Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

 
117 
olmayanlar  qalır.  Çingiz  Aytmatov  daha  çox  qələmi  ilə, 
roman  və  povestləri  ilə  öz  xalqına,  ümumən  türk  etnosona 
xidmət  edə  bilərdi.  Onun  yaratdığı  “Əsrə  bərabər  gün” 
romanı  yüz  belə  səfirliklərdə  işləyib,  millətinə  xidmət 
etməkdən  daha  böyük  və  əzəmətli  görünür.  Və  onu  da 
düşünürəm  ki,  Çingiz  Aytmatovu  müqəddəs  qələmindən 
ayırıb,  siyasət  meydanına  çəkmək  də  siyasət  işbazlarının 
hiyləgərcəsinə  qurulmuş  böyük  oyunlarından  biri  idi.  Belə 
hiyləgər oyunlar türklər üzərində tarix boyu çox qurulmuşdu 
və təəssüflər olsun ki, böyük türklər çox zaman bu hiylələrə 
uyaraq, oz müqəddəs xidmətlərinə kölgə salmışdılar.  
Bu  unudulmaz  görüşün  təəsuratı  xeyli  zaman  ərzində 
Elçin  müəllimin  ruhunu  tərk  eləmədi.  Və  göylərdə 
mələklərin  diktəsi  ilə  yaddaşına  yazdığı  poemanı  bitirənə 
qədər  o  görüşün  hər  anını  ruhunda  yoğuraraq,  rahatlıq  tapa 
bilmədi. 
 
Orxondan, Yeniseydən, 
Hakasiyadan gəlirik. 
Gündoğan torpaqlardan, 
Asiyadan gəlirik. 
 
Doğudan batıyadək 
uzanıb gedir bu yol. 
Atını yanaşı sür, 
gəl mənimlə qardaş ol. 
 
Sonralar  Çingiz  ağa  ilə  bir  neçə  görüşləri  oldu.  Onu 
Bakıya  qonaq  dəvət  elədi.  Başqa  dövlətlərdə  keçirilən 
konfrans,  simpozium    və  başqa  şölənlərdə  birlikdə  iştirak 
elədilər.  Bu  görüşlər  Çingiz  Aytmatovun  həyatının    son 
günlərinə qədər davam elədi.  
 
118 
 
Xəzərin sahilində oturub 
Çingiz ağa ilə konuşuram xəyalən,- 
Bişkekdə, 
İşık göldə 
görüşmüşdük böyük Ustad. 
Bakıda, Brüsseldə, 
Moskvada, Vyanada, Parisdə, 
Praqada, Tunisdə 
Turanın dərdlərini 
bölüşmüşdük  böyük Ustad. 
 
Bu  görüşlərdə  çox  vaxt    Bəxtiyar  Vahabzadə,  Nadırbek 
Alımbekov,  Muxtar  Şaxanov  və  başqa  Çingiz  ağaya  yaxın 
olan  dostlar  da  iştirak  edirdilər.  Keçirilən  görüşlərdə 
dünyanın,  ən  çox  da  Turan  dünyasının  müşküllərindən 
söhbət  açılırdı.  Bəzən  özləri  də  hiss  etmədən  tarixin 
dərinliklərinə  baş  vurur,  türk  atlarının  ayaq  izləri  olan  yurd 
və məkanlara xəyali gəzinti yapırdılar.  
Söhbətlərin  təsirindən  Elçin  müəllim  öz  dünyasının 
sehrli  aləminə  düşürdü.  Belə  vaxtlar  onun  üçün  bir  əsrə 
bərabər qədər uzun və bir an qədər qısa görünürdü.  
Çingiz  Aytmatovun bu dünyanı tərk etməsi xəbəri Elçin 
İsgəndərə  o  qədər  pis  təsir  eləmişdi  ki,  uzun müddət  işlərini 
səhmana  salmaqda  çətinlik  çəkmişdi.  Bu  ölüm  bir  böyük 
türkün  ölümü  idi.  Dünya  ədəbiyyatı  tarixində  gəlib-keçən 
dahi  yazarlardan  birinin  dünyadan  köçməyi  idi.  Bu  ölüm 
başqa  ölümlərə  bənzəmirdi.  Və  belə  bir  əfsanəvi  türk  qələm 
ustadının bir də nə zaman dünyaya gələcəyi Tanrının öz işləri 
sırasına daxil idi. Görəsən o zamana qədər manqurtların sayı 
çoxalıb, dünyanı viran gününə qoymayacaqdılar ki? Ya bəlkə 
Çingiz  ağanın  ulu  ruhu  onların  başı  üstündə  dolaşıb, 


 
119 
manqurtlaşmaq  azarından  qoruyacaqdı  adamları?  Təki  belə 
olaydı.  Çünki  cahan  manqurtluq  virusuna  yoluxsaydı  onda 
dünyanın  günü  yaman  olardı.  Allah  bəşəriyyəti  bu  qorxunc 
və  dəhşətli  virusdan  qorusun.  Bu  virus  ən  ölümcül,  ən 
qorxulu viruslardan daha qorxuludur.  
Elçin  İsgəndər  Çingiz  ağadan  sonra  da  Qırğızıstana 
gedəndə hər dağdan, daşdan, torpaqdan, ağacdan, budaqdan, 
axan  bulaqlardan,  yağmurlu  buludlardan  Çingiz  ağanın 
qoxusunu  alırdı.  Onu  yanında  bilirdi.  Onunla  dərdləşir, 
söhbətləşir,  zarafatlaşırdı.  Belə  səfərlərdə  dostları  ilə  ancaq 
Çingiz  ağadan  danışırdılar.  Onun  yoxluğuna  inanmaq 
istəmir,  əbədilik  bu  şəxsiyyətin  bu  dünyada  qalacağına 
inandıqlarını dilə gətirirdilər.  
Bunun belə olacağına, əslində, ağlı başında olan hər kəs 
inanırdı.  Ona  görə  ki,  böyük  ruh  adamları  ölmürlər.  Onlar 
sadəcə  məkanlarını  dəyişib,  bu  dünyada  əbədi  iz  buraxırlar. 
Çingiz Aytmatov da o böyük ruh sahiblərindən biri idi...  
 
 
 
 
 
 
120 
 
 
 
 
 
DÜNYAYA BAXANLAR VƏ GÖRƏNLƏR 
 
Hər gözləri olan, dünyaya baxan bu dünyanı görə bilmir. 
Baxmaqla  görməyin  böyük  fərqi  və  anlamı  var.  Hər  kəs 
baxır:  mavi  səmaya,  aylı  gecələrə,  yaz  yağışlarına, 
yarpaqların  əsməsinə,  dağların  tənha  duruşuna,  insanların 
göz  yaşına...  Amma  onlar  ancaq  baxanlardı.  Görənlər  isə 
başqadı.  Görənlər  Tanrının  seçilən  bəndələri,  bu  dünyanın 
əzabkeş  məxluqlarıdı.  Baxmağa  nə  var  ki?  Çətini  görməkdi. 
Görəndə  mavi  səmanı  da,  aylı  gecələri,  yaz  yağışlarını, 
yarpaqların əsməsini, dağların tənha duruşunu, insanların göz 
yaşlarını  da  bir  başqa  anlamda  görürsən.  Görürsən  və 
düşünürsən.  Bu  düşüncələr  səni  özündən  alıb,  çox  uzaqlara 
aparır.  O  uzaqlarda  qalıb  dolandıqca  sən  zərrə-zərrə,  qətrə-
qətrə  adam  olursan.  Daha  doğrusu,  adamlardan,  çoxluqdan 
fərqlənib, Tanrı dağlarına doğru yol alıb gedirsən. Bu əzablı, 
məşəqqətli,  çətin  bir  yol  olsa  da,  o  yolun  sonunda  sənin 
qənşərinə  çıxacaq  işıq  ruhuna  o  qədər  rəvanlıq  gətirir  ki,  bu 
əzablı  yolun  yolçusu  olduğuna  heyfsilənmir,  əksinə, 
ucalıqlardan  aşağılara  baxanda,  çəkdiyin  yol  əzabının 
ağrısını unudub, rahatlıq tapırsan.  
Elçin də hələ uşaq olandan görmək istəyirdi. Əslində bu 
hiss  istəməklə  deyildi.  Onsuz  da  insan  çox  şeylər  istəyir. 
Lakin  Tanrı  bu  istəməyi  hər  kəsə  qismət  eləmir.  Ancaq  ona 
qismət  eləmişdi.  Nə  görürdüsə,  hansı  gözəlliyə  vurulurdusa, 
onu  bir  rəssam  fırçası  ilə  kətana  həkk  eləmək  istəyirdi. 
İmkan  düşəndə,  Şuşaya  gedəndə  Cıdır  düzünə,  İsa  bulağına, 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə