Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

 
135 
düzünü  deyim  ki,  mən  bu  səviyyədə  şərqlə  qərbin  şeir 
ənənəsini  sintez  edən  ikinci  bir  şair  tanımıram.  Bu 
dediklərimə  misal  olaraq  onun  iki  şeirindən  nümunələr 
gətirmək istəyirəm. 
 
Gümüş güzgülərə baxıb ağlayar, 
Taleyi əlində olmayan gözəl. 
Gözlərində iki bulaq çağlayar,  
Taleyi əlində olmayan gözəl. 
 
Gecə ulduzları sayar, yorulmaz, 
Bir də könül açmaz, bir də vurulmaz, 
Qəmli sular kimi axar, durulmaz, 
Taleyi əlində olmayan gözəl... 
 
Və yaxud: 
 
İydə yarpaqlarından süzülən, 
inci kimi saçlarına düzülən 
yağmur damlaları 
səsinin titrəyişində 
 ilişib qalmışdı 
sevgisiz bir gecədə... 
 
Elçin  İsgəndərin  şeir  dünyası  olduqca  rəngarəng, 
kaloritli,  axıcı,  yığcam  və  düşündürücüdür.  Yuxarıda  qeyd 
elədiyim  kimi  o,  sözlə,  səslə  təbiətin  rəsmini  çəkir.  İnsan 
onun  şeirlərini  oxuyanda  özündən  asılı  olmayaraq  Elçin 
İsgəndərin  yaratdığı  məkanın  və  zamanın  sakininə  çevrilir. 
Sanki o şeirlər sənin ruhundan tutub o dünyanın “vətəndaşı” 
edir.  
 
136 
Hansı janrda yazmağından asılı olmayaraq onun şeirləri, 
poemaları  təbiidir,  canlıdlr,  şairin  özü  kimi  saf,  şəffaf  və 
durudur. O, yazdıqlarını zorla yazmır, heca axtarışına çıxmır. 
Ona görə şeirlərindəki sərbəstlik ilk baxışdaca özünü büruzə 
verir.  İstər  vətən  haqqında  yazsın,  qaysaq  bağlamış  milli 
dərdləri  qələmə  alsın,  dünyanın  müşküllərindən  danışsın, 
ana,  ata,  övlad,  həyat  yoldaşı  barəsində  poetik  ruhunu  dilə 
gətirsin, o, bütün hallarda səmimiyyətə söykənir.  
 
Axıb gedən zaman kimiydi 
Ərafatda hava, 
bir bulud üstündə göründü gözlərimə Adəmlə Həvva. 
Başqa bir bəyaz bulud gəlib aldı məni qanadlarına, 
Ərafatda bir şeir yazmaq istədim sənin adına- 
indi xəyallara dalmışam sənsiz. 
Ərafatda 
Cənnətlə Cəhənnəm arasında qalmışam sənsiz. 
 
Bu  nümunə  həyat  yoldaşına  yazdığı  poemadandı.  Bir 
bulud arasında Adəmlə Həvvanı görərkən, bir başqa buludun 
qanadlarına  dalaraq  Ərafatda  ömür-gün  yoldaşını  anması 
onun sevgisinə olan ən böyük etirafı və yazdıqlarına səmimi 
hisslərindən  xəbər  verir.  Oğlu  Əliyə  yazdığı  poemada  da  o, 
öz  ampulasında  qalır.  Bu  poemada  o,  təkcə  oğluna  olan 
məhəbbətini  dilə  gətirmir,  həm  də  bütün  insanlara  sevgisini, 
istəyini  etiraf  edir.  Oğlu  Əliyə  arzu  etdiklərini  Əlinin 
timsalında bütün övladlara çatdırır. 
 
Mən səni Tanrı dağlarına  
aparmalıyam bir səhər... 
O səfərə az qalıb, 
o mübarək günə, o səhərə az qalıb... 


 
137 
 
Bütün  övladları  Tanrı  dağına  aparmaq  arzusunda  olan 
şair  həm  də  bu  istəyi  ilə  bütün  insanlara,  bütün  insanlığa  öz 
mesajını  göndərir.  O  mesajın  daxilində  parlayan  işıq  insan 
övladlarının gözlərini ağrıtmır, əksinə onların qəlbinə bir nur 
yağışı yağdıraraq, mavi, masmavi sabahlara səsləyir. 
Elçin  İsgəndər  poeziyanı  orqanizminin  bir  parçası  kimi 
təsəvvür  edir.  Özü  də  elə  bir  parçası  ki,  o  parçasız  insan 
yaşaya  bilməz.  Ömrünün  keçən  heç  bir  günündə  o,  yeni  bir 
şeir  nümunəsi  oxumadan  keçinə  bilmir.  İstər  qərb 
ədəbiyyatından  olsun,  istər  öz  klassik  və  çağdaş  ədəbiyyat 
nümunələrimizlə tanış olmayanda rahatlıq tapıb, dincəlmir. 
Şeirə,  sözə,  sənətə  bu  dərəcədə  vurğunluğu  onu  o  qədər 
məftun  eləyib  ki,  o,  öz  əsas  profili,  elm  sahəsi  ilə  yanaşı 
şairliyini  də  davam  etdirir.  Bu  iki  sahə  onun  iki  qoşa 
qanadlarıdı desək, heç də yanılmış olmarıq. Çünki bunlardan 
biri olmasaydı, qanadlarından biri çatışmayan quş kimi Elçin 
İsgəndər  də  yarımçıq  olardı.  Əslində  mən  onu  bu  iki  profili 
ilə  birlikdə  qəbul  edirəm.  Başqa  cür  təsəvvürümə  də  gətirə 
bilmirəm.  Elmlə  poeziya,  poeziya  ilə  elm  Elçin  İsgəndərin 
varlığında  bir  tamlıq,  bütövlük  təşkil  edir.  Hansı  mövqedə 
dayanmağından  asılı  olmayaraq,  hansı  rütbəyə  çatmağına 
baxmayaraq  o,  bu  iki  profili  ilə-alimliyi  və  şairliyi  ilə  bir 
yerdə  əsil  Elçin  İsgəndər  kimi  görünür.  Azərbaycanda  da, 
bütövlükdə  türk  dünyasında,  bəlkə  də  dünyada  da... 
Görkəmli  alimimiz,  filologiya  elmləri  doktoru,  professor, 
AMEA-nın  müxbir  üzvü  Nizami  Cəfərov  bunları  nəzərə 
alaraq,  Elçin  İsgəndər  haqqında  belə  yazır:  “O,  həm 
bilavasitə  yaradıcılığına,  həm  də  milli-ədəbi-ictimai  mühitin 
təşkilindəki  intensiv,  enerjili  fəaliyyətinə  görə,  həqiqətən, 
çox  böyük  mövqe,  nüfuz  sahibidir.  Və  bu  mövqeyin,  bu 
nüfuzun  coğrafiyası  Azərbaycanın  sərhədlərini  aşaraq, 
 
138 
ümumən  türk  dünyasına  yayılmaqda,  yalnız  Elçinin  özünə 
deyil,  eyni  zamanda  (bəlkə  də  daha  çox)  onun  mənsub 
olduğu  xalqın  ədəbiyyatına,  mədəniyyətinə,  ictimai  fikrinə 
böyük hörmət gətirməkdədir.”  
Elçin  İsgəndər  hər  poetik  nümunəsində  ikinci  mənini 
yaradır.  Elə  bil,  o  ikinci  məni  əsas  Elçini  kölgə  kimi 
izləyərək,  ondan  qopa,  ayrıla  bilmir.  Yəqin  elə  buna  görədir 
ki,  onun  yaradıcılığında  səmimiyyətdən  uzaq  heç  nə  tapmaq 
olmaz.  Hər  şey  olduğu  kimi,  həqiqət  müstəvisində,  Elçin 
İsgəndərin özü rəsmində... 
Özü haqqında yazdığı avtoportret onun daxili dünyasının 
şəklini  çəksə  də,  bütün  yazıları,  əslində,  onun  elə 
avtoportretidir. 
 
Gözlərimin yaşında, 
ürəyimin başında, 
bir bulud hüzn, 
bir yarpaq nisgil. 
Xəyalımda Xarıbülbül, 
ilk sevdamdı elə bil. 
Ömür qaralı-ağlı, 
 bütün yollarım bağlı. 
Bir gün mənim misralarım 
ormanda azmış cığır. 
İçimdə təlatümüm, 
üzümdə təbəssümüm 
cadar-cadar, 
cadar-cadar. 
 
Elçin  İsgəndərin  poetik  dünyası  ilə  tanış  olanda  tam 
əminliklə  deyə  bilirsən  ki,  o,  əsl  şairdir.  Bəlkə  də  onun 
şeirləri  dillər  əzbəri  deyil.  Bəlkə  də  onu  tanınmış  şairlər 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə