Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

 
113 
nağıllardan  qopub  gələn  mif  varlıqlar  timsalında  təsəvvür 
edirdi.  
 
Uçağımız endi yerə 
Bişkek hava limanında, 
Manas dədə qarşıladı 
bizi səhər dumanında. 
Yalnız ozan deyil, Manas 
              bir ulusa başçıdı. 
Qopuzuyla, nəğməsiylə 
            o da bir savaşçıdı. 
 
O  tarixi  görüşə  qədər  Manas  yurdu  qırğız  ellərində  çox 
olmuşdu.  Ancaq  onun  Qırğızıstanla  yaxın  təmasının  da 
ayrıca bir tarixçəsi vardı.  Ankarada  keçirilən  uluslararası bir 
şöləndə  Qırğızıstanın  xalq  şairi,  Qırğızıstan  Yazıçılar 
Birliyinin  sədri  Nadırbek  Alımbekovla  yaxın  münasibəti 
yaranmışdı.  Belə  tədbirlərdə  bütün  iştirakçılar  bir-birinə 
yaxın  münasibətdə  olur,  görüşlər,  tanışlıqlar  yaranır.      O 
şöləndə Nadırbek Alımbekov Elçin müəllimi çox özünə cəzb 
eləmişdi. Bu adam olduqca ağıllı, səriştəli, səbirli, qeyrətli və 
millətinə,  etnosuna  bağlı  bir  şəxs  kimi  Elçin  müəllimin 
qəlbində özünə yer eləmişdi. Və bu qarşılıqlı hörmət, etiram 
sonda  dostluğa  çevrilmişdi.  Bundan  sonra  Elçin  müəllim 
onun  kitablarını  çap  edərək  yaymış,  Azərbaycan  oxucusuna 
onu  yaxından  tanıtmışdı.  Hətta  İranda  olan  yaxın  dostu  Əli 
Daşqının vasitəsi ilə Nadirbek xocanın kitabını Tehranda fars 
dilində  çap  elətdirmişdi.  Nadirbek  Alimbekov  da  Elçin 
İsgəndərə  borclu  qalmamışdı.  Onun  bir  neçə  kitabını 
Bişkekdə  qırğız  dilində  çap  etdirərək,  qırğız  oxucularının 
ixtiyarına vermişdi. Bu əlaqələrin davamında Nadırbek   tez-
tez  Bakıya  gəlir,  Elçin  müəllimin  qonağı  olur,  ədəbi 
 
114 
dairələrlə görüşlər keçirir, onu da vaxtaşırı Qırğızıstana dəvət 
edirdi. Təsadüfü deyildi ki, 2005-ci ildə qırğız milli yazarlar 
mükafatı da Elçin İsgəndərə təqdim olunmuşdu. 
Nadırbek 
Alımbekov 
ümumən 
Orta 
Asiya 
respublikalarında  çox  böyük  nüfuza  malik  şəxslərdən  biri 
sayılırdı. Elçin müəllimlə yaranan  yaxın münasibətdən sonra 
Nadirbek    vasitəsi  ilə  Elçin  müəllimin  kitabları  bütün  Orta 
Asiya  respublikalarında  çap  edildi.  İndi  demək  olar  ki,  o 
respublikaların  hamısında  Elçin  İsgəndəri  tanıyır  və  ona 
ehtiram bəsləyirdilər.  
Elə  bu  sıx  əlaqələrin,  görüşlərin  keçirildiyi  vaxtlarda 
dahi  yazar  Çingiz  Aytmatov  Bişkekə  gəlir.  Bir  neçə  günlük 
istirahət  günlərində  Nadirbek  Alimbekov  və  Muxtar 
Şaxanovla görüşlərində söhbət Elçin İsgəndərdən düşür...  
Yenə bir haşiyə: 
Çingiz  Aytmatovun  Azərbaycanda  ən  yaxın  adamı 
Şahmar  Əkbərzadə  idi.  Şahmar  bəyin  vasitəsi  ilə  dahi  yazar 
Bəxtiyar Vahabzadə ilə də dostlaşmışdı.   Şahmar Əkbərzadə 
ilə  Çingiz  ağanın  münasibətlərindəki  yaxınlıq  onların 
ailələrinə  də  sirayət  eləmişdi.  Onlar  bir-birinə  qonaq  gedib-
gəlir,  xanımları  bacılıq  münasibəti  saxlayır,  Şahmar 
Əkbərzadənin  övladları  Çingiz  Aytmatova  əmi  deyə 
müraciət edirdilər...   
Elçin İsgəndərin kitabları ilə tanış olan Çingiz Aytmatov 
o kitabları özü ilə götürür və onun haqqında bir söz demədən 
avropaya, iş yerinə qayıdır.  
Bu  yerdə  Elçin  İsgəndərin  öz  dilindən  çıxan  sözləri 
eşitmək maraqlı olardı:- 
 “Adətim  üzrə  işdə  oturmuşdum.  Beynimdə  yeni 
poemamın 
motivlərini 
düşünürdüm. 
Bu 
vaxt 
şəhər 
telefonuma  zəng  gəldi.  Dəstəyi  götürdüm.  Zəng  edən  şəxs 
Qırğızıstan 
Respublikasının 
Fransa 
və 
Belçikadakı 


 
115 
səfirliyinin  mədəniyyət üzrə attaşesi  İsimbayev idi. O, mənə 
özünü  tanıdandan  sonra  Çingiz  Aytmatovun  mənimlə 
danışmaq  istədiyini  dedi.  Bir  anlıq  özümü  itirdim.  Dünya 
şöhrətli yazarın mənimlə danışmaq istəməsi mənim üçün çox 
gözlənilməz  idi.  Təklifin  onun  tərəfdən  gəlməsi  isə  bu 
gözlənilməzliyi bir az da qabardırdı.  
Çox  səmimi  danışığımız  oldu.  Mənimlə  neçə  ilin 
tanışları kimi söhbətləşdi. Hələ zarafatından da qalmadı. Çox 
pafoslu və gur səsiylə məni Belçikaya “razborka”ya çağırdı: 
-Mən  bilirəm  ki,  vətənim  Qırğızıstanda,  ümumən  Orta 
Asiyada  ən  populyar  yazar  mən  Çingiz  Aytmatovam.  İndi 
sən  istəyirsən  bu  populyarlığı  əlimdən  alb,  ön  sıraya 
keçəsən?    Ona  görə  səni  Belçikaya,  “razborka”ya  dəvət 
edirəm.  
Sənəd-filan  işləri  düzülüb-qoşulandan  sonra  Elçin 
İsgəndər  bir  həftəliyə  Belçikaya  yollandı.  Dahi  Çingiz 
Aytmatovun dəvəti ilə bir həftə orada qalacaq, Çingiz ağa və 
başqa dəyərli bilim adamları, ədəbiyyat və sənət adamları ilə 
görüşlər keçirəcəkdi.  
Elçin  müəllim  getmirdi  Belçikaya,  sözün  həqiqi 
mənasında qanad açıb uçurdu. Və ucalıqda, Tanrıya bir az da 
yaxın  olan  yerdə  mələklər  qulağına  Çingiz  ağa  haqqında 
nəğmələr pıçıldayırdılar.  
 
Yolumuz, yönümüz bir, 
 Dilimiz, dinimiz bir,  
 Bu gecə röyama gir 
 Manas oğlu Çingiz ağa. 
 
Yəhərlədin ağ atını, 
Tarixə yazdın adını... 
Gördüm bəyaz qanadını 
 
116 
Manas oğlu Çingiz ağa. 
 
Ala-too düşdü yada,  
 O dağlara canım fəda. 
De bitməzmi bu qan-qada 
Manas oğlu Çingiz ağa?! 
 
Çingiz  ağa  ilə  keçirilən  bir  həftəlik  Belçika  görüşü  də 
Rauf  Denktaşla  olan  görüş  kimi  Elçin  müəllimin  yaddaş 
telinə  əbədilik  həkk  olundu.  İctimai-siyasi  söhbətlər, 
ədəbiyyat  gəlişmələri,  türk  birliyi  məsələsi  bu  görüşün  əsas 
qayəsini təşkil elədi. Söhbət əsnasında Elçin müəllim maraqlı 
bir ideya səsləndirdi.  
-Çingiz  ağa,  biz  bayaqdan  türk  birliyindən,  Turan 
savaşından danışırıq.  Ancaq hansı dildə? Rus  dilində. Çünki 
mən  qırğız  dilini,  Siz  isə  Azərbaycan  türkcəsini  bilmirsiniz. 
Bunun üçün nə etmək lazımdır? Mənə elə gəlir ki, ortaq türk 
dili və əlifbasının yaradılmasının vaxtıdır. Düzdür, bu haqda 
ara-sıra  söhbətlər  olur.  Lakin  real  işə  gələndə  ortada  bir 
nəsnə  görünmür.  Biz  bunu  etməyi  bacarsaq,  elə  bilirəm, 
tarixə ən böyük töhfəmizi vermiş olarıq.  
Bu  fikir  Çingiz  Aytmatov  üçün  də  cəlbedici  göründü. 
Amma...  Yeri  gəlmişkən,  öz  subyektiv  fikrimi  sizlərə 
bildirməkdən  özümü  saxlaya  bilmirəm.  Bəlkə  də  mənim  bu 
fikrimə  təpki  verənlər  olacaq.  Hələ  əlini  masanın  üstünə 
çırpıb,  etiraz  edənlər  də  tapılacaq.  Ancaq  mən  bu  fikrimdə 
qərarlıyam,  dünən  də  belə  düşünmüşəm,  bu  gün  də  belə 
düşünürəm.  
Çingiz  Aytmatov  kimi  dahi  yazarın  siyasət  meydanına 
daxil  olması,  mənim  fikrimcə  düzgün  deyildi.  Çünki  İsa 
Muğannanın  da  qeyd  elədiyi  kimi  siyasət  Ağİşığı,  yəni 
həqiqəti yeyir. Həqiqət yeyiləndə isə ortada yalanlar, həqiqət 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə