Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

 
69 
tələ  qurmuşdular.  O  tələyə  düşməmək  üçün  çox  mahir  bilici 
və döyüş sirlərini bilmək bacarığına malik olmalıydın...  
Qarabağ  hadisələri  başlayanda  da  bu  iki  hiss  düşünən 
qəlblərə  hakim  kəsilmişdi.  Yaxşı  siyasət  işlətmək,  bir  də 
vuruşmaq...  İkinci  məsələ  bir  qədər  qəliz  görünürdü.  Çünki 
başımızın  üstündə  yekəpər  rus  dayanmışdı  və  yekəpər  rus 
erməninin  arxasındaydı.  Qalırdı  siyasət.  Buna  isə...  Hər 
halda,  bütün  siyasətlər  gücə  tabe  idilər.  Hər  zaman  olduğu 
kimi  sonda  yenə  də  güc  siyasət  mətbəxində  hazırlanan 
“təamları” yeyəcəkdi.  
Deməli,  belə  görünürdü  ki,  heç  də  məsələ  sadəlövh 
adamların  düşündüyü  kimi  asan  deyildi.  Bütün  bunları  hələ 
çox  da  bərkiməmiş  qəlbinin  şah  damarından  keçirirdi  Elçin. 
Vaxt tapan kimi  Şuşaya  gedir, hər yanı nəzərdən keçirir, elə 
bil,  gördüyü  hər  nə  var  idisə  bəbəklərinə  yığmaq  istəyirdi. 
Həm də çox qəribsəyirdi belə vaxtlarda. Qərib adamlar kimi 
nigaran hisslərin əlində giriftar qalır, əli hər yerdən üzüləndə 
qələminə güc verirdi. 
 
Laçın yuvasıdı Laçın, 
Şuşa Tanrı şüşəsi. 
Qanımızla süslənib 
Hər daşı, hər guşəsi. 
Topxana, Cıdır düzü 
Damcı bulaq, 
Soltan bəyin meşəsi. 
Qanımızdan rəng alıb 
          bağrı qara laləsi 
Gecələr dağ başında 
Ayın bəyaz haləsi. 
 
 
70 
Ağdama  gedəndə  də  belə  ikili  hisslərin  əsarətində 
qalırdı. Bu torpaqların da düşmənin bəd nəzərində olduğunu 
bilirdi.  Axı  bu  yerlərin  mərd  oğulları  satqın  və  xəyanətkar 
ermənilərə çox qan uddurmuşdular. İndi düşmənin əlinə bəd 
fürsət  düşmüşdü.  Əslində  düşmənin  bu  yerlərə  ayaq 
basacağını  ağlına  sığışdırmırdı.  Amma  yenə  də  ikili  hisslər 
ona  rahatlıq  vermirdi.  Bir  tərəfdən  arxayınlıq,  rahatlıq,  öz 
kökünə  inam  və  etibar,  o  biri  tərəfdən  indiki  siyasi  vəziyyət 
və ermənilərin rus havadarlığı ilə meydan sulamaları...  
Bu ikili hisslərin, sevinc və həyəcanın haləsi altında ailə 
həyatı  qurmuş,  çox  sevdiyi  yarına  qovuşmuşdu.    Elçin 
qəlbində  ideal  sandığı,  arzuladığı  yarını  tapmışdı.  Bu  da 
Tanrının ona bir mükafatı idi.     
Afət  də  Elçini  çox  sevirdi.  Xəyalında  onunla  gələcək 
həyatının  işıqlı  yollarını  cızır,  arzuların  qanadında  çox 
uzaqlara gedirdi.  
Elə bu arzuların biri kimi   “VEKTOR” Beynəlxalq Elm 
Mərkəzini yaratdılar... 
 


 
71 
 
 
 
 
 
ARZULARIN “VEKTOR”U 
 
Hadisələr günü-gündən dramatikləşir, faciəyə doğru yön 
alırdı.  Torpaqlarımızın  bir  hissəsi  rus-erməni  hərbi 
birləşmələrinin  hücumu  nəticəsində  işğal  olunmuşdu. 
Düşmən  yenə  də  qara  niyyətlərindən  əl  çəkmirdi.  Belə 
görünürdü  ki, onların istəyi bütün  Azərbaycanı işğal edərək, 
müstəqilliyinə  son  qoymaqdır.  Çünki  Azərbaycanın  böyük, 
qüdrətli,  azad,  suveren  dövlət  olması  o  düşmən  gücləri 
qıcıqlandırırdı.  Bu  məqamda  hər  bir  qeyrətli  oğul  sinəsini 
qabağa verib nələrsə etməli, vətənin azadlığını qorumaq üçün 
“vətən daşı” olmağı bacarmalıydı.  
Elçin  bu  ağır  məqamda  Xudu  Məmmədovun  sağ 
olmasını  çox  arzulayırdı.  Əgər  o,  sağ  olsaydı,  çəkinmədən 
onun  yanına  gedər,  məsləhət  alar,  nə  etmək  lazım  olduğunu 
ondan  soruşardı.  Elə  bu  nisgilin  qübarı  ilə  onun  məzarının 
üstünə  getdi.  Xəyalında  onunla  danışdı.  Hələ  layihəsini 
qəlbində  cızdığı  və  ancaq  həyat  yoldaşı  ilə  məsləhətləşdiyi 
elm mərkəzinin xeyir-duasını Xudu Məmmədovun ruhundan 
dilədi.  Sonra  çiynindən  ağır  bir  yük  götürülmüş  kimi 
xanımının yanına gəldi.  
-Getmişdim Afət... 
-Hara? 
-Xudu Məmmədovun yanına. 
-Nə dedi? 
-Xeyir-dua verdi, uğurlar dilədi.  
-Nə yaxşı, onda işimiz uğurlu olacaq. 
 
72 
Elə  bu  məqsədlə  Gəncədən  köçüb  Bakıya  gəlmişdilər. 
Kirayə  ev  tutub,  orada  yaşayırdılar.  Maddi  cəhətdən  sıxıntı 
keçirsələr  də,  bu  arzularının  həyata  keçməsi  üçün  son 
qəpiklərini belə xərcləməyə hazır idilər.  
Beynəlxalq  Elm  Mərkəzinin  adını  “Vektor”  qoydular. 
Vektor üfüqdə parlayan nur kimi onların məqsədlərinə, ideya 
və  məramlarına  işıq  çiləyəcək,  arzularının  həyata  keçməsinə 
yardımçı olacaqdı. O məqsəd və məram nədən ibarət idi? İlk 
növbədə 
Qarabağ, 
Azərbaycan, 
Turan 
dünyasının 
həqiqətlərini  dünyaya  göstərmək.  Daha  sonra  Azərbaycanın 
elm və zəka adamlarını dünyaya tanıtmaq. Axı hər zaman biz 
informasiya  mübadiləsində  və  həm  də  mübarizəsində 
ermənilərə  uduzurduq.  Bunun  da  nəticəsində erməni  həqiqət 
olmayanı  da  dünyaya  həqiqət  kimi  sırıyırdı.  Biz  isə  öz 
ağappaq  həqiqətlərimizi  dünya  birliyinə  çatdırmağa  çətinlik 
çəkirdik.  Burada  bir  tərəfdən  dünyanın  ermənilərə  ərköyün 
uşaq  kimi  baxması  və  züy  tutması  rol  oynayırdısa,  o  biri 
tərəfdən  öz  zəifliyimiz  və  çəkici  bir  nöqtəyə  vurmağı 
bacarmamağımız  faciələrimizin  sayını  daha  da  artırırdı.  Axı 
qlobal  dünya  informasiya  üzərində  qurulmuşdu.  Afrikanın 
uzaq  bir  ölkəsində  yaşayan  zənci  hardan  biləydi  ki, 
Azərbaycanın  Qarabağ  bölgəsi  var  və  o  bölgəni  ermənilər 
rusların  əli  ilə  işğal  ediblər?  Onlar  ancaq  qəzetdə,  jurnalda 
yazılana,  televiziyada,  radioda  deyilənə  inanırdılar.  Əslində 
bu  heç  də  onların  günahı  deyildi.  Günah  bizim  özümüzdən 
gəlirdi.  Ona  görə  ki,  informasiya  yarışında  ermənilərə 
uduzduğumuz  kimi  lobbiçilik,  diaspora  yaratmaq  işində  də 
onlardan  geri  qalırdıq.  Elə  bunun  səbəbi  idi  ki,  dünya 
birliyinin böyük bir hissəsi erməni yalanlarına inanırdı. 
Bunları  yaxşı  anladıqlarına  görə  dünya  xalqları  ilə  elmi 
mübadilələri həyata keçirmək şərti ilə “Vektor” nəşrlər evini 
də  təsis  elədilər.  İndi  dünya  ilə  elmi,  mədəni,  ədəbi  əlaqələr 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə