Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə441/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

MARK 12:37

986


MARK 13:23

Sağımda otur›”

deyib.

37

Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham



sevinclə Ona qulaq asırdı.

İsa ilahiyyatçıları məzəmmət edir

(Mat. 23:5-7; Luka 20:45-47)

38

İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi,



bazar meydanlarında salam almağı,

39

sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı



xoşlayarlar.

40

Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı



dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Dul qadının ianəsi

(Luka 21:1-4)

41

İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox



varlı adam oraya böyük məbləğdə pul atırdı.

42

Bir kasıb dul qadın da gəlib bir kodrant** məbləğində



iki lepton†† pul atdı.

43

İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb



dul qadın ianə qutusuna hamıdan çox pul atdı.

44

Çünki onların hamısı varlarının artıqlığından verdi,



bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

13

Axır zamanın əlamətləri



(Mat. 24:1-28; Luka 21:5-24)

1

İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl



binalardır!»

2

İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq,



hamısı yerlə yeksan olacaq».

3

İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda



soruşdu:

4

«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə



olanda hansı əlamətlər olacaq?»

5

İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim



aldatmasın.

6

Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.



7

Müharibələr

və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı

deyil.


8

Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq* olacaq.

Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.

9

*Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara



şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.

10

Əvvəlcə



bütün millətlərə Müjdə vəz olunmalıdır.

11

*Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə



qabaqcadan qayğı çəkməyin,† amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz

yox, Müqəddəs Ruhdur.

12

Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına



qarşı çıxıb onları edam etdirəcək.

13

Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan



dözən xilas olacaq.

14

*Viranəlik‡ gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy



oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.

15

*Damda olan evindən nə isə götürmək



üçün aşağı enib evinə girməsin.

16

Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.



17

Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!

18

Dua edin ki, bu hadisə qış fəslində



baş verməsin.

19

*Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın



başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.

20

Əgər Rəbb o günləri qısaltmasaydı,



heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.

21

*O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inan-



mayın.

22

Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr



göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.

23

Amma siz ehtiyatlı olun! Bax Mən



sizə hər şeyi əvvəlcədən söyləmişəm.

**

12:42 Kodrant – pul vahidi.



††

12:42 Lepton –

ə

n kiçik pul vahidi.



*

13:8 Z


ə

lzələlər və aclıq – bəzi

ə

lyazmalarda zəlzələlər, aclıq və qarmaqarışıqlıqlar. *



13:9 Mat. 10:17-22; Luka 12:11-12

*

13:11 Luka 12:11-12



13:11 Qayğı ç

ə

kməyin – bəzi əlyazmalarda qayğı çəkməyin, götür-qoy etməyin. *



13:14 Dan. 9:27; 11:31;

12:11


13:14 Viran

ə

lik – bəzi əlyazmalarda Daniel peyğəmbərin bəhs etdiyi viranəlik (Mat. 24:15).



*

13:15 Luka 17:31

*

13:19 Dan. 12:1; V



ə

hy 7:14 *

13:21 Luka 17:21,23



MARK 13:24

987


MARK 14:14

Bəşər Oğlunun zühuru

(Mat. 24:29-35; Luka 21:25-33)

24

*Amma o günlərdə, o əzab-əziyyətdən sonra



Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

25

Ulduzlar göydən töküləcək,



Səma cisimləri lərzəyə gələcək.

26

*O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.



27

Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək

istiqamətindən Öz seçdiklərini toplayacaq.

28

Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq



yaxındır.

29

Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.



30

Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.

31

Yer


və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Bilinməyən gün və saat

(Mat. 25:13-15; Luka 12:39-48)

32

*Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.



33

Ehtiyatlı olun, oyaq olun.§ Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.

34

*Bu, səyahətə çıxan



bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı

nəzarətçisinə də əmr edir ki, oyaq olsun.

35

*Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt –



axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.

36

Qoy o



qəfil gəlib sizi yatan görməsin.

37

Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»



14

İsanı öldürmək üçün sui-qəsd hazırlanır

(Mat. 26:1-5; Luka 22:1-2; Yəh. 11:45-53)

1

*Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə



ilə tutub öldürmək üçün bir yol axtarırdılar.

2

Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq



arasında qarışıqlıq düşər».

İsa Bet-Anyada

(Mat. 26:6-13; Yəh. 12:1-8)

3

*İsaBet-AnyadacüzamlıŞimonunevindəsüfrəyəoturandabirqadınOnunyanınagəldivəqadının



ə

lində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın

başına tökdü.

4

Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?



5

Axı bu


ə

tiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.

6

Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.



7

*Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə

yanınızda olmayacağam.

8

Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.



9

Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də

danışılacaq ki, o yada salınsın».

Yəhudanın xəyanəti

(Mat. 26:14-16; Luka 22:3-6; Yəh. 13:18-30)

10

O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə



onların yanına getdi.

11

Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd



etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi

(Mat. 26:17-30; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

12

Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular:



«Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»

13

İsa da şagirdlərindən



ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun

ardınca gedin.

14

O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə



*

13:24 Yeş. 13:10; 34:4; Yez. 32:7; Yoel 2:10,31; 3:15; V

ə

hy 6:12-13 *



13:26 Dan. 7:13; V

ə

hy 1:7 *



13:32 Mat. 24:36

§

13:33 Oyaq olun – b



ə

zi əlyazmalarda oyaq olun, dua edin. *

13:34 Luka 12:36-38

*

13:35 Mat. 24:42



*

14:1


Çıx. 12:1-27

*

14:3 Luka 7:37-38



*

14:7 Qanun. 15:11




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə