Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   ...   45

 
13 
 
 
 
 
 
MƏKTƏB İLLƏRİNİN XATİRƏLƏRİ 
 
Yeddi  yaşının  tamam  olmasına  on  alti  gün  qalanda  orta 
məktəbə  getmişdi.  Amma  artıq  həriflərin  hamısını  tanıyırdı. 
Beş  yaşından  sonra  nənəsi,  sonra  da  anası  hərifləri 
öyrətmişdi  ona.  Atası  ehtiyatda  olan  zabit  kimi  Rusiyada 
toplanışda olanda ağlayıb, anasına demişdi ki, mən də atama 
məktub  yazmaq  istəyirəm.  Ana  da  məcbur  olmuşdu,  onun 
cızma-qaralarını  konvertə  qoyub  məktub  adıynan  atasına 
göndərmişdi.  Bu  oğul  “məktubundan”  qərib  yurdda  atası  nə 
qədər sevinmişdi, bunu Elçin sonralar hiss elədi. Bəlkə də o 
“məktub”  o  vaxta  qədər  kişiyə  gələn  ən  qiymətli  məktub 
kimi  ürəyinin  bir  guşəsinə  yazılmışdı.  Az  iş  deyildi,  beş-altı 
yaşında  oğul  balası  ona  məktub  yollamışdı...  Barat  sonralar 
danışacaqdı,  deyəcəkdi  ki,  o  məktubdan  sonra  qərib  yurdda 
necə  qaldım,  heç  özüm  də  bilmədim.  Bir  ayağım 
Azərbaycana, Şuşaya tərəf sürünürdü...  
Bütün  məktəb  bu  balaca,  çəlimsiz  uşağın  istedadından 
danışırdı.  Hələ  bir  az  da  şişirdib,  onun  haqqında  qəribə  söz-
söhbətlər edirdilər. 
-Xəbərin var Baratın oğlundan? 
-Hə,  eşitmişəm,  deyirlər,  maşallah,  indidən  vurma 
cədvəlini əzbər bilir. 
-Nə vurma cədvəli, vurma cədvəlini Cahangirin oğlu da 
bilir  də.  Deyilənə  görə,  bu  uşaq  dördüncü,  beşinci  sinif 
uşaqlarının məsələ, misallarını həll edir. 
-Qablarında var də... 
 
14 
Məktəb  partasına  heç  də  çətinliklə  öyrənmədi.  Uşaqlar 
var  idi  ki,  ağlayırdılar,  analarını,  atalarını  istəyirdilər,  evə 
getmək  üçün  yüz  bəhanə  quraşdırır,  hətta,  xəstələndiklərini, 
qızdırma  içində  olduqlarını  deyib,  müəllimi  aldatmaq 
istəyirdilər.  O,  belə  uşaqlara  gülürdü.  Yeri  gələndə  hələ 
onları tənbeh də edirdi.  
-  Utanmırsınız,  adam  da  yalan  danışar?  Məktəbdən  iraq 
düşən uşaqların bilirsiniz sonu necə olur? Bax, o bazarda yük 
daşıyan  qıvrımsaç  hambal  kimi.  Oxumayan  uşağın  gələcəyi 
olmur.  
 Bu  sözləri  atasından  eşidib,  yadında  saxlamışdı. 
Ümumiyyətlə,  atasının  hər  kəlamını  məlhəm  kimi  sinəsinə 
çəkir,  sonra  beyninə  həkk  edib,  müdrük  kəlamlar  kimi 
yaddaşında  saxlamaq  istəyirdi.  Bütün  uşaqlar  atalarını 
hamıdan  güclü  bilərlər  axı.  O,  həm  də  atasını  bütün 
kişilərdən  ağıllı  kişi  hesab  edirdi.  Düzdür,  bunu  dilinə 
gətirmirdi,  uşaqlara  demirdi,  bilirdi  ki,  desə,  yan-yandan 
etirazlar  gələcək,  hər  uşaq  deyəcək,  mənim  atam  ağıllıdır. 
Amma  ürəyində  bunu  yüz  dəfə,  min  dəfə  təkrar-təkrar 
təsdiqləyirdi.  Heç  anasına  da  demirdi  bu  barədə.  Düşünürdü 
bəlkə  anası  onun  bu  sözlərindən  qısqanar.  Baxmayaraq  ki, 
söhbət atalardan gedirdi. Bir də nəyə görəsə utanırdı bu sözü 
dilinə  gətirməyə.  Ən  çox  da  atasının  özündən.  Dünya 
dağılsaydı belə bu sözləri atasının üzünə deyə bilməzdi.  
Uşaqlar arasında belə boş-boş mübahisələr olanda, o, bir 
qırağa çəkilib, kitablarına baxırdı. Yox, buna baxmaq demək 
olmazdı.  Oxuyurdu.  Sinifdə  hamıdan  yaxşı  oxuyurdu.  Hər 
oxuduğunda  bir  məntiq  axtarırdı.  Hərdən  məqam  düşəndə 
müəllimi  sual  atəşinə  tuturdu.  Bəzən  elə  suallar  verirdi  ki, 
müəllimin  özü  də  çaş-baş  qalırdı.  Bu  suallardan  özünü 
itirməmək 
üçün 
müəllim 
bütün 
gücünü, 
pedoqoji 
qabiliyyətini işə salmalı olurdu.  


 
15 
-Müəllim, el üçün ağlayan göz niyə kor olur? 
-O nə sözdü, Elçin? 
-Bax, kitabda yazıblar. 
-Bilirsən... yəni... hər halda, el üçün ağlamaq lazımdı. 
-Bəs onda kitabda düz yazmayıblar? 
-Yox,  bala,  əstafürulla,  kitabda  yalan  şey  yazmazlar. 
Sadəcə, bunu anlamaq üçün hələ sənin yaşın çatmır. 
Day bir söz demirdi Elçin. Müəllimin bu sözündən sonra 
nə  deyəydi?  Axı  atası  demişdi,  müəllimlər  də  valideynlər 
qədər  müqəddəsdirlər.  Belə  deyirdisə,  demək,  bu  sözün 
içində bir məna var. 
Bu kəndə köçdükləri hələ yeni idi. Ağdamın bu kəndinə, 
Əhmədavara hələ isinişə bilmirdilər. Bu yerlər, ağaclar, bağ-
bağçalar, adamların özləri də onlara qərib kimi görünürdülər. 
Elçinə  qalsaydı,  heç  Malıbəylidən,  nənəsinin  yanından 
buraya gəlməzdi. Elə orda qalıb, orda da oxuyardı. Bunu bir 
dəfə  məktəblərin  açılmasına  on  beş,  iyirmi  gün  qalanda 
kövrələ-kövrələ anasına da dedi: 
-Ana, olarmı mən Malıbəylidə qalım? 
-Niyə ki, bala? 
-Axı nənəm mənsiz darıxar. 
-Biz də burda sənsiz darıxarıq. Nənən altı il səni yanında 
saxlayıb,  doyunca  görüb,  boyunu  oxşayıb,  qoy  biz  də  altı  il 
görək, sonra baxarıq.  
Malıbəylinin  ağacı,  budağı,  döngəsi,  dağı-dərəsi  bir 
yana,  uşaqları  üçün  yaman  qəribsəyirdi.  Hərdən  lap 
burnunun  ucu  göynəyirdi  onlar  üçün.  Demək  olar  ki,  o 
uşaqlarla  yayı,  qışı  bir  yerdə  olmuşdu.  Yaylaqda  yaylaq, 
qışlaqda  qışlaq  yoldaşı  olmuşdular.  Ara-sıra  yuxusuna  da 
girirdi  o  uşaqlar.  Yuxudan  ayılıb  həzincə  yorğanının  altında 
ağlayırdı. Ona ağır gələn bir də bu kənddə olan uşaqların ona 
qonaq,  qərib  kimi  baxmaları  idi.  Hərdən  istirahət  günləri 
 
16 
anası  onu  Malıbəyliyə  gətirəndə,  uşaq  quş  kimi  qanad  açıb 
uçmaq istəyirdi. Bu kənddə olacağı az müddətin bir anının da 
fövtə  vermək  istəmirdi.  O  uşağın  dalınca  gedir,  bu  uşağı 
səsləyir,  öyrəndikləri  yerlərdə  gəzib  dolanır,  tanış  ağaca, 
budağa,  daşa,  qayaya  sığal  çəkməyi  də  yaddan  çıxarmırdı. 
Bununla  sanki  uşaq  onlardan  üzrxahlıq  diləyir,  bir  növ 
onların qarşısında “günahını” yumağa çalışırdı. Malıbəylidən 
aralanmağa  az  qalanda  isə...  Elçinin  sifətinə  qəribə,  çox 
qəribə qəm haləsi çökərdi.  
Amma  zaman  aramla  hər  şeyi  yönünə  qoyur.  Yavaş-
yavaş  Əhmədavara  öyrənirdi.  Yavaş-yavaş  Əhmədavarın 
uşaqlarına  uyuşurdu.  Yavaş-yavaş  məktəb  yoldaşlarına 
yovuşurdu.  Az  müddətdə  nəinki  Əhmədavarda,  bütün 
Ağdamda özündən söz etdirməyə başladı. Rayonda keçirilən 
fənn  olimpiadalarına  hər  dəfə  Elçini  göndərirdilər.  O  da 
rayon 
mərkəzindən 
üzüağ 
qayıdırdı. 
Belə 
anlarda 
müəllimlərinin  üzündə  qəribə  bir  təbəssüm,  gözlərində  işıq 
görürdü  Elçin.  Nəinki  sinif  yoldaşları,  bütün  məktəbin 
şagirdləri ona həsədlə baxırdılar. Hələ paxıllığını çəkənlər də 
tapılırdı.  Bir  dəfə  öz  qulağı  ilə  eşitmişdi,  bir  şagird  o  biri 
şagirdə demişdi ki, necə olur bu Malıbəylidən gələn hər şeyi 
bilir,  biz  heç  nəyi  bilmirik?!  Məktəbin  üzünü  ağ  elədiyinə 
görə  müəllimlər  onu  çox  istəyirdilər.  Hər  tədbirdə  onu  başa 
çəkirdilər. Ancaq bütün bunlardan qürrələnmir, öyünmür, öz 
işi-gücü  ilə  məşğul  olurdu.  Öz  iş-gücü  isə  məktəb  aylarında 
ancaq oxumaqdan ibarət olurdu. Başqa işlərə o qədər də baş 
qoşmurdu.  Daha  doğrusu,  atası  onun  gələcəyindən  nəsə 
gözlədiyinə  görə,  başqa  işlərlə  başını  qatmaq  istəmirdi. 
Amma  canında  o  qədər  enerji,  işləmək  həvəsi  vardı  ki, 
hərdən gözdən yayınıb, bəzi ev işlərinə də əl yetirirdi.  
Aydan-aya, 
rübdən-rübə 
püxtələşirdi 
bu 
uşaq. 
Püxtələşdikcə  savadı  çoxalır,  savadı  çoxaldıqca  çətin, 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə