Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
167 
eləsin...  Övlad  da  tale  kimidi.  Acısı  da  var,  şirini  də.  Bizim 
övladımız bizə çox acılar gətirdi. Bunun  günahkarı mənəmmi, 
sənsənmi,  bəlkə  zəmanədi,  bilmirəm.  Bildiyim  odur  ki,  onun 
qisməti bizi cəhənnəmin əzabına düçar elədi... Təki oğlumuz bu 
cəhənnəmdə  yanmasın,  Allah  onu  bizə  bağışlasın...  Anna 
Mixaylovnanı  görüb  eləsən,  deyərsən  ki,  bəzən  itən  övlad 
itməyən övladdan daha şərəfli olur. Deyərsən ki, itən övladına 
görə  dərd  çəkməsin...  Bir  də  Səbrigülü  tapıb  geri  qaytararsan. 
O, yaxşı qız idi. Qoy sənə ölüncə həmdəm olsun... 
Gözlərini yumandan sonra Duruqan gəlib çıxdı. Bir ölmüş 
atasına,  bir  qurumuş  anasına  baxıb  hönkür-hönkür  ağladı. 
Ağlaya-ağlaya: 
-  Səni  yanıma  aparacağam,  ana,  mən  sənsiz  qala 
bilmərəm, - dedi. 
Ərinin qırxı çıxana qədər Duruqanın evində qaldı. Bu qırx 
gün  qırx  il  uzunluğunda  göründü  ona.  Gündüzlər  qəlbinə  daş 
bağlayıb  özünü  təmkinli  apardı,  gəlininin,  onun  rəngbərəng 
rəfiqələrinin  yanında  özünü  itirmədi.  Gecələrsə  ağladı.  Özü-
özünə,  budanmış  taleyinə,  tək  övladının  zavallı,  biçarə 
qismətinə 
ağı 
deyə-deyə 
səhərləri 
gözüyaşlı 
açdı. 
Məmmədbəyin  ruhunu  köməyə  çağırdı,  qara  günə  qalmış 
oğlunun iblislər əlindən qurtulması üçün dualar elədi. 
Şəfəqnur  bilirdi,  ancaq  işin  bu  qədər  qəliz  olduğunu 
aydınca dərk eləmirdi. Oğlugildə qaldığı qırx günün içində ona 
sirli  qalan  qırxıncı  qapının  da  sirrini  açdı  və  dərdinin  üstünə 
qırx dərd də gəldi. 
Duruqanı 
Afina 
və 
qohumları 
əl 
quzusuna 
döndərmişdilər.  Onu  gecə-gündüz  Avakyan  küçəsindən 
Osipyan  küçəsinə  qovur,  Şaumyanın  abidəsi  önünə  gül 
düzdürür,  Kaputikyanın,  Balayanın  kitablarını  oxutdurur, 
Aramyanın,  Baqramyanın  qəbuluna  göndərir,  Duruqanı 
Unutqan eləmək üçün dəridən, qabıqdan çıxırdılar. 


 
168 
Onun  vəzifə  pilləsini  bir  baş  da  yuxarı  qaldırmışdılar. 
Görünürdü ki, ona tapşırılan işin öhdəsindən yaxşı gəlirdi. 
Kişinin  qırxını  verib  öz  kirayə  qaldığı  evinə  qayıdanda, 
Duruqan etiraz eləmədi. 
-  Özün  bilərsən,  anacan,  sənə  necə  rahatdı,  elə  də  yaşa. 
Ancaq, bizdə rahat olurdun. Nəvələrinlə dərdləşirdin. 
-  Yox,  onlar  bütün  günü o biri  nənələrinin  yanındadırlar. 
Mən  bu  qırx  gündə  onların  üzünü  bir,  ya  iki  dəfə  gördüm... 
Mən  gedirəm,  ancaq  səndən  nigarançılığım  qalır.  Qorxuram 
adının mənasını tamam unudasan. 
-  Yox,  ana,  bu  ola  bilməz.  Mən  manqurt  deyiləm.  Ana, 
sən manqurtlar haqqında oxumusan? 
-  Təəssüf  ki,  oxumuşam.  Onlar  haqqında  oxuyanda  çox 
qorxurdum. Qorxduğum başıma gəlir, deyəsən. 
Duruqan  manqurtlardan  söhbət  saldığına,  deyəsən, 
peşman  oldu.  Araya  başqa  söz  salıb,  anasının  könlünü  almaq 
istədi. 
Şəfəqnuru qorxudan təkcə oğlunun taleyi deyildi, həm də 
özünün  analıq  məsuliyyəti  idi.  Axı  o,  bu  dünyaya  övlad 
gətirmişdi. Övlad həyatda nəyə, yaxşıya və pisə nail olacaqdısa, 
mələklə iblisin mübarizəsində hansının kölgəsinə qısılacaqdısa, 
bütün  bunların  məsuliyyəti  ata  və  ananın  boynunda  qalırdı. 
Bəşər  övladı  bu  dünyaya  öz  istəyi  ilə  gəlmirdi  ki;  onu 
gətirirdilər  və  həyat  meydanına  atıb  arxasında  dayanırdılar. 
Dayanırdılar  ki,  Tanrının  qüdrəti  ilə  hüceyrədən  ruha 
çevirdikləri  insanın  yolunu  azmasına,  pis  əməllər  arxasınca 
getməsinə  izn  verməsinlər.  Yoxsa  dünyaya  gətirdikləri  övlad 
şeytan və iblislərin əlində qalar, başqaları üçün kabusa, qorxulu 
yuxuya  çevrilər,  dünyaya  ağırlıq  və  əzab  gətirməkdən  başqa 
heç nəyə yaramaz. 
Onlar,  Şəfəqnur  və  Məmmədbəy  bu  böyük  məsuliyyətin 
öhdəsindən gələ bildilərmi? Yeganə övladlarına düzgün tərbiyə 
verməyi  bacardılarmı?  Onu  düzgün  yöndə  böyüdüb,  həyat 


 
169 
həqiqətlərini başa saldılarmı? Deyəsən, bir valideyn kimi onlar 
bu  işi  yerinə  yetirə  bilməmişdilər.  Onu  həyatın  yanlış  axarına 
buraxmış,  bir  də  ayılanda  görmüşdülər  ki,  karvan  gedib  və 
Duruqan  yalanların,  əyrilərin,  xeyir  gətirməyənlərin  əlində 
oyuncağa çevrilib. Əslinə qalanda,  onların özləri də  yanlışlığa 
xidmət  edə-edə  hansı  fəlakətə  doğru  getdiklərini  dərk 
eləmirdilər.  Ya  da  bunun  fərqində  olmur,  ürəklərində  günahı 
zamanın  və  siyasətin  boynuna  ataraq,  əclaflara,  nakəslərə, 
şərəfsizlərə  boyun  əyməyin  gələcəklə  necə  böyük  faciələr 
törədəcəyi  haqqında  düşünmək  istəməmişdilər.  Bir  də  axı, 
onların  fikirləşməyi  ilə  nə  dəyişəcəkdi  ki?  Olsa-olsa,  onlar 
böyük  oyundan  kənarda  qalacaqdılar  və  bir  ucqarda  yaşayıb, 
düşünə-düşünə  ömürlərini  başa  vuracaqdılar.  Çoxluq  həqiqəti 
düşünməliydi. Onlar yalanlara qarşı öz şəhərlərində başqalarına 
əsirə  çevrilməyə  görə,  müqavimət  ruhlarını  səfərbərliyə 
kökləməliydilər.  Çoxluq  halında  bunu  bacarırdılarmı?  Yox, 
bacarsaydılar, allı-güllü  evləri,  yaraşıqlı kabinetləri, əsas işləri 
ordan-burdan  gəlib,  burada  düşmənçilik  edən  adamların 
öhdəsinə buraxmazdılar. Düşmənçilik edən adamların qızlarını 
evlərinə  gəlin  gətirib  böyük  uçurumların  bünövrəsini 
qoymazdılar. Belələrinə inanıb, aldanıb onları bağrına basanlar 
qurbanlıq  quzu  olduqlarını  ya  ölüncə  dərk  etmir,  ya  da  bu 
haqda ancaq Əzrayılla danışmağa vaxt tapırdılar. 
Onların  üçü  də  -  Şəfəqnur,  Məmmədbəy  və  Duruqan  da 
belə  qurbanlıq  quzulardan  idilər.  Fərq  yalnız  orasındaydı  ki, 
Məmmədbəy qurbanlıq quzu olduğunu bilirdi və buna görə də 
əzab  çəkə-çəkə  yaşayırdı.  Şəfəqnur  da  az-çox  həqiqəti 
anlayırdı.  Ancaq  şöhrətə  çatmaq,  sərvətlənmək,  bir  də 
əlacsızlıq duyğusu onların əl-qolunu bağlayırdı. Duruqan isə... 
Ən dəhşətlisi də elə Duruqanın alın yazısıydı. O, bəlkə də çox 
şeyləri  dərk  eləmək  duyğusundan  məhrum  idi  və  belə 
yaşamağın  insanı  şərəfsizliyə  aparacağı  haqqında  deyəsən, 
düşünmürdü də. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə