Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

 
97 
istedadlar, 
təzə-tər 
poetik 
nəfəslər 
ədəbiyyatımıza 
gəlməkdədir.  İnanıram  ki,  Elçin  İsgəndərzadə  “torpağı 
göylərə  sovrulan  xalqın”,  “dünyada  təklənib,  qovrulan 
xalqın”  ləyaqətli  şair  oğlu  olacaq  və  elə  bir  gün  gələcək  ki, 
Tanrı onu Şuşa adlı, Ağdam adlı, küllü Qarabağ adlı yurduna 
yetirəcək. Onun şair duası müstəcəb olacaqdır. 
Mən də sənin bu duana qoşuluram, Elçin!”  
   O gündən sonra qəlbində dolaşan Məmməd Araz nağılı 
poetik sədası ilə hər gün könlünə sığal çəkdi.  
 
Məmməd Araz qonaq idi Şuşada... 
Aradan illər, sənələr ötüb 
hələ də bu şairin gur səsi qalıb 
qayaların, dağların qulağında. 
Şairin köksündə ilham bulağı 
qaynayırdı, 
        daşırdı. 
Məmməd Araz o gecə 
dağlarla pıçıldaşırdı. 
 
Elçin İsgəndərin yaddaşında Məmməd Arazlı illər şirin 
bir nağıl kimi özünə ölməzlik qazandı. O, şair zirvəsinə 
ucaldığına görə hər zaman Məmməd Arazı şükranla anıb, 
sağlığında adına, ölümündən sonra ruhuna dualar oxudu. 
 
 
98 
 
 
 
 
 
TÜRK DÜNYASININ DENKTAŞI 
 
Kuzey  Kıbrıs  Türk  Cümhuriyyəti...  Bu  ada  dövlətini 
düşünəndə,  türkün  əzəməti  insanın  gözləri  önünə  gəlir. 
Metedən,  Atilladan,  Atatürkdən  üzü  bəriyə  nə  qədər  türk 
qəhrəmanları  olub.  O  qəhrəmanlar  ki,  heç  nədən  dövlət 
qurublar. O qəhrəmanlar  ki, az qala bütün dünyanın düşmən 
nəzəri  altında  öz  atlarını  dördnala  çaparaq  bu  qəhrəman 
etnosun 
ölməzliyini 
sübuta 
yetiriblər. 
Belə 
azman 
qəhrəmanlardan  biri  də  Rauf  Denktaş...  Adada  baş  verən 
dəhşətlərdən sarsılan və bir gecədə qərar qəbul edərək, adaya 
qoşun yeridən baş bakan Bülənt Ecevitin elan etdiyi dövlətin 
sükanı arxasına keçən böyük türk oğlu. Bütün dünyanın yad 
baxışları  altında  bu  sükanı  saxlamaq  heç  də  asan  iş  deyildi. 
Bu  sükanı  saxlamaq  üçün  insandan  böyük  dözüm  və  iradə 
tələb olunurdu. Bəlkə də bu yaranan dövlətin başında zəif bir 
lider dayansaydı, düşmənin məkr və qəzəbi qarşısında əriyər, 
yox  olar,  ən  azı  taxtını-tacını  qoyub,  sakitliyə,  tənhalığa 
çəkilərdi.  Amma  Rauf  Denktaş  çəkilmədi.  Geriyə  addım 
atmadı. Hələ bir az da qabağa gedərək, bu dövlətin ayaq üstə 
dayanmsına nail oldu. Çünki o, məğrur və yenilməz başçı idi.  
Elçin  İsgəndər  həmişə  türkün  əzəmət  və  yenilməzliyini 
düşünəndə,  bu  əzəmət  və  yenilməzliyin  fonunda  Rauf 
Denktaşın  da  surətini  görürdü.  Və  hər  zaman  onu  hörmətlə 
anıb,  bir  zaman  onunla  görüşmək  həvəsi  və  həsrətiylə 
yaşayırdı.  Tale  elə  gətirdi  ki...  Deyir,  insan  ən  ağılagəlməz 
bir  arzunun  həyata  keçmək  şövqü  ilə  yaşayırsa,  bir  gün  o 


 
99 
arzusu həyata keçir. Bəlkə elə o görüşün tarixçəsi də o dəruni 
istəyin  şövqündən  yaranmışdı!..  Hər  nə  isə,  olan  olmuş, 
böyük arzusu həyata keçmişdi. 
Kıbrıs  Türk  Cümhuriyyətində  bir  vəqf  fəaliyyət 
göstərirdi.  KIBATEK,  yəni,  Kıbrıs,  Balkanlar,  Avroasiya 
Türk  Edebiyyatları  Kurumu  adı  alan  bu  qurum  çox  böyük 
işlərlə  məşğul  olurdu.  İlk  növbədə  Kıbrısı  bir  cümhuriyyət 
kimi  dünyaya  təqdim  etmək,  tanıtmaq  vəqfin  əsas 
məramlarından  biri  idi.  Bu  vəqfdə  çox  görkəmli  simalar 
toplanmışdılar.  O  simalardan  biri  də  İsmayıl  Bozkurt  idi. 
Vəqfə  rəhbərlik  edən  İsmayıl  Bozkurt  Rauf  Denktaşın  ən 
yaxın  silahdaşlarından  biri  kimi  tanınmışdı.  İyirmi  il  Kıbrıs 
parlamentinin  deputatı  olan,  sonra  uzun  illər  Kıbrıs 
Cümhuriyyətinin  mədəniyyət  naziri  kimi  çalışan  bu  adam, 
sözün  həqiqi  mənasında,  başdan-ayağa  türk  idi  və  bütün 
həyatını Kıbrısın istiqlalına həsr eləmişdi.  
KIBATEK-in 
nəzdində 
“Turnalar” 
dərgisi 
nəşr 
olunurdu.  Bu  dərginin  sayəsində  türk  xalqları  arasında 
ictimai-siyasi,  mədəni  əlaqələr  genişlənirdi.  Elə  İsmayıl 
Bozkurtla Elçin İsgəndərin görüşü də bu əlaqələrin sayəsində 
mümkün  olmuşdu.  Onlar  Ankarada,  KIBATEK-in  bir 
toplantısında  görüşmüşdülər.  Və  bu  görüşdən  onların  böyük 
dostluğu  başlanmışdı.  Bir  az  sonra  “Vektor”un  nəşri  olan 
“Bayatı”  dərgisi  ilə  “Turnalar”ın  əməkdaşlığı  da  bu  iki 
insanın  yaxın  münasibətindən  bəhrələnərək,  qardaş  dərgilər 
kimi  fəaliyyət  göstərdilər.  Bundan  sonra  bizim  yazarların 
əsərləri “Turnalar”da dərc olunur, Kıbrıs yazarlarının əsərləri 
isə “Bayatı”da yayımlanaraq oxuculara çatdırılırdı.  
“Vektor”  nəşrlər  evi  bir  çox  türk  yazarının  kitablarını 
nəşr  eləmişdi.  Halid  Fədai,  Şövket  Öznur,  Orhun  Bozkurt, 
Mahmut  İslamoğlu,  Mustafa  Çəlik  və  onlarla  başqaları...  O 
vaxta  qədər  isə  İsmayıl  Bozkurtun  bir  neçə  romanı  dilimizə 
 
100 
uyğunlaşdırılaraq  çap  edilmişdi.  O  romanlardan  biri  də 
“Bəlkə  də  bir  gün...”  romanı  idi.  Bu  romanda  türk  oğlu  ilə 
rum  qızının  məhəbbətindən  bəhs  edilirdi.  Bu  əsər  oxucular 
arasında  çox  böyük  rezonans  doğurmuşdu.  İnsanlar  bir  daha 
sevginin 
qüdrətinə 
inanmış, 
bütün 
düşmənçiliklərə 
baxmayaraq, sevginin bütün sədləri aşmaq gücündə olduğuna 
əmin olmuşdular.  
İsmayıl 
Bozkurtla 
Elçin 
İsgəndərin 
sıcaq 
münasibətindən  yaranan  bu  ədəbi  əlaqələrin  səsi-sorağı 
sonralar  gedib  sayın  cümhurbaşkanı  Rauf  Denktaşa  da 
çatmışdı.  Olduqca  duyğusal  insan  olan  Rauf  bəy    Elçin 
İsgəndərin  kimliyi  ilə  maraqlanmış,  sonda  onu  Lefkoşaya 
dəvət eləmişdi.  
KıBrısın baş kəndi Lefkoşa Elçin İsgəndərin xəyallarının 
şəhəri  idi.  Hələ  yeniyetmə  olarkən,  bu  şəhər  haqqında  çox 
düşünmüşdü. Hətta öz poetik düşüncəsində də bu şəhəri vəsf 
eləmişdi.  Hardan  Lefkoşa  haqqında  yazılan  məqalələr, 
şəkillər tapırdısa, acgözlüklə oxuyur, gördüklərini gözlərinin 
yaddaşına  yığırdı.  Nəyə  görəsə  bu  şəhəri  türkün  tənhalıq  və 
qəriblik  şəhəri  hesab  edirdi.  Bir  də  hər  zaman  düşmən 
nəzərindən  çəkilməyən  bir  yurd  yeri  sanırdı.  Düşünürdü  ki, 
türk  bir  anlıq  sayıqlığını  itirsə,  bu  yerlərə  dişlərini  qıcımış 
düşmən bu başkəndə soxular, tari-mar edər, gücü çatsa, türkü 
qovub, bu yerlərə sahib çıxar.  
Elə  buna  görə  Rauf  Denktaşın  şəxsi  dəvətini  alanda 
sevincinin həddi-hüdudu olmadı. Bir yandan qəhrəman Rauf 
bəyi  görəcəkdi,  onun  qonağı  olacaqdı.  O  biri  yandan 
xəyallarının  şəhərində  bir  neçə  gün  mehman  qalacaq, 
oxuduğu,  şəklini  gördüyü  yerləri  gəzib  dolanacaq,  sonsuz 
mənəvi ruh və həvəslə, bir də buralardan yazmaq ehtirası ilə 
geri dönəcəkdi.  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə