
- Bəs, Duruqanın taleyi necə oldu? 
-  Duruqan  iş  başında,  kabinetində  keçindi.  İndiyə  qədər 
bilmirəm  onu  içində  olan  gizli  dərdimi  öldürdü,  yoxsa 
zəhərləyib öldürdülər. 
- Afina və qızları... 


 
171 
-  Bilmirəm.  Onlar  mənim  üçün  oğlumdan  qabaq 
ölmüşdülər. 
Ziyad  onu  sakitləşdirmək  üçün  daha  ayrı  sual  vermədi. 
Bu  zavallı və  dərdli  qadının  kədərini  azca  da  olsa unutdurmaq 
üçün stəkanlara araq süzdü. Qadın heç nə yemədən dalbadal iki 
stəkan arağı başına çəkdi. Sonra Ziyadın siqaretindən alışdırıb, 
dərdini çölə atırmış kimi qatı tüstünü ağzından bayıra üfürdü. 
 
    
*** 
 
Şəhər  öz  əsrarəngiz  gözəlliyi  ilə  Şahnazı  heyrətə 
gətirmişdi.  Başı  buludlara  dəyən  binalar,  tərtəmiz,  geniş 
xiyabanlar,  küçələr,  xaricdən  gətirilmiş  bahalı  maşınlar… 
Buralara  çox  gəlmişdi,  ancaq  heç  belə  fikir  verməmişdi.  İlahi, 
bu susuz, quru səhralarda belə gözəl şəhəri necə salmışdılar? 
-  Şahnaz,  elə  bil  heç  bu  yerləri  görməmisən.  Birinci 
dəfədir buralara gəlirsən? 
Şahnaz gülüb sinəsi yırğalana-yırğalana Dəryaya baxdı. 
-  Yox,  xala  qurban,  buraları  su  yoluna  döndərmişəm. 
Ancaq,  sənin  canın  üçün,  bu  şəhərin  belə  gözəl  olduğunu 
birinci dəfədir görürəm. 
- Görünür, başın dumandan heç açılmayıb. 
- Nə bilim, xala qurban, bəlkə də. 
Şahnazın  kefi  ala  buludlardaydı.  Həmişə  əhvalı  yaxşı 
olanda bacısının qızına «xala qurban» deyərdi. Bu sözü təkrar-
təkrar tələffüz etməkdən yorulmur, bəzən də qızı qıcıqlandırıb 
özündən  çıxarırdı.  Onda  Dərya  pis  sözlərlə  söyür,  onun  üz-
gözünü  döyəcləyir  və  belə  münasibətdən  Şahnaz  daha  da 
həvəsə gəlib qızı bir az da qeyizləndirirdi. 
-  Şahnaz, heç  olmasa,  bu qərib  yerdə  mənim əsəblərimlə 
oynama. Ərəblərdən ayıbdır axı. 
- Nə qədər itə dönürsən-dön, bir azdan elə havanı 
alacaqlar ki,muma dönəcəksən. 


 
172 
Şahnaz  birinci  dəfəydi  bacısı  qızını  götürüb  Dubaya 
gətirirdi.  Bu  şəhər  və  bu  şəhərin  adamları  haqqında  Dəryaya 
çox  söhbətlər  eləmişdi.  Dərya  ürəyi  əsə-əsə  xalasının 
söhbətlərinə  qulaq  asır,  xəyal  qanadlarında  gəlib  Dubaya 
çatırdı. Şəhəri gəzir, dolanır, varlı şeyxlərlə tanış olur, bir xeyli 
pul qazanıb geri qayıdırdı. Bunları ancaq xəyal edird. Axı o, bu 
uzaq  ölkəyə  necə  gələ  bilərdi?  Lakin  xəyalları  gerçək  oldu. 
Şahnaz  Ziyadı  dilə  tutdu.  Qızını  Gəncəyə  qonaq  aparmaq  adı 
ilə  götürüb  bu  qərib  şəhərə  gətirdi.  Əslində  Ziyad  dərinə 
getsəydi  Şahnazın  bu  işi  baş  tuta  bilməzdi.  Amma  Ziyad  çox 
dərinə getmirdi. Bəlkə də, qəlbinin dərinliyində aldadıldığını da 
hiss  edirdi.  Ancaq  sınmış  qəlbinə  çox  da  əziyyət  vermir, 
könlünə  biganəlikdən  və  laqeydlikdən  don  biçərək,  öz  atalıq 
borcunu  yalandan səs-küy salmaqla bitmiş hesab edirdi. Ya da 
bunu  bitmiş  saymır,  özünün  bitib-tükənəcəyindən  qorxaraq, 
sual  atəşlərindən  qorunmaq  üçün  özünü  izahagəlməyən  bir 
arsızlığa vururdu. 
-  Şahnaz,  ürəyim  elə  şiddətlə  döyünür,  elə  bil,  yerindən 
çıxacaq. 
- Niyə? 
- Qorxuram. 
- Nədən? 
- Bilmirəm. 
-  Qorxma,  xala  qurban,  bəs  sənə  qorxu  duası 
yazdırmamışam? Özünü yaxşı aparsan, Bakıya çatan kimi səni 
ərə verəcəyəm. 
- Məni? 
- Bəli, səni, gözəllər-gözəli Dərya xanımı. 
-  Məni  necə  ərə  verə  bilərsən,  axı  mənim  üzağlığım 
pozulub? 
-  Gic-gic  danışma.  Elə  bil,  on  beşinci  əsrdən  qalmısan. 
Üzağlığını  elə  tikdirəcəyəm  ki,  səni  alanın  heç  nədən  xəbəri 
olmaycaq.  


 
173 
- Birdən diribaş, çoxbilmiş oğlan oldu? 
- Ondan qorxma, səni elə oğlana ərə verməyəcəyəm ki. 
- Bəs necə oğlana verəcəksən? 
- Mamılı oğlana. 
- Mamılı nədir? 
- Yəni, bir az mal, duyğusuz... Mənim ərim kimi. 
Şahnaz  ürəkdən  güldü.  Elə  güldü,  iri  döşləri  yırğalandı. 
Sürücü nəzərlərini yoldan yığıb güzgüdə ona baxdı və nədənsə 
ah çəkdi. 
-  Mən  elə  oğlana  getmək  istəmirəm.  İstəyirəm  getdiyim 
adam möhkəm, iradəli, zəhmli olsun. Yəni, əsl kişi kimi. 
- Ay bədbəxt, əsl kişi səni, məni qapısına qoyar? Bizi un 
kimi xəlbirdən keçirib, qara kündə əvəzinə təndirə yapar. 
-  Şahnaz,  sənə  demişəm  ki,  mənə  bədbəxt  demə.  Bir  də, 
məni  dediyin  elə  yazıq  oğlana  verməyi  yadından  çıxar.  Elə 
kişinin arvadı olmaqdansa, Dubayda sülənmək yaxşıdır. 
-  Belə  şeylər  danışma,  xala  qurban.  Onların  hamısını 
özüm həll edəcəyəm. 
Şahnaz  əl-qol  hərəkətləri  ilə  ərəb  sürücüyə  hara 
gedəcəklərini  göstərdi.  Sürücü  onu  başa  düşdüyünü  başı  ilə 
təsdiqlədi. Və sürəti artırıb dolaşıq bir küçəyə üz tutdu. 
-  Şahnaz,  nə  vaxtdır  buralara  gəlib-gedirsən,  ərəb  dilini 
öyrənməmisən? 
-  Yavaş-yavaş  öyrənirəm.  Əsas  şeyxi  başa salmaqdı, onu 
bacarıram. 
Maşın  hündür  binanın  qarşısında  dayandı.  Şahnaz 
sürücünün pulunu verdi. Yerə düşüb mərmər pilləkənləri yuxarı 
çıxmağa  başladı.  Hələ  də  maşının  yanında  çaş-baş  qalan 
Dəryanı çağırdı. 
Sürücü  hələ  getməmişdi.  Həsəd  dolu  baxışlarla  gah 
Şahnaza,  gah  Dəryaya  baxır,  deyəsən,  ehtirasının  əlində  aciz 
qaldığından nə edəcəyini bilmirdi. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə