Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
163 
Qayınanamın  məqsədi  bu  evi  xalasının  nəvəsinə  verməkdir. 
Amma  yadınızda  saxlayın,  sizin  Duruqan  adında  yeganə  bir 
övladınız  var.  Bütün  mal-dövlətinizin,  əmlakınızın  hüquqi  və 
mənəvi varisi yalnız odur. 
Bu söhbətdən sonra Səbrigül  Afina tərəfindən hücumlara 
məruz  qalmasının  səbəbini  anlamışdı.  Vaxt  tapıb  bu  haqda 
Şəfəqnurla  söhbət  də  eləmişdi.  Demişdi  ki,  mənim  heç  nədə 
gözüm  yoxdur.  Əgər  sizin  evdə  müşkülləri  mən  yaradıramsa, 
çıxıb gedə bilərəm. 
Onun  sözlərindən  Şəfəqnur  kövrəlmişdi,  qızı  qucaqlayıb 
köksünə  sıxmışdı.  Və  hər  dəfə  belə  kövrək  hallarda  olduğu 
kimi, Səbrigül barmaqları ilə Şəfəqnurun saçlarını daramış, üz-
gözünə sığal çəkmiş, yanaqlarından öpmüşdü. 
 
 
    * 
 

    * 
 
Məmmədbəyin  vəzifədən  uzaqlaşdırılması  ailədə  şok 
vəziyyəti  yaratmışdı.  Onun  işdən  şiddətli  töhmətlə  azad 
edilməsi  işi  bir  az  da  qəlizləşdirirdi.  İdarə  dəhlizlərində  belə 
söhbətlər  gəzirdi  ki,  Məmmədbəydən  elə-belə  əl  çəkəsi 
deyillər, onu yaxın günlərdə həbs edəcəklər... 
Söhbət  dolaşıb  Məmmədbəyin  də  qulağına  çatmışdı. 
Sabiq  nazir  müavini  çaş-baş  halda  gəzişir,  bir  yerdə  dura 
bilmir, bu söhbətlərin nə ilə qurtaracağını gözləyirdi. 
Sonda ümidi yenə Afinaya qaldı. Sakit vaxt tapıb, onların 
evinə  getdi.  Dərdini  açıb  gəlininə  danışdı.  Gəlini  xüsusi  bir 
ədayla,  meyvə  yeyə-yeyə  otaqda  gəzişir,  kişinin  sözünü 
kəsmədən  onun  söhbəti  bitirməsini  gözləyirdi.  Məmmədbəy 
sözlərini bitirəndə Afina da meyvə yeməyini saxladı. Bir xeyli 
kişini  başdan-ayağa  süzüb  əvvəl  güldü,  sonra  danışmağa 
başladı: 


 
164 
-  Qayınata,  sənin  belə  vəzifəpərəst  olduğunu  bilmirdim. 
Noolub,  ay  kişi,  rəngin  niyə  belə  qaçıb?  Xəzərdə  gəmilərin 
batıb?..  Səhv  işlərin  sonu  həmişə  faciə  ilə  qurtarır.  Əslində 
sizin  səhvləriniz  çoxdan  başlanmışdı.  Bilirsən  də,  nəyi 
deyirəm?  Oxusanız  da, vəzifə  sahibi  olsanız  da,  hələ  çox  şeyi 
anlamırsınız.  Ya  da  anlamaq  istəmirsiniz.  Bunu  anlamağı 
qürurunuza  sığışdırmırsınız...  Qayınata,  xəbərin  varmı  ki, 
Bakıda bütün mühüm işləri erməni gəlinlər idarə edir? Bunları 
bilmirsinizsə, yazıqlar olsun sizə. 
Afina  yenə  güldü.  Bu  dəfə  o  gülməkdən  yox,  başqa  cür 
güldü.  Məmmədbəy  isə  ürəyində  ağlayırdı.  Gəlininin  gülüşü 
ona matəm marşını xatırladırdı və bu anda Məmmədbəy ölməyi 
dünyanın ən böyük bəxşişi kimi Tanrıdan qəbul edərdi. 
Əli  ilə  qalstukunu  boşaltdı.  İstədi  bayıra  çıxsın,  yolu 
qabağına  qatsın,  uzaq,  lap  uzaq,  şərdən,  böhtandan,  məkr  və 
hiylədən iraq bir yer tapsın, sinəsini geniş açıb dərindən nəfəs 
alsın.  Sonra  da  yaşıl,  yamyaşıl  otların  üstünə  uzanıb  göylərə 
baxsın,  Tanrıdan  ya  imdad,  ya  da  ölüm  gözləsin.  Lakin  nə 
düşündüsə  ayaqlarını  sıxıb  getmədi.  Bu  dəfə  yalvarışa  bənzər 
nəzərlərlə Afinaya baxdı. 
- Mən Duruqanın atasıyam. Uşaqların mənə baba deyirlər. 
Afina ağzına nəsə atıb, bu dəfə gülməyini boğdu. 
-  Hə,  anladım.  Onu  da  bil  ki,  mən  həm  də  yarım 
filosofam. 
-  Bilirəm,  qızım,  sən  ali  məktəbdə  fəlsəfəni  yaxşı 
oxumusan. 
-  Ona  görə  də,  mənim  dediklərimi  qeyri-şərtsiz  qəbul 
eləməlisən. 
Məmmədbəyin  qəlbində  ümid  şöləsi  yandı.  Yanını  stula 
qoyub, intizarla onun nə deyəcəyini gözlədi. 
-  Birincisi,  o  ləçəri  evinizdən  təcili  rədd  etməlisiniz.  O 
sizin  evinizə  fəlakətdən  başqa  bir  şey  gətirməyib.  İkincisi,  evi 


 
165 
mənim  adıma  keçirməlisiniz!  Qayınata,  bunları  etsəniz,  elə 
güman edirəm ki, işləriniz səhmana düşər. 
Afinanın  bu  dəfəki  gülüşünü  Məmmədbəy  sona  qədər 
dinləmədi. Ayaqlarına güc verib, oğlunun evindən uzaqlaşdı. 
Onu  belə  halda  görməmişdilər.  Və  Səbrigül,  nə  də  ki, 
Şəfəqnur.  Məmmədbəy  qışqırır,  söyüş  söyür,  anlaşılmaz 
ifadələr işlədir, həm arvadını, həm  də Səbrigülü təhqir atəşinə 
tuturdu. 
-  Bütün  günahlar  səndədi,  Şəfəq.  Sən  itin  qızı  ağıllı 
olsaydın, bunlar baş verməzdi. 
- Mən neyləmişəm ki, ay Məmmədbəy? 
- Neyləmişəm, neyləmişəm, canına dərd eləmisən. Bu qızı 
bizim evə niyə gətirirdin? Yetim qalmışdı, yiyəsi  yox idi? Sən 
bilirsən  ki,  bizim  başımıza  nə  gəlir,  bu  qızın  üzündən  gəlir? 
Sənin bu qohumunda iblisin tükü var. 
- Sakit ol, Məmmədbəy, sən mənim canım, sakit ol. 
Şəfəqnur  xırıltılı  səslə  ona  yalvardı.  Səbrigül  əlləri  ilə 
üzünü  qapayıb,  pis  yuxu  görürmüş  kimi  nə  edəcəyini,  hara 
gedəcəyini kəsdirə bilmədi. 
Şəfəqnur suya əsəb dərmanı qatıb, Məmmədbəyə uzatdı. 
- İç, Məmmədbəy, iç. 
- Nədi elə, zəhərdi? 
- Yox, dərmandı, iç, sakitləş bir az. 
-  Xəstəyəm  mən?  Məni  dəli  hesab  edirsən?  Yox,  indiyə 
qədər dəli olsam da, bundan belə ağıllı olacağam... Sən də, ay 
qız, səhərdən rədd ol, get mənim evimdən. 
Şəfəqnur  Məmmədbəyi  ömründə  belə  görmədiyinə  görə 
ona  elə  gəlid  ki,  kişinin  başı  həqiqətən  havalanıb.  O, 
Məmmədbəyi danışa-danışa qoyub, Səbrigülün qolundan tutdu, 
o biri otağa çəkdi. Qucaqlaşıb hönkürtü ilə ağladılar. 
Səbrigül  sabahı  gözləmədi.  Axşam  günəş  dağların 
arxasına aşanda, paltarlarını götürüb bu evdən birdəfəlik çıxdı. 


 
166 
Şəfəqnur  ona  dil  töküb  yalvarsa  da,  onsuz  qala 
bilməyəcəyini,  ölə  biləcəyini  desə  də  faydası  olmadı.  Gözdən 
itənə  qədər  Şəfəqnur  qızın  arxasınca  baxdı.  Qız  kölgə  kimi 
əriyib yox olandan sonra, zavallı qadın ən əziz adamını itirmiş 
kimi qollarını yanına saldı, gözləri yaşla doldu və o Səbrigülsüz 
evə qayıtmağın ağırlığını düşünüb, qaranlığa doğru getdi. 
Məmmədbəy  hələ  də  özünə  gəlməmişdi.  Evini  gəlininin 
adına keçirəndən sonra azca rahatlıq tapdı. Amma bir həftədən 
sonra yenə əsəbləri oyandı və bu dəfə onu götürüb xəstəxanaya 
yatırdılar. 
Afina  qayınatasının  xəstəxanadan  çıxmasını  gözləmədi. 
Müşkülləri  bəhanə  gətirərək,  Şəfəqnurun  göz  yaşlarına 
baxmadı, evi satıb pulunu özünə götürdü... 
Duruqan  dilucu  anasının  onlarda  qalmasını  təklif  elədi, 
Afina onun cavabını gözləmədən kirayə ev tutdu. 
Şəfəqnur  bu  evdə  otura  bilmirdi.  Baş  götürüb  hara  gəldi 
gedirdi.  Qorxurdu  ki,  birdən  başına  bir  iş  gələr,  bir  kimsənin 
xəbəri  olmaz.  Yenə  məktəbdə  dərsi  olsaydı,  bir  az  başı 
qarışardı.  Bir-iki  ay  olardı  məktəbdən  də  aralanmışdı.  Dərs 
deməyə daha səbri çatmırdı. 
Sərgərdan dolana-dolana çox şeylər haqqında düşünürdü. 
Bir  də  onu  düşünürdü  ki,  daha  Məmmədbəy  yaşaya  bilməz, 
xəstəxanadan çıxan kimi... 
Elə  düşündüyü  kimi  də  oldu.  Afinanın  yolunu  gözləyə-
gözləyə  dünyadan  köçdü.  Afinanı  gözləyirdi  ki,  ondan  imdad 
diləsin, bir də desin ki, ay gəlin, Duruqana rəhmin gəlsin, onu 
bədbəxt eləmə... 
Məmmədbəy  aram-aram  danışa-danışa  son  sözlərini 
Şəfəqnura dedi. Dedi, arvad, Tanrı insana bütöv qismət yazmır. 
Bizim də qismətimiz bağrı yaralı oldu. Zəngin həyat sürsək də, 
mənalı  ömür  yaşaya  bilmədik.  Düşmənə  əsir  qalan  böyük 
şəhərimizdə  ona-buna  yarına-yarına  ömür  sürmək  əzabdan 
başqa  bir  şey  deyildi.  Tanrı  məmləkətimizi  düşməndən  azad 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə