Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə433/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   429   430   431   432   433   434   435   436   ...   445

MATTA 27:51

969


MATTA 28:19

51

*Oandaməbədinpərdəsiyuxarıdanaşağıyaqədərikiyerəparçalandı. Yersarsıldı,qayalaryarıldı.



52

Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.

53

Onlar İsanın dirilməsindən sonra



qəbirlərdən çıxıb müqəddəs şəhərə** girdilər və bir çox insana göründülər.

54

İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri



gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.

55

*Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan



İsanın ardınca gəlmişdilər.

56

Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın



oğullarının anası da onların arasında idi.

İsanın dəfni

(Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42)

57

Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi.



58

O, Pilatın

yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi.

59

Yusif cəsədi alıb



təmiz bir kəfənə bükdü.

60

Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş



yuvarlayıb getdi.

61

Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular.



62

*Ertəsi gün, yəni Hazırlıq günündən†† sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına

toplaşıb

63

dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi.



64

Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib‡‡

Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis

olar».


65

Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini

qoruyun».

66

Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar.



Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

28

İsanın dirilməsi



(Mark 16:1-11; Luka 24:1-12; Yəh. 20:1-18)

1

Şənbə günü keçəndən sonra, həftənin ilk günü* səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o



biri Məryəm qəbiri görməyə gəldilər.

2

Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən



enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu.

3

Onun görünüşü şimşək kimi, paltarı isə



qar kimi ağ idi.

4

Keşikçilər qorxudan titrəyib ölü kimi oldular.



5

Mələk qadınlara müraciət edərək

dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm.

6

O burada yoxdur, dediyi kimi



dirilmişdir! Gəlin, Onun† yatdığı yeri görün.

7

Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər



arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər

verdim».


8

Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə

qaçdılar.

9

Amma‡ budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın



ayaqlarına sarılaraq Ona səcdə qıldılar.

10

İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər



verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».

Keşikçilərin gətirdiyi xəbər

11

Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə



bildirdilər.

12

Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib



dedilər:

13

«Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar.



14

Əgər bu xəbər valinin

qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq».

15

Beləliklə, əsgərlər pulu alıb



tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.

İsa şagirdlərinə tapşırıq verir

(Mark 16:14-18; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)

16

*On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi.



17

İsanı gördükdə Ona səcdə

qıldılar. Bəzisi isə şübhə etdi.

18

İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət



Mənə verilmişdir.

19

Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və



*

27:51 Çıx. 26:31-33

**

27:53 Müq



ə

ddəs şəhərə – yəni Yerusəlimə. *

27:55 Luka 8:2-3

*

27:62 Mat. 16:21;



17:23; 20:19; Mark 8:31; 9:31; 10:32-34; Luka 9:22; 18:31-33

††

27:62 Hazırlıq günü – y



ə

ni Yəhudilərdə müqəddəs sayılan

Şənbə günü üçün hazırlıq görülən cümə günü. ‡‡

27:64 G


ə

lib – bəzi əlyazmalarda gecə gəlib. *

28:1

H

ə



ftənin ilk günü – yəni bazar günü. †

28:6 Onun – b

ə

zi əlyazmalarda Rəbbin. ‡



28:9 Amma – b

ə

zi



ə

lyazmalarda Amma onlar Onun şagirdlərinə xəbər verməyə gedərkən. *

28:16 Mat. 26:32; Mark 14:28



MATTA 28:20

970


MATTA 28:20

Müqəddəs Ruh adı ilə vəftiz edin;

20

sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur,



Mən dövrün sonuna qədər hər gün sizinləyəm».


MARK 1:1

971


MARK 1:15

MARKIN


NƏQL ETDİYİ MÜJDƏ

GİRİŞ


«Markın nəql etdiyi Müjdə» «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı» bəyanatı ilə başlayır. İsa

burada fəal və səlahiyyətə malik olan Şəxs kimi təsvir olunur.

Onun səlahiyyəti öyrətdiyi təlimdə, cinlərə qalib gəlməsində və insanların günahlarının bağışlan-

masında aşkara çıxır. İsa Özü barəsində deyirdi ki, «Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq

səlahiyyəti var» (2:10).

Mark İsadan danışarkən Onun barəsində açıq, çox qüdrətli tərzdə nəql edir. O, İsanın dediklərindən

və təlimindən daha çox Onun etdiyi işləri vurğulayır. Vəftizçi Yəhyanın meydana çıxması, İsanın

vəftizi və sınağa çəkilməsi barədə qısaca giriş verən müəllif dərhal İsanın şəfa vermə xidmətinə və

təlim verməsinə keçir. Vaxt getdikcə İsanın ardıcılları Onu daha yaxşı başa düşür, İsanın rəqibləri isə

Ona qarşı daha da çox nifrət hissi ilə dolur. Son fəsillər İsanın yer üzündə son həftəsini, xüsusilə, Onun

çarmıxa çəkilməsini və dirilməsini təsvir edir.

Kitabın məzmunu:

1:1-13 Müjdənin başlanğıcı

1:14–9:50 İsanın Qalileyada ictimai xidməti

10:1-52 Qalileyadan Yerusəlimə

11:1–15:47 İsanın Yerusəlimdəki son günləri

16:1-8 İsanın dirilməsi

16:9-20 Dirilmiş Rəbbin görünməsi və göyə qaldırılması



Vəftizçi Yəhyanın gəlişi

(Mat. 3:1-12; Luka 3:1-18; Yəh. 1:19-28)

1

Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.



2

*Yeşaya peyğəmbərin kitabında belə yazılıb:

«Budur, Sənin önündə Öz elçimi göndərirəm.

O Sənin yolunu hazırlayacaq.

3

*Səhrada nida edənin səsi gəlir:



“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4

Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün



onların tövbə edib vəftiz olunmasını vəz edirdi.

5

Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim



sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan

çayında vəftiz olunurdular.

6

*Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı,



çəyirtkə və çöl balı yeyirdi.

7

Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının



bağını açmağa belə, layiq deyiləm.

8

Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz



edəcək».

İsanın vəftiz olunması və sınağa çəkilməsi

(Mat. 3:13–4:11; Luka 3:21-22; 4:1-13)

9

O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz



olundu.

10

İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü.



11

*Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».

12

Ruh dərhal İsanı səhraya çəkib-apardı.



13

O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan

tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

İsa xidmətinə başlayır

(Mat. 4:12-17; Luka 4:14-15)

14

Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini* vəz edirdi:



15

*«Vaxt yetişib,

Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

*

1:2 Mal. 3:1



*

1:3 Yeş. 40:3

*

1:6 2Pad. 1:8



*

1:11 Z


ə

b. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 9:7; Luka

3:21-22 *

1:14 Allahın Müjd

ə

sini – bəzi əlyazmalarda Allahın Padşahlığının Müjdəsini. *



1:15 Mat. 3:1-2


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə