Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

 
41 
onu özünə sarı çəkir, rahat olmağa, ancaq dərsləri ilə məşğul 
olmağa imkan vermirdi.  
O,  da  götürüb  yazdı.  Onda  hələ  on  yaşı  da  tamam 
olmamışdı.  Öz  yazdıqlarından  xoşu  gəlirdi.  Bir  tənha  yer 
tapır,  yazdıqlarını  ucadan  oxuyur,  özü-özünə  əhsən  deyirdi. 
Sirli,  gizlin  heç  nə  qalmır  bu  dünyada.  Elçinin  də  bu 
gizlinindən  xəbər  tutdular.  İlk  öncə  məktəbin  ədəbiyyat 
müəllimi  onun  bu  marağına,  cəsarətinə  heyran  qaldı  və  düz 
onların evlərinə gəldi. Yaxşı ki, evdə Elçindən başqa heç kim 
yox 
idi. 
Ədəbiyyat 
müəlliminin 
sözlərindən 
Elçin 
həyəcanlandı. Müəllim onu dilə tutmağa çalışdı. 
-Müəllim  xəstələnəndə,  dərsə  gəlməyəndə  bir  müəllim 
kimi onu əvəz edirsən, özündən yekə uşaqlara dərs deyirsən, 
onda  həyəcanlanmırsan,  indi  nə  olub,  yazdığını  üzə 
çıxarmağa cəsarətin çatmır?  
-Müəllim, bilirsən... 
-Heç nə bilmirəm, gətir görüm nə yazmısan.  
-Yaxşı gətirərəm. 
Bu  sözləri  çox  ürəklə  dedi.  Elə  bil,  daxilən  özündə 
yaratmaq  istədiyi  cəsarətlə  yazdıqlarının  işə  yarayacağını 
sübut etməyə çalışdı.  
Gətirdi  də.  Müəllim  baxdı.Onu  xoş  bir  baxışla  süzüb, 
xırda-xırda  gülümsədi.  Müəllimin  o  xırda  gülüşü  Elçinin 
sinəsinə  yağ  kimi  yayıldı.  Deyirlər,  bəzən  böyük  kəşflər 
xırda  təsadüflərdən  yaranır.  Bəlkə  o  ədəbiyyat  müəlliminin 
xırda gülüşü və xoş sözləri olmasaydı, Elçin bədii yaradıcılıq 
qələmini  elə  o  gündən  sındırıb,  bir  küncə  atacaqdı. 
Müəllimin ona ruh verməsi, bəlkə də, onun ədəbiyyata açılan 
qapısını  taybatay  araladı.  Düzdür,  Elçin  uşaqlıqdan  texnika 
elmlərinə  daha  çox  maraq  göstərirdi.  Texnika  sahəsində 
kəşflər  edən  alimlərin  həyatını  izləyir,  onlar  haqqında 
yazılanları  oxuyur,  onlardan  biri  olmağı  həyatının  ən  böyük 
 
42 
amalı  sayırdı.  Ən  çox  da  görkəmli  rus  alimi  Lomonosova 
maraq  göstərirdi.  Hansı  sahənin  bilicisi  olduğunu  dəqiq 
bilməsə də, nəyə görəsə ona daxilən həsəd aparır, bəzən onun 
paxıllığını  da  çəkirdi.  İstəyirdi  gələcəkdə  Lomonosov  qədər 
tanınmış  alim  olsun.  Hələ  ondan  da  irəli  getsin.  Bəzən 
yuxularında  Lomonosovu  görürdü.  Yuxuda  Lomonosov  ona 
baxıb  gülümsəyirdi.  Yuxudan  ayılandan  sonra  ürəyi  quş 
ürəyi kimi çırpınır, Lomonosovon gülümsəməyinin mənasını 
tapmağa  çalışırdı.  Bəlkə  Lomonosov  onu  lağa  qoyurdu? 
Bəlkə bu gülümsəməyi ilə deyirdi, bala, get öz işinlə məşğul 
ol.  Sizin  millətdən  Lomonosov  çıxmaz.  Öz  ədibinizin  də 
dediyi  kimi,  sizin  işiniz  başqadır:  xoruz  döyüşdürmək, 
hamamda 
yatmaq, 
cadu 
yazdırmaq, 
cinlə, 
şeytanla 
əlləşmək...  Bunları  düşündükcə  daha  da  qeyzlənirdi  Elçin. 
Yenə  yatmaq,  yenə  də  yuxuda  Lomonosovu  görmək,  ona 
sözlərini  demək  istəyirdi.  Yuxuda  Lomonosova  cavab 
vermək imkanı olsaydı, görəsən ona nə deyəcəkdi? Yəqin ki, 
Lomonosovun ruhuna onu gələcəkdə izləməyi, necə bir alim 
olacağını görməyi xahiş edəcəkdi... 
Məqam tapdıqca yazırdı. Təbiətdən, torpaqdan, yurddan, 
adamlardan...  Amma  bacardıqca  bu  yazdıqlarını  gizli 
saxlamağa  çalışırdı.  Axı  onun  əsas  amalı  şeir  yazmaq 
deyildi.  Özünü  hamıya,  elə  Lomonosovun  ruhuna  da  sübut 
eləmək üçün başqa sahədə tanınmış adam olmaq istəyirdi.  
Yenə bir sözardı: 
Ali  məktəbi  bitirəndə  diplom  işi  yazırdılar.  O  vaxtkı 
dövlətin  qanunları  başqaydı.  Əgər  ali  məktəbi  bitirən  tələbə 
yaxşı  diplom  işi  yazırdısa,  bu  ali  məktəbin  elmi  şurası 
tərəfindən  dissertasiya  mövzusu  kimi  qəbul  edilə  bilərdi. 
Belədə  artıq  ali  məktəbi  bitirən  məzun  qısa  müddət  ərzində 
elmlər namizədi alimlik dərəcəsi ala bilərdi. Onun da diplom 
işi  çox  maraqla  qarşılanmışdı.  Hətta  bu  iş  institutun  elmi 


 
43 
şurasının  müzakirəsinə  də  çıxarılmış  və  müsbət  rəy  almışdı. 
Lakin  təəssüflər  ki,  o  zamanlar  özümüz-özümüzü  idarə 
etmək,  öz  müsbət  işlərimizə  dəyər  vermək  iqtidarında 
deyildik. Çünki başımızın üstündə Moskva, rəy verənlərimiz 
ruslar idi. Onlar isə ya pənah, ya xuda, istədiklərini edirdilər. 
Hətta  çox  vaxt  bir  zəif  erməni  elmi  işini  çox  güclü 
azərbaycanlı  (əslində  türk)  elmi  işindən  daha  üstün 
tuturdular. Ona görə ki, bu erməni idi, xristian idi. Və onları 
özlərininki bilib, daha müsbət rəylə cəmiyyətə sırıyırdılar.  
Elçinin  də  işi  Moskvaya  qədər  gedib  çıxdı.  Elçin  xoş 
xəyallara  düşdü.  Vereşaqin  yaşında  düstur  icad  edə  bilməsə 
də, Lomonosov yaşından əvvəl alim olmaq istəyindən vəcdə 
gəldi.  
Amma...  
Əmması o oldu ki, Moskva yenə göz yaşlarına inanmadı. 
Əgər  Elçin  İsgəndərov    erməni  (Allah  eləməmiş)  və  yaxud, 
bir  başqa  xristian  ölkəsinin  nümayəndəsi  olsaydı,  yüzə-yüz 
onun  işi  dissertasiya  mövzusu  kimi  qəbul  ediləcək  və  ona 
alimlik dərəcəsi veriləcəkdi...  
Bu  əngəllər  onun  erkən  alim  olmaq  arzusunu  da 
ürəyində qoydu... 
Poetik  aləmin  kəhkəşanına  baş  vurduqca,  sanki  saflaşır, 
durulaşır,  özünü  tapır,  keçmişlərdən  gələcəyə  körpülər 
tikirdi. O körpünün üzərindən keçən Allahın bəndələri məkr, 
hiylə  bilmədən  öz  həmcinsinin,  hətta,  bütün  canlı  aləmin 
ağrısına  acıyır,  dərdinə  yanır,  yarasına  məlhəm  olmaq  üçün 
adam  balası  adam  olurdular.  Onun  hələ  kövrək,  bərkiməmiş 
şeirlərində  bir  dünya  işıq  olurdu.  O  işıqda  baxıb 
gördüklərindən  heyrətə  gəlməyə  bilmirsən.  Quşun  yaralı 
qanadı  da  sənin  ürəyinin  telindən  keçir.  Qırılmış  budaq, 
əzilmiş  yarpaq,  bulanmış  su,  cadarlanmış  torpaq  şah 
damarından keçərək, səni sən eləyir.  
 
44 
Səni  sən  eləyir...  Səni  sən  etməyən  insan  övladının  bir-
birinə qənim kəsilməyi, düşmən olması lap uşaq çağlarından 
Elçini  düşündürür,  balaca  qəlbinə  nahamar  hisslər,  duyğular 
gətirirdi. Böyüdükcə bu hissləri, duyğuları da böyüyürdü. 
O  vaxtlar  məktəbdə  oxuyanda  “Zəncinin  arzuları” 
poemasını  keçirdilər.  Və  Elçin  ruhən,  xəyallən  bir  müddət 
dönüb  o  zəncinin  yerində  özünü  hiss  edirdi.  Təkcə  o  zənci 
yox,  məhrumiyyətlər  içərisində  ömür  sürən  insanların, 
xüsusən,  cocuqların  taleyi  qəlbinə  hakim  kəsilir,  insanları 
fəlakətlərdən  qurtarmaq  üçün  özünün  ağappaq  nağıllarını 
yaradırdı.  O  nağıllarda  sərhəd  dirəkləri  olmurdu.  Dövlətlər 
bir-birindən  aralı  düşmür,  xalqlar  bir-birinə  düşmən 
kəsilmirdilər.  Adamlar  müxtəlif  dinlərə  iman  gətirmirdilər. 
Hər  kəs  bir  Tanrının  göy  çətiri  altına  yığışıb,  “insanlıq 
marşı”nı  ifa  edirdilər.  Bütün  adamlar  bir  dildə  danışırdılar, 
bir  əlifbada  yazırdılar.  Onda  dünya  elə  gözəl  idi  ki... 
Masmavi  gölləri,  dənizləri,  bəyaz  buludları,  qızıl  qumlu 
sahilləri, rəngbərəng uca dağları, Tanrıya duaçı olan ağacları 
ilə cahan insanın gözündə cənnətin bir bucağına bənzəyirdi.  
Elçin yazırdı. Niyə yazdığını hələ düz-əməlli bilməsə də, 
qələm-dəftər  onsuz,  o,  da  qələm-dəftərsiz  qala  bilmirdilər. 
Gündə  heç  olmasa  bir  sətir  yazmayanda  elə  bil,  nəyisə 
çatışmırdı.  Gecənin  yarısı  da  olsa,  qalxıb  sevimli  dəftər-
qələminə  yanaşır,  ürək  sözlərini  ağ  kağıza  deyəndən  sonra 
gedib yatırdı.  
Ancaq  ağlının  bir  küncünə  də  gəlmirdi  ki,  vaxt  gələcək 
sətir-sətir  dərdləşdiyi  yazılar  kitablara  dönəcək.  Ağlına 
gəlmirdi ki, vaxt gələcək ona şair deyəcəklər... 
 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə