Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə436/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   432   433   434   435   436   437   438   439   ...   445

MARK 5:7

976


MARK 6:5

görəndə qaçıb Ona səcdə qıldı,

7

bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə



istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!»

8

Çünki İsa ona demişdi: «Ey natəmiz



ruh, bu adamdan çıx!»

9

Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım



Qoşundur, çünki biz çoxuq».

10

Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.



11

Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı.

12

Natəmiz ruhlar İsaya yalvardılar:



«Bizi donuzlara göndər ki, onların içinə girək».

13

İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan



çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada

boğuldu.


14

Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa

etməyə gəldi.

15

Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş



və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.

16

Hadisəni görənlər cinə tutulmuş adamın



başına gələnlər və donuzlar haqqında camaata söylədilər.

17

İsaya yalvarmağa başladılar ki, onların



bölgəsindən çıxsın.

18

İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında



qalsın.

19

İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi



hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış».

20

Bu adam da gedib İsanın ona etdiyi hər



şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.

Qızın dirilməsi və qadının şəfa tapması

(Mat. 9:18-26; Luka 8:40-56)

21

İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.



22

Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.

23

Ona çox yalvarıb



dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».

24

İsa da onunla



birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.

25

Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.



26

O, neçə həkimin əlindən xeyli

ə

zab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.



27

Bu qadın


İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.

28

Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram».



29

Dərhal onun qanaxması

kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı.

30

İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı



və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?»

31

Şagirdləri Ona cavab verdilər:



«Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?»

32

Bunu edəni



görmək üçün İsa ətrafa baxdı.

33

Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın



ayağına düşdü və bütün həqiqəti Ona söylədi.

34

İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi.



Arxayın get və xəstəliyindən sağal».

35

İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi



niyə narahat edirsən?»

36

Lakin İsa bu sözə məhəl qoymayaraq† sinaqoq rəisinə dedi: «Qorxma, yalnız



iman et!»

37

O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı.



38

Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü.

39

İsa içəri girəndə



onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb».

40

Onlar İsaya



güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb

uşaq olan yerə girdi.

41

İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz,



sənə deyirəm: qalx!»

42

On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat



qaldı.

43

İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.



6

İsa Öz yurdunda rədd edilir

(Mat. 13:53-58; Luka 4:16-30)

1

İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi.



2

Şənbə günü olanda O,

sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda

belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir?

3

Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı



deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu.

4

*İsa onlara



dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə

xor baxmazlar».

5

Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub



5:36 Bu söz

ə

məhəl qoymayaraq – bəzi əlyazmalarda bu sözü eşidib. *



6:4 Mat. 13:57; Luka 4:24; Y

ə

h. 4:44




MARK 6:6

977


MARK 6:38

şəfa verdi.

6

İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları



gəzib-dolaşdı.

On İki şagirdə verilən vəzifə

(Mat. 10:1-15; Luka 9:1-6; 10:1-12)

7

İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar



üzərində səlahiyyət verdi.

8

*Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə



də qurşaqlarında pul götürsünlər,

9

ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.



10

İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.

11

*Harada sizi qəbul etməyib sizə



qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu

çırpın».*

12

Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.



13

*Çoxlu cin çıxartdılar,

yağla məsh edərək çox xəstəyə şəfa verdilər.

Yəhyanın edamı

(Mat. 14:1-12; Luka 9:7-9)

14

*Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən



Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».

15

Digərləri isə deyirdilər: «Bu,



İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».

16

Amma



Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»

17

*Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana



saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı

18

və Yəhya Hiroda demişdi:



«Qardaşının arvadını almaq sənə qadağandır».

19

Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək



niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.

20

Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam



olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü,†

buna baxmayaraq, onu həvəslə dinləyirdi.

21

Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və



Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.

22

Ziyafət zamanı Hirodiyanın qızı‡ içəri daxil olub rəqs



etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən

də sənə verim».

23

Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın



yarısını belə, istəsən, sənə verəcəyəm».

24

Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O



cavab verdi: «Vəftiz edən Yəhyanın başını».

25

Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi:



«İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».

26

Padşahı dərin kədər



bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.

27

Padşah dərhal



bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu

vurdu


28

və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.

29

Yəhyanın


şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

İsa beş min nəfəri doydurur

(Mat. 14:13-21; Luka 9:10-17; Yəh. 6:1-14)

30

Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.



31

İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək

yeməyə belə, vaxt tapmırdılar.

32

Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.



33

Gedərkən camaat

onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.§

34

*İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara



bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.

35

Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.



36

Camaatı burax,

qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».**

37

Amma İsa onlara cavab



verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və

onlara verək ki, yesinlər?»

38

Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb



*

6:8 Luka 10:4-11

*

6:11 H


ə

v. 13:51 *

6:11 Tozunu çırpın – b

ə

zi əlyazmalarda tozunu çırpın. Sizə doğrusunu



deyirəm: qiyamət günü Sodom və Homorranın halı o şəhərin halından daha asan olacaq (Mat. 10:15).

*

6:13 Yaq. 5:14



*

6:14 Mat. 16:14; Mark 8:28; Luka 9:19

*

6:17 Luka 3:19-20



6:20 Çaşqınlığa düşdü – b

ə

zi əlyazmalarda



çox məşğul idi. ‡

6:22 Hirodiyanın qızı – b

ə

zi əlyazmalarda Hirodun qızı Hirodiya. §



6:33 Çatdılar – b

ə

zi



ə

lyazmalarda çatdılar və İsanın başına yığıldılar. *

6:34 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Z

ə

k. 10:2;



Mat. 9:36 **

6:36 Özl


ə

rinə bir şey alıb yesinlər – bəzi əlyazmalarda özlərinə çörək alsın, çünki yeməyə

bir şeyləri yoxdur.



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə