Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

 
89 
Mən Arazda şaxələnən çinardım... 
 
Araz boyda dərdi olan çayın içərisində şaxələnmiş çinar 
olmağın da çox böyük zülmü var. Bir yana boylananda rusun 
hövrü,  əmri,  dəyənək  səsi,  o  biri  yana  baxanda  farsın 
qatmaqarışıq  siyasi  oyunları,  dar  ağacına  aparan  darməcal 
yolları... O da ağrı, bu da ağrı... O da sızıltı, dağları dələn ah-
nalə sədası, bu da... 
Bir  dəfə  məhrəm  söhbətlərinin  birində  Elçin  Məmməd 
Arazı “qınadı”.  
-Ay  ustad,  bəs  bilmirdinmi,  Araz  təxəllüsünü  daşımaq 
asan olmayacaq?  
Məmməd Araz dinməmişdi onda. Beləcə səssiz fəryadla 
gənc  oğlanın  üzünə  baxıb  dayanmışdı.  Belə  dayanıb 
baxmağın  mənası  nəydi  görəsən?  Bəlkə  daxilən  fırtına 
qoparıb,  ona  etiraz  eləmək,  əgər  Arazı  təxəllüsümüzdə  də 
daşımağa  gücümüz  çatmayacaqsa,  onda  bizdən  nə  millət-
demək  istəmişdi  ustad?  Ya  bəlkə  içində  olan  bütün  hirsini-
hikkəsini  dilinə  gətirib,  bu  cavan  oğlanın  şəxsində  gəncliyi 
qınamaq  istəmişdi?  Bəlkə  də...  Axı  o  zamanlar  Arazın 
yanında özünü günahkar sayanlardan biri də Elçinin özü idi. 
Məcal düşəndə Arazdan bir az aralı dayanıb, onunla daxilən 
söhbətləşərdi.  
“-Bizi  nə  qədər  qınayırsan  qına.  Boynumuz  yanında 
qıldan  nazikdir.  Biz  ayrılanda  hicranın  bu  qədər  çəkəcəyini 
sənə  deməmişdik  axı.  Sən  də  bir  ana  kimi  bizlərə  inanıb, 
vüsal nəğməsinin çalınacağı  günü  gözləmişdin. Beş il, on il, 
əlli  il,  yüz  il...  Day  bu  qədər  yox  ki...  Hərdən  o  qədər  kinli 
görünürsən  ki  gözümə,  dünya  gözümdə  heçə  dönür.  Bağışla 
bizi.  Sil  gözünün  yaşını.  Və  inan  ki,  biz  bir  gün  gələcəyik. 
Vüsal nəğməsi çaldırıb, sənin göz yaşını siləcəyik.”  
 
90 
Məmməd  Arazın  keçirdiyi  ağır  xəstəlikdən  dolayı 
nitqində  çətinliklər  vardı.  Amma  onu  anlamaqda  Elçin 
qətiyyən  əziyyət  çəkmirdi.  Bəlkə  Məmməd  Arazın  dili 
poeziya dili olduğuna görə Elçin onu asan başa düşürdü? Axı 
poeziyanın dili başqa, tamam başqa cür olur. Elçin də bu dilə 
kökləndiyinə  görə  onu  anlayırdı.  Lakin  hələ  poeziyaya 
məcnun olduğunu böyük şairə deməmişdi. Utanırdı deməyə. 
Çəkinirdi.  Axı  o  boyda  dahi  şairin  yanında  durub  necə 
deyəydi  ki,  mən  də  şeir  yazıram?  Ancaq  deyəsən,  çox  ayıq 
olan  şair  onun  haralara  getdiyini  anlamışdı.  Bir  gün  özü  
soruşdu ondan: 
-Bala, bir şey soruşacam səndən. 
Elçinin, elə bil, içinə titrətmə gəld: 
-Soruş, ustad.  
-Mənə düzünü de, şeir yazırsan? 
Elçin başını aşağı saldı. Və necə oldusa, o anda ustad 
haqqında hələ düşüncəsində dolaşan poemanın bəndləri 
qəlbinin tellərində gəzişdi. 
 
Araz axır- 
su ağlayır, cağlayır, 
Araz axır... 
Yolumuzu bağlayır... 
Hər şairin ömründən 
bir Araz çayı axır, 
hər şairin ürəyində 
min illərin 
hayı-harayı axır, 
axır,axır, durulur. 
 
...Bu  ürək  çırpıntıları  hələ  iyirmi,  otuz  ildən  sonra 
kitabda  bağlanıb  oxuculara  təqdim  olunacaqdı.  O  zaman  ki, 


 
91 
onda  Elçin  İsgəndər  bir  yetgin  şair  kimi  ad  çıxarıb,  eldə, 
obada, eldən, obadan çox-çox uzaqlarda da tanınmışdı...  
İndi  isə  utancaq  və  kövrək  duyğular  bütün  vücudunda 
dolaşaraq, onu böyük ustadın qarşısında çıxılmaz vəziyyətdə 
qoymuşdu.  Bir  yandan  yazdığını  dilinə  gətirməyə  cürəti 
çatmırdı,  o  biri  yandan  da  daxilində  olan  ikinci  hiss  ona 
şairin  yanında  danışmağı  diqtə  edirdi...  Bütün  gücünü 
taplayıb, sonda ikinci hissinin sözünə qulaq asdı. 
-Hə, Məmməd əmi, yazıram.  
Məmməd Araz heyrətlə onun üzünə baxdı. 
-Bəs mənə niyə demirdin, bala? 
-Utanırdım. 
-Niyə ki? 
-Axı sizin kimi böyük şairin yanında şeir yazıram demək 
asan məsələ deyil.  
Məmməd  Araz  qəribə  tərzdə  gülümsəyib  əlini  onun 
çiyninə qoydu.  
-Elə şeirə belə məsuliyyətlə yanaşırsansa, demək, səndən 
yazan olar... Gətir şeirlərinə baxım.  
Növbəti  görüşündə  qalın  dəftərə  yazdığı  şeirlərini  əlləri 
titrəyə-titrəyə Məmməd Araza gətirib verdi.  
Bu  söhbətdən  bir  müddət  ötmüşdü.  Şairdən  və 
şeirlərindən  hələ  xəbər  yox  idi.  Ustadın  yanına  getməyə  də 
ayağı  gəlmirdi.  Qorxurdu  birdən  şair  onun  ümidlərini  qırar, 
deyər,  səndən  yazan  olmaz.  Ancaq  bir  səhər  ruhunda  inam 
göyərdib, şairin yanına getdi. Şair onu çox gülərüz qarşıladı.  
-Niyə səsin, sorağın yoxdu, bala? 
-Bir az başım qarışıqdı. Dərslər, imtahanlar... 
-Bu gün qəzet almısan? 
-Hansı qəzeti? 
-“Azərbaycan gəncləri”ni.  
-Yox. hələ almamışam. Orda nə var ki? 
 
92 
-Heç,  elə-belə.  Gənclərin  qəzetidir  də.  Oxumaq 
lazlmdır... Bir də bu günkü nömrədə mənim bir yazım çıxıb,   
alıb ona baxarsan.  
-Baş üstə, alıb oxuyaram. 
Yenə  də  xəyalında  dolanan  poetik  hisslər  onu 
silkələməyə başladı. 
 
Mənim yurdum, vətənim 
boz qayalar yurdudu. 
Araz sahili boyu 
qayalar bir ordudu. 
Hər qayanın üstündə 
bir qartal yuvası var. 
Bu gün mənim könlümdə 
Məmməd Araz havası var. 
Məmməd Araz havasına 
oynayır sərt qayalar. 
Yüz illərin sınağından 
çıxıb bu mərd qayalar. 
 
-Nə oldu, niyə xəyallandın belə? 
Şairin  sözlərindən  diksinib,  poetik  dünyasından  geri 
qayitdı. 
-Yox, elə-belə... 
-Qəzetdəki yazını oxuyandan sonra gələrsən yanıma.  
Bu  sözlər  Elçini  bir  az  da  şübhəyə  saldı.  O  qəzetdə  nə 
yazılıb görəsən?  Özünü o qədər itirdi ki, şairə verdiyi şeirləri 
haqqında  bir  şey  soruşmadı.  “Azərbaycan  gəncləri”  qəzetini 
alanda  isə...  İlahi,  bu  nə  idi?  Məmməd  Araz  ona  “Uğurlu 
yol” yazmış və iki şeirini oxuculara təqdim eləmişdi. 
Ömründə 
keçirmədiyi 
qəribə 
hisslərin 
ağuşuna 
düşmüşdü.  Nə  edəcəyini  bilmirdi.  Göydə,  əngin  səmalarda 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə