Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

 
73 
sayəsində  daha  böyük  nailiyyətlər  əldə  etmək  olardı.  Bu 
yöndə dünya klassiklərinin tanınmış, oxucu rəğbəti qazanmış 
əsərləri 
dilimizə 
tərcümə 
olunur, 
öz 
kamil 
bədii 
nümunələrimiz dünyaya tanıdılırdı. Bir azca qabağa  gedərək 
onu  da  deyim  ki,  iş-işi  göstərər  prinsipindən  yararlanan 
Elçinlə  Afət  cütlüyü  bir  az  sonra  “Bayatı”  dərgisini 
yaratdılar.  Bu  dərgi  otuzdan  artıq  ölkədə  yayımlanaraq 
Azərbaycan  həqiqətlərinə  çıraq  tutdu.  Sonra  isə  iki 
beynəlxalq  mükafat  təsis  elədilər.  Elm  sahəsində  uğurlar 
qazanan  bilim  adamlarını  “Xudu  Məmmədov”  Beynəlxalq 
mukafatı,  ədəbi  sahədə  uğur  qazananları  isə  “Şahmar 
Əkbərzadə” Beynəlxalq mukafatı ilə dəyərləndirdilər. 
Məram  çox  düzgün  seçilmişdi.  İki  cəfakeş  insanın  min 
bir 
əziyyəti 
bahasına 
başa 
gələn 
“Vektor” 
milli 
dəyərlərimizin 
qorunması, 
təbliğ 
olunması, 
sabaha 
çatdırılması yönündə çox böyük işlər görürdü. Bundan başqa 
“Vektor” hələ  Azərbaycanda  görünməmiş xeyirxah işlərə də 
rəvac  verirdi.  Yazmaq  qabiliyyəti  olan,  ancaq  imkansızlıq 
ucbatından  yazdıqlarını  ictimaiyyətə  təqdim  edə  bilməyən 
xeyli  sayda  insanların  kitablarını  “Vektor”  nəşrlər  evi  nəşr 
edir,  heç  bir  təmənna  ummadan  onları  xalqa  tanıdırdı.  Belə 
imkansız yazarların sayı-hesabı yox idi. Ancaq sözlə əlləşən 
bu  adamların  kitablarını  dərc  etməkdən  yorulmur,  usanmır, 
hələ  desən,  yaxşı  əsərlərin  sorağı  ilə  gələnləri  həsrətlə 
gözləyirdi Elçinlə onun həyat yoldaşı.  
Bəzən  kamil  insanlar  tərəfindən  elə  işlər  görülür  ki,  bu 
işlərin  mahiyyətinə  varanda  dəhşətə  gəlirsən.  Sözün  yaxşı 
mənasında  tüklərin  biz-biz  dayanır.  Və  istər-istəməz 
düşünürsən;  dünya  belə  insanların  çiynində  bərqərardır. 
Yoxsa  dünya  bu  zorun,  bu  yalanın,  bu  fitnə-fəsadın 
qarşısında dayanıq gətirə bilməz, məhv olub gedər. Bu yöndə 
psixoloqlar,  filosoflar,  zəka  sahibləri  də  maraqlı  fikirlər 
 
74 
səsləndiriblər.  Bu  fikirlərin  toplum  halında  məcmusu  bunu 
deməyə  əsas  verir  ki,  yer  üzərində  olan  bütün  canlıların  heç 
də hamısı dünyanın əşrəfi deyil.  Söhbət təbii  ki, insanlardan 
gedir.  Dünyanı  qoruyan,  məhvərində  saxlayan  çox  az  faizli 
kamil insanlardır ki, onların Tanrı ilə şüuraltı əlaqəsi yeri öz 
oxu  ətrafında  saxlayır,  uçub-dağılmağa  qoymur.  Elçin  də 
Tanrının  belə  bəndələrindən  idi.  Bəlkə  də  onun  özü  bunu 
bilmirdi. Heç çevrəsində olanlar da.  Amma iti bucaq altında 
baxanda 
Elçinin 
Tanrının 
seçilmişlərindən 
olduğu 
görünürdü.  
  Elçin  müəllim  və  Afət  xanım...  “Vektor”  elm 
mərkəzinin  prezidenti  və  vitse-prezidenti,  həm  də  qurumun 
həmtəsisçiləri.  
Artıq bu adamlar böyük yol ayrıcına çıxmışdılar. Bu yol 
onları  səadət  dolu  günlərə  aparacaqdı.  Xalqa  xeyir  gətirən, 
milləti  təbliğ  edən,  insanlara  sevinc  paylayan  bu  xoşbəxtlik 
yolunun yolçuları indi təkcə özləri üçün deyil, həm də böyük 
çoxluğun  rifahı  naminə  yaşamağı  qarşılarına  məqsəd 
qoymuşdular.  
 


 
75 
 
 
 
 
 
AYŞƏN, AYDAN VƏ... ƏLİ 
 
Birinci  övladları  dünyaya  gələndə  sevinclərinin  həddi-
hüdudu yox idi. Bütün övladlar ata-ana üçün şirin olsalar da, 
birinci  övladın  ailədə  xüsusi  yeri  və  çəkisi  olur.  Axı  onun 
dünyaya  gəlməsi  ilə  ər  ilk  dəfə  ata  adlanır,  qadın  analıq 
zirvəsinə  yüksəlir.  Elə  buna  görə  də  bütün  ailələrdə  birinci 
övlad o biri övladlardan bir baş ucada dayanır. Bəlkə həm də 
ona görə ki, ondan sonra dünyaya gələn bacı-qardaşlarının da 
öndə  gedəni  elə  o  olur.  Buna  rəğmən  birinci  dünyaya  gələn 
övladlarının adını çox da düşünmədən Ayşən qoydular. Yəni 
hər zaman ay kimi bədirli, işıqlı, sevinc gətirən insanlar kimi 
şən və gülərüz olsun. 
Ayşən çox ağıllı uşaq idi. Bal verən arı pətəyindən, bala 
verən  quş  dimdiyindən  bəlli  olar  deyiblər.  Onun  da  lap 
balaca  vaxtlarından  zəkalı  bir  kəs  olacağı  sezilirdi.  Atasına, 
ən  çox  da  anasına  gündə  yüzlərcə  suallar  verirdi.  Bu  suallar 
yerli-yersiz,  mənalı-mənasız  olsa  da,  ata-ana  aramla  uşağa 
cavablar  verir,  usanmadan  onun  “məlumat  bazasını” 
zənginləşdirməyə çalışırdılar. 
Ayşənin  verdiyi  qəribə  suallar  onu  bir  tərəfə  aparıb 
çıxarmalıydı.  Çıxardı  da.  Xətai  rayonundakı  27  saylı  orta 
məktəbi əla qiymətlərlə oxuyan bu qız arzularının qanadında 
sənədlərini Bakı Dövlət Universitetinin biologiya fakultəsinə 
verir.  Oranı  əla  qiymətlərlə  oxuyaraq,  qırmızı  diplomla 
bitirir.  Elə  həmin  il  Azərbaycanda  ilk  dəfə  olaraq  London 
Kral  Universitetinin  ekologiya  mühəndisliyi  ixtisası  üzrə 
 
76 
magistraturasına  daxil  olur.  Həmin  universiteti  də  qırmızı 
diplomla  bitirən  Ayşən  Azərbaycan  Dövlət  Neft  Şirkətinə  
elmi  işçi  vəzifəsinə  təyinat  alır.  Doktorant  olur.  Dəfələrlə 
Amerikanın  Kaliforniya,  Texas,  Mayami  ştatlarında  ixtisası 
üzrə kurslar keçmiş və beynəlxalq sertifikatlar almışdır.  
İnsanın  taleyində  zatın,  kökün  nə  qədər  önəmli  rol 
oynadığını  hamımız  bilirik.  Sanki  gözəgörünməz  zat  telləri 
gecə-gündüz  insanı  öz  ulusuna  doğru  çəkib  aparır.  Bir  də 
baxıb  görürsən  ki...  Görürsən  Elçin  İsgəndərzadədən  yeni 
elçinlər törəyir. Və bu inama, etiqada inansaq bir müddətdən 
sonra  görəcəyik  ki,  Ayşən  Elçinqızı  artıq  alimlik  dərəcəsi 
alıb,  elmin  zirvəsinə  yüksəlib.  Mənim  daxilimdə  buna  çox 
böyük bir inam var və elə belə də gözləyirəm. 
Sonra  dünyaya  Elçin  müəllimin  ikinci  qızı  gəldi.  Yenə 
də çox fikirləşmədilər, qızın adını Aydan qoydular. Aydan... 
Aydan qopub  gələn qız.  Ayın bir parçası. Bu  onun simasına 
verilən  bir  ad  idi.  Daxili  aləmini  də  bir  azdan  göstərəcəkdi. 
Göstərdi  də.  Çox  şirin-şəkər,  qəşəng,  böyük  bacısı  kimi 
mənalı-mənasız  sualları  ilə  bol  olan  bu  qızcığaz  bir 
müddətdən  sonra  oxuduğu  Xətai  rayonu  27  saylı  orta 
məktəbin  göz  bəbəyinə  çevrildi.  Hamı  onu  barmaqla 
göstərdi.  Elçin  müəllimin  qızı  olduğuna  görə  yox,  öz 
savadına,  istedadına,  qabiliyyətinə  görə.  O,  da  böyük  bacısı 
kimi  orta  məktəbi  əla  qiymətlərlə  bitirib  sənədlərini 
Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-prafilaktika 
fakultəsinə verdi və yüksək balla həmin fakultəyə daxil oldu.  
Aydanın  çox  böyük  arzuları  var  idi.  Lap  uşaq 
çağlarından  onu  bir  məsələ  narahat  edirdi.  Bəzi  ümidsüz 
xəstəlikləri 
müalicə 
edərək, 
insanları 
xəstəliklərin 
caynağından  qurtarmaq.  Cavan  vaxtında  ömrü  yarımçıq 
qalan insanların nakam taleyi onun hələ bərkiməmiş qəlbinə 
çox  sıxıntılar  gətirirdi.  Xəyalında  nağıllar  qurur,  özü  bu 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə