Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
174 
Mərmər  pillələri  qalxıb  içəriyə  daxil  oldular.  Liftlə 
yuxarıya,  on  dördüncü  mərtəbəyə  qalxdılar.  Liftin  qapısında 
onları  kök,  yaraşıqlı  qadın  qarşıladı.  Şahnazı  öpəndən  sonra 
müştəri gözü ilə Dəryanı başdan-ayağa süzdü. 
- Hə, gedər. Şahnaz, birinci əldi? 
-  Yox,  Nazpəri,  birinci  əl  deyil.  Ancaq  birinci  əl  qədər 
təravəti var. 
- Bunu sən deyəmməzsən, müştərinin özü bilər. 
Nazpəri  onları  ərəb  dilində  nəsə  yazılmış  qapının 
qarşısına gətirdi. Əyilib Şahnazın qulağına nələrisə pıçıldadı və 
qapını açıb onları içəri dəvət elədi. 
Otaqda  bir  xeyli  qadın  var  idi.  Hamısı  da  açıq  gecə 
paltarlarında oturmuşdular. 
Dərya  onların  yanında  özünü  qərib  kimi  hiss  elədi. 
Divanın bir küncündə oturub Şahnaza qısıldı. 
- Şahnaz, qızla niyə bizi tanış eləmirsən? 
Şahnaz Dəryanın başını  çiynindən  aralayıb, hamının onu 
görməsi üçün başını qabağa çəkdi. 
- O qədər utanır ki, tanış eləmək yadımdan çıxıb. 
-  Niyə  utanır?  Burda  utanmalı  bir  şey  yoxdur.  Bax,  bu 
qızı  görürsən?  Bir  həftə  əvvəl  buraya  gələndə  səndən  betər 
utanırdı. İndi, maşallah, kişilərin çiyninə çıxır. Özü də birinci əl 
idi.  Sən  utanan  olsaydın,  buraya  ikinci  əl  gəlməzdin…  Yaxşı, 
vaxt keçir. Şahnaz, qızın adı nə oldu? 
- Dərya. 
-  Dəryanı  apar  Svetlanaya  təhvil  ver,  özü  yerbəyer 
edəcək. 
Ancaq ondan qabaq mütləq çimsin. Yaxşı iyisi gələn ərəb 
şampunu ilə. Tər qoxusu gələr, şeyxin yanında biabır olarıq… 
Dərya  it  qoxusu  gələn  varlı  şeyxin  qucağından  çıxandan 
sonra bir müddət ürəyi bulandı. Vanna otağına keçib ögüdü. Və 
elə  başı  dumanlı-dumanlı  fikirləşdi  ki,  görəsən  nəyə  görə 
Nazpəri  onu  yaxşı  iyi  gələn  ərəb  şampunu  ilə  yuyundurub, 


 
175 
şeyxin  gərdəyinə  göndərirdi?  Axı  onsuz  da,  şeyxin  yekəpər 
bədənindən başgicəlləndirən it iyi gəlirdi. 
Bu  işin  sirrini  Dərya  Bakıya  qayıdana  qədər  anlaya 
bilmədi.  Ancaq  hər  dəfə  pis  iy  gələn  yekəpər  ərəblərin 
yatağından qalxanda bu barədə düşündü və bu sualın cavabını 
tapmaq üçün bir qədər zamanın ötməsini gözlədi. 
İkinci dəfə, üçüncü dəfə, dördüncü dəfə… 
Və  sonralar  anlayıb  başa  düşdü  ki,  bu  pis  iy  gələn  varlı 
ərəblər azca tər iyisi gələn xarici qadınlara az pul verirlər. 
Hər  dəfə  Bakıya  qayıdanda  Şahnaz  Dəryanın  çantasına 
bir  xeyli  pul  basırdı.  Dərya  da  o  pullarla  satdıq  mallar  alıb 
Bakıya  dönürdü.  Bu  minvalla  Dəryanın  bir  səfərinin  gəliri 
Bakıda orta işdə işləyən qadının gəlirindən otuz, qırx dəfə artıq 
olurdu. 
Bakıda olanda Dərya ayrı gecə işləri ilə məşğul olmurdu. 
Burada  kim  idi  onun  qəşəng  canına  ərəb  şeyxləri  qələr  pul 
verən?  Bir  də  yorulurdu  axı.  On  on-beş  gün  canının  ağrısını 
alıb, yenə gəldiyi yerə qayıdırdı. 
Evlərində olanda darıxırdı və  Dubaya  getməyin  həsrətini 
çəkirdi.  Dubayda  olanda  isə  tez-tez  Bakı  yadına  düşürdü.  Və 
hərdən pünhan tənhalığa çəkilir, xısın-xısın ağlayırdı. 
 
        
    ***               
 
Nazənin Vanqanı oxuyanda tükləri ürpəşdi. Əlinin içi ilə 
başının  damarlarını  ovxaladı.  Bu  görücü  qadın  barəsində  çox 
söhbətlər  eşitmişdi,  onun  haqqında  yazılanları  oxumuşdu. 
Ancaq belə sinəsi sirlərlə dolu bir qadın olduğunu bilməmişdi. 
Bir  anlığa  xəyala  dalıb,  Vanqanın  yaşadığı  yerlərə  getməyi 
arzuladı.  İstədi  bu  kor  qadının  əllərindən  tutsun,  onun 
sehrindən  bir  damcı  götürüb  öz  ruhuna  qatsın.  Axı  Nazəninin 
görücü  olduğuna  inananlar  olsa  da,  ona  o  qədər  də  inam 
bəsləmirdilər. Nə qədər çalışırdı, qəzetlərə müsahibələr verirdi, 


 
176 
amma yenə də çoxlarında ona olan inamsızlıq hissini öldürməyi 
bacarmırdı.  Qapısına  gələnlərin  də  sayı  az  deyildi.  Ancaq  ona 
falçı  Gövhərə  inandıqları  kimi  inanmırdılar.  Falçı  Gövhərə 
verilən pulu da ona vermirdilər. Bu da Nazənini təbdən çıxarır, 
qəlbində paxıllıq hissi baş qaldırır, bu qadına olan nifrəti günü-
gündən çoxalırdı. 
Falçılığın,  görücülüyün  əsasını  ona  Gövhər  öyrətmişdi. 
Sonralar Nazənin bir-iki həftə xəstə yatdı. Və ölüm yatağından 
qalxandan  sonra  camaata  məlum  oldu  ki,  Nazəninin  xəstəliyi 
elə-belə  xəstəlik  deyilmiş.  Bu  ağır  məqamlarında  Tanrı  ona 
vergi  verirmiş.  Ağappaq  geyinmiş  mələklər  başının  üstündə 
dayanıb ona yelpənək çəkir, onun qulağına insanlar üçün nicat 
yeri  olacağını  pıçıldayırmışlar.  Bunları  Nazənin  sonralar 
danışdı. Xəstə yatağından qalxandan sonra. Adamların bəziləri 
onun  dediklərindən  dəhşətə  gəldilər,  bəziləri  üz-gözünə  döyüb 
ağladılar, bəziləri də, onun danışdıqlarını lağa qoyub, arxasınca 
güldülər. 
Elə bu lağa qoyanlardan, gülənlərdən şübhələndi Nazənin. 
Elə  bildi  ona  inanmayanlar  falçı  Gövhərin  adamlarıdır.  Ona 
görə  falçı  Gövhəri  suçlu  bildi.  Onun  arxasınca  danışdı,  ağır 
söyüşlərə  qərq  elədi.  Şeytana  züy  tutanlar  bütün  bunları  falçı 
Gövhərə  çatdıranda,  arvad  özündən  çıxdı.  Pal-paltarını  əyninə 
atıb  düz  Nazəningilin  evinə  gəldi.  Salamsız-kəlamsız  onun 
üstünə yeridi. 
-  Ağəz,  ağzını  hara  yetirmisən?!  Yəni  bu  qədər 
qudurmusan  ki,  mənim  dalımca  danışırsan?  Dediklərim, 
öyrətdiklərim  haramın  olsun.  Mənim  hesabıma  qazandıqların, 
yediklərin burnundan gəlsin! 
-  Dayan,  səs-küy  salma,  qonşulardan  ayıbdır.  Mənə 
vergini sən verməmisən ki. 
- Bəs kim verib? 
- Allah. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə