Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

 
121 
Topxana  meşəsinə  baş  vurmamış  geri  dönməzdi.  Bu  baş 
vurmaq  da  elə-belə  baş  vurmaq  deyildi.  Gördüyünü  rəssam 
nəzəri  ilə  hafizə  telindən  keçirir,  məqam  tapan  kimi  oturub 
gördüklərini  rəsm  əsərinə  çevirmək  üçün  dəridən-qabıqdan 
çıxırdı.  Amma  istədiyi  alınmırdı.  Oralarda  gördüyü  canlı 
təbiət  fırçasından  çıxan  rəsmdə  canlı  görünmürdü.  Bu 
cansızlıq  onu  sıxırdı,  incidirdi,  qəlbinə  rahatsızlıq  gətirirdi. 
Hələ  bəzən  belə  hallarda  bir  gizli  yer  tapıb  ağlayırdı  da. 
Yalnız bundan sonra özünə gəlirdi. Və bir də təkrar-təkrar o 
yerlərin rəsmini çəkir, yenə də alınmayanda özünü qınayırdı. 
Qınayırdı  ki,  bəlkə  o  gözəllikləri  yaddaşına  yazmağa  gücü 
çatmır?  Ya  bəlkə...  Elə  bu  inamında  da  inadlı  qalırdı.  Yəni 
bu  yerlərin  rəsmini  canlı  çəkmək  mümkün  deyildi.  Tanrı  bu 
yerləri elə möcüzəhal yaratmışdı  ki, heç Elçin yox, yüz dahi 
rəssam belə bu yerlərin canlı rəsmini çəkib, yarada bilməzdi.  
Təkcə  bundan  təskinlik  tapırdı.  Lakin  o  yerlərin  xəyalı 
da  bir  an  belə  yadından  çıxmırdı.  Elə  bu  şirin  rahatsızlığın 
diktəsi ilə atasına yanaşmış, ona arzusunu bildirmişdi. 
-Ata, mənə bir fotoaparat al. 
-Fotoaparatı neynirsən, bala? 
-Cıdır  düzünün,  İsa  bulağının,  Topxana  meşəsinin...  bir 
də... Xarıbülbülün şəklini çəkəcəyəm.  
Atası dərinə getməmişdi. Elçinin inadını bilirdi axı. Onu 
da  bilirdi  ki,  bu  şəkil  çəkmək  elə-belə  məşğuliyyət  ola 
bilməzdi.  Burada  nə  isə  yenə  də  Elçinin  gizli  bir  fantaziyası 
dayanırdı. Axı bu uşaq hər bir işdə bir fantaziya, bir macəra 
axtarırdı.  Ona  görə  də  Elçinin  istəyinin  üstünə  getməmişdi. 
Amma onun qarşısına bir şərt qoymuşdu. Demişdi  ki, rübün 
axırında  bütün  qiymətlərin  beş  olsa,  sənə  fotoaparat 
alacağam. 
 
122 
Onda  Elçin  dodaqaltı  gülümsəmişdi.  Ona  indidən  bəlli 
idi  ki,  rübün  sonunda  bütün  qiymətləri  beş  olacaq.  Və  bu  o 
demək idi ki, atası ona fotoaparat almağa razılıq verirdi. 
Vədə  yetişəndə  atası  Elçinə  o  dövr  üçün  dəbdə  olan  bir 
“FED”  markalı  fotoaparat  aldı.  O  gündən  gözünə  dəyən  hər 
nə  gözəllik  var  idisə,  fotoaparatının  yaddaşına  həkk  elədi, 
Elçin. 
Cıdır  düzünün,  İsa  bulağının,  Topxana  meşəsinin, 
Xarıbülbülün şəkillərini azı yüz dəfə çəkmişdi: hər profildən, 
uzaqdan,  yaxından,  yandan,  böyürdən...  Çəkdiklərini  
çıxarmışdı. Baxmışdı. Dönə-dönə, usanmadan, yorulmadan... 
Bu  şəkillərdən  xoşuna  gələni  də  olmuşdu,  gəlməyəni  də. 
Amma  hər  necə  olursa-olsun,  fikri-zikri  yenə  də  fırçanın, 
kətanın  yanında  qalırdı.  O,  rəssamlara  qibtə  eləyirdi.  Onları 
dünyanın  bəxtəvər  bəndələri  hesab  edirdi.  Çox  vaxt  oturub 
rəssamlar,  onların  yaratdığı  əsərlər  haqqında  düşünür, 
düşünürdü...  Və  sözün,  deyimin,  kəlamın  rəsmini  çəkməyə 
səy göstərirdi. 
 
Pəncərəyə qaranlıq çökürdü, 
 pəncərədən boylanan Ay 
sanki sənin xiffətini çəkirdi. 
 
Bu sənsizliyin rəsmi idi, sözün qüdrəti ilə çəkmişdi Elçin 
İsgəndər.  
Məşhur  rəssamların  həyatından  o  qədər  oxumuşdu  ki, 
sanki  onların  çoxunu  yaxından  tanıyırdı.  Yüz  il,  iki  yüz  il 
bundan  əvvəl  yaşasalar  belə,  onları  həmyaşıdı,  öz  dövrünün 
adamı  sayırdı.  Xəyalən  onlarla  danışır,  emalatxanalarına 
daxil  olur,  onların  iş  prosesini  izləyir,  rəssam  dünyasının 
cazibəsinə, sehrinə dalaraq öz indiki aləminə qayıdırdı.  
Dünyanın  tanınmış  rəssamları  haqqında  bir  neçə  poema 
yazmışdı. Van Qoq, Salvador Dali, neçə-neçə dahi rəssamlar, 


 
123 
bir də Səttar Bəhlulzadə haqqında... Ümumiyyətlə onun üçün 
dünyanın  bir  nömrəli  rəssamı  Səttar  Bəhlulzadə  idi.  Onun 
yaratdığı  əsərlərə  baxanda  sehrli  hala  düşür,  o  sehrdən 
ayrılıb,  özü  olmağa  bir  müddət  vaxt  lazım  olurdu.  Və  o 
rəssamların 
nurunda 
yuyunandan 
sonra, 
bu 
işıqda 
yuyunmağı, paklanmağı insanlara da tövsiyyə eləyirdi.  
Əgər Elçin İsgəndər alim olmasaydı, şair olmasaydı, çox 
güman  ki,  rəssam  olacaqdı.  Onda  görəsən  Elçin  İsgəndərin 
fırçasından  çıxan  əsərlər  alim  qələmindən,  şair  ilhamından 
daha  çox  tanıda  biləcəkdimi  onu?  Bəlkə  də...  Çünki  belə 
isdedad  sahibləri  hansı  sahədə  olurlar  olsunlar  mütləq  və 
mütləq özlərini sübut eləməyi bacarırlar.  
Bunları  düşünəndə  yaddaşımda  qəribə  mənzərələr 
canlanır. Düşünürəm, görəsən Elçin  İsgəndər rəssam olsaydı 
Qarabağın  məsum  dərdini  necə  çəkəcəkdi?  Qaçqın,  köçkün 
zavallılar  onun  fırçasından  necə  boylanıb  baxacaqdılar? 
Azərbaycanın  dərdləri,  türkün  narahat  ruhu  onun  kətanında 
necə 
əksini 
tapacaqdı? 
Dünyanın 
müşkülləri 
onun 
rəsmlərində necə görünəcəkdi?  
Bütün  bunları  etməyə,  fırçanın  qüdrəti  ilə  göstərməyə 
onun  gücü  çatmadı.  Amma  sözlə,  şeirlə  gördüklərinin 
rəsmini  çəkməyi  bacardı.  Elə  o  sözün  rəsmi  də  Elçin 
İsgəndərin  iç  dünyasını  bütün  aydınlığı  ilə  hamıya  göstərdi. 
Hamı  gördü  onu.  Tanıdı.  Bir  daha  əmin  oldular  ki,  Elçin 
İsgəndər  dünyaya  baxan  adamlardan  deyil,  dünyanı  görən 
insanlardandı.  Və  bu  görmək  onun  qəlbinə  nə  qədər 
nahamarlıq,  narahatlıq  gətirirsə,  başqalarının  könlünə  bir  o 
qədər hamarlıq və rahatlıq bəxş edir.  
 
 
 
 
 
 
124 
 
 
 
ELMİ YARADICILIĞINA BİR NƏZƏR 
 
 
      Professor  Elçin  İsgəndərzadənin  elmi  yaradıcılığını 
tədqiq  edərkən  şair-filosof  Mübariz  Məsimoğlunun  onun 
haqqında yazdığı  “Elçin İsgəndərzadə: olduğu və göründüyü 
kimi” kitabında yer almış bu fikirləri oxucularımla bölüşmək 
istədim: 
       “Dahi  Füzuli  elmi  bir  qeylü-qal  hesab  edib.  Dünyanı 
dərk  etməyin  ayrı  üsulları  barədə  danışıb.  Ancaq  fakt  budur 
ki,  müasir  insanı  insan  edən    bir  faktor  da  elmdir.  Elmsiz 
insan  indiki  dövrdə  adi  bir  alətdən    üstün  deyil.  Həmçinin, 
obyektiv  gerçəkliyi  elmdən  daha  çox  heç  nə  özündə  ehtiva 
etmir.  Elmlər  müxtəlifdir.  Bu  elmlərin  bir  qismini  dəqiq 
elmlər adlandırırıq. Dəqiq elmlərin atası riyaziyyatdır... 
      Elçin  İsgəndərzadə  bu  elmin  bütün  sirlərinə  vaqif  olan 
alimdir.  O,  ən  çox  yüksək  sinifli    maşın  mexanizmlərinin 
analizi və sitezi  sahəsində tədqiqatlar aparıb. Yüksək sinifli 
mexanizm  anlayışı  adı  altında  nələr  başa  düşülür?    Bu 
mexanizmlər  bir  düz  xətt  boyunca  hərəkət  etməyən,  həm 
fırlanan,  həm  yuxarı-aşağı,  həm  də  sağa-sola  hərəkət  edən 
mexanizmlərdir. Bu sahədə aparılan riyazi hesablamalar daha 
mürəkkəb düstürlarla ifadə olunur... 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə