Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

 
77 
nağılların  qəhrəmanı  olurdu.  Elə    bir  qəhrəman  ki,  bu 
qəhrəmanın  sayəsində  insanlar  ağır  xəstəliklərdən  şəfa  tapır, 
dirçəlib  ayağa  qalxır,  gülümsər  gözləri  ilə  Aydana,  o 
nağılların qəhrəmanına şükranlıq hisslərini çatdırırdılar.  
Yenə  də  genetik  kod  yaddaşı.  Yenə  də  qandan  gələn 
sirli-sehrli aləmin bir möcüzəsi.  
İkisi  də  balaca  uşaq  olanda  Ayşənlə  Aydanın 
söhbətlərinə  gizlincə  qulaq  asan  Elçin  müəllim  qəribə 
hisslərin  əhatəsinə  düşürdü.  Hərdən  ona  elə  gəlirdi  ki,  bu 
qızlar,  elə  bütün  bu  yaşda  olanlar  dünyanın  ən  ağıllı 
adamlarıdı. Kindən, məkrdən, yalan və xəyanətdən uzaq olan 
bu  cocuqlar  elə  təmiz,  şəffaf  hisslərin  ağuşunda  gəzib-
dolanır, dünyanı elə bərli-bəzəkli göstərirdilər ki, adam cani-
könüldən canlı aləmin əşrəfi olduğunu yadına salır, düşünür, 
bundan  qürurlanır,  belə  dünyada  daha  çox  qalmağın, 
yaşamağın  yollarını  axtarırdı.  Ancaq  yenə  də  ətrafa 
baxanda...  Çirkinliklərlə  dolu  mühitin  “canlı  ekranında” 
gördükləri  ilə  o  balaca  qızcığazların  düşüncələri  arasında 
böyük  təzadın  olduğunu  ürək  ağrısı  ilə  şah  damarının 
telindən keçirirdi. 
...Aydan  ailə  həyatı  qururdu.  Şadlıq  sarayına  yığışan 
qonaqlar 
arasında 
daha 
kimlər 
yox 
idi: 
Vasim 
Məmmədəliyev,  Xoşbəxt  Yusifzadə,  Nəriman  Həsənzadə, 
Sabir  Rüstəmxanlı,  Zəlimxan  Yaqub,  Amaliya  Pənahova, 
Nizami Cəfərov, Elçin Hüseynbəyli, Vahid Əziz,   neçə-neçə 
tanınmış  elm,  mədəniyyət,  incəsənət,  ədəbiyyat  adamları... 
Toyun  çox  qəribə,  bəlkə  də  indiyə  qədər  görmədiyim  bir 
aurası  var  idi.  Hər  şeydən  daha  çox  gözə  carpan  isə  toyun 
türk birliyinə  köklənməsi idi. Elə ilk nəğmə də Azərbaycan-
Türkiyə  qardaşlığını  özündə  ehtiva  edən  bir  musiqi  nömrəsi 
ilə açıldı. Qəribə, sehrli bir aləmə düşmüşdüm elə bil. Sanki 
Dədə  Qorqud  öz  qopuzunu  səsləndirib  Turan  dünyasını 
 
78 
buraya,  “Kral”  şadlıq  sarayına  yığmışdı.  İnsanlar,  toya 
gələnlər bu qopuz havasından cuşa gəlib, saray boyunca bir-
biriylə  salamlaşır,  təbriklər  deyir,  alqışlarla  yeni  ailə  həyatı 
quran Aydanla Raminə xoşbəxtlik diləklərini yetirirdilər.  
Hər zaman gözlərində işıq görmüşdüm Elçin müəllimin. 
Ancaq  bu  axşamkı  işıq  o  işıqdan  deyildi.  Bir  başqa, 
bambaşqa işıq idi ki, bu gecənin ruhundan doğmuşdu. O işığı 
Afət xanımın da gözlərində gördüm...  
Ramin  bəy  qərbi  Azərbaycan  bölgəsindən  idi.  O  da 
saysız-hesabsız soydaşlarımız kimi erməni qəsbkarlığının nə 
demək  olduğunu  qanında,  canında  hiss  eləmişdi.  Bütün  ruh 
ağrısına 
rəğmən 
məktəbi 
əla 
qiymətlərlə 
oxumuş, 
Azərbaycan Dövlət Tibb Universiteti rəhbərliyinin göndərişi 
ilə  İstanbul  Universitetinin  tibb  fakultəsində  bakalavr  və 
uzmanlıq  təhsili  almışdır.  Uzmanlıq  imtahanı  zamanı 
Türkiyədən  və  xaricdən  olan  on  beş  min  həkim  içərisində 
yığdığı  ballara  görə  dördüncü  nəticə  göstərmişdir  ki,  bu  da 
çox yüksək göstərici hesab olunurdu. 
İstanbul  Batı  Bahat  özəl  xəstəxanasında  həkim-cərrah 
vəzifəsində  çalışan  bu  gənc  həkimin  çox  tanınmış  bir 
professor olacağına mənim qəlbimdə qəribə bir inam var.  
İndi  onunla  bir  yerdə  İstanbulda  yaşayan  Aydan  da 
burada  təhsilini  davam  etdirib,  püxtələşmiş  bir  həkim  kimi 
yetişməyi,  xəstə  insanların  dadına  yetməyi  qarşısına  məqsəd 
qoymuşdu.  Axı  bacısının  uşaq  vaxtı  dediyi  sözlər  yadından 
çıxmamışdı.  O  sözlərə  görə  Aydan  aydan,  ulduzdan  şəfalı 
dərmanlar tapıb gətirməli, çarəsiz xəstələrə çarə olmalıydı.  
Elçin  müəllimlə  Afət  xanıma  Tanrı  iki  qız  övladı  əta 
eləmişdi.  Ata-ana  bu  qızların  sevinci  ilə  yaşayaraq,  daxilən, 
bir-birinə  demədən,  dillərinə  gətirmədən  daha  bir  övladın, 
oğul  payının  həsrətini  kölgəli  bir  həvəslə  çəkirdilər.  O  oğul 


 
79 
payı gec, çox gec,  on dörd ildən sonra gəldi. Gözlənilmədən, 
Tanrının daha xoş bir bəxşişi, mükafatı kimi...  
Uşağın adını Əli qoydular.  
 
 Elçin beylə, Afet hanım, ocağınız odlu olsun, 
Güzel Aydan, güzel Ayşen, 
                                      kardaşınız kutlu olsun, 
Dedem Korkud dile gelip  
                                   boy boylasın, soy soylasın, 
“Elinde Zülfukarıyla bunun adı Ali olsun!...” 
 
Gözlənilmədən  Tanrı  tərəfindən  göndərilən  bu  oğul 
bəxşişinin  adının  Əli  qoyulmasının  haradan  qaynaqlandığını 
bilmirəm. Hər halda, Əli adı elə- belə ad deyildi, Allahın çox 
bəyəndiyi,  qiymət  verdiyi  bəşər  övladlarından  (bəlkə  də 
bəşər  övladlarının  fövqündə  dayanan)  birinin  adı  idi.  Bəlkə 
bu  adı  yuxuda  pıçıldamışdılar  onlara?  Bəlkə  Əlidən  başqa 
heç  bir  ad  qoymaq  olmazdı  bu  uşağa,  bilmirəm.  Ancaq  onu 
bilirəm  ki,  bu  müqəddəs  adın  cazibəsində,  işığında,  nurunda 
böyüyüb  boy  atan  bu  oğlanı  Tanrı  himayəsində  saxlayacaq, 
qoruyacaq  və  al  sabahlara  aparıb  çıxaracaqdı.  Yəqin  elə 
bunları düşünüb türk şairi Osman Oktay bu şeiri Əlinin adına 
bağlamışdı. 
 ...Aydanın toy mərasimində Əlinin bacısı üçün gətirdiyi 
böyük  gül  çələngini  görəndə,  bunu  Əlinin  bacısına  uşaqlıq 
vaxtı elədiyi yaxşılığın bir əvəzi və minnətdarlığı kimi qəbul 
elədim nəyə görəsə...  
Əlinin  dünyaya  gəlişi  Elçin  müəllimin  qələmini  də 
həvəsə gətirmişdi. O, bir qərib gecə şirin yuxusundan oyanıb, 
oğlunun  adına  poema  yazmışdı.  Demək  olar  ki,  bir  nəfəsə, 
dayanmadan,  yorulmadan...  Adını  da  “Oğlum  Əliyə  dualar” 
qoymuşdu. 
 
 
80 
Beşiyinin başında 
anan laylay çalanda, 
laylay səsi həzin-həzin 
enəndə, alçalanda- 
mən Şaman duaları 
pıçıldamışam sənə. 
Yuxuda şirin-şirin 
gülümsəyirsən yenə. 
İlahi bir təbəssüm 
çiçəkləyir üzündə. 
Röyada at çapırsan 
bəlkə Cıdır düzündə? 
Bəlkə Tanrı dağları 
girir sənin röyana? 
Sən yat, keşik çəkirəm 
oğlum sənin dünyana. 
 
Səbail rayonundakı 160 saylı gimnaziyanın 3-cü sinfində  
əla  qiymətlərlə  təhsil  alan  Əlinin  genetik  koddan 
bəhrələnərək  gələcəkdə  atası  kimi  elm  adamı  olacağına  da 
məndə  qəti  və  qəribə  bir  inam  var.  Əgər  gələcək  günlərin 
birində  Əli  Elçinoğlu  İsgəndər  adlı  birinin  adını  böyük  elm 
adamlarının 
sırasında 
görsəniz, 
buna 
qətiyyən 
təəccüblənməyin.  Ona  görə  yox  ki,  mental  hisslərdən  gələn 
bir  duyğuyla  o,  atasının  yoluyla  getməlidir.  Ona  görə  ki,  o, 
əsl  elm  fədaisinin  qan  yaddaşında  yoğrulub.  Və  belə 
insanların böyük alim olmalarına mən təəccüb eləmirəm. 
 
Sən Turan ellərini 
gəz-dolan qarış-qarış. 
Sənin əcdadlarındı 
Dədə Qorqud, Gilqamış. 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə