Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

 
93 
süzürmüş  kimi  ucalıqlarda  dolaşır,  hamının  onu  görməsini 
istəyirdi. Asan məsələ deyildi axı; respublikanın ən oxunaqlı 
qəzetində  şeirləri  dərc  olunmuşdu.  Özü  də  o  şeirlərin 
fonunda ona kim uğurlu yol diləmişdi? Məmməd  Araz... Bu 
bütöv  bir  gəncliyin  xəyal  və  arzularının  fövqündə  dayanan 
bir istək idi.  
Hər qarşısına çıxan onu təbrik edirdi. Bu gün onun günü 
idi.  Və  o,  öz  günündə  bir  daha  ustadın  yanına  gedib,  onu 
bağrına basmaq istəyirdi.  
Məmməd  Araz  da  onu  təbrik  elədi.  İndi  də  üzbəüz  ona 
uğurlu yol dilədi: 
-Bala,  ya  yazma,  ya  da  yazanda  yaxşı  yaz.  Qələmə 
xəyanət  eləmək  olmaz.  İnanıram  ki,  sən  Sözün  ucalıqlarına 
baş vurmağı bacaracaqsan. Uğurlar olsun sənə! 
 Elçin  bir  daha  ustad  şairi  bağrına  basdı.  Və  nədənsə 
kövrəldi.  Kövrəldiyini  gizlətmək  üçün  uca  səslə  şairin 
məşhur şerindən bir bənd dedi: 
 
                        Azərbaycan, mayası nur, qayəsi nur ki- 
                        Hər daşından alov dilli ox ola bilər. 
                        Azərbaycan deyiləndə ayağa dur ki- 
                        Ana yurdun ürəyinə toxuna bilər. 
 
Bir neçə il ötəcək və Məmməd Araz Elçinin kitabına ön 
söz  də  yazacaqdı.  “Müqəddəs  görüş”  kitabına.  O  ön  söz 
yazılan kitab Elçinin üçüncü kitabı olsa da, onun üçün, bəlkə 
də, indiyə qədər dərc olunan və bundan sonra dərc olunacaq 
bütün kitabları arasında öz məhrəmliyi ilə seçiləcəkdi: 
“Bədii,  poetik  sözün  ilahi  dəyəri  hamıya  bəllidir.  Bədii 
sözün  dəyərini,  qiymətini  bilənləri  Söz  həmişə  müqəddəs 
ucalığa  yüksəldib  və  bu  barədə  də  çox  deyilib,  çox  eşidilib. 
Şübhəsiz 
ki, 
həmin 
yüksəlişin 
poetik 
məkanını 
 
94 
müəyyənləşdirən  Allah  vergisidir,  Allah  bilgisidir.  Bu 
baxımdan  gənc  şair  Elçin  İsgəndərzadənin  poetik  ilham 
mayasının  Allah  vergisi  olmasını  mən  çoxdan,  lap  əzəldən 
duyub,  hiss  etmişdim.  Elə  ona  görə  də,  bu  çətin,  şərəfli 
yaradıcılıq  yolunda  ona  ilk  uğuru,  ilk  xeyir-duanı  da  mən 
demişdim, mən yazmışdım.  
Görünür,  yanılmamışam.  Şeirdən-şeirə,  kitabdan-kitaba 
Elçin  sözün  qədir-qiymətini  bilə-bilə,  artıra-artıra  irəliləyib, 
isdedadı  cilalanıb,  qələmi  bülövlənib,  haradasa  mənim 
etimadımı doğruldub: 
 
   Son övladın-son şəhidin, 
   Nə sızlayıb, nə də ki, din. 
   Haçan övlad dərdi çəkdin,- 
   Bənövşən baş qaldıracaq,  
  Övladın olmağa Vətən!  
 
Yaxud:  
 
Vətənim, torpağım gülməyir üzün 
Payladılar səni, hey tikə-tikə. 
Xətai qılıncı gərəkdir indi- 
Bu yurdun yenidən sərhədin çəkə!  
 
Elçinin  şeirlərində  Vətənə,  torpağa  doğma,  məlhəm 
münasibət  bütün  tarixi  çalarlarla,  yəni  onun  dünəninə  baxış, 
bu  gününə  qayğı  və  sabahına  narahatlıq  hissləri,  vətəndaşlıq 
yanğısı  ilə  poetik  şəkildə  əks  olunur.  Sayı  gündən-günə 
çoxalan  səfil  və  dilənçi  uşaqlarımıza  həsr  etdiyi  şerində 
olduğu kimi: 
 
 


 
95 
Adı nə evdə var, nə də məktəbdə, 
Hamının yadından çıxmaq olarmı? 
Sabahı dilənən bir məmləkətdə 
Bu gün yaşamağa haqqımız varmı?! 
 
Elçinin  doğulub  boya-başa  çatdığı  Qarabağ  torpağının 
başına  gətirilən  faciələri  əks  etdirən  şeirləri  ilə  yanaşı, 
Vətənin  miqyasca  heç  də  ondan  əskik  olmayan  digər 
dərdlərinə-unutqanlığa,  biganəliyə,  rüşvətxorluğa,  haqsızlığa 
və digər bu kimi ictimai-sosial bəlalara həsr etdiyi şeirləri də 
obrazlı,  yaddaqalan  və  təsiredicidir.  Bu  şeirlərin  hamısına 
Vətən  üçün  yanan  bir  ürəyin  poetik  çırpıntıları,  mənəvi 
narahatlığı əks etdirən döyüntülər də demək olar. 
Bütünlükdə  Elçin  İsgəndərzadə  şeiri  Vətənə,  yurda, 
insanlığa  və  onların  xoş  gələcəyinə  bağlı  səmimi,  gənc 
ziyalı-vətəndaş ürəyinin yaşantıları, çırpıntılarıdır, dəyərli bir 
istedaddan  xəbər  verən  misraların-işıqlı,  həlim,  isti,  təbii, 
insani  duyğuları  əks  etdirən  ürəyin  döyüntüləridir.  Az-az 
hallar  olur  ki,  mən  bir  dediyimin  üzərinə  təkrar  qayıdam. 
Yaradıcılığımda  da  beləyəm,  həyatda  da  bu  cürəm.  Amma 
istedad  olan  yerdə  insanın  daxili  qızınır,  istilənir,  ürəyinin 
dərinliyində səni nəsə tərpədir.  
Elçinin  oxucularla  üçüncü  görüşü  olan  bu  kitabdakı 
şeirləri  oxuyanda  belə  bir  hal  keçirdim.  Doğrusu  sevindim. 
Ona  görə  də  təkrar  olsa  da,  deyim  ki,  ilk  müşahidələrimdə 
yanılmamışam.  Və  elə  ona  görə  ehtiyac  duydum  ki,  Elçinin 
oxucularla  üçüncü  müqəddəs  görüşü  olan  bu  kitabını 
uğurlayım, qutlayım.  
Elçin  İsgəndərzadə  sözün  həqiqi  mənasında  istedadlı 
gənclərimizdəndir. Orta məktəbi qızıl medalla bitirib, texniki 
elmlər  sahəsində  müvəffəqiyyətlər  qazanıb,  texnika  elmləri 
namizədi, dosentdir, bu gün-sabah doktor olacaq. Elə öz peşə 
 
96 
yönümü ilə irəliləsəydi və irəliləyir də, xalqımızın layiqli bir 
ziyalısı  olaraq  tanınacaqdı  (tanınır  da!).  Amma  görünür 
poeziyanın sehrinə düşüb, poetik sözün ovsunu onun qəlbini, 
ürəyini  ovsunlayıb,  sehrləyib.  Elə  bu  sehrin,  ovsunun 
işığında  alim-pedaqoq  Elçin  İsgəndərzadə  dönüb  şair  Elçin 
olub. 
Yaxşı ki, belə olub! Elçinin şairliyində istilik, məhəbbət, 
torpağa,  Vətənə  bağlılıq  daha  güclüdür.  Onun  poetik 
yaradıcılığının əsas motivini yurd sevgisi, Vətən yanğısı, əsl 
Vətəndaşlıq  qayəsi,  bir  sözlə,  Vətən-Vətəndaşlıq  mövzusu 
təşkil edir. Bu mövzu bütün istedadlı şairlərin yaradıcılığında 
aparıcı,  əsas  motivdir.  Amma  Vətən  üçün  hərənin  öz 
müqəddəs məhəbbəti, müqəddəs nəfəsi, sözü var.  
Elçinin  şeirlərində  nikbin,  amma  kədər  notları  ilə 
naxışlanmış,  kövrək  bir  nisgil  var.  Qarabağ  -  Şuşa,  Ağdam 
nisgili. Elçin əslən Qarabağdandır və bu dərdi, nisgili o, daha 
fərqli daşıyır, yanğılı misralara çevirir.  
Əziz oxucu! Yəqin ki, mənə inanırsan və inanmısan. Bu 
inama  söykənərək  Sizlərə  gənc,  istedadlı  bir  şairin  kitabını 
təqdim  edirəm.  Sizə  də,  ona  da  yeni-yeni  uğurlar  diləyirəm.  
Elçin  həmişə  həyat  həqiqətinə  arxalanıb,  şeirini  həqiqətlə 
mayalandırıb.  Bu  kitabı  da,  onun  həqiqi  istedadının  yeni 
təqdimatıdır. O, şeirlərinin birində belə yazıb:    
    
Həqiqət nazilər, üzülməz fəqət, 
Həqiqət mənimçün hava, su, çörək, 
 Həyat həqiqətdən başlanır, ürək, 
Mənim bəxt ulduzum doğacaq bir gün. 
 
Mən həm Sizlərə, həm də Elçinə bildirmək istəyirəm ki, 
onun  “bəxt  ulduzu”  çoxdan  doğub  və  bizim  çağdaş 
şeirimizin  bəxti  də  onda  gətirib  ki,  Elçin  kimi  yeni-yeni 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə