Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
145 
ruhdan  düşməməyi,  axıra  qədər  mətin  olmağı  ondan  rica 
eləmişdi. 
-  Şəfəq,  görəsən  niyəsə,  anlaşılmazlıq  olub.  Yəqin  hər 
şeyi yaxşıca götür-qoy edib, səni öz yerinə qaytaracaqlar. Kişi 
arvadını  tərifləməz.  Ancaq  sən  elə  bil  bu  dünyaya  məktəb 
direktoru  işləmək  üçün  gəlmisən…  O  biri  tərəfə  qalanda,  mən 
nə  qədər  vəzifə  başındayam,  səninlə  pis  rəftar  eləməyə  cürət 
etməzlər. Məgər sən insanların düşüncə tərzini bu illər ərzində 
öyrənə bilmədinmi?.. 
Şəfəqnur  ərinin  sözləri  ilə  razılaşmışdı.  Və  nəyə  görəsə 
ürəkdən gülərək Məmmədbəyi də öz gülüşünə qoşulmağa vadar 
eləmişdi. 
Amma Şəfəqnur üzdə gülürdü, daxilində olan sarsıntıları, 
dalğalı  əzabları  üzə  vurmamaq,  Məmmədbəyi  incitməmək  və 
ruhdan  salmamaq  üçün  bacardığı  bütün  aktyorluq  məharətini 
işə salırdı. Məmmədbəy arvadının keçirdiyi sarsıntıları duyurdu 
və o da duyduqlarını gizlətməyə çalışırdı. 
Hələ  Şəfəqnurun  bilmədiyi  çox  şeylər  var  idi.  Şəfəqnur 
hardan  biləydi  ki,  Afinanın  «qılıncının  altından»  keçmədiyinə 
və  yaxud,  tərəddüdlə  keçdiyinə  görə,  Məmmədbəyin  başına 
hansı oyunları açırdılar? 
Məmmədbəy  anlayırdı  öz  səhvlərini.  Və  elədiklərinin 
səhv  addım  kimi  yozulduğunu  düşünəndə  qəribə  hisslər 
burulğanına  düşürdü.  Belə  anlarda  daxilində  gülməyin,  ya 
ağlamağın  daha  münasib  olduğunu  heç  cürə  ayırd  eləyə 
bilmirdi. 
Bütün  bu  həqiqətləri  son  vaxtlar  Duruqan  tam  çılpaqlığı 
ilə  anlayırdı.  Anladıqlarını  Afinaya  demək  istəməsə  də,  bəzən 
əsəbləri ona güc gəlirdi. 
- Afina, sən öz səhvlərini başa düşürsənmi? 
- Sən əvvəllər mənim səhvsiz olduğumu deyirdin. 
- Deməli, səhvlərini görmürsən? 
- Hansı səhvlərimi? 


 
146 
- Özün yaxşı bilirsən. 
- Mən tapmaca tapmağı xoşlamıram, buna heç vaxtım da 
yoxdur. Sənə icazə verirəm, nə demək istəyirsən, birbaşa de. 
Duruqan  başını  qaldırıb  Afinanın  üzünə  baxdı.  Ürəyində 
olanları,  nə  vaxtdan  bəri  ona  deyə  bilmədikləri  sözləri  düz 
gözünün  içinə  demək  istədi.  Ancaq  onun  gözlərindəki  alov 
Duruqanın  dilini  qarsdı.  Ağzına  yığdıqlarını  kal  meyvə  kimi 
içəri udub, dalbadal udqundu. Bu üzücü fasilədən istifadə edən 
Afina məqamı fövtə vermədi. Hücuma keçib, ürəyini boşaltdı. 
-  İlk  sevişdiyimiz  vaxtlarda  sən  belə  deyildin,  Duruqan. 
Mənə  böyük  klassiklərin  məhəbbət,  sevgi  haqqında  dediyi 
sözlərdən  sitatlar  gətirərdin.  O  qədər  xoş  sözlər  deyərdin  ki, 
pişik kimi yumşalıb, sənin ağuşuna qısılardım. Hətta, dəfələrlə 
bütün dünyanı mənə qurban verməyə hazır olduğunu deyərdin. 
İndi nə oldu sənə, kimlər qulaqlarını doldurdu? Əgər keçmişdə 
olanları  sənə  anladıb,  səni  mənə  qarşı  qoyacaqdılarsa,  bu 
məhəbbət oyunu nəyə lazım idi? 
Duruqan  gözlərini  döyə-döyə  müdafiə  vəziyyəti  almışdı. 
Heç Afinanın dediyi son sözlərin mənasını anlamırdı da. 
-  Böyük  məhəbbətlərdə  həmişə  qadınlar  deyən  olur. 
Yadında  saxla,  bura  mənim  və  sənin  evindir.  Dünyaya  gələn 
uşaqlarımız  da  birinci  məni,  sonra  səni  tanıyacaqlar.  Mənim 
necə ağıllı xanım olduğuma bəlkə şübhən var?.. Uşaqlarımız da 
ağıllı  olacaqlar.  Buna  əsla  şübhən  olmasın.  Bu  dünya  bir 
dəyirmandır,  kim  ki,  ağıllı  oldu,  dəyirmanın  gözündən  sağ 
çıxacaq,  ağılsız  və  zəkasız  olanlar  isə  dəyirmanda  üyüdülüb, 
başqalarına  yem  olacaqlar.  Mən  dəyirmandan  sağ  çıxmağı 
bacaran, qüdrətli xalqın mərd qızıyam. Övladlarımız da anaları 
kimi cəsur olmağı bacaracaqlar. Buna şübhənmi var? 
Duruqan daha heç nə eşitmirdi. Qulaqları tutulmuşdu, elə 
bil. 
Ancaq 
Afinanın  dodaqlarının  açılıb-yumulduğunu 
görürdü... 


 
147 
Başını  ovxalayıb,  xəyaldan  ayrıldı.  Şəkilləri  yenə  əlinə 
götürüb bircə-bircə baxdı. Kəsdiyi şəkillərdən Afinanı da kəsib 
götürdü. Tək özü qaldı. 
Qızlar  gözünə  dəymirdi.  Deyəsən,  ondan  çox 
uzaqlaşmışdılar.  Duruqan  həyəcanlandı.  Bir  sıçrayışla 
maşından yerə düşüb, ətrafa boylandı. İns-cins gözə dəymirdi. 
Sahil  yalqız  adanı  xatırladırdı.  Bir  özünü  ora-bura  vuran, 
narahat-narahat  çırpınan  dəniz  vardı,  bir  də  qumlu  və  tənha 
sahil.  Duruqan  hansı  tərəfə  üz  tutacağını  bilmir,  o  yana,  bu 
yana vurnuxurdu. 
Uzaqdan, lap uzaqlardan qoşa, ağ kölgəyə bənzər işartını 
gözləri  aldı.  Amma  bilmədi  bu  qoşa  işartı  onun  qızlarıdır, 
yoxsa, dənizdə yem axtaran qağayılardır. 
 
 
 
    
            *** 
 
 
Səbrigül  qab-qacağı  yuyub-yığışdırdı,  ev-eşiyə  əl 
gəzdirdi.  Qapının  zəngi  vurulanda  artıq  nahar  yeməyinin  də 
hazırlığını  görmüşdü.  Gözlükdən  baxıb  qapını  açdı.  Şəfəqnur 
əlində  kağıza  bükülmüş  iynə-dərmanla  dodaqlarının  ucunda 
deyinə-deyinə içəri keçdi. 
-  Kişi  deyirdi,  mən  inanmırdım,  həkimlər  məni  əməlli-
başlı xəstə çıxardılar. 
- Allah eləməsin, ay Şəfəqnur xanım. 
- Mən də deyirdim eləməsin, ancaq eləyib. Altı-yeddi cür 
xəstəlik tapdılar. 
Səbrigül onun soyunmağına kömək elədi. 
-  Həkimlərin  deməyinə  o  qədər  də  inanma. Onlara qalsa, 
pəhləvanı da xəstə edib, reanimasiyaya uzadarlar. 


 
148 
-  Gərək  Tolikin  arvadına  xəbər  göndərəm,  gəlib 
iynələrimi  vura.  Zalımın  qızı  damara  elə  iynə  vurur,  adamın 
ruhu da incimir. 
Səbrigül  Tolikin  arvadını  tanımırdı.  Ancaq  yaxşı  tibb 
bacısı olduğunu çoxlarından eşitmişdi. 
Bir  ilə  yaxın  idi  ki,  Səbrigül  Məmmədbəygilin  evində 
qalırdı. Həm ev işlərinə baxırdı, həm də axşam şöbəsində təhsil 
alırdı.  Hər  ayın  başında  Məmmədbəy  girəvəyə  salıb  onun 
cibinə beş-on manat pul da basırdı. Onu elə edirdi ki, Səbrigül 
utanmasın. 
Duruqan arvadının təkidi ilə başqa evə köçəndən sonra bu 
evə bir adamın qulluq göstərməsinə zərurət yaranmışdı. Çünki 
çoxdan bu evə alışan, ömrünün bir hissəsini bu evdə keçirən rus 
qadınını da Afina götürüb özü ilə aparmışdı. 
Duruqan  ata-anasından  ayrılmaq  istəmirdi.  Onları  tək 
qoymaq  bir  oğul  kimi  ona  ağır  gəlirdi.  Lakin  Afinanın  sonsuz 
təzyiqləri onu bu dəfə də məğlub duruma gətirdi. 
Bu  qərarın  verilməsində  atasının  da  rolu  oldu.  İki  daş 
arasında qaldığını, sıxılıb-sınıxdığını, əzab çəkdiyini görən ata 
Duruqanı təklikdə tutub, dərdinə sığal çəkməyə çalışdı. 
-  Oğul,  daha  bütün  bunlardan  keçib.  Ürəyini  üzmə.  Ayrı 
yaşayanda  nə  olar?  O  evlə  bu  evin  heç  beş  dəqiqəlik  yolu 
yoxdur. Bəlkə elə belə yaxşıdır. Sabahdan köçün, gedin. Biz də 
tez-tez sizə baş çəkəcəyik. 
Duruqanın  ürəyi  doldu.  Bir  anda  açılıb  qara  bulud  kimi 
gözlərindən  yaşlar  tökmək  istədi.  Ancaq  özünü  yığışdırdı. 
Bütün  gücünü  səfərbər  edib  atasına  nələrisə  danışmaq  keçdi 
könlündən.  Özünü  ələ  alana  qədər  artıq  atası  evdən  çıxmışdı. 
Anasını  axtardı.  O  da  evdə  yox  idi.  Duruqan  çırpına-çırpına 
uzun gecəni səhər elədi. 
Durub  geyinəndə  isə  artıq  Afina  evdən  götürəcəkləri 
şeyləri  qablaşdırıb,  maşınlara  yığdırmışdı.  Bütün  bahalı,  ənlik 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə