Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
177 
-  O  Allaha  mən  inanmıram  ki,  sənin  kimi  nankora  vergi 
versin. 
Nazənin  çox  çalışsa  da,  falçı  Gövhərin  səsini  azalda 
bilmədi.  Falçı  Gövhər  onu  yerdən  alıb,  yerə  verdi,  şeytana, 
iblisə bənzətdi. Onun keçmişini dilə gətirəndə isə Nazənin daha 
dözə bilmədi. Əl atıb falçı qadının saçlarından tutdu. 
-  Ay  qəhbə,  bəs  özün  mənə  demirdin  cavanlıqda  nə 
oyunlar çıxardığını? 
Falçı  Gövhər  də  Nazəninin  saçlarından  yapışdı.  Bir  az 
dartışandan sonra nəsə düşünüb sakitləşdilər. Falçı Gövhər əlini 
Nazəninin  saçlarından  götürdü.  Nazəninin  də  əlləri  boşaldı. 
Falçı Gövhər düz Nazəninin gözlərinə baxdı, sonra qapıya tərəf 
yönəlib, bir röya kimi yox oldu. 
Bundan belə onlar bir daha görüşmədilər. Bir-birinə nifrət 
edə-edə yaşasalar da, üz-üzə gəlməkdən çəkindilər. 
Nazəninə  xəstəlikdən  sonra  vergi  verilməsinə  ən  çox 
sevinən  bacısı  Şahnaz  idi.  Tez-tez  bacısının  yanına  gəlir, 
adamlar tapıb  gətirir, bacısının  bu  vergisindən doyumsuz zövq 
alırdı. 
Dərya  da  sevinirdi.  Ancaq  qəlbində  fala-mala  inam 
olmadığından ürəyinin gizlin yerində bunu zəmanənin istehzası 
sayırdı və adamların avamlığına gizlin-gizlin gülürdü. 
Elə ərə gedəndə də gülə-gülə getdi. Düzdü, qəlbinin hansı 
gizli  yerindəsə  qorxu  işartıları  da  var  idi.  Lakin  Şahnaz  onu 
sakitləşdirir,  bəyin  qarşısında  mərdi-mərdanə  dayanmağı 
tövsiyə  edir,  ona  göz  vurub  hər  şeyin  əla  olacağından  ağız 
dolusu danışırdı. 
Dəryanı oğlanla Şahnaz tanış eləmişdi. Oğlan Şahnazgilin 
yaxınlığında  yaşayırdı.  Şahnaz  bilirdi  ki,  Şahmar  adında  bu 
oğlan  bir  varlı  ailənin  yeganə  övladıydı.  Şahmar  bütün  ömrü 
boyu  yağ-bal  içində  yaşamışdı.  Düz-əməlli  savadı  olmasa  da, 
universiteti  fərqlənmə  diplomu  ilə  bitirmişdi.  Onu  tanıyanlar 
deyirdilər  ki,  Şahmar  ilə  bir-iki  maşın  dəyişməsə  bağrı 


 
178 
partlayar.  Bir  də  deyirdilər…  Orasını  Şahnaz  çoxdan 
öyrənmişdi.  Öyrənməsəydi  bu  yükün  altına  girməzdi  ki.  Bu 
haqda Dəryaya deyəndə qız gülüb, qəşş eləməkdən özünü zorla 
saxlamışdı. 
Toy  gecəsi  heç  bir  müşkülləri  çıxmamışdı.  Hələ  Şahmar 
Dəryanın çılpaq  canını öpə-öpə  «bakirə canına canım qurban» 
da  demişdi.  Onun  bu  sözlərindən  Dərya  sehrlənmiş,  soyumuş 
canı  yenidən  ehtirasa  gəlmiş,  Şahmarın  başını  iri,  yumru,  ağ, 
yumşaq  qoşa  məmələrinin  arasına  basaraq,  ürəyində  Şahnaza 
əhsən demişdi. 
Hamilə qalmağı da yubanmamışdı. Gedəndən iki ay sonra 
Şahnaz  sevinə-sevinə  Nazəninin  yanına  gəlmiş,  bacısına 
gözaydınlığı verərək qızının uşağa qaldığını xəbər vermişdi. Bu 
xəbəri  Şahnaz  məzəli,  açıq-saçıq  halda  Ziyada  da  çatdırmışdı. 
Ziyad nədənsə bu xəbərə heç əhəmiyyət verməmişdi. Siqaretini 
götürüb  həyətə  çıxmışdı.  Bundan  pərt  olan  və  qeyzlənən 
Şahnaz  onun  arxasınca  boğma  vermişdi,  sonra  da  «piyanıska 
köpəyoğlu» - deyib ürəyini bir az sakitləşdirmişdi. 
Son  vaxtlar  Nazənin  də  Ziyadın  üzünə  piyanıska  sözünü 
çox  işlədirdi.  Nədənsə  Ziyad  bu  sözdən  heç  pozulmurdu. 
Bundan  daha  da  əsəbiləşən  Nazənin  ona  dindən,  Qurandan, 
Allahdan  danışır,  Məhəmməd  ümməti  üçün  belə  hərəkətlərin 
sonsuz  günah  olduğunu  ərinə  başa  salmağa  çalışırdı.  Belə 
sözləri Ziyad heç vecinə almırmış kimi özünü etinasız göstərir, 
ancaq  dərində,  qəlbinin  lar  dərinliyində  köks  ötürməklə 
Nazəninə etirazını bildirirdi. 
- Bilirsən ki, Ziyad, mən külli-aləmin insanlarını nə qədər 
sevirəm.  O  da  ola  sən,  bir  yastığa  baş  qoyduğum  ömür-gün 
yoldaşım.  Bunları  ona  görə  sənə  deyirəm  ki,  bizə  yox,  heç 
olmasa özünə rəhmin gəlsin. Başa düşürsən? 
- Düşürəm. 
-  Başa  düşürsənsə,  onda  bu  zəhrimar  içkiyə  olan 
məhəbbətini bir az söndür. Belə getsə, işdən də vurub atacaqlar. 


 
179 
Onsuz  da  iş  vaxtı  içki  qəbul  etdiyinə  görə  ona  sonuncu 
dəfə  xəbərdarlıq  eləmişdilər.  Demişdilər,  içmə,  dözə 
bilmirsənsə onda zəhmət çək, işdən sonra nə qədər istəyirsən iç. 
Nazənini  narahat  edən  təkcə  Ziyadın  içməsi,  sərxoşluq 
eləməsi  deyildi.  Onda  narahatçılıq  hissi  yaradan  bir  də  onun 
indiki  məqamı  ilə  bağlıydı.  Qapısına  fal  açdırmağa  gələnlər 
Ziyadı sərxoş vəziyyətdə görsəydilər, bu, Nazəninin işinə əngəl 
törədə bilərdi. Ona görə Ziyadı ayıq tutanda uşaq kimi danlayır, 
peyğəmbərlərin,  imamların  sözlərindən  sitatlar  gətirir,  bir  şey 
alınmayanda, heç olmasa, onun evdən uzaq qalmasına çalışırdı. 
Belə  vaxtlarda  Ziyad  çox  dirəşmirdi,  arvadı  ilə  söz 
güləşdirmək,  əsəblərini  pozmaq  istəmirdi.  Çıxırdı,  yolu 
qabağına salırdı və gedirdi. 
 
    
*** 
 
Yenə  Şəfəqnurun  yanına  gəlmişdi.  Son  günlər  arvadın 
vəziyyəti  heç  də  yaxşı  deyildi.  Qızdırma,  baş  ağrısı,  halsızlıq 
arvadı  əldən  salırdı.  İştahı  da  kəsilmişdi.  Ziyad  nə  bacarırdısa 
bişirib  arvadın  qabağına  gətirirdi.  Onu  dikəldib  mütəkkələri 
yan-yörəsinə  qoyurdu.  Körpə  kimi  nazını  çəkirdi  ki,  bəlkə 
arvad  bir  tikə  yemək  yeyə.  Bu  gün  arvad  heç  su  da  içmirdi. 
Yerinin  içində  zarıyır,  hərdən  sakitləşib  gözünü  köhnə 
televizorun ekranına dikirdi. 
Ziyad  iki-üç  dəfə  həkim  gətirmişdi.  Həkim  arvadı 
yoxlamışdı,  orasına,  burasına  baxmışdı.  Sonra  da  başını 
bulayıb, bir-iki dərman yazmışdı və çıxıb getmişdi. 
Ziyad stulunu arvadın yanına çəkdi. 
- Bir stəkan araq verim? 
Arvad başıyla «yox» dedi. 
- İç ki, bəlkə iştahan açıla. 
Arvad yenə astadan başını buladı. 
- Siqaret çəkirsən? 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə