Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
155 
bütün  gözəlliklərini  doyunca  qəlbinə  yığa  biləcək.  Yazıq 
qızcığaz axı hardan biləydi... 
Son  günlər  Afina  ona  göz  verib,  işıq  vermirdi.  Onun 
gözlərindən, tənəli sözlərindən yayınmaq üçün gizlənməyə yer 
axtarırdı. Onu ən çox qorxudan da o idi ki, Afina Şəfəqnur evdə 
olmayanda  gəlirdi.  Sanki  hardansa  evi  gözünün  hədəfində 
saxlayırdı.  Şəfəqnur  gedəndən  bir  az  sonra    gəlib,  salamsız-
kəlamsız  evə  daxil  olurdu.  Mətbəxdə  qabların  çirkli 
yuyulmasından  tutmuş,  evin  səliqə-sahmanına  qədər  hər  şeyə 
tənə edib, onu lağa qoyur, kəndçiliyini başına qaxır, onu dürlü-
dürlü sözlərlə təhqir edib, sonra gedirdi. Həm də gedəndə dönə-
dönə tapşırırdı ki, onun evə gəldiyini, dediyi sözləri Şəfəqnura 
çatdırsa, daha ondan inciməsin. 
Səbrigül  qorxusundan  heç  kəsə  heç  bir  söz  demirdi.  Elə 
bilirdi  ki,  Afinanın  gəlişi,  onu  təhqir  eləməsi  barəsində 
Şəfəqnura  bir  söz  desə,  bu  məkrli  qadın  haradansa  peyda 
olacaq, qüvvətli qolları ilə onu boğub öldürəcəkdi. 
Ancaq daha dözümü, taqəti tükənirdi. Nə qədər olardı axı, 
nə  qədər  ürək  çırpıntısı  ilə  onun  gəlişini  gözləməli,  təhqir, 
söyüş payını almalıydı? 
Bir hadisə olmasaydı, bəlkə də Şəfəqnura heç nə demədən 
evdən çıxıb gedəcək, bir daha bu evə dönməyəcəkdi... 
Afina yenə gəlmişdi. Bu dəfə o biri günlərdən də əsəbi və 
çılğın  görünürdü.  O  evdən  bu  evə  keçir,  Səbrigülün  anasının 
qəbrini söyür, əllərinin içi ilə açıq sinəsini döyəcləyirdi. 
Səbrigül  mətbəxdə  oturmuşdu.  Xırda-xırda  göz  yaşları 
axıdır,  evdən  çıxıb  getməyin  yollarını  arayırdı.  Durub  asta 
addımlarla  qorxa-qorxa  otaqlara  göz  gəzdirdi.  Deyəsən,  Afina 
çıxıb  getmişdi.  O  qapını  bağlayıb,  paltlarlarını  yığışdırmağa 
başladı.  Hər  şeyi  hazır  edəndən  sonra  Şəfəqnura  xırda  bir 
təşəkkür  məktubu  yazıb  stolun  üstünə  qoydu.  «Mənim  üçün 
çəkdiyiniz  bütün  əziyyətlərə  görə  sizə  minnətdarlığımı 


 
156 
bildirirəm.  Siz  mənə  analıq  etmək  istədiniz.  Təəssüf  ki,  mən 
sizin qızınız ola bilmədim». 
Qapını arxadan bağlayıb, oğrun addımlarla aşağı düşməyə 
başladı. Birinci mərtəbəyə çatanda qarşısında Şəfəqnuru görüb 
özünü  itirdi.  Şəfəqnur  da  özünü  itirmişdi.  Qızın  oğru  adamlar 
kimi  onun  evini  tərk  eləyib  getməsi  qadının  əhvalını  tamam 
korlamışdı.  Səbrigülü  zorla  evə  qaytarıb,  ondan  gizlin 
qızıllarını  saxladığı  siyirməyə  baxanda  isə  heyrətdən  yerində 
donub  qalmışdı.  Bahalı  daş-qaşların  heç  biri  yerində  yox  idi. 
Şəfəqnurun bir anda təzyiqi yüksəldi. Ürəyi haldan-hala düşdü. 
Zor-bəlayla ayaqlarını sürüyüb, Səbrigülün yanına gəldi. 
- Deməli, sənin belə işlərin də var imiş, hə? 
Şəfəqnur  hirslə  Səbrigülün  ağlar  sifətinə  bir  yumruq 
ilişdirdi. 
-  Mən  səni  qızım  bilirdim.  Anaya  beləmi  ehtiram 
göstərərlər? 
Şəfəqnur yenə qızı yumruqladı. 
- Sən zəhərli ilanıymışsan, bizim xəbərimiz yox. 
Şəfəqnur hikkəli-hikkəli qıza baxdı. Ağzını doldurub ona 
tərəf tüpürdü. 
- Şəfəqnur xanım, vallah, dözə bilmirəm. 
- Nəyə dözə bilmirsən, ay ləçər?.. Nəyin çatışmırdı axı? 
Səbrigül əllərinin arxası ilə göz yaşlarını silib, Şəfəqnurun 
üzünə baxdı. 
-  Mən,  doğrudan  da  sizin  qızınız  olmaq  istəyirdim. 
Amma... 
Səbrigül yenə hönkürüb ağladı. 
- Qızım olmağı bacarmadın, onda gərək əmanətə xəyanət 
edəydin? 
Səbrigül başını qaldırıb düz Şəfəqnurun gözlərinə baxdı. 
-  Mən  xəyanət  etməyi  sevmirəm.  Mənim  hərəkətimi 
xəyanət  aldandırırsınızsa,  bu  sizin  öz  işinizdir.  Amma 


 
157 
yadınızda  saxlayın,  mənim  qanımda  xəyanət  mikrobları 
yoxdur. 
- Bəs buna nə deyirsən? Bunlar səncə, xəyanət deyil? 
- Mən sadəcə, dözə bilmədim. Sizin bilmədiyiniz elə işlər 
oldu ki... 
-  Mənə  nağıl  danışma.  Nə  danışsaq  da,  sənin  bu 
hərəkətinə bəraət qazandırmaz... Hanı bağlamalar? 
Şəfəqnur 
qapının 
ağzında 
qalmış 
Səbrigülün 
bağlamalarını  açıb  yerə  tökdü.  Paltarlarının  arasını,  ciblərini 
bircə-bircə axtardı. 
- De görüm, harda gizlətmisən onları? 
Səbrigül key-key  gözlərini döyüb  gah Şəfəqnura, gah da 
yerə tökülən paltarlarına baxırdı. 
-  Səni  boğub  öldürməmiş  de  görüm,  onları  harda 
gizlətmisən? 
Səbrigül  yenə  donuq-donuq  baxıb,  bir-iki  addım  qabağa 
gəldi. 
- Nəyi gizlətmişəm, Şəfəqnur xanım? 
- Bəyəm bilmirsən? Mən bu saat onları taparam. 
Şəfəqnur  hirslə  Səbrigülün  yaxasını  cırdı.  Qızın  lifçiyini 
qabağa  çəkib,  döşlərinin  arasına  baxdı.  Orada  da  bir  şey 
tapmayanda əlini qızın hamıya sirr qalan yerlərində gəzdirdi. 
- Siz nə axtarırsınız?.. 
- Zəhrimar axtarıram, canına çor axtarıram. Onları haraya  
qoymu-san? 
Şəfəqnur daha da qızışırdı. Əsəbi hərəkətlərlə, əlləri əsə-
əsə barmaqlarını qızın qarın-qarsağında, baldırlarında  gəzdirir, 
elə  bil,  indiyə  qədər  ömründə  olan  bütün  xəyanətlərin 
səbəbkarını tapıbmış kimi Səbrigülü didib-parçalamaq istəyird. 
- Nə istəyirsiniz məndən? Nəyi gizlətmişəm axı? 
Səbrigül  bütün  səsi  ilə  qışqırıb-bağırdı,  əlləri  ilə 
Şəfəqnuru  itələyib  özündən  araladı.  Şəfəqnur  bir  təhər 


 
158 
müvazinətini  saxlayıb,  yenidən  qızın  üstünə  gəlmək  istədi. 
Ancaq artıq Səbrigül qapını açıb bayıra çıxmışdı. 
Səbrigül  gedəndən  sonra  Şəfəqnurun  halı  pisləşdi.  Ürəyi 
indicə  dayanacaqmış  kimi  sürətlə  vurur,  əl-ayağı  sözünə 
baxmır,  üzünün  bütün  sinirləri  titrəyib  onu  idarəolunmaz 
vəziyyətə  gətirirdi.  Yerə  yıxılıb  bir  müddət  beləcə  qaldı. 
Ayılanda  əvvəl  harada  olduğunu  ayırd  eləyə  bilmədi.  Huşu 
yerinə  gələndən  sonra  asta-asta  ayağa  qalxdı,  divarlardan 
yapışa-yapışa  mətbəxə  keçdi.  Ürək  dərmanı  tapıb,  elə  susuz-
zadsız  başına  çəkdi.  Özünü  bir  qədər  ələ  aldı.  Yaxınlıqdakı 
polis  şöbəsinə  gedib  evindən  qızıl  əşyalarının  oğurlandığı 
haqda  izahat  verdi.  İzahatda  oğurluğu  Səbrigülün  etdiyini  də 
yazmağı  unutmadı.  Polis  işçiləri  onun  narahat  olmamasını, 
oğrunun  tezliklə  tapılıb  cəzalandırılacağını  söyləyəndən  sonra 
Şəfəqnur  toparlandı.  Evinə  gəlib  Səbrigülün  paltarlarını  zibil 
qutusuna atdı. 
Bu hadisədən bir neçə gün keçmişdi. Şəfəqnur nəvələrini 
görmək  üçün  Duruqangilə  gəlmişdi.  Afina  evdə  yox  idi.  Heç 
Duruqan  da.  Karina  musiqi  dərsinə  getdiyindən,  Zarina  evdə 
təkcə  oturmuşdu.  Zarina  könülsüz-könülsüz  nənəsi  ilə  bir-iki 
kəlmə kəsəndən sonra yatmaq üçün o biri otağa keçdi. Şəfəqnur 
darıxdı. İstədi durub evlərinə gəlsin. Ancaq necə oldusa, maraq 
ona  güc  gəldi.  Afinanın  onlardan  nələri  götürüb  evinə 
gətirdiyini  görmək  üçün  mebelin  gözlərini  açıb  bircə-bircə 
onun  üçün  əziz  olan  hədiyyələrə  baxdı.  Birdən...  Mebelin  ən 
pünhan  yerində  olan  qızılqabı  gözünə  sataşdı.  Açıb  qızıllara 
baxanda  heyrətdən  donub  qaldı.  Səbrigülün  oğurladığını  zənn 
etdiyi  qızıl-brilyant  əşyalarının  hamısı  burada  idi.  Ürəyi  yenə 
əsməyə başladı, üzünün sinirləri oynadı. Zorla qapıva yanaşıb, 
bayıra çıxdı. 
Boğulmamaq üçün dərindən nəfəs aldı. Və polis şöbəsinə 
yollanıb,  qızıl  əşyalarının  tapılması  haqqında  məlumat  verdi. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə