Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə437/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   433   434   435   436   437   438   439   440   ...   445

MARK 6:39

978


MARK 7:16

dedilər: «Beş çörəyimiz və iki balığımız var».

39

İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların



üstündə oturtsunlar.

40

Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.



41

İsa beş çörəyi və iki balığı

götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar.

İki balığı da hamıya bölüşdürdü.

42

Hamı yeyib-doydu.



43

Artıq qalan çörək və balıq hissələrini yığdılar,

on iki zənbil doldu.

44

Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.



İsa suyun üstü ilə yeriyir

(Mat. 14:22-33; Yəh. 6:15-21)

45

Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa



minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.

46

İsa camaatı yola salandan sonra dua



etmək üçün dağa çıxdı.

47

Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.



48

O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi††

İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.

49

Şagirdlərsə İsanın gölün



üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.

50

Çünki hamı Onu görüb lərzəyə düşmüşdü.



Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»

51

Qayığa minib



onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.

52

Çünki inadkar ürəkli olduqlarına



görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.

İsa Ginesarda xəstələrə şəfa verir

(Mat. 14:34-36)

53

İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar.



54

Onlar qayıqdan düşən

kimi camaat İsanı tanıdı

55

və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə



xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar.

56

İsanın getdiyi hər yerdə – kəndlərdə,



şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının

ə

təyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.



7

İnsanı murdar edən nədir?

(Mat. 15:1-20)

1

Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı.



2

Onlar gördülər ki,

İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.*

3

Fariseylər və



bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək

yeməzlər.

4

Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-



ə

nənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları† yuyub

paklayarlar.

5

Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan



qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?»

6

*İsa onlara dedi: «Yeşaya



peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi:

“Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

7

Boş yerə Mənə səcdə edirlər,



İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.

8

Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».‡



9

Sonra İsa onlara dedi: «Öz adət-

ə

nənənizi bərqərar etmək§ üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız!



10

*Çünki


Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.

11

Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni



‹Allaha həsr olundu› desə”,

12

onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin.



13

Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı

buna bənzər çox işlər görürsünüz».

14

İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin.



15

Kənardan


insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən

çıxanlardır».

16

**

††



6:48 Gec

ə

nin dördüncü növbəsi – hazırkı vaxtla səhər saat üç ilə altı arası. *



7:2 Yeyirl

ə

r – bəzi



ə

lyazmalarda yeyirlər. Onlara irad tutdular. †

7:4 Dolçaları, mis qazanları v

ə

yataqları – bəzi əlyazmalarda



dolçaları və mis qazanları. *

7:6 Yeş. 29:13

7:8 Tutursunuz – b



ə

zi əlyazmalarda tutursunuz. Dolçaları

və kasaları yuyub paklayır və buna bənzər çox işlər görürsünüz.

§

7:9 B



ə

rqərar etmək – bəzi

ə

lyazmalarda saxlamaq. *



7:10 Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16

**

7:16 Çıxanlardır – b



ə

zi əlyazmalarda

çıxanlardır. 16 Eşitməyə qulağı olan eşitsin!



MARK 7:17

979


MARK 8:18

17

İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular.



18

İsa onlara

cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən

şey insanı murdar edə bilməz?

19

Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və



ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi.

20

O, sözünə davam etdi:



«İnsanı murdar edən insandan çıxandır.

21

Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi



ə

xlaqsızlıq, oğurluq, qatillik,

22

zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr,



lovğalıq və ağılsızlıq çıxar.

23

Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».



Finikiyalı qadının imanı

(Mat. 15:21-28)

24

İsa oradan ayrılıb Sur bölgəsinə†† getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən



olsun. Amma bunu gizlədə bilmədi.

25

Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa



haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.

26

Bu qadın Suriya Finikiyasında doğulmuş



bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.

27

İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun,



çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».

28

Qadınsa Ona cavab verdi: «Ya Rəbb,



axı‡‡ itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».

29

İsa qadına dedi: «Get, sənin bu



sözünə görə cin qızını tərk etdi».

30

Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan



çıxıb.

Kar və pəltək bir adamın sağalması

31

İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə



çatdı.

32

Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.



33

İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına

qoydu, tüpürüb onun dilinə toxundu.

34

Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»



35

O

anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.



36

İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox

qadağan etsə də, o qədər çox xəbər yaydılar.

37

Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən



yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».

8

İsa dörd min nəfəri doydurur



(Mat. 15:32-39)

1

O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına



çağırıb dedi:

2

«Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri



yoxdur.

3

Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».



4

Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı

doydursun?»

5

İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».



6

Onda İsa camaata

ə

mr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə



verdi. Şagirdlər də camaata payladı.

7

Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən



sonra bunları da paylamağı əmr etdi.

8

Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət



doldu.

9

Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.



10

O, şagirdləri ilə birlikdə dərhal

qayığa minib Dalmanuta bölgəsinə getdi.

Fariseylərin və Hirodun mayası

(Mat. 12:38-39; 16:1-12)

11

*Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər



ki, göydən gələn bir əlamət göstərsin.

12

*O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət



axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».

13

Sonra onları tərk edib



yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.

14

Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var



idi.

15

*İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun



mayasından özünüzü gözləyin».

16

Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz



olmadığı üçün deyir».

17

İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?



Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?

18

*Gözləriniz ola-ola



††

7:24 Sur bölg

ə

sinə – bəzi əlyazmalarda Sur və Sidon bölgələrinə (Mat. 15:21). ‡‡



7:28 Ya R

ə

bb, axı –



bəzi əlyazmalarda Haqlısan, ya Rəbb! Amma (Mat. 15:27). *

8:11 Luka 11:16

*

8:12 Luka 11:29



*

8:15


Luka 12:1

*

8:18 Yeş. 6:9-10; Yer. 5:21; Yez. 12:2; Mark 4:12




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə