Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə429/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   425   426   427   428   429   430   431   432   ...   445

MATTA 22:17

961


MATTA 23:6

arasında fərq qoymursan.

17

İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var



ya yox?»

18

Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?



19

Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.

20

İsa onlara dedi:



«Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»

21

Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara



dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».

22

Bunu eşitdikləri zaman



heyrətləndilər və İsanı tərk edib getdilər.

Dirilmə haqqında sual

(Mark 12:18-27; Luka 20:27-40)

23

*Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:



24

*«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb

ölən qardaşın nəslini davam etdirsin”.

25

Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və



öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.

26

İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər



eləcə öldü.

27

Hamısından sonra bu qadın da öldü.



28

İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən

hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».

29

İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə



yanılırsınız.

30

Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı



mələklər* kimi olurlar.

31-32


*Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin

Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin

deyil, dirilərin Allahıdır».

33

Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.



Allahın ən böyük əmri

(Mark 12:28-34; Luka 10:25-28)

34

Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.



35

Onlardan biri olan

qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:

36

«Müəllim, Qanunda ən böyük əmr



hansıdır?»

37

*İsaonadedi: «“AllahınRəbbibütünqəlbinlə, bütünvarlığınlavəbütündüşüncənləsev”.



38

Bu, böyük və əsas əmrdir.

39

*Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.



40

Bütün


Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».

Məsih kimin Oğludur?

(Mark 12:35-37; Luka 20:41-44)

41

Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:



42

«Məsih haqqında nə düşünürsünüz? O kimin

Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.

43

İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh



vasitəsilə Ona “Ağa” deyə müraciət edir?

44

*“Rəbb mənim Ağama dedi:



‹Mən düşmənlərini ayaqlarının altına salanadək

Sağımda otur›”

deyib.

45

Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»



46

Bunun


cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa

cəsarət etmədi.

23

Vay halınıza!

(Luka 11:39-51)

1

Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib



2

dedi: «İlahiyyatçılar və fariseylər

Musanın kürsüsündə oturmuşlar.

3

Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin.



Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər.

4

Ağır və çətin daşına



bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını

belə, tərpətmək istəməzlər.

5

*Onlarözəməllərininhamısınıinsanlargörsündeyəedərlər. Çünkionlar



dua qutucuqlarını* genişləndirib geyimlərinin qotazlarını† uzadarlar.

6

Ziyafətlərdə yuxarı başı və



*

22:23 H


ə

v. 23:8 *

22:24 Qanun. 25:5

*

22:30 S



ə

madakı mələklər – bəzi əlyazmalarda Allahın səmadakı

mələkləri. *

22:31-32 Çıx. 3:6

*

22:37 Qanun. 6:5



*

22:39 Lev. 19:18

*

22:44 Z


ə

b. 110:1 *

23:5 Mark 12:38-39; Luka

20:46


*

23:5 Dua qutucuqları – bu qutucuğa Tövratdan götürül

ə

n bəzi ayələr qoyulur. Yəhudilər dua edən zaman



onu ya alına, ya da qola bağlayırlar. †

23:5 Qotaz – R

ə

bbin əmrlərini xatırlamaq üçün geyimlərin dörd



tərəfinə taxılır. Bax: Say. 15:38-40; Qanun. 22:12.


MATTA 23:7

962


MATTA 23:36

sinaqoqlarda baş kürsüləri tutmağı,

7

bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!”‡



deyə xitab etməsini sevərlər.

8

Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var.§ Siz hamınızsa



qardaşsınız.

9

Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır.



10

Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.

11

*Aranızda ən böyük



olan xidmətçiniz olsun.

12

*Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa,



yüksəldiləcək.

13

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların



üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.

14

**



15

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız

ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.

16

Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey



deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”.

17

Ey ağılsızlar və korlar!



Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi?

18

Yenə də deyirsiniz ki, “kim



qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz

andını yerinə yetirməlidir”.

19

Ey korlar!†† Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis



edən qurbangahmı?

20

Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə



and içir.

21

Məbədə and içən kəs ona və içində Yaşayana and içir.



22

*Göyə and içən kəs də Allahın

taxtına və taxtda Oturana and içir.

23

*Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda



birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda

biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.

24

Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə



çıxarır, dəvəni isə udursunuz!

25

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır



tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.

26

Sən, ey kor



farisey! Əvvəlcə kasanın‡‡ daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!

27

*Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə



bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla

doludur.


28

Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla

dolusunuz.

29

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr



tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.

30

“Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq,



peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.

31

Beləliklə, peyğəmbərləri



öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.

32

Elə isə, ata-babalarınızın başladığı işi



başa çatdırın!

33

*Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?



34

Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan

bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən

şəhərə qovacaqsınız;

35

*belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında



öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların

qanı üçün məsuliyyət daşıyasınız.

36

Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil



məsuliyyət daşıyacaq.

Yerusəlimin aqibəti

(Luka 13:34-35)

23:7 Rabbi – y



ə

ni Müəllim. §

23:8 Var – b

ə

zi əlyazmalarda var, O da Məsihdir. *



23:11 Mat. 20:25-27; Mark

9:35; 10:43-44; Luka 22:25-26

*

23:12 Luka 14:11; 18:14



**

23:14 İkiüzlül

ə

r! …buraxırsınız – bəzi əlyazmalarda



ikiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar və özlərinizi göstərmək üçün uzun-uzadı

dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq. 14 Vay halınıza, ey ilahiyyatçılar və

fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz

girirsiniz, nə də girmək istəyənləri buraxırsınız (Mark 12:40; Luka 20:47), bəzilərində isə 13-cü ayə

ilə 14-cü ayənin yeri dəyişikdir. ††

23:19 Korlar – b

ə

zi əlyazmalarda ağılsızlar və korlar. *



23:22 Yeş.

66:1; Mat. 5:34-35

*

23:23 Lev. 27:30



‡‡

23:26 Kasanın – b

ə

zi əlyazmalarda kasanın və boşqabın. *



23:27 H

ə

v.



23:3 *

23:33 Mat. 3:7; 12:34; Luka 3:7

*

23:35 Yar. 4:8; 2Saln. 24:20-21




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə