Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə434/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   430   431   432   433   434   435   436   437   ...   445

MARK 1:16

972


MARK 2:9

İlk şagirdlər

(Mat. 4:18-22; Luka 5:1-11)

16

İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu



adamlar balıqçı idi.

17

İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan



tutacaqsınız».

18

Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.



19

İsa bir az irəli gedib Zavday

oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər.

20

İsa dərhal onları



çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur

(Luka 4:31-37)

21

Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı.



22

*Onun


təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim

öyrədirdi.

23

Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı:



24

«Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən:

Allahın Müqəddəsisən!»

25

Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!»



26

Natəmiz


ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı.

27

Hamını heyrət bürüdü və onlar bir-birindən



soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da

Ona itaət edirlər».

28

İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.



İsa çox adama şəfa verir

(Mat. 8:14-17; Luka 4:38-41)

29

Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər.



30

Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər.

31

İsa xəstənin yanına



gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.

32

Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər.



33

Bütün şəhər

ə

halisi qapının yanına yığıldı.



34

İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri

qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

İsa vəzini davam etdirir

(Luka 4:42-44)

35

Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.



36

Şimon və


onun yanındakılar İsanın ardınca düşdülər.

37

Onu tapıb dedilər: «Hamı Səni axtarır».



38

İsa onlara

dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün

gəlmişəm».

39

*Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı



gəzib-dolaşdı.

İsa cüzamlıya şəfa verir

(Mat. 8:1-4; Luka 5:12-16)

40

Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə



bilərsən».

41

İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!»



42

Dərhal


bu adam cüzamdan sağalıb pak oldu,

43

İsa o an onu yola salıb ciddi tapşıraraq



44

*belə dedi: «Bax heç

kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın

üçün Musanın buyurduğu təqdimləri apar».

45

Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa



başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır

və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

2

İsa iflicə şəfa verir

(Mat. 9:1-8; Luka 5:17-26)

1

Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.



2

O qədər


çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.

3

Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.



4

Amma böyük izdihama görə onu

İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı

döşəklə birgə aşağı endirdilər.

5

İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların



bağışlandı».

6

Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:



7

«Bu Adam niyə

belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»

8

İsa dərhal onların



ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?

9

Bax hansı



*

1:22 Mat. 7:28-29

*

1:39 Mat. 4:23; 9:35



*

1:44 Lev. 14:1-32




MARK 2:10

973


MARK 3:10

daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?

10

Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:



11

«Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»

12

Xəstə qalxdı və dərhal döşəyini götürərək



hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey

görməmişik».



Levi şagirdlərə qoşulur

(Mat. 9:9-13; Luka 5:27-32)

13

İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.



14

Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da

durub İsanın ardınca getdi.

15

İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şa-



girdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.

16

Fariseylərdən olan ilahiyyatçılar*



İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə

vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»†

17

İsa bunu eşidəndə onlara dedi: «Sağlamların



deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq‡ üçün gəlmişəm».

Oruc barəsində sual

(Mat. 9:14-17; Luka 5:33-39)

18

Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular:



«Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc

tutmur?»


19

İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər

ki bəy onların yanındadır, onlar oruc tutmazlar.

20

Lakin bəyin onların arasından aparılacağı günlər



gələcək və o zaman oruc tutacaqlar.

21

Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və



yırtıq daha pis olar.

22

Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar,



həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».

Şənbə günü haqqında təlim

(Mat. 12:1-8; Luka 6:1-5)

23

*Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri



qırmağa başladılar.

24

Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri



görürlər?»

25

*İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç



oxumamısınızmı?

26

O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə



yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».

27

Sonra İsa onlara dedi:



«İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.

28

Bax Bəşər Oğlu Şənbə gününün də



Sahibidir».

3

Əli qurumuş adamın şəfası



(Mat. 12:9-14; Luka 6:6-11)

1

İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.



2

Bəzi adamlar İsanı ittiham

etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.

3

İsa



ə

li qurumuş adama dedi: «Qabağa çıx!»

4

Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü



yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.

5

İsa



ə

trafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi:

«Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.

6

Fariseylər çıxıb İsanı necə məhv etmək



barədə dərhal hirodçularla məsləhətləşdilər.

İsa xəstələrə şəfa verir

(Mat. 4:24-25; Luka 6:17-19)

7

İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.



8

İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının

o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.

9

*İsa izdiham Onu sıxışdırmasın deyə



şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.

10

Çünki O, çox adama şəfa vermişdi.



*

2:16 Fariseyl

ə

rdən olan ilahiyyatçılar – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər. †



2:16 Yem

ə

k



yeyir – bəzi əlyazmalarda yeyib-içir. ‡

2:17 Çağırmaq – b

ə

zi əlyazmalarda tövbəyə çağırmaq. *



2:23

Qanun. 23:25

*

2:25 Lev. 24:9; 1Şam. 21:1-6



*

3:9 Mark 4:1; Luka 5:1-3




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə