25
tarixini müəyyənləşdirməyə, habelə tapılmış qalıqlara əsasən keçmişi hərpa etməyə
imkan verən mürəkkəb qazıntı texnikası işləyib hazırlamışlar. Arxeologiya
təsərrüfat və mədəniyyət tarixini öyrənməyə kömək göstərir, yazısız dövrün ictimai
tarixini müəyyən mənada bərpa etməyə imkan verir.
arxeoloji xəritəçəkmə
- müxtəlif tarixi hadisələrin coğrafi xəritədə
arxeoloji məlumatlara əsaslanmış qrafik təsvirinin verilməsi ilə məşğul olan tarixi
xəritəçəkmənin xüsusi sahəsi.
arxeoloji mədəniyyət
- cyni dövro aid vo müəyyən ərazidə cəmlənmiş
oxşar arxeoloji abidələrin qeyd olunması üçün istifadə edilən termin.
Arximed
(e.ə. 287 - 212) - qədim yunan riyaziyyatçısı, astronomu,
ixtiraçısı. Museyonda işləmiş, sonra isə Siciliya adasındakı qədim yunan
koloniyasında - Sirakuza şəhərində yaşamışdır. Suqaldıran ling-
maşın ixtira etmişdir. O, fizikanın suya batmış hər cismə sıxılmış
mayenin çəkisi qədər itələyici qüvvənin təsir etməsi qanununu kəşf
etmişdir. E.ə. 212-ci ildə Sirakuzanı tutmuş romalılar tərəfindən
öldürülmüşdür.
Ariadna
- qədim yunan əsatirində Krit hökmdarı Minosun
qızı. O, Minotavrı öldürən Teseyə labirintdən çıxmaq üçün sap yumağının köməyi
ilə yardım etmişdir. "Ariadna sapı" ifadəsi buradan meydana gəlmişdir.
arilər
- e.ə. 2000-ci ilə yaxın Mərkəzi isiyadan Hindistana soxulmuş
Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən
yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Cənubi
Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan
ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər,
kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Faşist Almaniyasında "ari".
"arilər", "arilik" kimi terminlərdən istifadə qərəzkar xarakter daşıyırdı və elmi
məna ilə heç bir əlaqəsi yox idi.
Aristofan
(e.ə. 445 - 385) - qədim yunan şairi, komediya yazam. Afinalı
Aristofan insanın zəifliyini və nöqsanlarını tənqid edən, incəliyi və istehzalılığı ilə
fərqlənən 44 komediya yazmışdır. Onlardan nisbətən məşhurları "Quşlar", "Arılar",
"Sərvət", "Dünya", "Qurbağalar" əsərləridir. Aristofanın komediyalarından on biri
dövrümüzə gəlib çatmışdır.
aristokratiya
(yun. "yaxşıların hakimiyyəti) - 1) Qədim Yunanıstanda
hakimiyyətin qəbilə əyanlarının nümayəndələrinə mənsub olduğu idarə sistemi; 2)
mənşəyini qədim qəbilə əyanlığından götürmüş xüsusi hüquq və üstünlüklərə
malik imtiyazlı silk.
Aristotel
(e.ə. 384-322) - qədim yunan filosofu və alimi. 17 yaşında
Afinaya gəlmiş və Platonun Akademiyasına daxil olmuşdur. Əvvəlcə burada şagird
olan Aristotel sonra müəllimlik etmişdir. E.ə. 343-cü ildə Makedoniyalı İsgəndərin
müəllimi olmuşdur. E.ə. 335-ci ildə Afinaya qayıtmış və likey fəlsəfi məktəbinin
əsasını qoyaraq orada 12 il dərs demişdir. Aristotelin əsərləri biliyin müxtəlif
26
sahələrini - məntiq, fizika, zoologiya, psixologiya, etika, siyasət, ritorika, poeziyanı
əhatə edir. Aristotel öz dövrünədək əldə edilmiş bütün bilikləri ayrı-ayrı sahələr
üzrə bölüşdürərək onları müstəqil elmlərdə birləşdirmişdir. Aristotel elmlərə ad da
- botanika, fizika, siyasət (politika) və s. vermişdir.
arqonavtlar
(yun. "Arqo"da üzənlər") -qədim yunan əsatirində "Arqo"
gəmisində qızılyunlu qoç dərisini gətirmək üçün Yasonun başçılığı ilə Kolxidaya
gedən qəhrəmanlar.
Arran
- orta əsrlərdə ərəb tarixçilərinin Qafqaz Albaniyasına verdikləri
ad.
Artemida
- qədim yunan əsatirlərində ovçuluq ilahəsi, heyvanların
himayəçisi, Ay ilahəsi; sonralar - qadın ismətinin himayəçisi. Artemida
məbədlərindən ən çox məşhur olanı Efes şəhərindəki (Kiçik Asiya) Artemision
məbədi idi.
Artemision
- e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar
Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision
qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Hələ qədimdən Kiçik
Asiya şəhərlərində Artemida ilahəsinə sitayiş
edirdilər. Burada yunan ovçuluq himayəçisi kultu
yerli Asiya məhsuldarlıq, bərəkət kultu ilə
qovuşmuşdur. Artemidaya – məhsuldarlıq ilahəsinə
mərkəzi sitayiş yeri Efes şəhəri idi. Efes varlı
ticarət şəhəri idi və efeslilər Artemidanın şərəfinə
misilsiz məbəd tikmək qərarına gəlmişdilər. Memar Xersifron tikintinin başa
çatmasından xeyli əvvəl ölmüş, Artemisionun inşası isə onun oğlu Metagen
tərəfindən davam etdirilmişdir. Lakin Metagen də tikintinin başa çatmasınadək
yaşamamışdır, belə ki, rəvayətə görə, Artemisionun tikintisi 120 il davam etmişdir.
Memarlar Peonit və Demetri Artemisionun tikintisini başa çatdırmışlar. Miqyasına
görə o vaxta kimi inşa edilmiş bütün məbədlərdan ən əzəmətlisi olan bu tikili
əvvəllər məlum olmayan yeni iş üsullarının tətbiqini, tikinti texnikasını
təkmilləşdirməyi tələb edirdi. Artemisionun inşası başa çatdıqdan sonra isə onu
seyr edənlərin hamısı bu məbədə heyran oldu. Amma Artemision cəmi yüz ilədək
qəlbləri oxşadı. E.ə. 356-cı ildə öz adını əbədiyyətə qovuşdurmaq istəyən Herostrat
adlı bir efesli Artemisionu məhv etmək qərarına gələrək onu yandırmışdı. Yanğın
nəticəsində məbədin damı uçmuş, divarları və sütunları yanıb qaralmışdı.
Herostratın cinayəti yunanların qəzəbinə səbəb olmuşdu. İoniya dövlətləri birgə
qərar qəbul etmişdilər ki, Herostratın adı unudulsun. Lakin bir sıra qədim
yazıçıların əsərlərində onun haqqında məlumat qalmışdır. İndi "Herostrat şöhrəti"
ifadəsi mövcuddur. Bəd əməli və ya cinayəti ilə "tanınan" adamlar haqqında bu cür
deyirlər. Efeslilər qərara almışdılar ki, Artemisionu yenidən inşa etsinlər və
məbədin bərpası üçün vəsait toplamağa başlamışdılar. E.ə. 333-cü ildə
Makedoniyalı İsgəndər özünün "Şərq yürüşü" zamam Efesə çatdıqda artıq məbədin