372
mədəni təbəqəsini aşkar etmişdir. Həmin təbəqələrin birində möhtəşəm bir sarayın
uçuqlarını və yanıq izləri olan möhkəm qala divarlarını aşkar edən Şliman belə
qərara gəlir ki, bura elə həmin əfsanəvi Troyadır. Qazıntıların sonrakı dövrlərində
o, qızıl və gümüş bəzəklərlə dolu böyük dəfinə tapmışdır. Bunları çariça Yelenanın
dəfınəsi hesab edən Şliman bununla da qazıntıları dayandırmışdır. Şlimanın
ölümündən onilliklər keçdikdən sonra arxeoloqlar sübut etmişlər ki, onun tapdığı
dəfinələr Homerin haqqında yazdığı Troyadan xeyli qədimdir. Amma əfsanəvi
Troyanın həqiqətən də Şlimanın qazıntı apardığı həmin təpəlikdə olduğu fikri ilə
razılaşan alimlər aşkar etmişlər ki, Şliman Troyanın mənsub olduğu mədəni
təbəqəni qazıb keçmişdir.
şovinizm
- millətçiliyin ifrat forması. Şovinizm siyasəti digər millət və
xalqlara qarşı nifrət və düşmənçilik hisslərini qızışdırmağa yönəldilib. Şovinizm
bir "müstəsna" ("seçilmiş") millətin digər "tam dəyərli olmayan" (keyfiyyətsiz)
millətlər, irqlər üzərində ağalığını təmin etmək məqsədi ilə üstünlüyə malik
olduğunu təbliğ edir. Şovinizm və millətçiliyin digər forması böyük dövlət
millətçiliyidir.
"şok terapiyası"
- planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına qəfil, kəskin
keçid.
ştat
- bir sıra federativ respublikaların (ABS, Hindistan, bir sıra Latın
Amerikası dövlətləri və s.) tərkibinə daxil olan və bu və ya digər dərəcədə
özünüidarədən istiladə edən dövlət inzibati vahidi.
Ştreykbrexerlər
- fəhlə və ya əhalinin digər təbəqələrinin tətil və çıxışlarda
iştirakdan boyun qaçıran nümayəndələri və ya sahibkarlar tərəfindən
müəssisələrdəki tətilçilərin yerinə məxsusən cəlb olunan adamlar.
şudr
- Qədim Hindistanda nökər kastası.
Şumer
-
e.ə. IV minilliyin sonlarından e.ə. XXIV əsrədək
Mesopotamiyanın cənubunda mövcud olmuş qədim dövlət. Şumerlərin mənşəyi
indiyədək tarixçilər üçün sirr olaraq qalır. Cənubi Mesopotamiyanı tutan şumerlər
artıq e.ə. IV minillikdə burada Ur, Uruk, Kiş, Laqaş, Nippur kimi Şumerdə ağalıq
üstündə bir-biri ilə mübarizə aparan şəhərlər yaratmışlar. E.ə. XXVIII əsrdə Kiş
şəhərinin hakimi Etana Şumerin hökmdarı oldu. E.ə. XXV əsrdə Ur şəhərinin
sakinləri arasındakı ziddiyyətlərdən istifadə edən Umma onu tutdu və şəhər
təxminən 250 il Şumerin mərkəzinə çevrildi. E.ə. XIV əsrdə Qədim Sarqonun
istilaları Şumeri Akkadın hakimiyyəti altında birləşdirdi.
şüar
- qısa formada əsas ideyanı, vəzifəni, tələbi, prinsipi bildirən çağırış.
- T -
taborçular
(Çexiyadakı Tabor dağının adından götürülmüşdür) - feodallara
qarşı çıxan husçuların daha inqilabçı hissəsi. Kəndlilər, şəhər yoxsulları, xırda
sənətkarlar və din xadimləri, rıtsarların bir hissəsi taborçuların sırasına daxil idi.
373
Onların baxışlarının əsasını ümumi bərabərlik və ədalətli dövlət haqqında təlim
təşkil edirdi. Taborçular döyüşkən qoşun yaratdılar, hərbi taktika işləyib
hazırladılar. 1434-cü ildə Lipani yaxınlığında mötədillər tərəfindən məğlubiyyətə
uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə
qarşı mübarizə apardılar.
tabu
- mövhumatçı təsəvvürlərə görə, fövqəltəbii qüvvələrin baş verə
biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün
qoyulmuş qadağa sistemi.
Tac-Mahal
- sultan Cahanşahın öz arvadı Mümtaz Mahal xatunun
xatirəsinə 1630 -52-ci illərdə inşa etdirdiyi dünyada məşhur olan mavzoley. Tac-
Mahalın memarı Ustad İsa və b. olmuşdur. Aqranın 2
km-liyində ağ mərmərdən inşa edilən Tac-Mahal 74 m
hündürlüyə ucaldılmış, oyma ilə işlənilmiş bəzi yerləri
isə əlvan və qiymətli daşlarla bəzədilmiş 5 günbəzli
tikilidir. Tac-Mahalın ətrafında 4 minarə və bağ vardır.
Tac-Mahal Hindistanın müsəlman memarlığının ən
önəmli abidəsidir. Qeyri-adi gözəlliyinə görə onu
"Hindistanın incisi" adlandırırlar.
tağ
(arka; lat. "arkus" - "ox") - yonulmuş və bir-birinə bərkidilmiş daşlardan
hörülmüş qövsvari atma. Tağ dayaqlar arasındakı məsafəni artırmağa imkan verir;
bununla belə, bu, çox möhkəm tikilidir. Hələ e.ə. III minillikdə Mesopotamiya
sakinləri tağ tikməyə başlamışdılar. Amma daha geniş şəkildə ondan Qədim Roma
memarları istifadə etməyə başlamışdılar. Hətta indi üzərindən keçilən körpülərin,
su kəmərlərinin və dövrümüzədək çatmış binaların tikintisində də tağlardan istifadə
edirdilər.
Tağıyev Hacı Zeynalabdin
(1823 - 1924) - iri Azərbaycan sahibkarı və
mesenatı. Zeynalabdin Tağıyev Bakıda, çəkməçi ailəsində anadan olmuşdur. Ailəsi
ehtiyac içərisində olduğundan o, uşaq yaşlarından inşaatda əvvəlcə qara fəhlə, 15
yaşından ısə bənna işləməyə başlamışdı. 1860-cı illərdə, artıq bir qədər pul
topladıqdan sonra o, xırda manufaktura malları alıb-satmaqla məşğul olmuşdur.
1870-ci ildə isə Tağıyevin kiçik bir neft zavodu var idi. 1873-cü ildə Tağıyev
sərmayəsini neft hasilatı və sənayesinə qoymuş və bundan xeyli gəlir əldə etmişdi.
Tağıyev 1877-ci ildə ikinci gildiya, 1882-ci ildə isə birinci gildiya tacir rütbəsi
almışdı. XIX əsrin 80 - 90-cı illərində "H.Z.Tağıyevin neft sənayesi firması"
çoxsahəli təsərrüfata və neft sənayesində ən iri müəssisələrə malik idi. Neft emalı
zavodlarının gücünə görə firma 4-cü yeri tuturdu. Tağıyev 1890-cı ildə 10 gəmiyə
malik olan "Kaspi" gəmiçilik cəmiyyətini satın aldı. 1897-ci ildə Tağıyev
mədənlərini və neftayırma zavodlarını Britaniyanın "Vişau" şirkətinə 5 mln. rubla
satdı, həm də "Oleum" cəmiyyətinin direktorlarının biri kimi qaldı. Bu cəmiyyət
həmin müəssisələrin əsasında yaranmışdı və əsas payçılardan biri (100 min funt-
sterlinq məbləğində, yəni 1 milyon qızıl rubl dəyərində səhmə malik) idi. Tağıyev