Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   ...   45

 

uşaqlara  da  qoşulardı.  Ancaq  onun  üçün  ən  maraqlısı  uşaq 
təxəyyülü  ilə  müşahidələr  aparmaq,  bir  də  nənəsinin 
nağıllarına  qulaq  asmaq  idi.  Əlbəttə  ki,  nənəsinin  vaxtı 
olanda.  Belə  məqamlar  az  olurdu.  Və  bu  az  olan  məqamın 
çatmasını Elçin elə ürəkdən arzulayırdı ki...  
Məlikməmmədin  nağılını  da  danışmışdı  ona.  Cırtdanın 
da.  Amma  Elçin  nənəsinin  ona  ən  çox  qurd  nağıllarını 
danışmasını xoşlayırdı. Nə iş idi heç özü də bilmirdi, təbiətin 
bu  canlı  varlığını  bütün  canlı  varlıqlardan  daha  çox  sevirdi. 
Bu  balaca  yaşında  qurd  onun  üçün  məğrurluğun  simvoluna 
çevrilmişdi.  Təbii  ki,  bu  qurd  sevgisinin  yaranmasında 
nənəsinin  dedikləri  əsas  rol  oynayırdı.  Axı  heç  zaman  nənə 
ona  qurdun  çaqqala  oxşamasından  danışmırdı.  Heç  tülküyə, 
dovşana,  ayıya,  lap  meşələr  sultanı  şirə,  pələngə  də...  Qurd 
qurd  idi.  Heç  zaman  səhv  etməyən,  öldürdüyünü  də  nəyə 
görə öldürdüyünü bilən, yerişiylə, duruşuyla uca görünən bir 
canlı varlıq... 
Hərdən  belə  nağılların  arasında  Elçin  xəyallara  dalırdı. 
Və  bunu  duyan  nənə  də  nağılını  yarımçıq  kəsib,  uşağı 
xəyallar  dünyasından  geri  qaytarmaq  istəmirdi.  Sonra  da 
suallar verirdi nənəsinə. 
-Ay nənə, qurd adamı öldürər? 
-Adamı öldürməz, bala. 
-Bəs uşaqlar deyir, bir adamı qurd parçalamışdı? 
-Yəqin o adam deyilmiş. 
Yenə  xəyallara  dalırdı  uşaq.  Öz  aləmində  nənəsinin 
dediklərini  düşüncə  süzgəcindən  keçirirdi.  Bu  arvad  axı  elə-
belə  söz  danışmaz.  Belə  deyirdisə,  deməli,  dediyində  bir 
məna,  bir  məntiq  var  idi.  O  məntiqin,  o  mənanın  içərilərinə 
varmağa isə hələ Elçinin gücü, qüvvəti çatmırdı. Bu məntiqi, 
bu mənanı Elçin lap sonralar anlayacaqdı. 
Hələ ilk uşaqlıq çağlarını yaşayırdı...  
 
10 
Filosoflar, insanı öyrənən alimlər artıq sübut eləmişdilər, 
eləmişdilər  ki,  uşaq  çağlarında  yaddaşa  həkk  olunanlar 
əbədilik  orada  qalır.  İnsan  var  ki,  on  beş,  iyirmi,  otuz 
yaşlarında  başına  gələnləri  unudur,  yaddaşının  koduna  yaza 
bilmir.  Ancaq  üç-beş  yaşlarında  baş  verənlər  hər  zaman 
xəyalında  dolanır,  onu  tərk  etmir,  ömürlük  ona  ya  xoş 
xatirələr, ya da kədərli anlar yaşadır.  
O  yaylaqlarda,  elə  balaca  Malıbəylinin  özündə  də  baş 
verən hər bir hadisə onun üçün unudulmaz anlara çevrilirdi.  
Hərdən  atası,  anası,  qardaşları  da  ona  baş  çəkməyə 
gəlirdilər.  Xoş  dillə  onun  saqqızını  oğurlayıb,  hərdən   
evlərinə  də  aparırdılar.  Lakin  balaca  oğlan  Malıbəylidən, 
Turşsudan, Buğadaşdan, nənəsindən ötrü darıxırdı. Lap elə o 
yerlərin  ağacları  üçün  də.  O  ağacları  üçün  ki,  imkan  tapan 
kimi  budaqlara  dırmaşar,  yarpaqların  arasında  görünməz 
olar,  beləcə,  öz  uşaq  dünyasına  dalardı.  Nənəsi  üçün  hərdən 
kəklikotu yığıb gətirərdi. Nənəsi kəklikotu çayını içməyi çox 
xoşlayardı axı.  
Elə  o  vaxtlardan  öz  yoldaşlarından  seçilərdi  bu  uşaq. 
Məntiqi,  ağlı,  düşüncəsi  ilə...  Bunu  təbii  ki,  özü  bilmirdi. 
Arif  adamlar  isə  hiss  edirdilər.  Bu  uşağın  işığından 
qaranlıqların  yarılacağına  qəlblərində  qəribə  inam  hissi 
oyanırdı.  O  işıq  ki,  onun  gözlərində  birinci  dəfə  atası 
görmüşdü.  Sonra  qohumlar,  qonşular,  yaxınlar...  lap  uzaqlar 
da görməyə başladılar.  
Uşaqların  bir  neçəsinin  dediyi  sözü  Elçin  təsdiqləmirdi. 
Onun  üçün  bu  deyilənlər  məntiqsiz  sayılırdı.  Əlbəttə, 
bunların  çoxunu  o,  uşaqların  üzünə  vurmurdu,  öz  məntiqini 
təsdiq kimi ürəyində saxlayırdı.  
Hərdən isə...  
Hərdən uşaqlarla xırda mübahisələri də olurdu.  
-Bu meyvəni dərəndə, budağı qırmazlar. 


 
11 
-Niyə ki? 
-Axı gələn il o budaq yenə meyvə gətirməlidir. 
-Başqa budaqlar gətirər.  
-Başqa budaqlar bar verənə qədər biz meyvəsiz qalarıq...  
-Heyvanları döyməzlər, günahdı. 
-Niyə günah olur, heyvandı də. 
-Elə heyvan olduğuna görə döyməzlər. 
-Bəs adamı döyərlər? 
-Yox, adamı başa salarlar.  
-Birdən başa düşmədi? 
-Onda... onda... birtəhər başa salarlar. 
-Birtəhər də başa düşməsə? 
-Onda o adam olmur ki, uşaqlar, elə heyvan kimi bir şey 
olur...  
Qıraqdan  uşaqların  bu  söhbətinə  qulaq  verən  yaşlılar 
Elçinin  özündən  yekə  məntiqinə  mat-məəttəl  qalırdılar.  Əl 
boyda  uşaq  gör  hansı  mətləblərə,  hansı  məqamlara  baş 
vururdu.  Özü  də  elə-belə  baş  vurmurdu,  danışığının  içində 
əməlli-başlı düşünməli fikirlər olurdu.  
Onun  bu  işığını  yavaş-yavaş  başqaları  da  görməyə 
başlayırdılar.  Böyük  Üzeyir  Hacıbəyovun  həyatından  bəhs 
edən  filmə  baxanda,  onun  uşaqlıq  çağlarını  görəndə  bu 
uşağın  nə  qədər  duyğusal,  düşüncəli,  dərrakəli,  iti  zehinli 
olduğunu görürdüm. Və bu görmək məndə elə qəribə hisslər 
oyadırdı  ki...  Sanki  Üzeyir  dağa  da  başqa  uşaqların  baxdığı 
gözlə  baxmırdı.  Çaya  da,  ağaca  da,  budağa  da...  Elə  bil, 
Üzeyir  hər  şeydə  bir  məna  gəzirdi.  Onun  üçün  bu  dünyada 
mənasız  heç  nə  yox  idi.  Bəs  sonrası  necə  oldu?  Bu  uşaq 
böyüyüb  ÜZEYİR  oldu.  O  Üzeyir  ki,  musiqidə  etdiyi 
tapıntılarla bütün dünyanı lərzəyə gətirdi. Bütün dünya onun 
yazdığı musiqi əsərlərinin qarşısında ehtiramla baş əydi.  
 
12 
Bayaq qeyd eləmişdim axı, Malıbəyli çox da böyük kənd 
deyildi.  Amma  bu  balaca  yurd  yerinin  özünəməxsus 
xüsusiyyətləri  vardı  ki,  adam  bu  xüsusiyyətlər  haqqında 
eşidəndə,  tanış  olanda  qəribə  xəyalların  ağuşuna  düşür. 
Kəndlər  də  adamlar  kimidi:  birisi  kəntöy,  yöndəmsiz,  qaba, 
birisi  həlim,  yapışıqlı,  zövqoxşayan...  Mən  tanıdığım 
kəndlərin görkəmini yadıma salanda hər kəndə görə bir adam 
yadıma  düşür:  bax  bu  kənd  Məhəmmədə  oxşayır,  bu  kənd 
Əliyə, o birsi isə Yastı Salmana... Malıbəylini görməmişdim. 
Ancaq nəyə görəsə o kəndi qətiyyən Yastı Salmana bənzədə 
bilmirdim. Və elə bilirəm zənnimdə qətiyyən yanılmamışam. 
Mənzərəsi  axar-baxarlı,  ağacları  durna  telli,  bağ-bağçası 
nazlı gəlinə bənzər, adamları da ki... Adamları tam başqa bir 
aləm.  Deyilənə  görə  bu  kəndin  polisi  də,  məhkəməsi  də 
kəndin  ağsaqqalları  olublar.  Bütün  müşkül  olan  işləri  bir 
yığnaqla  həll  edərdilər.  Kimin  nə  ağzı  idi  ki,  bu  “ 
məhkəmənin  “  işinə  etiraz  eləsin.  Adamlar,  sanki,  bir-birini 
tamamlayırdılar.  Hələ  ağsaqqallar  bir  yana,  ağbirçəklərin 
məsləhətindən, əmrindən də kimsə çıxa bilməzdi.  
Uşaq  müşahidəsi  ilə  belə  şeylərə  də  fikir  verirdi  Elçin. 
Adi  sağıcı  olan  nənəsi  elə  çözülməsi  çətin  olan  məsələlərə 
baş  uzadırdı  və  aydınlıq  yaradırdı  ki,  bu  uşaqda  nənəsinə 
qarşı xüsusi rəğbət və ehtiram yaradırdı.  
Nənəsinin  yanında  yaşadığı  altı  illik  ömür  sürəsi  bu 
uşağa  çox  şeylər  verdi.  Bəlkə  də  gələcək  ömrünün  möhkəm 
özülünü bu yerlərdə qoydu. Onu Elçin İsgəndərzadə edən bir 
tərəfdən  zatından,  kökündən  gələn  irsi  qabiliyyət  idisə,  bir 
tərəfdən  də  altı  il  yaşadığı  ilk  cocuqluq  çağlarının  havası, 
suyu, mühiti, nənəsindən aldığı tərbiyənin təsiri idi. 
 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə