Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

 
101 
Düz  bir  həftə  Rauf  bəyin  qonağı  oldu.      Şəhəri  gəzib-
dolandı.  Kıbrısın  mədəni,  elmi,  ədəbi  dairələri  ilə  görüşlər 
keçirdi.  
Rauf  Denktaşla  bir  həftəlik  tarixi  görüşü  onun 
yaddaşında əbədilik silinməz iz saldı. Bu sadə dövlət başçısı 
ilə keçirdiyi hər saatın, hər günün önəmli olduğunu özü üçün 
bir  daha  təsdiq  elədi  və  gələcəkdə  bu  görüşdən  qalan 
xatirənin  qələmdən  çıxan  vəsfinin  indidən  xəyalında 
cizgilərini cızdı.  
Sayın  cümhurbaşkanı  onunla  ilk  görüşündə  üzünü 
İsmayıl Bozkurta tutaraq: 
-İsmayıl  bəy,  bizim  cümhuriyyətlə  bu  qədər  ilgilənən, 
yazarlarımızın əsərlərini Azərbaycanda təbliğ edən qəhrəman 
bəy əfəndimiz budurmu?-demişdi.  
İsmayıl  bəydən  təsdiqini  alandan  sonra  Elçin  müəllimin 
boynunu  qucaqlamış,  onu  sinəsinə  sıxaraq  sıcaq  hisslərini, 
xoş duyğularını dilə gətirmişdi.  
-Azərbaycan  bizim  üçün  qardaş  ölkə.  Bu  diyarı  biz  çox 
sevərik. Bu diyarın sevincinə sevinər, kədərinə kədərlənərik.   
Belə  görüşlərdən  birində  Rauf  bəy  öz  fotoaparatı  ilə 
onun şəklini çəkdi. 
-Əfəndim,  bilirsən,  bilmirsən,  mən  əski  fotoqrafçı 
olmuşam.  Bu  işdə  yaxşı  səriştəm  var.  Bu  fotonu  çəkdim  ki, 
Bakıda  hava  atasan,  fəxrlə  deyəsən  ki,  sayın cümhurbaşkanı 
mənim fotomu çəkib. 
O tarixi fotonu Elçin müəllim hələ də bir əziz xatirə kimi 
arxivində  qoruyub saxlayır.  
Cumhurbaşkanı  ilə  keçirilən  görüşün  son  günlərinə 
yaxın  Rauf  Denktaş  yenə  Elçin  müəllimə  yanaşıb,  asta  və 
qəribə səslə ondan soruşdu: 
-Sizin  yazarlardan  hansının  kitabına  cumhurbaşkanı  ön 
söz yazıb? 
 
102 
-Bizim öz cümhurbaşkanımızmı? 
-Olsun. 
-Bilmirəm. Elə bir hadisə yadıma gəlmir. 
-Bəs  başqa  cümhurbaşkanlarından  kitablarınıza  söz 
yazan olubmu? 
Elçin  müəllim  bir  az  düşünüb-daşınsa  da,  belə  bir  halın 
olduğunu yadına sala bilmədi.  
-Ancaq 
indi 
sizin 
bir 
yazarınızın 
kitabında 
cümhurbaşkanının ön sözü olacaq.  
-O xoşbəxt yazar kimdir elə?  
Sayın  Rauf  Denktaş  döş  cibinə  qoyduğu  yazını  çıxarıb 
Elçin müəllimin qarşısına qoydu.  
-O mutlu yazar Elçin bəy əfəndidir. Götür tanış ol. Əyər-
əskikləri haqqında fikrini bildir. 
Elçin  müəllim  bir  anlıq  özünü  itirib,  nə  edəcəyini 
bilmədi.  Bir  yandan  bu  gözlənilməz  xəbər,  o  biri  yandan 
sayın  cümhurbaşkanının  öz  yazısına  onun  münasibət 
bildirmək istəməsi onu şaşırdı.  
 Elçin müəllim etika naminə yazını götürüb nəzər yetirdi 
və  qaytarıb  mizin  üstünə  qoydu.  O  anda  əllərinin  xırdaca 
əsdiyini  hiss  elədi.  Çünki  türk  dünyası  üçun  belə  önəmli  bir 
şəxsiyyətin onun  kitabına ön söz yazması onun özü üçün nə 
qədər  gözlənilməz  oldusa,  oxucuları  üçün  bundan  da 
gözlənilməz olacaqdı.  
Ön  sözdə  qısa  və  konkret  ifadələr  yer  almışdı. 
Azərbaycan  və  Kıbrıs  türklərinin  dostluq  və  qardaşlığı  önə 
çəkilmiş,  Elçin  müəllimə  yaradıcılığında  və  həyatında 
uğurlar dilənmişdi.  
Rauf  Denktaşla  Elçin  İsgəndərin  səmimi  dostluğu  onun 
ömrünün sonunadək davam elədi. Ölümündən sonra hər dəfə 
Kıbrısa gedərkən, Elçin müəllim onun qəbri üstünə gedərək, 
ruhuna dualar oxudu. Və hər dəfə o, Kıbrısda olanda insanlar 


 
103 
onu  Rauf  Denktaşın  sağlığında  olduğu  kimi  çox  sıcaq 
qarşıladılar.  Onların  görüşünün  ruhundan  yaranan  isti  əhval 
liderin  ölümündən  sonra  da,  adamların  qəlbindən  silinib 
getmədi.  
 
 
104 
 
    
 
 
 
 
Xarici səfərlərdən anlar 


 
105 
 
 
 
 
 
Övlad xoşbəxtliyinin sevinci 
 
106 
 
 
Tanrının oğul payı - Əli 
 
 
 
Ailənin doğmalarından biri - Zəlimxan Yaqubla 


 
107 
 
 
“Yüksəliş” qəzeti, Qərib Mehdi zirvəsini ziyarət 
 
 
 
Ustadı Məmməd Arazla 
 
108 
 
 
Bəxtiyar Vahabzadəni ziyarət 
 
 
Əfsanəvi rus şairi Sergey Mixalkovla
 


 
109 
 
 
Xalq şairi Nəriman Həsənzadə ilə 
 
 
 
Nazir Əbülfəz Qarayev poeziya üzrə  
“Qızıl Kəlimə” mükafatını təqdim edir 
 
110 
 
 
Xalq yazıçısı Anarla 
 
 
Elçin İsgəndərzadə, Aqil Abbas, Vahid Əziz,  
Adil Mirseyid, 1996


 
111 
 
 
 
Akademik Abel Məhərrəmova mükafat təqdim edərkən 
 
 
 
Daimi oxucularından biri, nazir Natiq Əliyevə  
növbəti kitabını təqdim edərkən 
 
 
 
112 
 
 
 
 
ÖMRƏ BƏRABƏR GÖRÜŞ 
 
Etnosların  tarixində  elə  şəxsiyyətlər  olur  ki,  o 
şəxsiyyətlər  nəinki  mənsub  olduğu  etnosun,  bütünlükdə 
bütün  dünya  xalqlarının  ortaq  dahisinə  çevrilirlər.  Belə 
insanlar 
bəşəriyyəti 
yaşadan, 
dünyanı 
qoruyan 
ruh 
adamlarıdır ki, onların birbaşa və yaxud dolayısı ilə Tanrı ilə 
əlaqələri  olur.  Qəbul  etsək  də,  etməsək  də  bu  belədir.  Belə 
Tanrı  ilə  əlaqəsi  olan  böyük  bəşər  övladlarından  biri  də 
görkəmli  qırğız  yazıçısı  Çingiz  Aytmatovdur.  O  Çingiz 
Aytmatov  ki,  təkcə  manqurt  obrazı  ilə  bəşəriyyətə  yeni  bir 
ifadə  gətirdi.  Bu  ifadə  bütün  insanları  silkələdi,  ruhunda, 
qanında,  canında  zəlzələlər,  tufanlar,  qasırğalar  qopardı. 
İnsanlar  anladılar  ki,  kölə  qismətinə  asi  olan,  elmdən  uzaq 
dayanan  biçarə  canlılar  zavallı  manqurt  adını  daşıyanlardan 
başqa  bir  şey  deyillər.  Əgər  sən  adam  balası  nəslini,  zatını, 
kökünü,  mənsub olduğun etnosu tanımırsansa, bil ki bir  gün 
keçəl  başına  dəri  keçiriləcək,  qızmar  günəş  altında 
saxlanılaraq,  manqurta  çevriləcəksən.  Ola  bilsin  bu  prosesi 
bir  qədər  mədəni  formada  həyata  keçirsinlər.  Hətta  ruhuna 
sığal  çəkərək  manqurtluq  “şərbətini”  sənə  içirsinlər.  Amma 
bütün  hallarda,  fərq  eləməz,  sən  manqurtsan  ki,  manqurt. 
Necə  ki,  indiki  çağdaş  və  “mədəni”  dünyamızda  elmsiz 
adamları rahatca manqurta çevirirlər.  
Manqurt  obrazını  yaradan  Çingiz  Aytmatova  Elçin 
müəllim  də  bir  ideal  şəxsiyyət  kimi  baxırdı.  Onun  bütün 
həyatını,  obrazını,  hətta  gəzib-dolandığı  yerləri  belə 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə