Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   ...   45

 
17 
müəmmalı 
sualların 
sayı 
artırdı. 
Pionerə 
keçəndən 
komsomola  qəbul  olunana  qədər  onun  daxili  aləmində  çox 
böyük  dəyişikliklər  baş  vermişdi.  Bu  təbii  ki,  bütün 
uşaqlarda  olurdu.  Dünya  fırlandığı  kimi  uşaqların  da  iç 
dünyası fırlanır, qabağa gedirdi. Amma bu uşaqda baş verən 
dəyişiklikər  o  birilərindən  çox  fərqlənirdi.  Pionerə  keçəndə 
müəllimlərdən  çəkinsə  də,  atasına  suallar  verməkdən 
çəkinməmişdi. 
-Ata, o biri ölkələrdə də uşaqlar pionerə keçirlər?  
-Yox, ay bala, onlar keçmirlər. 
-Niyə keçmirlər ki? 
-Çünki onlar yaxşı uşaqlar deyillər. 
Bu cavab onu qane eləməmişdi.  
-Ancaq Sovet uşaqları yaxşı olurlar? 
-Yox, niyə ki? 
-Bəs niyə onlar pionerə keçmirlər? 
-Ona görə ki, onların Lenin babaları yoxdu. 
-Ölüb babaları?  
-Hə, çoxdan ölüb. 
-Bəs bizim Lenin babamız ölməyib? 
-Lenin  baba  ölmür.  O,  daim  yaşayır,  bizimlə  birlikdə 
gələcəyə gedir. 
Bu  cavab  da  Elçini  razı  salmamışdı.  Amma  daha  sual 
verməmişdi  atasına.  Və  bir  uşaq  dərrakəsi  ilə  belə  suallar 
verdiyinə  görə  özü-özünü  qınamışdı.  Daxilində  gizlənən 
pünhan  bir  hiss  ona  pıçıldamışdı,  demişdi,  hər  sualı 
böyüklərə  verməzlər.  Bu  suallarla  böyükləri  çətin  duruma 
salmaq yaramaz. Elə o vaxtlardan sonra qəlbində yaranan hər 
sualın  cavabını  özü  axtarmağa  çalışmışdı.  Başqalarını  çətin 
durum  qarşısında  qoymaq  istəməmişdi.  Lakin  illər-illəri 
əvəzlədikcə,  fəsillər  bir-birini  amansızcasına  tapdalayıb 
keçdikcə  onun  qəlbində  də  qəliz  suallar  artıb,  çoxalırdı. 
 
18 
Yaşının üstünə yaş gəldikcə bu sualların mənası da dəyişirdi. 
Bu  suallar  ciddiliyini  artırdıqca  Elçinin  xəyalı  da  dərinləşir, 
özünü  bir  boşluqda,  havasızlıqda  hiss  edirdi.  Ona  görə  daha 
çox  tənha  qalmağa  çalışırdı.  Ya  boş  bir  otağa  çəkilir,  ya 
yalqız  bir  ağacın  altına  sığınır,  ya  da  belə  sualların  cavabını 
tapmaq  üçün  kitabları  o  yandan  bu  yana,  bu  yandan  o  yana 
vərəqləyirdi.  Bir  də  hərdən  ona  elə  gəlirdi  ki,  belə  tənha 
qalanda  hardansa  xeyirxah  mələklər  ona  həqiqətin  özünü 
danışacaqlar.  
Onları  komsomol  sıralarına  qəbul  edəndə  uşaqların 
hamısı  sevinirdi.  Elçinin  özü  də  üzdən  sevincək  görünürdü. 
Əslində  isə  qəlbində  baş  qaldıran  qəribə  duyğular  ona 
rahatlıq vermirdi. Nə idi o narahatlığın səbəbləri? 
Nənəsi  də,  başqa  ağsaqqal,  ağbirçək  qohumları  da 
yaşadıqları  bu  dövlətin  hansı  yollardan  keçib,  buraya  gəlib 
çıxdığını  ona  danışmışdılar.  Otuz  yeddinci  ilin  mənfur 
repressiya  illərindən  danışanda,  danışanların  özlərinin  də, 
onlara qulaq asanların da tükləri ürpəşirdi. Söhbətlərdən belə 
məlum  olurdu  ki,  o  vaxtlar  bizim  ən  qaymaq  oğullarımızı, 
kişi  hünərli  qızlarımızı  məhv  eləmişdilər.  Onların  az  bir 
qisminin adlarını sadalayanda, nənəsinin gözləri dolur, əlləri 
titrəyir,  səsi  avazıyırdı.  Bu  qeyrətli  vətən  övladlarının  nə 
günahları 
vardı 
ki?.. 
Günahları 
bəlkə 
düşünməyi 
bacarmalarındaydı? 
Ziyalı, 
aydın, 
işıqlı, 
zəkalı 
olmalarındaydı? Niyə bu sistem, bu cəmiyyət robot insanları, 
daha  çox  qul  psixologiyası  olan  insanlara  önəm  verirdi? 
Onları  qabağa  çəkir,  vəzifə  verir,  şan-şöhrət  zirvəsinə 
yüksəldirdi.  Nəyə  görə  Tanrının  insana  bəxş  elədiyi 
düşünmə,  nəticə  çıxarma,  məntiqə  gəlmə  xoşbəxtliyindən 
insan  imtina  etməliydi?  Düzləri  düşünmək  bu  qədərmi  bu 
dövlət  üçün  qorxuluydu?  Qorxu  üzərində  yaranan  dövlətin 
ömrü  çoxmu  uzun  olacaqdı?  Bu  fikirləri  köhnə  kişilər 


 
19 
qorxularından  ağızlarına  belə  gətirmirdilər.  Elçin  və  onun 
kimi işıqlı düşünməyi bacaran yeniyetmələr isə hərdən xısın-
xısın da olsa bu barədə fikir mübadiləsi aparırdılar.  
Komsomola  keçən  günü  də  onların  belə  bir  söhbəti 
olmuşdu. Əslində dünəndən Elçinin narahatlığı özünü büruzə 
verirdi.  Bir  istəmişdi  bu  barədə  atası  ilə  söhbət  eləsin,  ona 
ürəyini açsın, desin, ata, olarmı mən komsomola keçməyim? 
Ancaq  bunun  cavabını  əvvəldən  bildiyinə  görə,  bu  sözləri 
ona  deməyə  cürət  eləməmişdi.  Bilirdi  ki,  atası  onu 
qınayacaq,  deyəcək,  bu  nə  söhbətdi  edirsən?  İstəyirsən  bizi 
Sibirə sürsünlər? Ya Nargin adasına aparıb güllələsinlər?  
Amma  o  gecə  səhərə  qədər  düz-əməlli  yata  bilməmişdi. 
Arandan  vurub,  dağdan  çıxmışdı.  Axırda  bir  qənaətə  gələ 
bilməyib,  gecənin  bir  yarısı  yuxuya  getmişdi.  Və  qəribəydi, 
çox  qəribəydi  ki,  yuxusunda  da  düşüncələrinin  ardını 
görmüşdü.  Görmüşdü  ki,  Ağrı  dağının  ətəklərində,  Türkiyə 
görsənən  yerdə  onu  edam  edirlər.  Özü  də  necə  edam;  başını 
edam  kötüyünün  üstünə  qoyub,  ondan  günahlarını  boynuna 
almağı  tələb  edirdilər.  Bir  yanda  anası  fəryad  qoparırdı,  bir 
yanda o biri doğmaları. Onların ah-naləsi göylərə ucalırdı.  
İşin bu yerində yuxudan ayılanda özünü qan-tərin içində 
görmüşdü. Ürəyi də şiddətlə döyünürdü. Durub bir stəkan su 
içib,  yenidən  yatağına  girmişdi.  Bu  yuxusunu  heç  kimə 
danışmamışdı. Ən yaxın yoldaşlarına belə...  
Əvvəldən  düşündüyü  sualları  da  müəllimə  verməmişdi. 
Bu sualların sonluğunun pis olacağından qorxmuşdu...  
-Bizim  komsomol  sıralarına  keçməyimiz  bu  dövlətə  nə 
verir ki? 
-Heç nə. Onsuz da ürəklə daşımırıq o nişanı. 
-Biri  mən,  necə  daşıyım,  necə  ağızdolusu  deyim  ki,  bu 
dövlətin komsomolçusuyam? İgidlər igidi babamı öldürüb bu 
dövlət. Tayfamızda olan bütün işıqlı adamları məhv ediblər.  
-Mənim də babam Sibirdə soyuqdan donub ölmüşdü. 
 
20 
-Mənim qohumlarımı Qazaxıstana sürgün eləmişdilər.  
Bütün bunlar haqqında çox düşünürdü Elçin. Bu yalançı, 
saxta  təbliğat  nəyə  lazım  idi?  İndi  dilə  gətirməsələr  də, 
çoxları  keçmişdə  baş  verənlərdən  xəbərdar  idilər.  O  qədər 
ölümü,  itimi,  qanı,  qadanı  itirib  yaddaşlardan silmək  asan  iş 
idimi?  Çox  vaxt  ruhlar  da  danışır.  Əzablar  içində  dünyadan 
gedən  o  əzilmiş  ruhlar  əməlisaleh  adamların  yuxusuna  girir, 
onlarla danışır, həqiqətin harda olduğunu onlara anladırdılar. 
Belə  həqiqətlərin  bəyan  olmasını,  üzə  çıxmasını  Elçin  bir 
yeniyetmə  istəyi  ilə  çox  arzulayırdı.  Amma  bu  istəyini  heç 
atasına  da  ürəklə  deməyə  cürəti  çatmırdı.  Axı  necə  olsaydı, 
atası  da  bu  dövlətin  yetirməsi  idi.  Cibində  kommunist  bileti 
gəzdirirdi. Bilirdi ki, bu mövzuda danışanda, atası söhbətdən 
yayınır,  bir  bəhanə  ilə  aralanıb  gedirdi.  Heç  yuxuda 
gördüklərini də atasına danışmırdı. Axı o, adını hərdən pıçılti 
ilə  eşitdiyi  Türkiyə  adlanan  məkanı  yuxularında  tez-tez 
görürdü.  Tez-tez  yuxularında  yol  gedirdi.  O  yol  hərdən  onu 
çəkib,  xəyal  olduğu  qədər  uzaq,  istək  olduğu  qədər  yaxın 
Türkiyə  sərhədlərinə  gətirirdi.  Bəzən  sərhədləri  də  vurub 
keçirdi.  O  doğma  yerləri  qarış-qarış  gəzib  dolanır,  elə 
oralarda olanda da yuxusundan ayılırdı. Yenə gözlərini bərk-
bərk  qapayır,  yenə  yatmaq,  yenə  yuxusunun  ardını  görmək 
istəyirdi.  
Belə  rəngli  yuxulardan  sonra  Elçin  bir  az  da 
duyğusallaşır,  xəyallaşır,  nağıllaşır,  romantik  duyğuların 
qanadlarında bir az da irəli gedib, özü üçün yeni məkan, yeni 
zaman  qururdu.  Elə  bir  məkan  ki,  o  məkanda  dünya 
türklərinin  birliyi  var  idi.  Elə  bir  zaman  ki,  o  zamanda 
həqiqəti deyənlərin dilini kökündən çıxarıb atmırdılar. Özünü 
dar ağacına çəkmirdilər.  
Belə  qərib,  üzücü  düşüncələr  onun  qəlbini  bütövlüklə 
çuğlasa  da,  o,  yenə  kitablarından  aralı  düşmürdü.  Ədalət  və 
həqiqətin  bir  qismini  bu  kitablardan  tapsa  da,  digər 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə