23
arasında ictimai fikrin Antoninin əleyhinə çevrilməsinə səbəb oldu. Senat
Kleopatraya müharibə elan etdi. E.ə. 31-ci ildə Aksi burnu yaxınlığında Misir
donanması darmadağın edildi, e.ə. 30-cu ildə Oktavian Misirə daxil olduqda isə
ciddi müqavimət göstərmək imkanı olmayan Antoni özünü öldürdü.
antropogenez
(yun. "insanın meydana gəlməsi") - insanın heyvanat
aləmindən ayrılması prosesi. Antropogenez 2 milyon il əvvəl Şərqi Afrikada
başlanmışdır.
antropologiya
- insanın meydana gəlməsi və inkişafı haqqında elm.
antropomorfizm
- insan simalı və insan xüsusiyyətlərinə malik cansız
cisimləri ilahiləşdirən ən erkən dinlərdən biri.
Anu - Şumer
- Akkad mifologiyasındakı üç ali allahdan biri - səma
allahı. Anunun daimi titulu "allahların atası"dır. Anunun rəmzi “buynuzlu tac”dır.
Anubanini
- lullubilərin padşahı. E.ə. XXIII əsrdə hökmdarlıq etmişdir.
Onun hakimiyyəti illərində lullubi tayfa ittifaqı (bəzi tarixçilərin güman etdikləri
kimi, dövlət qurumu) Urmiya gölündən İran
körfəzinədək geniş ərazini əhatə edirdi. Bu
barədə çar Anubanininin İranda indiki Zöhab
şəhəri yaxınlığında yerləşən Sar-i pul adlı
dağdakı daş stela üzərində oyulmuş yazısı
məlumat verir. Relyefdə əsir götürülmüş basçını
ayaqları altında tapdalayan Anubanini hökmdar
rəmzləri və digər əsirləri çarın qarşısına gətirən
İştar ilahəsi ilə təsvir olunub. Akkad mixi
yazısında verilmiş mətndə deyilir ki, "qüdrətli hökmdar, lullubilər ölkəsinin
hökmdarı [Anubanini] Batir dağında öz təsvirini və İştarın təsvirini çəkmişdir".
Anubis
(yunanca), İnpu (Qədim Misir dilində) - Misir mifologiyasında
ilahə - ölənlərin himayədarı. Uzanmış qara çaqqal və ya vəhşi it (yaxud çaqqal və
ya it başlı insan) simasında pərəstiş edilirmiş. Anubis allahların hakimi hesab
edilirdi. Anubis ölülər şahlığında baş allah idi, o, ölənlərin ürəyini oxuyurmuş.
Cəsədi balzamlamağa hazırlamaq və mumiyaya çevirmək Anubisin mühüm
vəzifələrindən biri idi.
aparteid
- vaxtilə CAR-ın hakim dairələri tərəfindən Afrikanın yerli
əhalisi və Hindistandan köçürülmüşlərə qarşı həyata keçirilən dözülməz irqi
diskriminasiya və seqreqasiya siyasəti. BMT tərəfindən qəbul olunmuş bir sıra
sənədlərdə aparteid bəşəriyyətə qarşı cinayət elan edilib.
Apis
– Qədim Misir mifologiyasında öküz qiyafəsində olan münbitlik
allahı. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər
inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin
dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apis-
öküzün Ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş apisi balzamlayır və
Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.
24
apolitizm
- siyasətə, ictimai həyatda iştirak etməyə zidd və ya etinasız
münasibət.
Apollon
- qədim yunan əsatirlərində Olimp allahı, incəsənətin və bədii
ilhamın himayədarı. Aşkar hiss olunur ki, Apollon yunanlara qədər meydana
gəlmişdir. Əvvəllər Apollona həm məhvedici, həm də şəfaedici
xüsusiyyətlər şamil imiş. Apollonun oxları qocaları öldürür, taun
gətirir, bəzənsə heç bir səbəb olmadan məhv edir. Digər
tərəfdənsə Apollon həkim və xəstəliklərdən qoruyucudur; ovçu,
çoban və sürülərin keşikçisidir; şəhərlərin əsasını qoyan və
tikənidir; musiqiçi, müğənni və çalğıçıların himayədarıdır;
peyğəmbər və orakuldur (qeybdən xəbər verəndir). Yunanlar
tədricən Apollonun dayanıqlı keyfiyyətlərini fərqləndirməyə
başlayırlar. O, artıq insanlara yardım edən, müdriklik və
incəsənət öyrədən, şəhərlər tikən, onları düşmənlərdən qoruyan,
atalıq hüququnun müdafiəçisi kimi çıxış edən allaha çevrilir. Delfa məbədinin
əsasının qoyulması, bu məbəddə sacayağında əyləşmiş, gələcəkdən ikibaşlı xəbər
verən "Pifiya" adlanan kahinin yaradılması Apollonun adı ilə bağlanılır. Delfada
Apollonun şərəfinə təmtərağı və kütləviliyinə görə yalnız Olimpiya Oyunlarından
geri qalan Pifiya Oyunları keçirilirmiş.
Aramilər
– vətəni Ərəbistan yarımadası olan köçəri tayfalar. E.ə. XIV -
XI əsrlərdə aramilər Suriya, Finikiya, Mesopotamiyada yayılmışlar. Arami dili
Əhəmənilər dövlətində rəsmi yazılı dövlət dillərindən biri olmuşdur. Eramızın
əvvəllərinə qədər arami dili bütün Ön Asiyanın danışıq dilinə çevrilmişdir.
Aramilərin törəmələri müasir assurlar - İraqda və Cənubi Qafqazda yaşayan
aysorlardır.
Aran
- albanların əfsanəvi əcdadı və Qafqaz Albaniyasının ilk hökmdarı.
Alban tarixçisi Moisey Kalankatlının yazdığı "Alban tarixi "ndə adı çəkilir.
Tarixçinin fikrincə, Albaniya adı Aranın adından yaranmışdır. Orta əsrlərdə ərəb
tarixçiləri Qafqaz Albaniyasını "Arran " adlandırmışlar.
Ares
- qədim yunan əsatirində Zevsin və Heranın oğlu, müharibə allahı.
Romalılar onu Marsla eyniləşdirirdilər.
arxaika
- müstəqim mənada e.ə. VIII -VI əsrlər yunan mədəniyyəti. Hər
hansı mədəniyyətin erkən mərhələsini də arxaika adlandırırlar.
arxeologiya
(yun. "keçmiş haqqında elm") -
maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini
öyrənən elm. Arxeoloqlar qədim qəbir və yaşayış
məskənlərini qazıyır, tapılmış tikili və əşyaları
konservasiya və bərpa edir, onları öyrənir və
təsnifatını verir, qazıntılar və tapılmış əşyalar
haqqında hesabatlar dərc etdirir və qazıntıların
yekunlarını şərh edirlər. Arxeoloqlar maddi mənbələri qoruyub saxlamağa, onların