Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

 
129 
5.      Daha  rasional  yeni  nəsil  iş  orqanlarının  yaranmasının 
elmi nəzəriyyəsi işlənmişdir. 
6.  Nəzəri  olaraq  diskli  iş  orqanının  kinematikası  və 
dinamikası  kombinə  olunmuş  torpaq  becərən  aqreqatların 
ümumi  dartı  müqavimətini  əhəmiyyətli  dərəcədə  azaltmağa 
imkan  verən  torpağın  önyumşaldıcı  və  2  pilləli  yarıqaçanla 
deformasiyası tədqiq olunmuşdur.  
7.    Şum  aqreqatının  kütləsinin  titrəyişinə  sərf  olunan  gücün 
təyin  olunma  düsturunun  və  hərəkətin  sürətinin  diferensial 
tənliyinin  çıxarılması  ilə  şum  aqreqatının  hərəkətinin 
nizamlanmasının dinamik sistemi öyrənilmişdir.  
8. Kotanların və kombinə olunmuş torpaq becərən maşınların 
tədqiqatının  xüsusiyyətləri  və  metodik  əsasları;  çoxfaktorlu 
təcrübənin  planlaşdırma  metodikası;  aqrotexniki,  istismar-
texnoloji 
və 
energetik 
qiymətləndirmənin 
aparılma 
metodikası;  yeni  texnikanın  illik  iqtisadi  səmərəsinin  hesa-
batının  metodikası  və  yeni  maşın  komplekslərinin  iqtisadi 
qiymətləndirmə metodikası verilmişdir.   
9.  Respublikanın  bitkiçilik  ixtisaslaşması  infrastrukturunda 
torpağın  əsas  becərilməsi  üçün  bölgə  maşın  kompleksləri 
kənd 
təsərrüfatı 
istehsalı 
üçün 
təklif 
olunmuş 
və 
işlənilmişdir:  
-  cərgə  arasında  torpağın  əsas  becərilməsi  üçün  texnoloji 
maşın kompleksləri; 
 
130 
-  üzümlüklərdə  torpağın  əsas  becərilməsi  üçün  texnoloji 
maşın kompleksləri;  
- cavan və barverən bağlarda torpağın əsas becərilməsi üçün 
texnoloji maşın kompleksləri;  
-  çay  plantasiyalarının  cərgələri  arasında  torpağın  əsas 
becərilməsi üçün texnoloji maşın kompleksləri. 
10.  Respublikanın  müxtəlif  bölgə  torpaq-iqlim  şəraitlərində 
tətbiq  etmək  məqsədilə  torpağın  əsas  becərilməsi  üçün  22 
texnologiya  təklif  edilmişdir;  o  cümlədən  cərgəarası 
becərilən  bitkilər  üçün  8  texnologiya  və  11  texnoloji 
maşınlar  kompleksi,  üzümlüklər  üçün  6  texnologiya  və  7 
texnoloji maşınlar kompleksi, bağlar üçün 5 texnologiya və 8 
texnoloji  maşınlar  kompleksi,  çay  plantasiyaları  üçün  3 
texnologiya  və  4  texnoloji  maşınlar  kompleksi  təklif 
olunmuşdur. 
 
 
 
 
 
 
 
 


 
131 
 
 
 
 
 
POETİK DÜNYASINA NASİR BAXIŞI 
 
Elçin  İsgəndərin  dünyaya  poetik  baxışı  lap  uşaqlıq 
vaxtlarından  başlanmışdı.  Bəlkə  hələ  körpə  olanda  anası 
Elmiranın,  ən  çox  da  nənəsi  Qəmərin  ona  dediyi  laylalar 
onun  uşaq  dünyasının  ruhuna  oturur,  ürəyinin  şah 
damarından  keçərək,  uşaq  qəlbində  izaholunmaz  qəribə 
hisslər oyadırdı. Bilim adamları, psixoloqlar sübut ediblər ki, 
lap  körpə  vaxtı  uşağa  deyilənlər  daşa  yazılan  yazı  kimi 
yaddaşına  əbədi  həkk  olunur.  İnsan  gələcək  həyatında  nə 
qazanırsa,  nələrə  nail  olursa  bunun  əsas  mənbəyi  lap 
körpəlikdən beyninə yazdıqları olur.  
Qəmər  nənə  onu  həyətdə  qurduğu  beşiyin  içində 
yırğalaya-yırğalaya şirin-şəkər bayatılar deyərdi. 
 
Əzizim bala şirin, 
Bal şirin, bala şirin? 
Yüz cür nemət yığıla, 
 Hər şeydən bala şirin. 
 
Bu  bayatılar,  laylalar  ana  südü  kimi  onun  canına  hopur, 
ruhunun  şah  nöqtəsində  özünə  yer  tutur,  gələcək  həyatının 
işıqlı yoluna cığırlar açırdı. 
Onun  bədii  yaradıcılığında 
müxtəliflik,  ayrı-ayrı 
mövzulara  müraciət  ilk  baxışdan  özünü  büruzə  verir.  Ana, 
torpaq,  vətən,  millət,  etnos,  türkçülük,  dünyəvi  problemlər 
 
132 
onun  şeir  və  poemalarının  əsas  qayəsini  təşkil  edir.  Bir  də 
Qarabağ mövzusu, Şuşa həsrəti.  
 
Xarıbülbüllər səni 
      yuxuda görür bəlkə?- 
Bəlkə səhər şehiylə ağlayır Qarabağda 
     bizim güllər, çiçəklər. 
Hələ qan qoxuyur, barıt qoxuyur 
Qarabağdan əsən yellər, küləklər... 
 
Oyananda  Qarabağsız,  Şuşasız,  yuxusunda  Qarabağlı, 
Şuşalı olan şair elə dərdli, qəmli, kədərli nöqtələrə xal vurur 
ki,  insan  o  anda  bir  anlıq  yazıqlaşır,  fağırlaşır.  Lakin  bir 
andan  sonra  o  yazıqlığın,  o  fağırlığın  yerini  kükrəyən  at 
nallarının ayaq səsləri əvəzləyir. İnsan döyüşçüyə, qisasçıya, 
intiqam alana çevrilir. Öz xəyali atına süvari  olur, Qarabağa 
yollanır,  gavurları  yurddan  qovaraq,  torpağın  yaralarına 
məlhəm qoyur.  
Xarıbülbülə  yazdığı  şeirləri  oxuyanda,  xarıbülbülü 
görməyən  insanda  da  xarıbülbülü  görmək  təəssüratı  yaranır. 
Mənim  özüm  xarıbülbülü  görməsəm  də,  Elçin  İsgəndərin 
xarıbülbül 
haqqında 
yazdıqlarını 
oxuyandan 
sonra 
təsəvvürümdə  xarıbülbülü  görmüş  kimi  oluram.  Sanki 
xarıbülbülə  öz  əllərimlə  sığal  çəkmişəm,  oxşamışam.  Sonra 
qarşısında  günahkar  kimi  dayanıb,  lal  heykələ  dönmüşəm. 
Çünki  hər  zaman  məndə  elə  hal  olub  ki,  xarıbülbül  ağlar 
gözüylə  bizləri  qınayır,  bizlərə  vəfasız  övladlar  kimi  baxır. 
Bu  vəfasız  övladlar  günahından  çıxmaq  üçün  isə  yalnız  bir 
yol  qalır.  O  yol  Qarabağa  qayıtmaq,  murdar  düşmən 
ayaqlarını  bu  yerlərdən  kəsmək  və  xarıbülbülə  yenidən 
qovuşmaqdır.  


 
133 
Ümumən, Elçin İsgəndər yaradıcılığında vətən mövzusu 
əsas  qayələrdən  birini  təşkil  edir.  O,  Azərbaycanı  bölgələrə 
bölmədən, ayırmadan bütöv halda görərək, onu öz şeirlərində 
vəsf  edir.  Onun  üçün  vətən  Təbrizdən  başlanır.  Sonu  isə 
görünmür.  Vətən  torpaqları  uzandıqca-uzanır,  bütöv  halda 
Böyük Azərbaycan xəritəsi yaranır. 
 
Təbriz nə Varşavadır, 
                nə də Paris, 
 nənələrimizin toxuduqları  
 xalçalara bənzəyir Təbriz. 
Bu yurdu xalça kimi süsləyir, 
                          bəzəyir Təbriz. 
 Ərk yerimizdir Ərk Qalası, 
Qılıncla yazılmış tariximizdir Babək Qalası... 
 
Böyük  Azərbaycan torpaqlarının zaman-zaman itirilərək 
yadların  əsarətinə  düşməsi  bir  şair  kimi  onu  incitsə  də, 
qələmini  əlində  titrətsə  də,  nikbinlik,  inam,  ağ  işıq  onu  heç 
zaman tərk etməmiş, xoş sabahların al şəfəqləri ruhuna sığal 
çəkərək, 
daha 
böyük 
inam 
və 
inadla 
yazmağa 
ruhlandırmışdır. Bu ruh onun türk qanından  gəlir. O türk ki, 
ən  çətin  məqamlarda,  ağır  zamanlarda  belə  özünü  ələ  almış, 
məhv  olmaqdan,  tarixin  arxivinə  düşməkdən  qurtularaq 
yaşamağı bacarmışdır.  
Türk  sözsüz  ki,  dünyanın  ən  möhtəşəm  etnoslarından 
biridir.  Təsadüfi  deyildir  ki,  İslam  dininin  banisi, 
bəşəriyyətin bir nömrəli zəka sahibi Həzrəti Məhəmməd türk 
etnosu  haqqında  çox  yüksək  fikirlər  söyləmişdir.  Türklərin 
bu  dünyada  əzəli  və  əbədi  səltənətinin  olacağını  deyən 
peyğəmbər  bu  etnosu  Tanrının  bəyəndiyi  və  sevdiyi 
 
134 
etnoslardan 
biri 
olduğunu 
da 
dilinə 
gətirməkdən 
çəkinməmişdir.  
 
Baykal gölündən keçdik, 
 Qıpçaq çölündən keçdik. 
Gavurlarla savaşdıq, 
İdil çayını aşdıq. 
Türkün alın yazısıdı 
min illər bitməyən savaş. 
Atının gözlərindən 
öpdünmü ozan qardaş?... 
Yer üzü türkün torpağı, 
Göy üzü türkün bayrağı... 
 
Türkün  yer  üzünün  xilaskarı  olduğunu  desək,  yəqin  ki, 
başqa xalqların nümayəndələri də bunu təsdiq edərlər. Təsdiq 
etməyənlər isə qərəzli olanlar, türkün böyüklüyünü həzm edə 
bilməyən şeytan xislətli adamcığazlardır. Elə bu böyüklüyün 
savaşını  verən  döyüşçülərdəndir  Elçin  İsgəndər.  Dünyanın 
hansı  nöqtəsinə  gedirsə,  haralarda  olursa  onun  üçün  şah 
mövzu  türkçülük  və  türkün  təbliğidir.  O,  bu  təbliğatı  bir 
millətçi  kimi  eləmir.  Sadəcə  olaraq,  Həqiqətin  harada 
olduğunu  insanlara  başa  salmağa  çalışır.  Onun  bu  təbliğatı 
dünya üçün ziyanlı deyil, ancaq və ancaq onun xeyrinə, onun 
gələcəyinə hesablanmış şüurlu bir addımdır.  
Şairin  yaradıcılığında  klassik  şeir  ənənə  formasını  və 
modern  qərb  şeir  üslubunu  görmək  mümkündür.  O,  ənənəvi 
şeir  formasına  öyrənmiş  oxucunu  da  nəzərə  alır,  yeni  şeir 
formasına üstünlük  verən  müasir  gəncliyi də.  Bu da onu hər 
iki  tip  oxucu  qarşısında  sevimli  şairə  çevirir.  Bu  həm  də 
şairin  böyük  intellekt  və  yüksək  istedadından  xəbər  verir. 
Belə  üslubda  yazan  şairlər  Azərbaycanda  çox  azdır  və 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə