370
dağıdılması və yandırılmasına həsr olunmuş kiçik poemanı xüsusilə qeyd etmək
lazımdır. Şikəstə Şirin Cənubi Qafqaz xalqlarını dostluğa və qardaşlığa çağırırdı.
Şimali Almaniya ittifaqı
- 1866 - 71-ci illərdə Mayn çayından şimalda
Prussiyanın hegemonluğu ilə onun Avstriya - Prussiya müharibəsində qələbəsindən
(bax: Sadova) və Almaniya ittifaqını ləğv etməsindən sonra 22 alman dövlətindən
təşkil olunmuş federativ dövlət. Şimali Almaniya ittifaqına daxil olan bütün
dövlətlər monarxiya üsuli-idarəsini, özlərinin sülalə və hökumətlərini, ayrı-ayrı
ordularını, qanunları və məhkəmə qaydalarını qoruyub saxlamışdılar. Şimali
Almaniya ittifaqı alman dövlətlərinin Prussiyanın başçılığı altında vahid Almaniya
imperiyasında birləşməsinin birinci mərhələsi idi.
Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə
- 1775 - 83-cü illərdə
13 ingilis koloniyasının azadlıq müharibəsi baş verdi və nəticədə müstəqil ABŞ
dövləti meydana gəldi. Tamamlanmamış burjua inqilabı xarakterli idi. 1775-ci ilin
aprelində Konkord və Leksinqton yaxınlığındakı döyüşlərlə başlamışdır. 1776-cı
ildə ABS-ın İstiqlaliyyət bəyannaməsi qəbul edilmişdi. Amerika ordusu baş
komandan Corc Vaşinqtonun başçılığı ilə Saratoqa (1777) və Yorktaun (1781)
yaxınlığında ingilis qoşunları üzərində həlledici qələbələr əldə etdi. 1783-cü il
Versal sülh müqaviləsinə görə, Böyük Britaniya ABŞ-ın müstəqilliyini tanıdı.
Müharibə nəticəsində kapitalizmin inkişaf etməsi üçün mühüm ilkin müqəddəm
şərait yarandı, ABŞ-ın cənubunda quldarlıq saxlanıldı.
"Şiraz qonaqlığı"
- Fətəli xan Əfşara qarşı mübarizədə bir sıra Azərbaycan
xanları İran hökmdarlığına iddia edən Kərim xan Zəndə kömək edirdilər. Fətəli xan
Əfşarı əsir götürdükdən sonra Kərim xan Zənd 1763-cü ildə, guya, qələbənin
şərəfinə bayram keçirilməsi adı ilə ona kömək göstərən xanları Şiraza ziyafətə
dəvət etmişdir. Onun qonaqları arasında qarabağlı Pənahəli xan, xoylu Şahbaz xan
və digər xanlar da olmuşdur. Kərim xan Zənd qardaşı edam olunan yerdə Fətəli
xan Əfşarı edam etdirdi. Ziyafətə dəvət edilənlər isə faktik olaraq öz xanlıqlarından
təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. "Şiraz qonaqlığı" belə başa
çatmışdır.
Şirvan
- Azərbaycanda tarixi vilayət və dövlət. Şirvan vilayətinin adı
mənbələrdə III əsrdən çəkilir. VII - VIII əsrlərdən Şirvan ərəblərin hakimiyyəti
altında olmuşdur. 761-ci ildə Şirvan dövləti şirvanşahlar tərəfindən idarə olunurdu.
1538-ci ildən Şirvan Səfəvilər dövlətində bəylərbəyilik idi. 1748-ci ildə yaranmış
müstəqil Şirvan xanlığı 1805-ci ildə Rusiya tərəfindən işğal olunmuşdur.
Şirvani Əfzələddin Xaqani - bax: Xaqani.
Şirvani
Hacı Zeynalabdin (1780 - 1838) - Azərbaycan coğrafiyaşünas-
səyyahı, etnoqraf, tarixçi və şair. Şirvani 37 ilə yaxın Qafqaz, İran, Türkiyə,
Əlcəzair, Misir, Sudan və Hindistanda səyahətdə olmuşdur. Bu səyahətlərini o,
"Büstanüs-səyahə" ("Səyahət bağı") və "Riyazus-səyahə" ("Cənnət bağı
səyahətləri"; farsca) əsərlərində təsvir etmişdir. Həmin kitablarda Şirvani olduğu
371
ölkələrdə gördüyü xalqlar təsərrüfatı və mədəniyyəti, məişət və adətləri barədə
maraqlı təsvirlər verir. Şirvaninin şerləri "Divan"ında toplanmışdır.
Şirvani Seyid Əzim
(1835 - 88) - ən böyük Azərbaycan şair və
maarifçilərindən biri. Şamaxıda ruhani ailəsində anadan olmuş və özü də ruhani
rütbəsi almışdır. Təhsilinin davamı məqsədi ilə Misir, Suriya və Hicaza (Ərəbistan)
gedən S.Ə.Şirvani qayıtdıqdan sonra ruhani rütbəsindən imtina etmişdir.
S.Ə.Şirvani XIX əsrin 70-ci illərində Şamaxıda Azərbaycanda ilk dünyəvi məktəb
açmışdır. S.Ə.Şirvani ilk Azərbaycan qəzeti olan "Əkinçi" ilə sıx əməkdaşlıq
etmişdir. S.Ə.Şirvani Şamaxıda yaradılmış ədəbi məclisin başçısı olmuşdur.
Azadfikirli baxışlarına görə rus məmurları dəfələrlə S.Ə.Şirvanini məktəbdə dərs
keçməkdən uzaqlaşdırmışlar. S.Ə.Şirvaninin ədəbi irsinə minədək qəzəl, üç yüzə
yaxın təmsil və hekayə daxildir. Sonunculardan ən geniş yayılmışları "Qafqaz
müsəlmanlarına xitab" poetik müraciəti, "Zahidin nağılı", "Xan və dehqan",
"Xəsis", "İnkir və Münkir" hekayəsi və s.-dir. S.Ə.Şirvani məsciddən çıxarkən
öldürülmüşdür.
Şirvani Zülfüqar
(1190 - 1245) - Azərbaycan şairi.
şirvanşah
- Şirvan hökmdarlarının titulu. Şirvanşah sülalələri bunlardır:
Məzyədilər (799 - 1027), Kəsranilər (1027 - 1382), Dərbəndilər (1382 - 1538).
Şirvanşahlar dövləti
— Azərbaycanın şimal-şərqində, Şirvan vilayətində
Şirvanşahlar dövləti (861 - 1538). 861-ci ildə Ərəb xilafətinin dağılması
nəticəsində Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid tərəfindən
yaradılmışdır. Şirvanşah Məzyədilər, Kəsranilər və Dərbəndilər sülalələri
tərəfindən idarə olunurdu. 1538-ci ildə I Təhmasib tərəfindən tutulmuş və Səfəvilər
dövlətinin tərkibinə daxil edilmişdi.
Şirvanşahlar sarayı
- şirvanşahların Bakıdakı sarayı, orta əsrlər
Azərbaycan memarlıq abidəsi (XV əsr). Üç saray ətrafında
ansambl belədir: saray, divanxana, türbə, Seyid Yəhya
Bakuvinin mavzoleyi, minarəli məscid, Şərq qapıları və s.
Bu orta əsrlər memarlıq şedevrində isə hökm çıxarılan və
saray əyanlarının yığıncağı keçirilən divanxana xüsusilə
fərqlənir. Divanxananın və türbənin portal və divarları daş üzərində incə oyma ilə -
yazı və naxışlarla bəzədilmişdir.
Şiva
- hinduizmdə üç baş allahdan (Brahma və Vişnu ilə yanaşı) biri.
Mənşəcə arilərə qədərki allah olub, bərəkət kultu ilə bağlıymış. Qəzəbli
görkəmdə, çox vaxt müqəddəs rəqsi ifa edərkən və ya tərki-dünya zahid kimi təsvir
olunur.
Şliman Henri
(1822 - 90) - alman arxeoloqu. Homerin "İliada"
poemasındakı məlumatları əsas götürən Şliman axtarışlara başlamış və son
nəticədə Troyanın xarabalıqlarını aşkar etmişdir. Bu xarabalıqlar Kiçik Asiyanın
Aralıq dənizi sahillərindəki Hissarlıq təpəliyi yaxınlığında (indiki Türkiyə
ərazisində) yerləşir. Qazıntılar zamanı Şliman qədim şəhərin nəinki bir, hətta altı